Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3193/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 24.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbi dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-310/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis kapitanı Akif Məcidov tərəfindən tərtib edilmiş arayışla müəyyən olunur ki, Cavabdeh izahatında 2019-cu ilin mart ayının əvvələrində tanışı İddiaçı 16.000 manat pulu üzərində əlavə olaraq 5000 manat, həmin ilin mart ayının ortalarında 9000 manat pulu üzərində əlavə olaraq 3000 manat pul ödəmək şərtilə borca alsa da, qeyd olunan məbləği “Topaz” mərc oyunlarına sərf edib uduzduğundan geri qaytara bilməmiş və İddiaçı 25.000 manat borcu qaldığını bildirmişdir. Araşdırma aparılması zamanı Cavabdeh İddiaçı olan borcundan 15000 manatın ödənilməsi təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi il ə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra-cavabdeh) 10.000 (on min) manat məbləğində dəymiş ziyanın, gecikdirilmiş bank faizlərinin və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi və cavabdehin onu aldadaraq 20.000 (iyirmi min) manat pul vəsaitinin ələ keçirilməsi barədə aidiyyati Prokurorluğa xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ona pul qoyub iş görüb qazanc götürməyi təklif etdikdə o, razılaşmış və cavabdehə 25.000 (iyirmi beş min) manat pul vermişdir. Xeyli müddət keçdikdən sonra cavabdeh ona qazanc verməmişdir. Bundan sonra o, cavabdehdən pulunu tələb etmiş, lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Sonradan ona məlum olmuşdur ki, onun i ş görüb qazanc götürmək fikri olmamışdır. O, Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Həmin təşkilatda araşdırma zamanı ona 25.000 manat puldan, 15.000 manat pulu qaytarmış və qalan pulu yaxın zamanda ödəyəcəyini bildirmişdir. Lakin o, qalan pulu qaytarmaqdan boyun qaçırmışdır.
4. İmişli Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev, iş № 2(036)-495/2021) iddia qismən təmin edilmiş, Cavabdeh 10000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək, cavabdehdən 10.000 manat məbləğində pul və 30 mana t məbləğində dövlət rüsumu alınıb iddiaçıya verilməlidir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 740.1, 425.1, 425.2, 442, 385.1, 443.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddanın tam həcmdə rədd edilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N.Mirzəyev, iş № 2(106)-310/22) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iş materiallarında olan 16 mart 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh iddianı qismən qəbul edərək iddiaçıya 10000 manat borcunun qaldığını bildirmişdir. Eyni zamanda apellyasiya icraatı zamanı verdiyi izahatında da iddiaçıya 10000 manat borcunun olmasını təkrar göstərmişdir.
10. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya borcunun olmamasını bildirsə də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir.
14. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı onu aldadıb, etibarından sui-istifadə edib buna məhkəmə tərəfindən münasibət bildirilməmiş, iddiaçı razılaşmanı pozub cavabdehdən əlavə pul tələb etmişdir. O, iddiaçıdan 2019-cu ilin yay aylarında 25000 manat borc almış, sonra iddiaçı polisə şikayət etmiş və təklif etmişdir ki, on 15000 mnat pul versin və borc bağlansın. Buna görə o 15000 manat pul vermiş və hesab et mşdir ki, iddiaçı əlavə pul tələb etməyəcəkdir. İddiaçının cavabdehə 25000 manat pul verməsi barədə yazılı müqavilə yoxdur. Məhkəmə bu hallara qiymət verməmişdir.
15. Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 80, 88-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə
740. Borc müqaviləsinin forması [423] 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə
14. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə ri ayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
20. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən qəbul edərək iddiaçıya 10000 manat borcunun qaldığını bildirmiş, eyni zamanda apellyasiya icraatı zamanı verdiyi izahatı ilə də əvvəlki izahatını təkrarlamış və borcun qaytarılmasını təsdiq edən sübutların mövcud olmamasını qeyd etmişdir. İşin müəyyən edilmiş halları ilə cavabdehin eyni etirafedici izahatı iddiaçının şikayəti əsasında araşdırma zamanı da verilmişdir.
23. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə gö rə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.
24. İddiaçının cavabdehə 25000 manat borc verdiyi onun 15000 manat hissəsinin qaytarılması və qalıq borc məbləğinin mövcud olması yazılı sənəddə əks olunmasa da cavabdehin iddiaçıya 10000 manat məbləğində borcunun qalması işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır.
25. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi borcun alınması və 10000 manat hissəsinin qaytarılmasını təsdiq edən sübutlar mövcud deyildir. Məhkəmə işin hallarına düzgün hüquqi qiymət vermiş və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır.
26. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyy ən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
27. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
29. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavab deh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-310/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.