Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3196/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı və Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və XXXna qarşı tələblərinə dair birləşdirilmiş iş üzrə QƏRARİ iş № 2(1*2)-3196/2*22 (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka müqaviləsi) Bakı şəhəri, *8 sentyabr 2*22-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qar şı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh1 "xxxx" QSC-yə və XXXna qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələblərinə dair birləşdirilmiş iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-*6/2*21 nömrəli, 22 dekabr 2*21-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh və ya əsas borclu) arasında bağlanmış 16.11.2*12-ci il tarixli, *8L*****5572 saylı kredit xətti müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 12* ay müddətinə 5**.*** ABŞ dolları məbləğində kredit xətti açılmışıdr. Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir.
2. Həmin tarixli ipoteka müqaviləsinə əsasən, birinci cavabdeh ona məxsus Lənkəran şəhəri, X1 küçəsi, 116a ünvanında yerləşən *.**819 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2 mərtəbəli 132.8 m2 ümumi sahədən ibarət ticarət təyinatlı qeyri-yaşayış binasını (bundan sonra – ipoteka predmeti olan əmlak) dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 123.6*6 manat müəyyən edilməklə ipoteka ilə yüklü edərək, Bakın 16.11.2*12-ci il tarixli kredit xətti müqaviləsi, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması və bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanmış ayrıca razılaşmalardan irəli gələn tələb hüququna təminat vermişdir. İpoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır. 3. 19.11.2*12-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – digər cavabdehlər və ya zaminlər) əsas borclunun 16.11.2*12-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra edilməsi üçün Bank qarşısında zamin kimi məsuliyyət götürmüşlər. 4. 24.11.2*14-cü il tarixli, **8R********** saylı kredit razılaşmasına əsasən, Bank tərəfindən birinci cavabdehə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14*.*** ABŞ dolları məbləğində kredit verilmiş və *3.*4.2*15-ci il tarixli, **8R**********S saylı sazişlə tərəflər arasında y eni ödəniş planı razılaşdırılmaqla, kredit müqaviləsinin müddəti 24.*4.2*18-ci il tarixə uzadılmışdır. 5. *9.*7.2*15-ci il tarixli, **8KK*****22754*1 saylı kredit razılaşmasına əsasən, cavabdehə 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, 5.*** ABŞ dolları məbləğində Bankın plastik kartı vasitəsilə kredit verilmişdir.
6. Əsas borclu borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş, Bank hər iki kredit razılaşması üzrə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında ona və zaminlərə xəbərdarlıq məktubları ünvanlamış və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Birinci iş üzrə iddiaçı cavabdeh lərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə **8R********** saylı kredit razılaşması üzrə 118.413,29 ABŞ dolları əsas, 24.146,68 ABŞ dolları faiz və 43.839,*7 ABŞ dolları cərimə olmaqla, cəmi 186.399,*4 ABŞ dolları borcun, **8KK*****22754*1 saylı kredit razılaşması üzrə 4998,42 ABŞ dolları əsas, 17*,7 ABŞ dolları faiz və 874,97 ABŞ dolları cərimə olmaqla, cəmi 6*44,*9 ABŞ dolları borcun, ümumilikdə 192.443,13 ABŞ dolları kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3* manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 1* manat dövlət rüsumunun, eyni zamanda 21 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satı lması, satışdan əldə olunan vəsait hesabına borcun və məhkəmə xərclərinin ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, tutma yönəldikdən və satıldıqdan 1 ay sonra birinci cavabdehin əmlaka istifadə hüququnun itirilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsini boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri ürzə öhdəliklərini lazımınca icra etməmiş və Banka tələbdə göstərilən məbləğlərdə borcları qalmışdır. Ona görə də, borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
9. Məhkə mə tərəfindən təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 3* iyun 2*18-c tarixli, 113 nömrəli hesabatına əsasən ipoteka predmeti olan əmlakın bazar qiyməti 95.*** manat müəyyən edilmişdir.
10. Cavabdehlərin nümayəndəsi sonuncu məhkəmə iclasında verdiyi izahatında birinci cavabdehin maddi vəziyyəti ilə əlaqədar borcu vaxtında qaytara bilmədiyini, Bank tərəfindən xeyli borc hesablandığını, cavabdehlərin iddia ərizəsində göstərilən cərimə məbləği ilə razı olmadıqlarını bildirərək, cərimə borcunun azaldılmasını xahiş etmişdir.
11. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*49)-613/2*18 nömrəli, 19 sentyabr 2*18-ci il tarixli qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə **8R********** saylı kredit razılaşması üzrə 118.413,29 ABŞ dolları əsas, 24.146,68 ABŞ dolları faiz və 1*** ABŞ dolları cərimə olmaqla, cəmi 143.559,97 ABŞ dolları, **8KK*****22754*1 saylı kredit razılaşması üzrə 4998,42 ABŞ dolları əsas, 17*,7 ABŞ dolları faiz və 874,97 ABŞ dolları cərimə olmaqla, cəmi 6*44,*9 ABŞ dolları, ümumilikdə 149.6*4,*6 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3* manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 3* manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satı ş qiyməti 95.*** manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Banka olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra birinci cavabdehin əmlaka istifadə hüququnun itirilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsini boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmiş və ekspertiza xərcinin cavabdehlərə aid edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər kredit, zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onların Bank qarşısında icra edilməmiş borc öhdəlikləri qalmışdır.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.4, 279, 3*7.6, 3*9.1, 317.1, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2-ci,“İpoteka haqqında” Qanunun 33, 34.1, 39.3.3, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. İkinci iddia üzrə birinci cavabdeh Bankla arasında bağlanmış 16.11.2*12-ci il tarixli, *8M*****952 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia belə əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 25.*7.2*19-cu il tarixli qərarında qeyd olunmuş hüquqi mövqelərə əsa sən, ipoteka müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, faiz dərəcəsi, valyuta və s.) aydın göstərilməlidir. Bankla arasında bağlanmış kredit xətti və ipoteka müqaviləsində isə faiz dərəcəsi göstərilməmişdir. Bu halda isə, notariat kontoru qanunun tələblərinə zidd olan həmin əqdi təsdiq etməkdən imtina etməli idi. İddianın hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun müvafiq maddələrinə və Mülki Məcəllənin 337.1 və 339.2-ci maddələrinə istinad olunmuşdur.
16. Həmin iş üzrə Bank iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 25.*7.2*19-cu il tarixli qərarında ipoteka müqaviləsinin bağlanması ilə bağlı qeyd olunmuş qayda kredit xətti üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində i poteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Hazırkı halda ipoteka qoyan həm də əsas borclu olmaqla kredit müqaviləsi üzrə Bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmişdir.
17. Birinci instansiya məhkəməsinin 2(*49)-1*12/2*2* nömrəli, 13 avqust 2*2*-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia rədd olunmuşdur.
18. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi üçün hər hansı əsas olmadığından və ipoteka qoyan tərəfindən müqavilənin ləğvi üçün Mülki Məcəllənin 423-cü maddəsində nəzərdə tutulmuş qaydalara əməl edilmədiyindən iddia təmin oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Birinci iş üzrə birinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 19 sentyabr 2*18-ci il tarixli qətnaməsinin dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 4**.*** manat məbləğində müəyyən olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran şəhərində qeyri-yaşayış obyektlərinin satış qiyməti bir kvadrat metr üçün 3*** manat təşkil etdiyi halda, şəhərin mərkəzi küçələrindən birində yerləşən 132 m2 sahədən ibarət ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 95.*** manat müəyyən olunması absurddur. İşə baxan hakim isə əmlaka baxış keçirmədən mötəbər olmayan qiymətləndirmə rəyini əsas götürmüşdür.
20. İkinci iş üzrə də birinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13 avqust 2*2*-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmiş və şikayə tini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
21. Apellyasiya baxışında təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 27 sentyabr 2*19-cu il tarixli, 2*5/AB/19 nömrəli rəyinə əsasən, ipoteka predmetinin bazar dəyəri 1*5.*** manat, həmin MMC-nin 1* noyabr 2*2*-ci il tarixli, G-11/2*-265 nömrəli məktubuna əsasən likvid dəyəri isə 1**.*** manat məbləğində müəyyən edilmişdir.
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*6)-11*6/2*21 nömrəli, 14 sentyabr 2*21-ci il tarixli qərardadı ilə hər iki iş üzrə icraat bir icraatda birləşdirilmiş və işə 2(1*6)-*6/2*21 nömrəsi ilə baxılması qərara alınmışdır.
23. Həmin nömrəli iş üzrə apellyasiya instansiyası məhkəməsinin 22 dekabr 2*21-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.H üseynov (sədrlik edən və məruzəçi), Z.Zeynalov və Z.Allahyarov) birinci instansiya məhkəməsinin 19 sentyabr 2*18-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, əmlakın ilkin satış qiyməti 1**.*** manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin 13 avqust 2*2*-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmış və qiymətləndirmə xərci birinci cavabdehə aid edilmişdir.
24. Məhkəmə kollegiyası 19 sentyabr 2*18-ci il tarixli qətnaməni yoxlanılan hissədə dəyişdirərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpot eka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2* iyul 2*2*-ci il tarixli, *1 nömrəli Qərarına istinadla ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini apellyasiya baxışında keçirilmiş qiymətləndirmənin rəyinə uyğun olaraq likvid dəyəri ilə 1**.*** manat müəyyən etmişdir.
25. Kollegiya 13 avqust 2*2*-ci il tarixli qətnaməni dəyişdirmədən saxlayarkən isə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, həmin iş üzrə iddianın əsas kimi istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.*7.2*19-cu il tarixli qərarında göstərilmişdir ki, ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqav ilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilmir. Hazırkı iddia isə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə deyil, ləğv edilməsi barədə qaldırılmışdır. Həmçinin, əsas borclu ipoteka müqaviləsinə əsasən ipoteka qoyan olmaqla yanaşı, həm də kredit xətti müqaviləsi və həmin müqavilə üzrə bağlanmış kredit razılaşmalarının zəruri şərtləri barədə razılığa gələn tərəfdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Birinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Bakın iddia sının rədd, onun iddiasının isə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Şikayət belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitmədiyi halda, Bank tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi irəli sürülməmiş, məhkəmə isə bu halı araşdırmamışdır. Eyni zamanda, ipoteka müqaviləsində və onun əsasında bağlandığı kredit xətti müqaviləsində edilmiş dəyişikliklərlə bağlı bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində onun və zaminlərin razılığı alınmamış, bu isə zaminlərin məsuliyyətinin artmasına səbəb olmaqla zaminliyə xitam verilməsinə əsas verən haldır.
28. Digər tərəfdən, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində də pozuntuya yol vermişdir. Belə ki, iş üzrə təyin edilmiş qiymətləndirmə barədə hesabatlar və məktub arasında zaman fərqi olmasına baxmayaraq, məhkəmə 3 il ərzində ipoteka predmetinin qiymətinin cəmi 5*** manat dəyərində bahalaşması barədə formal rəyləri mötəbər sübut kimi qəbul etmiş, zərurət olduğu halda iş üzrə əlavə qiymətləndirmə təyin etməmişdir.
29. Bundan başqa, Bank tərəfindən cavabdehlərə pretenziya məktubu göndərilməmiş, həmin məktubun formal olaraq göndərilməsi barədə surətləri iş materiallarına əlavə edilsə də, məktubun cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmiş, bununla da MPM-in 149.2.4-cü maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, işə baxan məhkəməl ər tərəflər arasında razılıq olmadığından qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti olan əmlakın dəyərinin müəyyən edilməsini müstəqil qiymətləndiriciyə həvalə etmiş və haqlı olaraq həmin rəyi əsas götürmüşlər. Kassasiya şikayətinin digər bir dəlili zaminliyə xitam verilməsi ilə bağlı olsa da, nəzərə alınmalıdır ki, qətnamədən yalnız əsas borclu şikayət vermiş, zaminlər isə qətnaməni mübahisələndirməmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 3*7.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir (3* dekabr 2*18-ci il tarixədək qüvvə olan redaksiya).
32. Maddə 3*7.4. İpoteka müqaviləsində ipoteka ilə təmin edilm iş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir (3* dekabr 2*18-ci il tarixədək qüvvə olan redaksiya).
33. Maddə 3*7.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 4*5.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqınd a” Azərbaycan Respublikası Qanununun 1.*.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1*.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3*7.4, 4*5.1 və 477.*.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2*19-cu il tarixli Qərarı: 38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1*.1, 1*.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*5.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və b u müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz
39. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir
40. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə 1.*.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçiri lməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
42. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2* iyul 2*2*-ci il tarixli, *1 nömrəli Qərardadı
43. Bənd
11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat mar ketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
44. Bənd 21....kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 1*.5-ci maddəsinin tə ləbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 1*6.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsində n asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 1*6.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşm a “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Cavabdeh1 apellyasiya şikayəti verərkən ipoteka predmetinin ilkin satış qiymətindən başqa digər halları mübahisələndirməmişdir. Odur ki, bankın iddiası üzrə bu halın xaricində qalan məsələlər, o c ümlədən zaminlər şikayət vermədikləri üçün onlara aid dəlillər kassasiya baxışının predmetini təşkil etmir.
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd edir ki, qanunun tələbinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (§ 42).
54. Baxılan işdən görünür ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini ekspertizanın rəyi əsasında müəyyən etmişdir.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
56. Bundan əlavə, Kollegiya Cavabdeh1 iddiasının həllinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-258/2*21 nömrəli mülki iş üzrə *3 dekabr 2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.