Məhkəmə qərarları › İş №2(102)-3198/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3198/2019

08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3198/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı və vəkili GSnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.A.Nuriyev, iş 2(007)-456/2017) İddiaçı cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2018-ci il tarixli, 2(103)1592/2018 saylı qətnaməsi ilə (R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), hakimlər S.F.Hacıyev və F.Ş.Talışinski) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(007)456/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları: İdd iaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında)birinci nstansiya məhkəməsinə müraciət edərək, 05 may 2009-cu il tarixdə Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsinin Cavabdeh2 hissəsində etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşmiş «XəzərM» firmasının nizamnamə kapitalının 50%-nin alınaraq iddiaçıya qaytarılması, 2009-cu il tarixdən hal-hazırki vaxtadək əldən çıxmış fayda kimi 420000 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 100000 manat məbləğində m ənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarlımasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili GS kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxm ayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, “Xəzər-M” firmasının təsisçisi İddiaçı ilə Cavabdeh2 və X3 ar asında bağlanaraq, notariat qaydasında təsdiq edilmiş 05 may 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı «Xəzər-M» firmasının nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X1. İddiaçı qeyd edilən alqı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi - satılmış əmlakın dəyərinin bir hissəsinin (yarısının) cavabdeh tərəfindən ona ödənilməldiyini, beləliklə aldadıldığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsi pinə riayət edilməsidir. Müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı veri lir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, satılmış əşyanın dəyərinin bir hissəsinin ödənilməməsi əsasına görə əqdin etibarsızlığı qanunvericiliklə nəzərdə tutulmamışdır (eyni zamanda, iddiaçı əqdi digər alıcı olmuş İlqar Əliyevə münasibətdə mübahisələndirmir). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydası nda təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində çağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -339.1 -ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nət icəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər -339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halları məhkəmə araşdırması zamanı sübut edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. İddiaçı alqı-satqı müqaviləsində satılmış əmlakın dəyərinin göstərilməməsini bildirmişdir. Mülki qanunvericilik əşyanın qiyməti ilə bağlı müvafiq tənzimləmələr həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -398.3-cü m addəsinə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. -597-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. -598.4-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina e dirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, əvəzli müqavilədə qiymətin göstərilməməsi və ya alıcının əşyanın dəyərini ödəməməsi halında müvafiq tənzimləmələr müəyyən olunmuşdur ki, bunlar da özü-özlüyündə heç bir halda əqdin etibarsızlığına əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının iddia tələbində göstərdiyi əsaslar mübahisələndirilən alqı-satqı müqaviləsinin qismən etibarsız sayılmasına hər hansı əsas vermir. Bununla yanaşı, əqdin etibarsızlığını tələb etmək üçün qanunla müəyyən olunmuş müddət də ötürülmüşdür. İş materiallarından görünür ki, cavabdeh tərəf mübahisəyə iddia müddətinin tətbiq olunması barədə əri zə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. -354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. -377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məh kəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarına əsasən mübahisələndirilən əqd (alqı-satqı müqaviləsi) 05 may 2009-cu il tarixdə bağlansa da, iddiaçı onu 7 ildən çox müddət keçdikdən sonra mübahisələndirmiş, beləliklə iddia müddətini ötürmüşdür ki, iddia məhz bu səbəbə görə də tam əsassızdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001- ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri -sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədal ət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad ədir. Avropa Məhkəməsi «Novakovic Xorvatiyaya qarşı» iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qan unvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qan una uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 3007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş müvafiq iddia müddəti buraxılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 05 may 2009-cu il tarixdə Bakı şəhəri, 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsinin Cavabdeh2 hissəsində etibarsız hesab edilməsi barədə tələbi tam əsassızd ır və iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan, qalan hissələrdə də (Cavabdeh2 adına rəsmiləşmiş «Xəzər-M» firmasının nizamnamə kapitalının 50%-nin alınaraq iddiaçıya qaytarılması, 2009-cu il tarixdən halhazırki vaxtadək əldən çıxmış fayda kimi 420000 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 100000 manat məbləğində mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsi) təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, ka ssasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar