Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3191/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Dəmirov Müşviq İlham oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) xx.xx.2018-ci il tarixli, 2(051)-xxx/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 45000 ABŞ dolları məbləğin borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçınsa verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, A.Mahmudov) xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-xxx/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri 6 saylı DNK-da ZM-668 nömrəli dövlət reyestrində qeydə alınmış xx.xx.2007-ci il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən borc qismində aldığı 38700 manatın və xx.xx.2007-ci il tarixdə əlavə olaraq aldığı 8600 manatın, cəmi 47300 manatın tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri 6 saylı DNK-da ZM-668 nömrəli dövlət reyestrində qeydə alınmış xx.xx.2007-ci il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən borc qismində aldığı 45000 ABŞ dollarının və xx.xx.2007-ci il tarixdə əlavə olaraq aldığı 10000 ABŞ dollarının, cəmi 55000 ABŞ dollarının tutularaq onun nəfinə ödənilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Dəmirov Müşviq İlham oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə həm maddi, həm də prosessual hüquq normalarına riayət edilməmiş, işin bütün faktiki halları araşdırılmamış və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. İddia müddətinin tətbiqi ilə bağlı mülki qanunvericilik normaları məhkəmə tərəfindən səhv təfsir edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, eyni iddia iddiaçı tərəfindən daha əvvəl verilmiş və müddətin tətbiqi barədə ərizə xx.xx.2017-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Lakin iddia ərizəsi məhkəmə tərəf indən xx.xx.2017-ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Halbuki iddia müddətinin tətbiqi barədə ərizə iddiadan imtina üçün əsasdır. Cavabdehin hələ əvvəllər iddia müddətinin keçməsi barədə birinci instansiya məhkəməsində ərizə verməyi o deməkdir ki, şəxs artıq qanunun həmin normalarından xəbərdardır və yenidən məhkəmədə iştirak etsə idi müddətin keçməsi ilə bağlı iradə ifadəsini bir daha bəyan edəcəkdi. Yəni cavabdeh şəxsin öz müdafiəsinin təşkili ilə bağlı iradəsi onun əvvəlki rəftarından məhkəməyə məlum olmuşdur. Onlar xx.xx.2017-ci il tarixli ərizəni və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli baxılmamış saxlanılma ilə bağlı qərardadını Şəki Apellyasiya Məhkəməsinə təqdim etsələr də, məhkəmə qətnaməsində həmin vacib əhəmiyyətli sübutlar barədə hər hansı əsasla ndırma aparılmamış, ümumiyyətlə həmin sübutların adları belə çəkilməmişdir. İşin hallarından da göründüyü kimi cavabdeh obyektiv səbəblərdən, yəni birinci instansiya məhkəməsinin keçirilməsindən xəbərdar olmamasına görə iddia müddətinin tətbiqi barədə ərizəni apelyasiya instansiya məhkəməsində verməkdə haqlı olmuşdur. Onu da qeyd edək ki, şəxs məhkəmənin qətnaməsindən icra mərhələsində xəbərdar olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdeh şəxsə məhkəmə iclası barədə sms bildiriş vasitəsi ilə də məlumat vermək imkanına malik olsa da, hansı səbəblərdənsə bundan istifadə etməmişdir. Nəticə etibarı ilə şəxsin məhkəməyə çatımlılığı təmin olunmamış, məhkəmə müdafiəsi hüququ kobud şəkildə pozulmuş, bu səbəbdən də özünü müdafiə etmək imkanından faktiki olaraq məhrum olmuşdur. Bunda n əlavə, qeyd edilməlidir ki, eyni tələb üzrə iddiaçı “xxxx” MMC-yə qarşı iddia qaldırmış və Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, “xxxx” MMC-dən iddiaçının xeyrinə 55000 manat məbləğində pul tutulmuşdur. Belə ki, borcun etirafı haqqında müqavilə üzrə cavabdeh pulu xx xxxxxxx 2007-ci il tarixdə qaytarmalı idi. Lakin həmin müddət ərzində pul qaytarılmadığına görə Cavabdeh iddiaçı ilə aralarında bağlanmış olan borc müqaviləsi müqabilində “xxxx” MMC tərəfindən inşa edilən yaşayış evindən Cavabdeh veriləcək 16 mənzildən birini iddiaçıya verilməsini xahiş etmiş və bunun nəticəsi olaraq “xxxx” MMC ilə iddiaçı arasinda Bakı şəhəri, Y.Yasamal massivində inşa edilən çoxmərtəbəli yaşayış binasında 2 otaqdan ibarət 796 saylı mənzilə dair xx xxxxxxx 2007-ci il tarixli müqavilə bağlanmışdır. Lakin iddiaçı mənzil əldə edə bilməmiş və mənzilin dəyəri kimi 55000 manat pul iddiaçının xeyrinə tutulmuşdur. Mahiyyət etibarı ilə tərəflər arasında olan öhdəlik başqa öhdəlik ilə novasiya (icra üsulu) yolu ilə əvəz edilmişdir. Bunun maddi və hüquqi əsası isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsidir. Hüquqi faktların xronoloji ardıcıllığı, iddiaçının iddia etdiyi pulun məbləğlə qətnamə ilə tutulmuş pul məbləğinin üst-üstə düşməsi, iş üzrə dindirilmiş şəxslərin izahatları bütün bu halları bir daha təsdiq edir.Göründüyü kimi eyni predmet, eyni tələb üzrə artıq qanuni qüvvəyə minmiş qətnamə ilə öhdəlik yaranmışdır. Lakin Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin öhdəlik yenidən təkrarlanmışdır. Eyni məsəl ə üzrə faktiki olaraq iki öhdəliyin mövcudluğu mahiyyət etibarı ilə iddiaçının əsassız olaraq varlanması deməkdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Dəmirov M üşviq İlham oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh xx.xx.2007-ci il tarixli “borcun etirafı haqqında” müqaviləsinin formal olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə, cavabdeh hazırki tələb üzrə iddia müddətinin keçdiyini bildirərək məhkəmə kollegiyasına iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etsə də, məhkəmə kollegiyası cavabdehin nəzərinə çatdırır ki, hazırki tələb üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, qanunvericilik iddia müddətinin hansı halda tətbiq edilməli olduğunu müəyyən etmişdir. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun L.İ.Binnətovаnın şikаyəti üzrə Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyаsının xx xxxx 2007-ci il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğun luğunun yoxlаnılmаsınа dаir 08 mаy 2008-ci il tаrixli qərаrınа əsаsən birinci instаnsiyа məhkəməsində iddiа müddətinin tətbiqi ilə bаğlı iddiаçı və yа cаvаbdeh tərəfinin ərizəsi yаzılı ərizə formаsındа təqdim olunmаlı və iddiа müddətinin keçməsi ilə əlаqədаr iddiаnın rədd edilməsi bаrədə məhkəməyə ünvаnlаnmış konkret və əsаslаndırılmış xаhişi ehtivа etməlidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüqu qlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Belə ki, Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun L.İ.Binnətovаnın şikаyəti üzrə Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyаsının xx xxxx 2007-ci il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir 08 mаy 2008-ci il tаrixli qərаrındа qeyd edilir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apelyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən hallar hazırkı işdə müəyyən edilməmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının müddəalarına uyğun qiymət verilərək apelyasiya şikayəti təmin edilə bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətini apelya siya şikayəti ilə eyni dəlillərlə əsaslandırmağa çalışsa da, həmin dəlillərin əsassızlığı iş materialları ilə təsdiq olunur. İddia müddətinin mübahisəyə tətbiq edilməməsinə gəldikdə isə, apelyasiya kollegiyası iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə ərizə verilməsi imkanına da düzgün yanaşmış və düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı da müəyyən edilir ki, cavabdeh iddia müddətinin keçməsi barədə ərizəni apelyasiya şikayətinə əlavə etməmişdir. Bundan əlavə, cavabdehin kasasiya şikayətində göstərdiyi “daha əvvəl Mingəçevir Şəhər Məhkəməsinin icraatında olmuş və baxılmamış saxlanılmış mülki iş materiallarına iddia müddətinin keçməsi barədə ərizə əlavə edilmişdir” mövqeyi ilə əlaqədar kasasiya kollegiyası 2(051)-xxx/2017 saylı mülki işi Mingəçevir Şəhər Məhkəməsindən sorğu əsasında tələb etmiş və əldə edilən mülki iş materiallarında cavabdehin göstərilən mövqeyi öz təsdiqini tapmamış, həmin iş materialında iddia müddətinin tətbiq edilməsi barədə ərizə müəyyən edilməmişdir. Cavabdeh kasasiya şikayətinin digər dəlili olaraq göstərmişdir ki, o, məhkəmə iclası barədə məlumatlı olmamış, məlumatlı olsa idi, müddətinin ötürülməsi ilə bağlı iradə ifadəsini bəyan edəcəkdi. Lakin iş materiallarından görünür ki, cavabdeh qəbzə imza etməklə (səh 21) xx.xx.2018ci il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə iclasına gəlməsi barədə məhkəmə bildirişini almasını göstərmişdir. Bu hal isə cavabdehin məhkəmə iclası barədə məlumatlı olmaması barədə dəlilini təkzib edir. İddia müddətinin tətbiqi ilə bağlı olan dəlillərindən əlavə, cavabdeh kasasiya şi kayətində Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə “xxxx” MMC-dən iddiaçının xeyrinə 55000 manat məbləğində pul tutulmaqla cavabdehin borcunun əvəzləşdirilməsinə dəlil olaraq istinad etsə də, adı çəkilən qətnamədən (səh 79) görünür ki, şahid qismində dindirilmiş hazırki cavabdeh ifadə verərkən İddiaçını tanımadığını, sonuncu ilə onun arasında “xxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış evindəki mənzillə bağlı aralarında heç bir razılaşma olmadığını İddiaçının aldığı mənzilin pulunu “xxxx” MMC-yə ödədiyinə görə, sonuncunun İddiaçı qarşısında olan öhdəliyi üzrə məsuliyyəti də X1 daşımalıdır. Beləliklə, ümumi olaraq kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol veri lməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmə dən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3191/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3191/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver