Məhkəmə qərarları › İş №2(102)-3192/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3192/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3192/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2687/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tari xli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 08.04.2013-cü il tarixli 27L000000477 saylı kredit xətt müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC arasında bağlanmış 11.04.2013cü il tarixli 27R000000913 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 315000 ABŞ dolları məbləğində kredit verilmiş dir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 11.04.2013-cü il tarixli 27S000000936 saylı zaminlik müqaviləsinə və Cavabdeh4 11.04.2013-cü il tarixli 27S000000937 saylı zaminlik müqaviləsinə və Cavabdeh2 12.09.2014-cü il tarixli 27S000004370 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytanlması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış 09.04.2013-cü il tarixli 27M000000063 saylı sonrakı ipoteka haqqında ipoteka müqaviləsi əsasında ünvan,, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0,036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110,2 kvadrat metr yaşayış, 96,4 kvadrat metr yardımçı, 206,6 kvadrat metr ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evi həyətyanı tikili və qurğularla iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 97 №-li reyestr kitabının 8808 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla, ünvan,, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0.036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 ot aqlı, 110,2 kvadrat metr yaşayış, 96,4 kvadrat metr yardımçı, 206,6 kvadrat metr ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evi həyətyanı tikili və qurğularla Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC arasında bağlanmış 12.09.2014cü il tarixli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC arasında bağlanmış 24.02.2014cü il tarixli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 27R000000913 saylı kredit razılaşması üzrə 126789,78 ABŞ dolları məbləğində kredit borcu, 41312,82 ABŞ dolları məbləğində faiz borcu və 161897,39 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 329999,99 ABŞ dolları məbləğində borcun; 27K000000010 saylı kredit razılaşması üzrə 50000 ABŞ dolları məbləğində kredit borcu, 19266,65 ABŞ dolları məbləğində faiz borcu və 259619,44 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 328886,09 ABŞ dolları məbləğində borcun; 027KK000000039 saylı kredit razılaşması üzrə 10000 ABŞ dolları məblə ğində kredit borcu, 1161,65 ABŞ dollar məbləğində faiz borcu və 12100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23264,26 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 682150,34 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin ünvan,, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0,036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110,2 kvadrat metr yaşayış, 96,4 kvadrat metr yardımçı, 206,6 kvadrat metr ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 682150,34 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutulması; fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı za manı iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasını bildirmiş və göstərmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən ödənilmiş vəsaitlər əsas məbləğə silinmiş, faiz və cərimə borcu isə güzəşt edilmişdir. Bu səbəbdən də iddia tələbinin həcminin azaldılmasına zərurət yaranmışdır. Buna görə də bank cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 27R000000913 saylı kredit razılaşması üzrə 70558,21 ABŞ dollan məbləğində kredit borcu, 32639 ABŞ dolları məbləğində faiz borcu və 161897,39 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 265094,60 ABŞ dolları məbləğində borcun; 27K000000010 saylı kredit razılaşması üzrə 19266,65 ABŞ dolları məbləğində faiz borcu və 259619.44 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 543980 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xəbərdarlıq məktublarına əsasən məlum olur ki, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borc alana pretenziya məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9462 saylı, 11 fevral 2019-cu il tarixli ekspert rəyinə əsasən, 11.04.2013-cü il tarixə 27Р000000913 saylı kredit razılaşması üzrə Cavabdeh1 22.12.2016-cı il tarixə əsas borc üzrə 125475,24 ABŞ dolları, faiz borcu üzrə 41477,51 ABŞ dolları, cərimə borcu üzrə 157471,43 ABŞ dolları, 05.03.2018-ci il tarixə əsas borc üzrə 116585,87 ABŞ dolları, faiz borcu üzrə 18223,45 ABŞ dolları, cərimə borcu üzrə 428497,95 ABŞ dolları, 12.09.2014-cü il tarixli, 27 К000000010 saylı kredit razılaşması üzrə Cavabdeh1 22.12.2016-cı il tarixə əsas borc üzrə 49965,41 ABŞ dolları, faiz borcu üzrə 16313,47 ABŞ dolları, cərimə borcu üzrə 114420,79 ABŞ dolları, 05.03.2018-ci il tarixə əsas borc üzrə 49965,41 ABŞ dolları, faiz borcu üzrə 26530,25 ABŞ dolları,cərimə borcu üzrə 222595,90 ABŞ dolları, 24.02.2014-cü i l tarixli 027КК000000039 saylı kredit razılaşması üzrə ekspertiza tədqiqatı zamanı iş materiallarında maliyyə arayışı məlumatları, 24.02.2014-cü il tarixli 027KK00000039 kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-yəborcu aşağıdakı kimi müəyyən edilir: 22.12.2016-22.12.2016-cı il tarixə əsas borc üzrə 100000 ABŞ dolları, faiz borcu üzrə 1270,26 ABŞ dolları, 05.03.2018-cı il tarixə əsas borc üzrə 10000 ABŞ dolları, faiz borcu üzrə 4036,70 ABŞ dolları təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Rzayev) 26 aprel 2019-cu il tarixli 2(001)-54/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə - 27R000000913 saylı kredit razılaşması üzrə 70558,21 A BŞ dolları məbləğində kredit borcu, 32639 ABŞ Dolları məbləğində faiz borcu və 16189 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 119386,21 ABŞ dolları məbləğində borcun; 27K000000010 saylı kredit razılaşması üzrə 19266,65 ABŞ Dolları məbləğində faiz borcu və 25961 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 45227,5 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçı banka ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 oglu borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməlidirlər. Məhkəmə he sab etmişdir ki cavabdeh tərəfindən məhkəmə baxışı zamanı borc bir neçə dəfə ödənildiyindən, bununla əlaqədar bank tərəfindən iddia tələbinin həcmi azaldığından, həmçinin ekspert rəylərində əsas borc, faiz borcu və cərimə borcu daha çox göstərildiyindən, lakin işə baxan hakim MPM-nin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxa bilmədiyindən son iddia ərizəsində göstərilən məbləğlər nəzərə alınmaqla qətnamə çıxarılmalıdır. Məhkəmə cərimə borcu ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, cavabdehdən əsas borc və faiz borcuna adekvat olmayan həddən artıq böyük məbləğdə cərimə borcu tələb edilmişdir. Dəbbə pulu tənasübsüz surətdə tələb edildiyindən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallari nəzərə alınmaqla dəbbə pulunun məb ləği azaldılmalıdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, tərəflərindən iddiada və çıxarılmış qətnamədə göstərilən məbləğ tam ödənilmişdir. "İddiaçı" QSC-nin məhkəmə qarşısında qaldırdığı iddia əsassız hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2037 saylı, 05 avqust 2020-ci il tarixli ekspert rəyinə əsasən,11.04.2013-cü il tarixə 27Р000000913 saylı kredit razılaşması üzrə Cavabdeh1 12.09.2017-ci il tarixə əsas borc üzrə 116585, 87 ABŞ dolları, faiz borcu üzrə 8698,81 ABŞ dolları, 26.04.2019-cu il tarixə əsas borc üzrə 116585,87 ABŞ dolları, faiz borcu üzrə 40851,36 ABŞ dolları, 12.09.2014-cü il tarixli, 27К000000010 saylı kredit razılaşması üzrə Cavabdeh1 12.09.2017-ci il tarixə əsas borc üzrə 49965,41 ABŞ dolları, faiz borcu üzrə 22448,26 ABŞ dolları, 26.04.2019-cu il tarixə əsas borc üzrə 49965,41 ABŞ dolları, faiz borcu üzrə 36 227,93 ABŞ dolları, 24.02.2014cü il tarixli 027КК000000039 saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı QSC-yə borcu aşağıdakı kimi müəyyən edilir: 22.12.2017-cı il tarixə əsas borc üzrə 100000 ABŞ dolları, faiz borcu üzrə 2931,40 ABŞ dolları, 26.04.2019-cu il tarixə əsas borc üzrə 10000 ABŞ dolları, faiz borcu üzrə 6662,58 ABŞ dolları təşkil edir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 01 oktyabr 20 20-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı müqavilənin xitamını tələb etmədən borcu tələb etməkdə haqlı olmamış, məhkəmə bu hala əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki M əcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məz munu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ha lları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, baxılan iş üzrə Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən şikayətin yeganə dəlili kimi göstərmişdir ki, iddia tələbində göstərilən və qətnamə ilə qət edilən borc onun tərəfindən tamamilə ödənilmiş, banka borcu qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilini yoxlamaq məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini qərara almış, məhkəməyə verilmiş rəyə görə Cavabdeh1 göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində isə cavabdeh tamam başqa dəlil irəli sürmüşdür. Məhkəmə kolle giyası qeyd edir ki, tərəflər arasında kreditin verilməsi kredit razılaşmlarına əsasən həyata keçirilmişdir. Həmin kredit razılaşmaları isə 2013-cü ildə 36 ay, 2014-cü ildə isə 12 ay müddətinə bağlanmış və kredit razılaşmalarının müdddəti başa çatmışdır. Ona görə də, iddiaçı bank müqavilənin ləğvini tələb etmədən borcun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən Mülki Məcəllənin 428.4-cü maddəsinə görə, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Cavabdeh1 kassasiya şikayəti dəlilləri əsassız olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyən edilmiş halları və iddiaçının təqdim etdiyi süöutlarla təkzib olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2687/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar