Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3194/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)xxx/2020 nömrəli qərardadından cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin (hakim E.Babayev) xx.xx.2016-cı il tarixli 2(046)xxx/2016 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qa rşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 20088/125028-157 saylı kredit müqaviləsinə xitam verilməsi, 19643.01 АBŞ dоllаrı əsаs, 1222.97 АBŞ dоllаrı fаiz, 245.28 АBŞ dоllаrı penya (cərimə), cəmi 21111.26 АBŞ dоllаrı məbləğində bоrcun ödəniş günü üçün Mərkəzi Bаnkın müəyyən еtdiyi rəsmi məzənnə üzrə mаnаt hеsаbı ilə, həmçinin ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun Cavabdeh1 alınıb iddiaçı «İddiaçı» АSC-nin хеyrinə verilməsi, tələb üzrə tutmаnın ünvan 1 ünvanında yerləşən ümumi sahə si 81.6 m2, yaşayış sahəsi 54.4 m2, yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin аçıq hərrаcdаn sаtılması, ilkin sаtış qiymətinin 40.000 (qırx min) manat müəyyən еdilməsi, fərdi yaşayış evinin sаtışındаn əldə оlunmuş pul vəsаiti hеsаbınа Cavabdeh1 İddiaçı-yə оlаn bоrcunun ödənilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.6 m2, yaşayış sahəsi 54.4 m2, yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi аçıq hərrаcdаn sаtıldıqdаn sоnrа ən gеci 1 аy müddətində fərdi yaşayış evinin bоşаldılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, V.Qasımov, M.Əsədli) xx.xx.2017-ci il tarixli 2(107)-xxx/2017 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayət i təmin edilməyərək, Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-xxx/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, A.Mahmudov) xx.xx.2020-ci il tarixli 2(107)-xxx/2020 saylı qərardadı ilə Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-xxx/2016 saylı qətnaməsindən cavabdeh İmanova (Abdullayeva) Gülnar Zenit qızı tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri mümkün hesab edilməsi qərara alınmış, Cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)-xxx/2017 saylı qətnaməsindən təqdimat vermək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə şikayət verilməsinin izah edilmiş, şikayətin vəkil tərəfindən tərtib edilm əli olması göstərilmişdir. Cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Həsənova Mətanət Rəhim qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh2 apelyasiya şikayətini qeyri-mümkün hesab edərkən gəldiyi nəticəni cavabdeh2 cavabdeh olduğu iş üzrə Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-xxx/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)-xxx/2017 saylı qətnaməsi ilə təmin edilməməsi, Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-xxx/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması, həmin qətnamə qanuni qüvvəsini aldığından iş üzrə cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli 2(107)-xxx/2017 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilməsi ilə əsaslandırmış, bu zaman Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Göründüyü kimi, qeyd ed ilən maddə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə biləcək şəxslərin dairəsini konkret müəyyən etmişdir: işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər. Halbuki Cavabdeh2 cavabdeh kimi hazırki mülki iş üzrə tərəf olmuş və birinci instansiya məhkəməsinin qətnaməsinin surətini xx.xx.2019-cu il tarixdə alaraq MPM-nin 47.2-ci maddəsi ilə ona verilmiş hüquqlardan istifadə edərək birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-xxx/2020 saylı qərardadının ləğv edilməsi və mülki işin apelyasiya şikayətinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İ şdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı-nin səlahiyyətli nümayəndəsi, cavabdeh2, vəkili Həsənova Mətanət Rəhim qızı və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişləir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası xx.xx.2020-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, Məhkəmə aktlarından apellyasi ya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tər əflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsində apellyasiya məhkəmələrinin qətnamə və qərardadlarından kassasiya şikayəti verilməsi hüququ nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər kassasiya şikayəti ilə müraciət etmək hüququna malikdirlər. İşdə iştirak etməyə cəlb olunmayan, apellyasiya instansiyası məhkəməsinin aktı ilə maraqlarına toxunan şəxslərin hüquqlarının müdafiəsi Mülki Prosessual Məcəllədə təsbit ed ilmişdir. Həmin Məcəllənin 403.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin423-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının və İnzibati-İqtisadi kollagiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə baxmayaraq iş materiallarından görünür ki, Cavabdeh2 Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)1570/2016 nömrəli qətnaməsindən apelyasiya şikayəti deyil Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(107)-xxx/2017 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən edilmiş müddətdə və qaydada kasasiya şikayəti verməli idi. Yuxarıda qeyd edildiyi kimi Abdullayeva (İmanova) Gülnar Zenit qızının cavabdeh olduğu iş üzrə apelyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apelyasiya kollegiyası apelyasiya şikayətini qeyri-mümkün hesab edərkən prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, apelyasiya kollegiyası apelyasiya şikayəti verilən məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinə istinad edərək, cavabdeh2 təqdimat verməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə şikayət verməli olduğunu göstərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. İş materiallarından da göründüyü kimi, Cavabdeh2 iş üzrə cavabdeh şəxsdir və onun Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada müraciət etmək hüququ yoxdur. Beləliklə, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hü quq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını, kasasiya şikayətinin dəlillərini və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmi n edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-xxx/2020 nömrəli qərardadı ləğv edilsin və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3194/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3194/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver