Məhkəmə qərarları › İş №2(102)-3191/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3191/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3191/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 06.11.2007-ci il tarixli kredit razılaşmasına əsa sən, Cavabdeh 240 ay müddətinə, illik faiz 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh 06.11.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 2 ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.

3. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir.

4. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və 18.02.2013-cü ildə aşağıdakı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “xxxx” İKB ASC, iddiaçı “xxxx” İKB-nin 3 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2007-ci il tarixli 07/07(İ) №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 206.327 ABŞ dolları əsas borc, 59.525 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 11.02.2013-cü il tarixədək hesablanmış 1900 ABŞ dolları cərimə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalıdır.

7. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 12 iyun 201 3-cü il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 206.327 ABŞ dolları əsas borc, 59.525 ABŞ dolları faiz borcu, 1900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 267.752 ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçı “xxxx” İKB ASCyə verilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Məhkəmə Ekspertizası Mərkəzinin 24.01.2020-ci il tarixli, X nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən “xxxx” İKB ASC-dən alınmış kredi t vəsaiti üzrə 11.02.2013-cü il tarixə banka ödənilməli olan əsas borcu 205.868,10 ABŞ dolları, faiz borcu 59.244,10 ABŞ dolları təşkil edir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseyn (sədrlik edən və məruzəçi), A.Nuriyeva V.Ağayev) 28 sentyabr 2020-ci il tarixli, Xnömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli, X saylı qətnaməsi ləğv edilmiş, iddia rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı “xxxx” İKB ASCnin adı dəyişdirilərək “xxxx” ASC olmuşdur. Bu səbəbdən də iddiaçının adı “xxxx” ASC kimi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında t ədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 06.11.2007-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə yaşayış sahəsinin alınmasına görə 240 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi 06.11.2007-ci il tarixdə bağlanmış 07/07 (i) saylı “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzillər ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “xxxx” İKB-nin X9 edilməsi Departemintinin mütəxəssisləri X7, X8 və Cavabdeh tərəfindən 29.02.2012-ci il tarixdə “xxxx” İKB-nin rəsmi blankında tərtib edilmiş aktın surətində qeyd olunur ki, həqiqətən 29.02.2012-ci il tarixdə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 43,75 kv.m sahəsi olan 2 otaqlı mənzili kredit borcunu ödəyə bilmədiyi üçün təhvil verdi. Mənzildə pul və digər qiymətli əşyalar yoxdur. Mənzilin satılıb borcun ödənilməsinə etiraz etmir. Aktı və mənzilin alqı-satqı müqaviləsini imzalayan şəxslərin bankın işçiləri olub-olmamasının müəyyən edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən həmin şəxslərin “xxxx” İKB ASC-nin işçiləri olub olmamasının müəyyən edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavabdeh olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən göndərilmiş 01.10.2020-ci il tarixli **********0 say lı məktuba əlavə edilmiş arayışda qeyd olunur ki, nazirliyin “Mərkəzləşdirilmiş elektron İnformasiya Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən müraciətdə adları qeyd olunmuş sığorta olunanlar, X3 (SSN: **********650) 2010-2014-cü illər, X1 (SSN: **********119) 2007-2017-ci illər fərdi şəxsi hesablarına əmək fəaliyyətli olduqları sığorta edən “xxxx” ASC (xxxx” X5 ASC) (SUN: **********4) tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) və “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda xeyrlərinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli 0109/2020 saylı məktuba əlavə edilmiş cədvəldən müə yyən edilir ki, X8 01.09.2009-cu il tarixdən 17.08.2016-cı il tarixədək, X4 isə 01.05.2008-ci il tarixdən 21.04.2017-ci il tarixə qədər “xxxx” İKB ASC-də çalışmışlar. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 13 saylı Notariat Ofisindən göndərilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh etibarnamə əsasında təmsil edən X4 ilə X6 arasında bağlanmış 30.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36 ünvanında yerləşən 34 saylı mənzil 65000 manata X2 satılmışdır. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan Kredit Bürosu MMC tərəfindən məhkəməyə göndərilmiş “Azərbyacan Kredit Bürosunun məlumat bazasından çıxarışdan görünür ki, Cavabdeh “xxxx” İKB ASC-dən 300000 ABŞ dolları məbləğində kredit almış, onun al ınmamış faiz məbləği borcu 60447.73 ABŞ dolları təşkil edir. Kollegiya hesab etmişdir ki, iddiaçı istinad etdiyi halların təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, mənzilin təhvil verilməsinə dair 29.02.2012-ci il tarixli aktda adları qeyd edilən X7 və X8, həmçinin mənzilin alqı-satqısına dair 30.06.2012-ci il tarixli müqaviləni satıcı qismində imzalamış X4 həmin tarixlərdə (aktın və alqı-satqı müqaviləsinin imzalandığı) iddiaçı bankın işçiləri olmuşlar. Həmçinin iddiaçı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilən məlumatda cavabdehin 60447.73 ABŞ dolları faiz borcu olduğu qeyd edilmişdir. Qeyd olunanlardan da görünür ki, iddiaçı bank təminatlı kr edit verdiyi halda öz işçiləri vasitəsilə cavabdehlə aralarında olan razılıq əsasında ipoteka predmeti olan mənzili yenə cavabdeh tərəfindən bankın işçisinə verilən etibarnamə əsasında satmışdır. Hansı ki, qanunvericiliyə və müqavilədən irəli gələn öhdəliklərə əsasən cavabdeh tərəfindən borc məbləği ödənilmədiyi təqdirdə iddiaçı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmaq hüququna malik olmuşdur. Ekspert rəyinə əsasən cavabdehin bank qarşısında 11.02.2013-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) 205.868,10 ABŞ dolları əsas, 59.244,10 ABŞ dolları faiz borcu qaldığı qeyd edilsə də, hazırkı halda işin hallarına əsasən iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən iş də iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Lakin iddiaçı işin faktiki halları barədə məhkəməni ətraflı məlumatlandırmamış və əsassız olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi isə əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 13. “xxxx” ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq iddia tələbindən kənara çıxmışdır. İddiaçı Bank Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə Cavabdeh qarşı müraciət edərkən, cava bdehdən borc məbləği tələb etmiş ipoteka yönəltməni tələb etməmişdir. Buna da səbəb Cavabdeh könüllü surətdə üçüncü şəxsə etibarnamə verməsi olmuşdur ki, etibarnamə isə birtərəfli əqddir, həmin əqdlə Cavabdeh evinin satılmasını üçüncü şəxsə həvalə etmişdir. Hakim hazırkı mülki iş üzrə borcun məbləğini müəyyən edərkən mühasibatlıq ekspertizası təyin etmişdir. Predmetdən kənara çıxarkən isə iddia predmeti olmayan əmlaka dair qiymətləndirmə ekspertizası belə təyin etməmişdir. Cavabdeh uzun illərdir ki, mübahisəli qətnamədən xəbəri olmuşdur. Lakin həmin qətnaməni nədənsə məhz 2019-cu il tarixində mübahisələndirmək qərarına gəlmişdir. Bundan əlavə, hakim qətnamənin borc hissəsinə toxunaraq qeyd edir ki, “Ekspert rəyinə əsasən cavabdehin bank qarşısında 11.02.2013-cü il tarixə (maliyyə arayışınd a tələb olunan tarixədək) 205.868,10 ABŞ dolları əsas, 59.244,10 ABŞ dolları faiz borcu qaldığı qeyd edilsə də, belə hazırkı halda işin hallarına əsasən iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir...” Hakim özü də qətnamədə təsdiq edir ki, tərəfin tələb olunan tarixə iddiada göstərilən məbləğdə borcu var. Lakin həmin borcun tutulmasında nədənsə lüzum görmür. Həmçinin məhkəmə mülki işin materiallarına araşdırarkən Azərbaycan Kredit Bürosuna müraciət etmişdir. Həmin Büro cavab olaraq həqiqətən də Cavabdeh 300.000 ABŞ Dolları məbləğində kredit götürməsini və onun alınmamış faiz məbləği borcunun 60.447,73 ABŞ dolları təşkil etməsini təsdiqləmişdir. Hakim apellyasiya şikayətini təmin edərkən qanunun heç bir normasına istinad etməmiş və qətnamədə hər vəchlə iddia tələbinin r ədd edilməsi barədə qərar çıxarmağa çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

18. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. B ir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərək ət etməlidir.

20. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə sinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia ha qlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, tərəflər arasında kredit (borc) münasibətləri yaranmışdır (§ 1).

29. Ona görə də, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsasən, borc müqaviləsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür (§ 22).

30. İddiaçı bankın 06.11.2007-ci il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh 240 ay müddətinə, illik faiz 16 % dərəcəsi ilə 300.000 ABŞ dol ları məbləğində kredit verməsi işin mübahisəsiz halıdır.

31. Belə olan halda, həmin kredit vəsaitini qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür (§ 23).

32. Cavabdeh borcu ödəməsi ilə bağlı bildirmişdir ki, kredit borcunun təminatı kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36-da yerləşən 34 nömrəli mənzilini qalıq borca hesablanması üçün banka təhvil vermiş, həmin mənzil borca əvəzlənməsi üçün bank tərəfindən təhvil alınmış, bu 29.02.2012-ci il tarixli razılaşma ilə rəsmiləşdirilmişdir. 33. “xxxx” İKB-nin X9 edilməsi Departamentinin mütəxəssisləri X7, X8 və Cavabdeh iştirakı ilə “xxxx Bank”ın blankında tərtib edilmiş 29.02.2012-ci il tarixli aktda qeyd olunmuşdur ki, həmin tarixdə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 43,75 kv.m sahəs i olan 2 otaqlı mənzili kredit borcunu ödəyə bilmədiyi üçün təhvil vermişdir, mənzildə pul və digər qiymətli əşyalar yoxdur, mənzilin satılıb borcun ödənilməsinə etiraz etmir.

34. Apellyasiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, mənzilin təhvil verilməsinə dair 29.02.2012-ci il tarixli aktda adları qeyd edilən X7 və X8, həmçinin mənzilin alqı-satqısına dair 30.06.2012-ci il tarixli müqaviləni satıcı qismində imzalamış X4 həmin tarixlərdə (aktın və alqı-satqı müqaviləsinin imzalandığı) iddiaçı bankın işçiləri olmuşlar. İddiaçı bank, öz işçiləri vasitəsilə cavabdehlə aralarında olan razılıq əsasında ipoteka predmeti olan mənzili cavabdeh tərəfindən bankın işçisinə verilən etibarnamə əsasında satmışdır.

35. Kollegiya, mübahisənin göstərilən qaydada həllini qanunvericiliyə u yğun hesab etmir. Ona görə ki, 29.02.2012-ci il tarixli akt qalıq kredit borcunun əvəzində cavabdehin mənzilinin banka verilməsi, bununla da öhdəliklərin əvəzləşdirilməklə tam icra edilməsi kimi qəbul edilə bilməz. Çünki, bu mövqe mahiyyət etibarilə sözügedən mənzilin borcun əvəzində banka təqdim olunması, dolaysı ilə ona sərəncam verilməsidir. Lakin daşınmaz əşyaya sərəncam verilməsi ilə bağlı razılaşma notarial qaydada təsdiq edilməlidir (§ 17).

36. Bankın əməkdaşları ilə cavabdeh arasında tərtiblənmiş 29.02.2012-ci il tarixli akt notarial qaydada təsdiq edilmədiyi üçün həmin sənəd mənzilin mülkiyyətinin qalıq borcun əvəzinə banka verilməsinə dair etibarlı bir razılaşma hesab edilə bilməz.

37. Bununla belə, cavabdehə məxsus olmuş və banka ipoteka qoyulmuş həmin mənzilin bankın əməkdaşl arının iştirakı ilə satılmasının kreditin ödənməsinə aidiyyətinin olmaması kimi qənaətə gəlinməsi də mümkün deyil.

38. Ona görə ki, sözügedən akt, mənzilə sərəncam verilməsinə dair əqd kimi etibarlı olmasa belə, mənzilin borcun ödənilməsi məqsədilə satılmasına dair bankın iradəsinin və iştirakının olmasını təsdiqləyən sübutdur.

39. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, aktda adları qeyd edilən X və X, həmçinin mənzilin alqı-satqısına dair 30.06.2012-ci il tarixli müqaviləni satıcı qismində imzalamış RX aktın və alqısatqı müqaviləsinin imzalandığı tarixlərdə bankın işçiləri olmuşlar. Belə olan halda cavabdehin bankın əməkdaşlarının hərəkətlərini məhz bankın hərəkəti kimi qəbul etməsi şəraitə görə haqlı görünür. Çünki, səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də bə lli ola bilər (§ 18).

40. Bundan başqa, işdə olan 30.06.2012-ci il tarixli məktubdan görünür ki, bank mənzilin satılmasına rəsmi qaydada razılıq vermişdir. Mənzil satıldıqdan sonra da, satıcını etibarnamə ilə təmsil edən şəxsin satışdan əldə edilən vəsaiti cavabdehə verməsini təsdiqləyən mötəbər sübut da təqdim edilməmişdir.

41. Bütün bunları nəzərə aldıqda mənzilin məhz kreditin ödənilməsi üçün bank tərəfindən satılması nəticəsinə gəlinməsi, ona görə də mənzilin həmin ərəfədəki dəyərinin kreditin ödənilməsinə silinməli olması barədə mövqe əsassız deyil.

42. Bununla belə, Kollegiya hesab edir ki, sözügedən mənzilin özgəninkiləşdirilməsi müqabilində kredit borcunun tam bağlanması (öhdəliyin tam icra edilməsi) nəticəsinə gəlmək üçün işdə kifayət qədər sübutlar yoxdur.

43. Belə ki, mənzilin i poteka müqaviləsindəki qiyməti ilə 30.06.2012-ci il tarixli satış müqaviləsindəki qiyməti arasında xeyli dəyər fərqi vardır. Belə olan halda, həmin alqı-satqı müqaviləsində mənzilin dəyərinin düzgün əks olunub-olunmaması yoxlanılmalı, mənzilin həqiqi satış dəyəri müəyyən edilmədiyi halda onun satış anındakı real bazar qiymətinin (məbləğinin) müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi təmin edilməli, həmin məbləğin cavabdehin kredit borcuna silinməsi, bundan sonra banka hansısa məbləğdə borcun qalıb-qalmaması müəyyənləşdirilməli və nəticəsindən asılı olaraq iş üzrə yekun qərar qəbul edilməlidir.

44. Bu qənaətə gələrkən Kollegiya nəzərə alır ki, əgər mənzilin satış dəyərinə münasibətdə vicdanlı davranmama halı olmuşdursa, bu hal cavabdehin zərərinə təfsir oluna bilməz. Çünki, mə nzilin satışını cavabdeh deyil, bankın əməkdaşı həyata keçirmişdir. Ona görə də bank bu satış hesabına kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi üçün vicdanlı hərəkət etməyə borclu idi.

45. Məlum olduğu kimi, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (§ 19-20).

46. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığı üçün apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin iş yeni apellyasiya baxışına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar