Məhkəmə qərarları › İş №2(102)-3192/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3192/2020

23.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3192/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh vəkili x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə İddiaçı Bəhman qızının Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Rzayeva x3 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki rayon məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.İmanov, iş 2(075)1617/2019) İddiaçı Cavabdeh qarşı “evə köçürülmə”tələbi barədə iddiası təmin edilməmiş, İddiaçı gəlin köçdüyü ünvan 1 ünvanına uşaqları ilə birlikdə köçürülməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), G.Abbasov və M.Hüseynov, iş № 2(107)3243/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(075)-1617/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Bəhman qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəm ə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili x2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə ria yət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 2003-cü ildən 2018-ci ilədək cavabdehə məxsus evdə yaşasa da, həmin vaxtdan aralarındakı narazılıqla bağlı qeyd edilən mübahisəli evi tərk edərək atası evində yaşayır. İddiaçı gəlin köçdüyü vaxtdan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mübahisə predmeti olan ünvan 1 saylı evin mülkiyyətçisi və ya faktiki sahibi olan iş üzrə cavabdeh arasında qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur və olmamışdır. İddiaçı mübahisəli evə onun uşaqları ilə birlikdə köçürülməsini göstərsə də, həmin evdə yaşama larını, yaşadığı halda belə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağladığını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı özü də məhkəmə iclasında aralarında belə bir razılaşma olmamasını bildirmişdir. İşin mübahisəsiz olan halı ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrini tətbiq etmişdir. İddiaçı Bəhman qızı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “iddiaçının ünvan 1 ünvanda ünvan da iddiaçının 2003-cü il tarixdən onun əşyalarının həm ünvandan çıxarılması qət edilənədək müddət ərizndə istifadə hüququ olmuş, lakin iddiaçının iradəsindən asılı olmayan və mülkiyyətçinin istifadə hüqiquna zidd olan hərəkətləri nəticəsində onun mübahisə predmeti olan evdə yaşaması mümkünsüz olmuşdur. İddiaçı məhkəmə qaydasında pozulmuş hüquqlarını bərpa etməyə çalışsada məhkəmələr məhkəmə aktlarında və hüquq normalarından irəli gələn mövqedən kənar mövqe nümayiş etdirərək iddiaçının iddiasını təmin etməmişlər.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...yaşayış bina sının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olmaqla birlikdə, onların digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda öz yetkinlik yaşına çatmayan uşaqlarını yaşayış binasına köçürmək hüququna yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri malikdirlər. İddiaçı ilə onun gəlin köçdüyü vaxtdan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mübahisə predmeti olan ünvan 1 saylı evin mülkiyyətçisi və ya faktiki sahibi olan iş üzrə cavabdeh arasında qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur və olmamışdır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsini n gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Bəhman qızının kassasi ya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi İddiaçı Bəhman qızının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar