Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3197/2022 11.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-283/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-221/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Səlimov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 5308 (beş min üç yüz səkkiz) manat və m ənəvi ziyana görə 1000 (bir min) manat, ümumilikdə 6308 (altı min üç yüz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-283/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov, N.Mirzəyev) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti vermiş və həmin şikayət 21 aprel 2022-ci il tarixli qərardadla kassasiya icraatına qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin sədri 22 iyul 2022-ci il tarixli məktubla müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 202 2-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə baxılması ilə əlaqədar mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışınd an çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-283/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3197/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3197/2022
11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver