Məhkəmə qərarları › İş №2(102)-3197/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3197/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3197/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə Cavabdeh qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6266/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə dair işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsi ev 32, 2 saylı mənzil İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində olmuşdur. Həmin mənzil 28 iyul 2004-cü il tarixdə iddiaçı tərəfindən X1 53000000 AZM-ə satılmışdır. X3 ilə iddiaçı arasında yazılmış qəbzə əsasən, X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, xxxxxxxxxxxxxxx mənzilini (bundan sonra – mübahisəli mənzil) 9100 ABŞ dolları məbləğinə satmağı öz öhdəsinə götürmüşdür. O, mənzilin sənədlərini 30.07.2004-cü il tarixədək hazırlamağı, bunun müqabilində iddiaçıdan 200 ABŞ dolları məbləğində beh aldığını və əgər alqı-satqı alınmasa behin iki qatını, yəni 400 ABŞ dollarını geri qaytarma ğı öhdəsinə götürmüşdür. Mübahisəli mənzil 03 avqust 2004-cü il tarixdə X3 tərəfindən Cavabdeh (bundan sonra – cavabdeh) 45000000 AZM-ə satılmış və 11.09.2004-cü il tarixdə sonuncunun adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən verilmiş 11.09.2004-cü il tarixli, ÖM seriyalı, 205688 saylı qeydiyyat vəsiqəsinin ləğv olunması və həmin mənzilə onun mülkiyyət hüququnun tanınması, onun adına çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən onun xeyrinə 9100 ABŞ dollarının Azərbaycan manatına uyğun məzənnəsi ilə və 21500 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil alındığı zaman hərbçi olduğu üçün və şəxsiyyət vəsiqəsi olmadığı üçün evi qeyri-rəsmi yaşadığı cavabdehin adına sənədləşdirib onun adına evə çıxarış almışdır. O, cavabdehlə rəsmi nikah bağlayaraq yaşamaq istəmişdir. Lakin cavabdeh 2015-ci il tarixdə evdən çıxıb getmişdir. Sonradan cavabdeh onun evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh öz doğma qardaşı xxxxxxxxx ilə planlaşdıraraq onun puluna aldı ğı mənzili sataraq qazanc əldə etmək istəmişdir. Ancaq sonradan cavabdeh iddiasını geri götürmüşdür. Hazırda o, tələbini dəyişərək evə dair çəkdiyi xərclərin ödənilməsini istəyir. Mübahisəli mənzili 9100 ABŞ dollarına almışdır. Ev təmirsiz olduğundan təmir işləri apararaq təmirə 10000 manat pul xərcləmişdir. Kommunal xidmətlər orta hesabla il ərzində 600 manat təşkil etdiyinə görə, 15 il ərzində, yəni evi aldığı 11.09.2004-cü il tarixdən bu günə kimi 9000 manat ev haqqı ödəmişdir. Digər təmir işlərinə görə təxminən 2500 manat pul sərf etmişdir. Ümumi hesabla o, evin alınmasına 9100 ABŞ dolları və yuxarıda göstərilən təmir və kommunal xidmətlərə görə 21500 manat xərc çəkmişdir. Cavabdeh, öz növbəsində, qarşılıqlı iddia ərizəsi ilə müraciət edərərk, iddiaçının mübahisəli mənzildən çıxarılmas ı və əldən çıxmış faydaya görə (15x12=180) 36000 manat məbləğində pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə rəsmi nikah münasibətlərinə girmədən mənzilində müvəqqəti yaşamasına icazə vermişdir. Lakin o, bu müddət ərzində onun mənzilində yaşadığı azmış kimi, hal-hazırda ona qarşı belə əsassız iddia ilə çıxış edir. İddiaçı formal olaraq ona məxsus yaşayış evindən istifadə etməklə onun öz hüquqlarını həyata keçirməsinə mane olur ki, bu da yolverilməz haldır. İlkin olaraq mənzil ABŞ dolları ilə deyil 45000000 AZM-ə onun tərəfindən alınmışdır. Həmin mənzilə görə ödənilən 45000000 AZM ona məxsus olmuşdur. “xxxx” MMC-nin 30.01.2020-ci il tarixli 0127/20/Mİ saylı qiymətləndirmə rəyinə əsasən, mübahisəli mənzilin təmirinə sərf edildiyi ehtimal edilən məbləğ 6100 manat təşkil edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(010)-92/2020 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim – S.Miriyeva) ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, cavabdehdən 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, həmçinin iddiaçının mübahisəli mənzildən çıxarılması qət edilmiş, ilk və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə görə pulun iddiaçı tərəfindən ödənilməsi birmənalı olaraq təsdiq olunur. Lakin iddiaçı hazırda alqı-satqı müqaviləsini mübahisələndirmədiyindən, mənzilin alqı-satqı müqaviləsi ilə bağlı ödənilmiş 9100 ABŞ dolları məbləğində pulu geri tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin təmirinə çəkilmiş xərc ekspert rəyi ilə 6100 manat müəyyən olunduğundan, bununla bağlı iddia həmin məbləğdə təmin olunmalı, yaxşılaşdırmanın əvəzi iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəli mənzilə dair hər hansı hüququ (sahiblik, istifadə) olmadığından, onun cavabdehin mülkiyyətində olan mənzildən çıxmaması sonuncunun mülkiyyət hüquqlarını pozur. Bununla belə, məhkəmə qarşılıqlı iddianın pul tələbi hissəsi ilə bağlı qeyd etmişdir ki, bununla bağlı hər hansı sübut təqdim olunmadığında n qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 157.6, 157.7, 386.1, 1091, 1092, 660.1, 1091.1, 1091.2-ci, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh qətnamənin ilk iddia tələbinin təmin olunan hissədə ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla həmin hissədə ilk iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin əldən çıxmış faydaya görə 36000 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması hissəsində təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya ins tansiyası məhkəməsi) 2(103)-6266/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), A.Tanrıverdiyev və Ş.Məmmədova) аpеllyаsiyа şikаyəti qismən təmin еdilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia tələbi təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, X3 tərəfindən mübahisəli mənzilin satılması ilə bağlı sənədlərin hazırlanması üçün iddiaçıdan 200 ABŞ dolları məbləğind ə behin alınması, mübahisəli mənzilin alınmasına dair ödənilmiş 45000000 AZM manatın məhz iddiaçı tərəfindən özünün şəxsi maddi vəsaiti hesabına verilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin iddiaçının özünün şəxsi vəsaiti hesabına əldə edildiyi sübuta yetirilmədiyindən ilk iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə, həmçinin apellyasiya şikayətinin qarşılıqlı iddianın əldən çıxmış faydaya görə pulun ödənilməsi tələbinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh əldən çıxmış faydanın nədən ibarət olmasını əsaslandırmağından birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə əsaslı hesab olunmalıdır. Çünki cavabdeh bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini MPM-in 14.2, 76, 77.1, 78.1, 81, 88-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuş, hüququn tətbiqində səhvə yol vermiş, tətbiq etdiyi qanunu səhv təfsir etmişdir. Kassator göstərmişdir ki, mülkiyyətində olan mənzili satdıqdan dərhal sonra mübahisəli mənzili almışd ır. Hərbçi olduğundan və evi onun adına almaq mümkün olmadığından, faktiki nikah münasibətlərində olduğu cavabdehin adına almışdır. Həmin vaxt cavabdehin evi olmamışdır. Onlar əvvəllər Lökbatan qəsəbəsində ona məxsus evdə yaşamışlar, sonradan həmin ev satılaraq mübahisəli mənzil alınmışdır. Cavabdeh evin onun vəsaiti hesabına alındığını qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. 2016-cı ildə onların arasında başqa bir məhkəmə mübahisəsi olmuşdur. Həmin vaxt cavabdehin verdiyi izahatla hazırkı işdəki izahatları tamamilə fərqlənir. Məhkəmədən iş materiallarının tələb olunmasını xahiş etmişdir. Məhkəmə həmin işi tələb etsəydi, daha ədalətli araşdırma aparardı. Bundan başqa, 2004-cü ildə 1 ABŞ dolları təxminən 4945 manat olmuşdur. 45000000 AZM dollara nisbətdə elə 9100 ABŞ dolları edir. Evin alınması üçün verdiyi pulları evin sahibi xxxxxxxvə arvadı xxxxx qəbul edərək imzaları ilə ondan pul aldıqlarını təsdiq etmişlər. Bu barədə sübut məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, evə çəkdiyi xərclər ona ödənilməlidir. Əgər o, həmin mənzildən çıxmalıdırsa, evdə gördüyü yaxşılaşdırma işlərinin əvəzi ona qaytarılmalıdır. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 157.6, 157.7, 386.1, 1091, 1092, MPM-nin 9.3, 77.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm asını xahiş etdilər. Cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şi kayətində apellyasiya instansiyası məhkəməsi aktının ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur (maddə 1091.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (ha kim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6266/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin idd ianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar