Məhkəmə qərarları › İş №2(102)-3196/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3196/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3196/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş müqavilənin hüquqi qüvvəsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-56/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sifarişçi İddiaçı Məhəməd oğlu ilə podratçı Cavabdeh arasında (direktoru X4 şəxsində) bağlanmış 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilələrə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündür mərtəbəli binaların 1-ci blokun zirzəmisində 527.5 kv.metr, 2-ci blokun zirzəmisində 559.0 kv.metr, 3-cü blokun zirzəmisində 510.6 kv.metr və 4-cü blokun zirzəmisində 527.5 kv.metr qeyri-yaşayış sahələrini (qarajları) sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin qeyriyaşayış sahələri üçün cəmi 424.920 manat məbləğdə (1-ci blok üzrə 527.5 kv.m etr qeyriyaşayış sahəsinə 105.500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə 111.800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102.120 manat və 4cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış sahəsinə 105.500 manat olmaqla) pul ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı Məhəməd oğlunun həmin məbləğləri ödədiyinə dair 28 iyun 2007-ci il tarixli 14, 15, 16 və 17 nömrəli kassa mədaxil orderi qəbzləri tərtib olunmuş, habelə Cavabdehnə borcu qalmadığına dair eyni tarixli maliyyə arayışları verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarda 1-ci blok üzrə 527,5 kv.metr, 2-ci blok üzrə 559 kv.metr, 3-cü blok üzrə 510,6 kv.metr və 4-cü blok üzrə 527,5 kv.metr qeyri-yaşayış (qarajlar) sahələrinin boşaldılıb ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahələrinə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli müqavilələr üzrə iddiaçı tərəfindən cavabdeh şirkətə qeyri-vaşayış sahələrinə görə cəmi 424.920 manat ödənilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahələrinin təhvil verilməsi üçün cavabde h şirkətə dəfələrlə müraciət edilmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdeh öhdəliyini icra etmədiyindən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh qanuni təmsilçisi X6 xx.xx.2021-ci il tarixdə keçirilmiş yerli baxış iclasında verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ərazilər MTK-nın qarajlarıdır və orda hal-hazırda 4-5 maşın saxlanılır və ona məlum olmayan şəxslər aybaay gəlib o pulları yığırlar. Həmin şəxslərin kim olduğu ona bəlli deyil, sadəcə eşitmişdir ki, MTK-nın rəhmətə getmiş keçmiş təsisçisi tərəfindən həmin şəxslərə qanunsuz verilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi il ə (hakim Fərid Əyyubov) iddia təmin edilmişdir.

7. Məhkəmə işin faktiki hallarına, tərəflər arasında bağlanmış müqavilələrə və iş materiallarına əlavə edilmiş maliyyə arayışlarına və kassa mədaxil qəbzlərinə istinadən qeyd etmişdir ki, iddiaçının Cavabdehnə borcu qalmamışdır. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahələrinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaradır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilələr üzrə öhdəliklərini tam olaraq yerinə yetirsə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.8, 385.1, 425.1, 178.8, 646.1, 646.2 və 648.1-ci maddələrinə istinad etmək lə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh prezidenti X10 Babayev arasında bağlanmış 07 aprel 2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqaviləyə müvafiq olaraq şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidəki tikilməkdə olan binanın 1765 kv.m qeyri-yaşayış sahəsini (qaraj yerini) tikərək ona təhvil verməyi öhdəsinə gö türmüş, qeyri-yaşayış sahəsinin qiyməti 1.053.600 manat müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan 1.053.600 manat Maraqlı şəxs tərəfindən müqavilə bağlanan gün tam olaraq Cavabdehnə ödənilmiş, bu barədə ona həmin tarixdə, 07 aprel 2011-ci il tarixli qəbz verilmişdir. Bu qeyri-yaşayış sahəsi “2011-ci ildən onun istifadə və sərəncamındadır. Hal-hazırda da, həmin qeyri-yaşayış sahəsinin sahibi odur. Məsələ ondadır ki, 2013-cü ildə Bakı şəhər prokurorluğunda istintaqı aparılan ********* saylı cinayət işinin istintaqı zamanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən yaşayış binasının 4-cü blokunun 1765 kv.m sahəsi olan zirzəmiyə aid, qiyməti 1.053.600 manat dəyərləndirilən qeyri-yaşayı ş sahəsinə aid sənədlər prokurorluğun böyük müstəntiqi tərəfindən götürüldüyündən, bu sahənin özəlləşdirilməsini müvəqqəti olaraq həyata keçirə bilməmişdir. Aparılan istintaqın nəticəsi barəsində isə bu vaxta qədər ona heç bir məlumat verilməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi bu qeyri-yaşayış sahəsinin mülkiyyətçisi odur və sahə onun tərəfindən idarə olunur. Bu məhkəmə prosesi real mülki münasibətlərin pozulması səbəbilə deyil, iddiaçı ilə Cavabdeh arasında ona qarşı yönəldilmiş addımın nəticəsi olaraq meydana çıxmışdır. Məhkəmə həqiqəti araşdırmadan, şübhəli olduğu kənardan açıq-aşkar bəlli olan iddia tələbini təmin etmişdir. Cavabeh Cavabdeh və onun rəhbərliyinə məlumdur ki, İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsi Maraqlı şəxsdir və faktik olaraq mülkiyyətindədir. Bütün bunları bildiyi halda Cavabdeh məhkəmə prosesinə gəlib, həqiqəti məhkəməyə çatdırmamış və guya ki, mübahisənin həllində maraqlı olmadığını nümayiş etmişdir. Əslində isə Cavabdeh kimliyi ona məlum olmayan, prosesdə iddiaçı qismində çıxış edən İddiaçı ilə cinayət əlaqəsinə girərək ona məxsus olan obyekti ələ keçirmək niyyəti güdmüşdür. Göründüyü kimi, tərəflər, iddiaçı və cavabdeh öz nümayəndələrinin şəxsində qanunvericiliyin müvafiq tələblərinə vicdansız yanaşmış, saxta sənədlər tərtib etməklə özgə əmlakını ələ keçirmək məqsədi güdmüş və məhkəməni aldada bilmişlər. Məhkəmə iddiaçıdan bu vaxta qədər harda olduğunu, nə üçün bu vaxta qədər cavabdehdən öz öhdəliyini yerinə yetirməyi tələb etmədiyini soruşmamışdır. Məhkəmə mübahisə predmetinə yerli baxış keçirərkən mübahisə predmeti olan əmlaka kimin sa hiblik etdiyini yerində müəyyənləşdirməmiş, Cavabdeh nümayəndəsini bununla bağlı sorğu-suala tutmamışdır. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış və sonda səhv nəticəyə gəlmişdir.

11. Maraqlı şəxs təqdim etdiyi Cavabdeh prezidenti Ələsgər Ömərovla aralarında bağlanmış 07 aprel 2011-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqaviləyə əsasən, şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidəki tikilməkdə olan binanın qaraj yerinin tikilərək ona təhvil verilməsini öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1765 kv.m olmaqla, müqavilənin qiyməti 1.053.600 manat müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan 1.053.600 manat ümumi məbləğin alıcı tərəfindən müqavilə bağlanan gün tam həcmdə ödənilməsi barədə Cavabdehnə aid xx.xx.2011-ci il tarixli kassa mədaxil orderi verilmişdir. Müqavilə və kassa mədaxil orderi Cavabdeh möhürü və direktoru kimi X3 imzası ilə təsdiqlənmişdir.

12. Apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın 10/4032 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsinin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin Cavabdeh ilə İddiaçı və Maraqlı şəxs arasında bağlanmış müqavilələrə dair plan sxem təqdim olunmadığı üçün həmin müqavilələr üzrə ayrılmış sahələrin ölçülərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh tərəfindən İddiaçı və Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində satıldığını nəzərə alaraq, həmin qeyri-yaşayış sahələrinin üst-üstə düşdüyü müəyyən olunur.

13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 5/386 saylı 05 may 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 28 iyun 2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdəki (sahə 510,6 kv.m, sahə 527,5 kv.m, sahə 527,5 kv.m. sahə 559,0 kv.m), həmin tarixli maliyə arayışlarındakı və 07 aprel 2011-ci il tarixli kassa mədaxil orde rindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin möhür əksləri təqdim edilmiş "Yenes” şirkətinə məxsus möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil edir.

14. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/2030 saylı 03 oktyabr 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), ölçüləri və digər texniki parametrləri layihə sənədlərinə uyğun olmaqla, birinci blokun zirzəmisinin sahəsi 527,5 kv.m, ikinci blokun zirzəmisinin sahəsi 620,2 kv.m, üçüncü blokun zirzəmisinin sahəsi 491,6 kv.m və dördüncü blokun zirzəmisinin 401,4 kv.m (pillə kən meydançası, pilləkənlər və lift şaxtası nəzərə alınmadan) təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının mübahisəli mərtəbəsi həmin layihə sənədlərinə və İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1-ci əlavəsinə əsasən zirzəmi mərtəbəsi hesab edilir. Həmin zirzəmi mərtəbəsinin daxilində yerləşən pilləkən meydançası, pilləkənlər və lift şaxtası Mənzil Məcələsinin 35.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərin istifadəsində olduğu müəyyən olunur.

15. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1523-5/1304 saylı 28 fevral 2023-ci il tarixli rəyində isə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Maraqlı şəxs və Cavabdeh adından olan 07 apre l 2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə "Podratçı" hissəsində "Ömərov Ə-A." yazılarının qarşısındakı imzalar, Maraqlı şəxs adına olan 7 aprel 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza - eyni şəxs X7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı" hissəsində “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, həmin tarixli 4 ədəd maliyyə arayışlarında “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərind əki imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı” hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar həmin tarixli 4 ədəd maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar - X8 tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

16. Rəydə daha sonra qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, Maraqlı şəxs və Cavabdeh adından olan 07 aprel 2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə "Podratçı" hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, Maraqlı şəxs adına olan 7 aprel 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza ilə 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı" hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, həmin tarixli 4 ədəd maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar – öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəmə si) 26 aprel 2023-cü il tarixli, 2(103)-56/2023 nömrəli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia tələbi rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilələrdəki (dörd müqavilədəki) və həmin tarixli maliyyə arayışlarındakı (dörd ma liyyə arayışındakı) imzanın, həmçinin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilədəki və kassa mədaxil orderinin qəbzindəki imzanın Cavabdeh direktoru olmuş mərhum X7 tərəfindən icra olunub-olunmaması, qeyd olunan müqavilələrdəki mərhum X7 adından icra olunmuş imzaların eyni şəxs tərəfindən icra olunub-olunmaması, eləcə də qeyd olunan müqavilələrdəki, maliyyə arayışlarındakı və kassa mədaxil orderinin qəbzindəki möhür əksinin Cavabdehnə məxsus möhür olubolmaması və bütün sənədlərdəki möhür əksilərinin eyni yaxud fərqli möhürlərə aid olubolmamasını müəyyənləşdirmək üçün məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası keçirilməsi zərurəti yaranmışdır.

20. A lınmış rəylərin nəticəsindən göründüyü kimi, hazırki iddia üzrə iddiaçı cavabdehi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etmək görüntüsü yaratmağa cəhd etsə də, əslində iş üzrə keçirilmiş ekspertizalarla, o cümlədən məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlandığı iddia olunan 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki imzalar mərhum X7 tərəfindən deyil, başqa şəxslər tərəfindən icra olunmuşdur. Əksinə, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 7 aprel 2011-ci il tarixli müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə “Podratçı” hissəsində yazılarının qarşısındakı və eyni tarixli kassa mədaxil orderinin qəbzindəki imzanın X 7 tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Demək ki, iddiaçının təqdim etdiyi 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki möhür əksi cavabdeh Şirkətə məxsus olsa da, imzalar həmin vaxt Şirkətin rəhbəri olmuş Ələsgər Ömərova məxsus deyildir. Bu fakt isə açıq-aşkar ona dəlalət edir ki, həmin sənədlər sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaqla tərtib edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

21. Məhkəmə kollegiyası Mülki Məcəllənin 452.1 və 452.2-ci maddələrinə istinadla qeyd etmişd ir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçının, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin (əlbətdə ki, iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlər sonradan saxta yolla tərtib edilməmiş olsa) etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş qeyri-yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin qeyri-yaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, tikinti şirkəti yaxud digər şəxs qeyriyaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona ver ilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-nin 443, 452.2, 448 mad.). Lakin hazırki iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir, üstəlik qeyri-yaşayış sahəsinin on ildən artıq müddətdə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs sahibliyində və istifadəsində olması da işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə iddiaçının və cavabdeh Şirkətin səlahiyyətli şəxslərinin sonradan saxta sənədlər tərtib edərək hazırki iddianın irəli sürülməsi isə əlbətdə ki, yolverilməzdir. Çünki, bu hal açıqaşkar hüquqdan pis niyyətlə sui-istifadə edib başqalarına zərər vurmaq məqsədi daşımışdır.

22. Həmçinin məhkəmə kollegiyası eyni tarixli xüsusi qərardad qəbul edərək, hazırki mülki iş üzrə qanun pozuntusuna yol vermiş şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxdığından Azərbaycan Respublikasının Baş prokuroluğuna xəbər vermişdir.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 157.8, 158.4, 385.1, 386.1, 442 və 452.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mə hkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək qeyri-yaşayış sahəsinin on ildən artıq müddətdə Maraqlı şəxs sahibliyində və istifadəsində olmasını da işin mübahisəsiz halı hesab etmişdir. Halbuki, iş üzrə sübutlarla mübahisəli qeyri-yaşayış sahələrinin mülkiyyət hüququ ilə (MM-in 452.1-ci maddəsinə uyğun olaraq) оna verilməsi halı təsdiq edilməmişdir. Əksinə cavabdehin nümayəndəsi mübahisə birinci instansiya məhkəməsi tərəfindən həll edilərkən sahələrin qanunsuz оlaraq kimliyi bəlli оlmayan şəхslərdə оlduğunu bildirmişdir.

26. Bundan əlavə, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək məcburi оlmayan əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/2030 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə razılaşmışdır. Məhkəmə nəzərə almamışdır ki, tikintinin mövcud vəziyyəti ca vabdehi xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələr üzrə öhdəliyinin icra edilməsindən azad etmir. Həmçinin kollegiya məhkəmə-xətşünaslıq ekspertizasının 10/2030 saylı xx.xx.2022-ci il tarixli rəyinə münasibətdə nəzərə almamışdır ki, ekspertiza X3 eksperimental хətt nümunələri оlmadan keçirildiyindən, xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilə və maliyyə arayışlarındakı, eləcə də xx.xx.2011-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə və kassa mədaxil orderinin qəbzindəki imzaların X7 tərəfindən icra olunub-olunmaması halının təsdiqində (hazırkı mübahisənin həllində) mötəbər sübut sayıla bilməz. İşin halları məhkəmənin müəyyən etdiyi (sənədlərin sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaq la tərtib edilməsi halında) kimi оlsa idi, təhvil veriləcək qeyri-yaşayış sahələri ilə uyğunsuzluq оlmaması üçün, müqavilələrdə sifariş оlunan tikintinin sahələri ekspertin müəyyən etdiyi ölçüdə göstərilməli idi. Zirzəmilərin göstərilən sahəsi isə müqavilələrin 2007-ci ildə bağlandığını təsdiq edir.

27. Prosessual hüquq normasını düzgün tətbiq etməyən məhkəmə qanunsuz оlaraq hesab etmişdir ki, hazırki iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir. Halbuki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə ödəniş etməsi işin mübahisəsiz halı оlmuşdur.

28. Məhkəmə prosessual hüquq normasını pozaraq birinci, ikinci, üçüncü və dördüncü bloklarda yerləşməklə fərqli ünvanlarda yerləşən sahə lərin tikintisi üçün cavabdehlə bir müqavilə bağanmasına əsas оlmuş halı izah edə bilməyən Maraqlı şəxs izahatına və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

29. Həmçinin qeyd olunmalıdır ki, mübahisəli müqavilələr heç kim, о cümlədən Maraqlı şəxs tərəfindən mübahisələndirilməmiş, ləğv edilməmiş, etibarsız sayılmamış və hazırda da qüvvədədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Maraqlı şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, çikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. M addə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən b u hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulm ası, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər ə mlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

48. Q anunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şi kayəti təmin edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

51. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı Məhəməd oğlu ilə podratçı Cavabdeh arasında bağlanmış 28 iyun 2007-ci il tarixli müqaviləyə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündür mərtəbəli binaların 1-ci blokun zirzəmisində 527.5 kv.metr, 2-ci blokun zirzəmisində 559.0 kv.metr, 3-cü blokun zirzəmisində 510.6 kv.metr və 4-cü blokun zirzəmisində 527.5 kv.metr qeyri-yaşayış sahələrini (qarajları) sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin qeyri-yaşayış sahələri üçün cəmi 424.920 manat məbləğdə pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Məhəməd oğlunun həmin məbləğləri ödədiyinə dair şirkətin möhürü ilə təsdiq edilmiş 28 iyun 2007-ci il tarixli 14, 15, 16 və 17 nömrəli kassa mədaxil orderi qəbzləri tərtib olunmuş, habelə Cavabdehnə borcu qalmadığına dair eyni tarixli maliyyə arayışları verilmişdir. Həmin müqavilə, kassa mədaxil orderi və maliyyə arayışları Cavabdeh adından şirkətin direktoru X7 tərəfindən imzalanmışdır. 52. 07 aprel 2011-ci ildə Cavabdeh prezidenti X7 həmin qeyri-yaşayış sahələrinin satılması barədə Maraqlı şəxs ilə alğı-satqı müqaviləsi bağlamış, müqavilənin qiyməti 1.053.600 manat müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan 1.053.600 manat ümumi məbləğin alıcı tərəfindən müqavilə bağlanan gün tam həcmdə ödənilməsi barədə Cavabdehnə aid kassa mədaxil orderi verilmişdir. Müqavilə və kassa mədaxil orderi Cavabdeh möhürü və direktoru kimi X3 imzası ilə təsdiqlənmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı” hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar həmin tarixli 4 ədəd maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar - X8 tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

54. Apelyasiya instansiyası bu rəyə istinad etməklə o nəticəyə gəlmişdir ki, iddiaçının təqdim etdiyi 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki möhür əksi cavabdeh Şirkətə məxsus olsa da, imzalar həmin vaxt Şirkətin rəhbəri olmuş Ələsgər Ömərova məxsus deyildir. Bu fakt isə açıq-aşkar ona dəlalət edir ki, həmin sənədlər sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaqla tərtib edilmişdir.

55. Kassator qeyd olunan ekspert rəyinə istinadla iddianın rədd olunmasını əsaslı saymır. Kassatorun bu dəlili ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPMnin 103.1-ci mddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

56. Həmin Məcəllənin 88-ci maddəsində də heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığı müəyyən edillərək deyilir ki, məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

57. Sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

58. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmunu nu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

59. Ekspert rəyi də qanunun tələbinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi meyarları üzrə yoxlanıb qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, mövcud ekspertiza təcrübəsində əlyazma mətnlərin, rəqəmli yazıların və imzaların tədqiqatı zamanı adından sual qoyulmuş şəxsin sərbəst xətt nümunələri 5-6 (beş-altı) vərəqdən az olmayan müxtəlif xarakterli sənədlərdə (şəxsi i şin materialları, ərizələr, qaralama yazılar, məktublar və s.), sərbəst imza nümunələri isə 10-dan az olmayan sənədlərdə (ödəniş cədvəllərində, ərizələrdə, pensiya ödəniş tapşırıqlarında və s.) təqdim olunmalıdır.

60. Məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli rəydə qeyd olunur ki, müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya X1 imza nümunəsi qismində AZE seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası, 01 mart 2012-ci il tarixli müqavilənin və maliyyə arayışının kserosurətindəli imzası, 25 avqust 2010-cu il tarixli maliyyə arayışının kserosurətindəki imzası, 07 aprel 2011-ci il tarixli müqaviləyə əlavənin kserosurətindəki imzası təqdim edilmişdir.

61. Göründüyü kimi təqdim olunmuş 07 aprel 2011-ci il tarixli müqaviləyə əlavə, Maraqlı şəxs özünə aid olan sənəddir və bu s ənədin müqayisəedici imza kimi seçilməsi məntiqli deyildir. Nümunə kimi təqdim olunmuş 01 mart 2012-ci il tarixli müqavilə və maliyyə arayışının kserosurəti habelə 25 avqust 2010-cu il tarixli maliyyə arayışının kserosurətindəki imzalarla bağlı qeyd olunmalıdır ki, birincisi, sərbəst xətt və imza nümunələrinin təqdim olunduğu sənədlər tədqiq olunan sənədlə növünə, yazıya (qrafika) və dilinə, icra olunma vaxtına, məqsədli təyinatına və məzmununa, yazı alətinə, icra olunma şəraitinə, icra olunma surətinə, icra olunma üsuluna (vərdişsiz sol əllə yazı, meylin dəyişməsi, çertyoj, kitabxana və digər şriftlər və s.) uyğun olmalıdır.

62. Göründüyü kimi iddiaçı ilə bağlanmış müqavilə 2007-ci ilə aid müqavilədir. Lakin ekspertizaya təqdim olunan imza nümunələri 2010 və 2012-ci illərə aid səndələrdə əksini tapan imzalardır. Müqayisə material kimi ekspertə təqdim olunması üçün 2007-ci ilə aid imza nümunələrinin tələb olunması, həmin nümunələrin təqdim olunmasının mümkün olmaması iş materiallarından görünmür.

63. İkincisi, ekspertin müqayisəedici nümunə kimi istinad etdiyi 01 mart 2012-ci il tarixli müqavilə və maliyyə arayışı (2-ci cild, səh.104-105), "xxxx" MMC-yə aiddir. Belə ki, sözügedən müqaqvilədə həmin müqavilənin "xxxx" MMC-nin Nizamnaməsinə əsasən "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı və X2 arasında Bakı şəhəri, S.Rəhimov küçəsi 101 ünvanda inşa edilən binaya dair bağlandığı qeyd olunur. Lakin müqaviləni və maliyyə arayşını imzalayan şəxs kimi «"xxxx" MMC-nin direktoru Ömərov Ə.A.» qeyd olunmuşdur. Göründüyü kimi, müqayisəedici nümunə kimi təqdim olunan 01 mart 2012-ci il tarix li müqavilə və maliyyə arayışının nümunə kimi mötəbərliyi şübhədən kənar deyildir.

64. Məhkəmə iddiaçı ilə bağlanmış müqavilələlərin saxta olduğu barədə nəticəyə ekspert rəyinə istinad etməklə gəldiyi halda, ekspert rəyinin sübut kimi qiymətləndirməsini aparmalı idi. Lakin işə baxmış məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla ekspertin rəyini qanunun tələbinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi meyarları üzrə təhlil edib əsaslandırmaqla qiymətləndrməmişdir.

65. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 452.1 və 452.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, tikinti şirkəti yaxud digər şəxs qeyriyaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, ond a iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur.

66. Məhkəmə daha sonra bildirmişdir ki, bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-nin 443, 452.2, 448 mad.). Lakin hazırki iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir.

67. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həllinə Mülki Məcəllənin 452-ci maddəsinin təbiqi mümkündür. Məhkəmə Mülki Məcəllənin 452-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərini müəyyən etməsini iddianın rədd olunması üçün kifayət hesab etməyib, əlavə olaraq iddiaçı tərəfindən həmin məbləğin şirkətə ödənilib ödənilməməsini də araşdırmışdır.

68. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməməsi barədə nəticəyə gəlmək üçün işin halları tam araşdırılmayıb. Belə ki, əvvəla Cavabdeh iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsi üçün müqavilədə nəzərdə tiutulmuş məbləğin ödənilməsini inkar etmir. İddiaçının bəhs olunan müqavilə üzrə pulun ödənilməsi barədə adi qəbz və ya maliyyə arayışı deyil, məhz Cavabdeh üçün çap edilmiş ciddi mühasibat sənədi sayılan, şirkətin möhürü ilə təsdiqlənmiş kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. Bu maliyyə sənədlərində şirkətin direktoru Ələsgər Ömərov tərəfindən deyil, başqa şəxs tərəfindən imza edildiyi barədə ekspert rəyinə istinadla pulun şirkətə öd ənilməməsi barədə gəlinən nəticə, sonadək aparılmamış araşdırmaya əsaslanıb. Çünki, əvvəla yuxarıda qeyd olunduğu kimi ekspert rəyi qiymətləndirilməyib. Bundan başqa, qeyd olunan maliyyə arayışları və cavabdeh müəssisə üçün xüsusi olaraq hazırlanmış kassa mədaxil orderləri üzrə pulun şirkətə ödənilib ödənilməməməsinin araşdırılması zamanı, yalnız bu sənədlərdəki imzaların “Ömərov Ə.A” tərəfindən icra edilməməsinə istinad etməklə pulun ödənilmədiyi barədə nəticəyə gəlmək, yarımçıq araşdırmadır. Çünki qeyd olunduğu kimi həmin sənədlər şirkətin möhürü ilə təsdiq edilmişdir və imza şirkətin direktoru tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdirsə nəyə görə möhürlə təsdiq edildiyi, bu zaman möhürün əhəmiyyətli olub olmaması məhkəmə tərəfindən əlavə araşdırma aparılıb (mümkün olan həd də) gəldiyi nəticəni əsaslandırmaqla izah edilməli idi. Ona görə ki, möhür sənədin həqiqi olmasının təsdiq edən əlavə kimi çıxış edir.

69. Belə ki, “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın 3.2-ci bəndinə görə əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə hüquqi və inzibati aktlara imza qoyulmaqla yanaşı, Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür də vurulur.

70. Qeyd olunan Qaydanın 3.3-cü bəndinə görə əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Möhür sənədin rəsmi və həqiqi olması üçün vurulu r.

71. Doğrudur ki, Cavabdeh möhüründə dövlət gerbinin təsvri yoxdur və yuxarıda qeyd olunan Qaydanın hüquqi təsir dairəsinə düşmür. Lakin möhürlərin tətbiqi ilə bağlı formalaşmış işgüzar qaydalar onu ehtiva edir ki, dövlət gerbinin təsviri olmayan möhürlər də sənədin rəsmi və həqiqi olması üçün vurulur.

72. Məhkəmə, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və pulun iddiaçı tərəfindən ödəniməsini mübahisələndirmədiyi halda, bu xüsusatın araşdırılması üçün cavabdehdən yazılı izahat verilməsini tələb etməmişdir.

73. Bundan başqa, iş materiallarından görünür ki, Maraqlı şəxs mübahisəli qeyriyaşayış sahəsinə aid sənədlərin 2013-cü ildə ondan istintaq orqanı tərəfindən götürüldüyünü bildirirb və bu barədə tərtib olunmuş protokolu təqdim edib. Həmçinin apelyasiya instansiyası məhkəməsi so rğu etməklə, qeyd olunan araşdırmaya aid olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətini alaraq, iş materiallarına əlavə edib. Həmin qərardan görünür ki, Cavabdeh direktoru olmuş X7 vəfat etdikdən sonra onun həyat yoldaşı X5 şikayəti əsasında Nərimanov rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı X3 bir neçə şirkətin təsisçisi olmaqla tikinti işləri ilə məşğul olduğunu, tikinti işlərini yerinə yetirərkən tanışları Fatma, Xaliq və digər şəxslərdən sələmə borc pul alaraq əvəzində yaşayış və qeyri-yaşayış sahələrini alğı-satqı müqaviləsi əsasında girov qoymasını, bununla bağlı sonradan ödəmələr edilsə də, ərinin vəfatından sonra borc verənlərin girovda saxladıqları əmlakları ələ keçirib qaytarmayaraq evlərinə tanımadığı şəxs ləri göndərməklə onların vasitəsilə hədə-qorxu gəlib əlavə pul tələb etmələrini, bəzi şirkətlərə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi ilə əlaqədar nağd pul, yaşayış və qeyri-yaşayış sahələri verilsə də, həmin şirkət rəhbərləri pulları və əmlakları mənimsəyərək öhdələrinə düşən işləri yerinə yetirməkdən imtina etmələri faktı üzrə xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanmışdır.

74. Qərarda daha sonra göstərilri ki, istintaqla müəyyən edilmişdir ki, mərhum X7 özünə məxsus tikinti şirkətlərində inşaat işlərini davam etdirmək üçün borc almaq məqsədilə 2010-cu ilin avqust ayında tanış olduğu Maraqlı şəxs Əvdil oğluna müraciət etmiş və verilən borcun əvəzində girov qismində inşa etdirdiyi tikinti binalarından yaşayış v ə qeyri-yaşayış sahələrinin Maraqlı şəxs adına rəsmiləşdirmək razılığına gələrək 2011-ci ilin yanvar ayında 200.000 manat, aprel ayında 300.000 manat, iyun ayında 200.000 manat borc pullar almışdır. Aldığı borcların qarşılığında girov kimi, H.Cavid prospektində yerləşən 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sənədini, Yeni Yasamalda yerləşən yaşayış binasının zirzəmisi olan 1770 kv-metr sahəni əhatə edən qarajın sənədini və Tbilisi prospektində, Diaqnostika mərkəzinin yaxınlığında yerləşən 3 mərtəbəli villanın sənədini alqı-satqı müqavsiləsinə əsasən Maraqlı şəxs Əvdil oğlunun adma rəsmiləşdirmişdir.

75. Məhkəmə kollegiyası cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarla bağlı dərhal qeyd edir ki, həmin qərar baxılan iş üz rə preyudisial əhəmiyyət kəsb etmir. Lakin qərarda əksinin tapmış məlumatların baxılan iş üzrə əhəmiyyətli olması və araşdırma predmetinə çevrilməsi məsələsi ortaya çıxır. Belə ki, sözügedən qərarda əksini tapmış məlumatlardan belə nəticə hasil olur ki, mərhim Ə.Ömərov Maraqlı şəxs 2011-ci ilin yanvar ayında 200.000 manat, aprel ayında 300.000 manat, iyun ayında 200.000 manat borc pullar almış, həmin borcların qarşılığında girov kimi, H.Cavid prospektində yerləşən 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sənədini, Yeni Yasamalda yerləşən yaşayış binasının zirzəmisi olan 1770 kv-metr sahəni əhatə edən qarajın sənədini və Tbilisi prospektində, Diaqnostika mərkəzinin yaxınlığında yerləşən 3 mərtəbəli villanın sənədini alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs Əvdil oğlunun adına rəsmiləşdirmişdir.

76. Bu məlumat, məhkəmədən həqiqətə nail olunması üçün həmin cinayət işi materiallarının alınıb öyrənilməsini, qeyd olunan faktın Maraqlı şəxs izahatında necə əks olunduğunu müəyyən etməyi tələb edirdi. Lakin həmin materiallar alınıb öyrənilməmişdir.

77. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin araşdırması işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

78. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi büt ün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

79. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər. Belə mübahisələrin həllində də məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

80. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

81. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək g östərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələblər i baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

83. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

84. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edi lməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

85. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-56/2023 saylı, 26 ap rel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar