Məhkəmə qərarları › İş №2(102)-3198/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3198/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3198/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən kassasiya qaydasında yoxlanılmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 2(103)-6411/2018 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması və evdən çıxarılma” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 11 aprel 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh1 47.600 manat borc pul vermiş və sonuncu krediti və ona hesablanacaq faizləri 11 aprel 2017-ci il tarixədək qaytarmağ ı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 11 aprel 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan xxxx saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0258 ha torpaq sahəsi onun xeyrinə ipoteka qoyulmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 4.600 manat pul ödəsə də, dəfələrlə tələb etməsinə baxmayaraq sonuncu sözügedən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh1 əsas borca görə 43.000 manat, əldən çıxmış faydaya görə 7.140 manat, mənəvi zərərə görə 20.000 manat, göstərilmiş hüquqi xidmətə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 77.841 manat pulun tutulub ona ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, iddia tələbinin ödənilməsi, ipoteka predmeti satıldıqdan 1 ay ərzində cavabdehlərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(010)238/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim G.K.İmanova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması və evdən çıxarılma” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 əsas borca görə 43.000 manat, xidmət haqqına görə 500 manat pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan xxx saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0258 ha torpaq sahəsinə y önəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin satıldığı ana bazar qiyməti ilə qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, iddia tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmetləri satıldıqdan 1 ay ərzində cavabdehlərin ipoteka predmetindən və torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, eləcə də qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-6411/2018 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) a pellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 23 fevral 2018-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə dəyişdirilmiş və ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54.000 manat müəyyən edilməsi və qətnamənin Cavabdeh1 qarşı təmin olunmuş digər hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2019cu il tarixli, 2(102)-336/2019 saylı qərarı ilə ( hakimlə Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov) Cavabdeh1 və vəkili X3 oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-6411/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-6411/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.10.2020-ci il tarixli qərardadı ilə (hakim Ə.Nurməmmədov) Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

9. Bakı Apellyasiya Mə hkəməsinin 06.11.2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması və evdən çıxarılma” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-6411/2018 saylı qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır.

10. Cavabdeh2 yenidən Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-6411/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6411/2018 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması və evdən çıxarılma” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-6411/2018 saylı qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmşdır ki, “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14.10.2020- ci il tarixli 04/2020 № li qərardadında qeyd edilmişdir ki,apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir.

13. Hazırki iş üzrə iddiaçının xeyrinə tutul muş borcun məbləği mübahisələndirilmiş, işə baxılandan sonra tərəflərindən iddiaçıya 16006 manat pulun ödənilməsini, lakin bu məbləğin işə baxılarkən nəzərə alınmamasını qeyd edilmişdir. Kassasiya şikayətində həmçinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissə də mübahisələndirilmişdir. İşdən görünür ki, işə Cavabdeh1 apelyasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsində və kassasiya şikayəti üzrə kassasiya məhkəməsində baxılan zaman istər borcun məbləği, istərsə də, ipoteka prededmetinin ilkin satış qiyməti ilə bağlı hissələr apelyasiya və kassasiya qaydasında yoxlanılmışdır. Belə olan halda qətnaməni qeyd edilən hissələrinin yenidən kassasiya qaydasında yoxlanılması hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi barədə yuxarıda istinad edilən qərardadın tələblər inə əsasən yolverilməzdir.

14. Bundan əvvəl Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.10.2020-ci il tarixli qərardadı ilə qeyd edilən əsaslara görə icraata qəbul edilməsindən imtina edilmiş və kassasiya şikayəti geri qaytarılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.11.2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etm işdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

24. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14.10.2020-ci il tarixli 04/2020 № li qərardadı

26. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, müb ahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. (62) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyas ı Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6411/2018 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar