Məhkəmə qərarları › İş №2(102)-3195/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3195/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3195/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı xxx nümayəndəsi X1, vəkili Vəkil iştirakı ilə, İddiaçı xxx Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)249/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq m əhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.05.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə iddiaçı xxx qarşısında kreditin verilməsi müddətinin bitdiyi 27.05.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 24.08.2018-ci il tarixədək illik 6 faiz dərəcəsi ilə hesablanmış 940,33 manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 24.08.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 8 803,10 manat məbləğində penya olmaqla, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı xxxxn xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu nun ödənilməsi üzrə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Malik Qarayev) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-249/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı xx apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli, Ayaz Mahmudov) İddiaçı ASC xxx vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-249/2020 nömrəli, 15 yan var 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və TƏRƏFLƏRİN İZAHATİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Məhkəmələr iddianı rədd edərkən Qax rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli qətnaməsinə, həmin qətnamə ilə bankın tələblərinin faktiki təmin olunmasına qədər müddət ərzində əsas borc məbləğinə 6 faiz dərəcəsi ilə əldən çıxmış faydanın və 30 faiz dərəcəsi ilə hesablanan penya tutulması barədə iddianın təmin edilməməsinə istinad etmişlər. Qax rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli qətnaməsi üzrə işdə məbləğ də, tərəf lər də fərqli olmuşdur. Bankın hazırki iddiası əsaslı olsa da, məhkəmələr qeyd edilən qətnaməyə əsasən iddianı rədd etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxx nümayəndəsi X2 və vəkili Vəkilkassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, 27.05.2014-cü il tarixli **********30514 N°-li Kredit müqaviləsinə Cavabdeh 36 ay müddətinə, illik 6 faizlə 14000 manat məbləğində kredit verilmiş, öhdəliyin təminatı kimi ipotekaya mənzil qoyulmuşdur. Qax Rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli 2(024)-839/2017 saylı qətnaməsi ilə cavabdehdən ümumilikdə 16172,31 manat pul tutulmuş, tələb ipotekaya yönəlmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən 1 il sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini 11.09.2018-ci il tarixdə Banka ödəmişdir. Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş məbləğə illik 30 faiz dərəcəsi ilə hesablanan penya da ödəməli idi ki, əsas borcun tam şəkildə qaytarıldığı 24.08.2018-ci il tarixə bu məbləğ 8803.10 manat təşkil etmişdir. Əldən çıxmış fayda isə illik 6 faiz dərəcəsi ilə 24.08.2018-ci il tarixədək 940,33 manat təşkil edir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 399-cu maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istnda etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni də Qax rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının “11.07.2017-ci il tarixindən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 30 faiz dərəcəsi ilə hesabla nan penyanın Cavabdeh tutulması”na dair iddiasının rədd edilməsi ilə əsaslandırmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-249/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Qətnamədən görünür ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya instansiyası da Qax rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının “11.07.2017-ci il tarixindən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 30 faiz dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulması”na dair iddiasının rədd edilməsinə istinad etmiş, həmin qətnaməyə əsasən iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmır. Qax rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə xxx 11.07.2017ci il tarixindən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 30 faiz dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulmasına dair iddiası rədd edilib. Birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad etməklə, iddianın rədd edilməsi nəticəsinə gəlirdisə, həmin qətnamənin hazırki mübahisə üzrə preyudisial olubolmamasını araşdırmalı və Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə uyğun olaraq qətnaməyə bu konteksdən qiymət verməklə mübahisəni həll etməli idi. Lakin həmin qətnamənin hazırki mübahisəyə münasibətdə preyudisiallığına qiymət verilmədən iddia rədd edilib. Qeyd edilən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyət daşımaması müəyyən edilərsə, hazırki mübahisənin təmin və ya rədd əsasları da müstəqil əsaslar kimi qiymətləndirilməlidir. Başqa tərəfdən, həmin qətnamənin eyni tərəf, eyni predmet və eyni əsas üzrə olmasını qəbul edirdisə, belə olan halda da birinci instansiya MPM-in 261.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi məsələsini müzakirə etməliydi. Göründüyü kimi, birinci instansiya məhkəməsi Qax rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli qətnaməsinin hazırki iddia tələbinə hər hansı formada preyudisiallığına qiymət vermədən, yalnız həmin qətnamənin mövcudluğuna əsaslanaraq iddianı təmin etməməklə səhv nəticəyə gəlmiş, apelyasiya instansiyası da apelyasiya şikayətində xüsusi vurğulanan bu dəlilə qiymət verməmiş, bunu diqqətdən qaçırmaqla, səhv nəticəni təkrarlamışdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edil ən prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxx kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-249/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar