Məhkəmə qərarları › İş №2(102)-32/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-32/2019

17.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-32/2019 17.01.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 17 yanvar 2019-cuil İş№ 2(102)-32/2019 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, İddiaçı, onun vəkili X13, Cavabdeh1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1346/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏY YƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.A.İsmayılov, iş № 2(033)-1619/2017) İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinin Şəki Regional Qeydiyyat-imtahan və Texniki Baxış şöbəsinə qarşı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və nəqliyyat vasitəsinin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim İ.F.Quliyev, hakimlər Ə.T.Məcidov və M.A.Əsədli, iş № 2(107)1346/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdı r. Göstərilən qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinin Şəki RQİ və TBŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mercedes Benz E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 ilə bağlanmış 08.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bunuun əsasında 08.10.2016-cı il tarixdə verilmiş AC seriyalı 734705 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “xxxx” MMC-nə hüquqi xidmət haqqı olaraq ödənilmiş 1000 (bir min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə isə 1030 (bir min otuz) manatın ödənilməsi və “Mercedes Benz E 220 CDİ” mi nik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxsus 2000-ci il buraxılışlı “Mercedec E220 CDİ” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında 09.10.2015-ci il tarixdə X7 verilmiş, əvəzində isə Mehbarə Abbasovaya məxsus Abşeron rayonu Pirşağı kəndi “Bağlar massivi” adlanan ərazidə yerləşən 10 sot torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilmiş və bununla bağlı şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. X15 aralarındakı əqdi pozduğuna və torpaq sahəsini onun adına keçirməkdən imtina etdiyinə görə Mehbarə Abbasovaya qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq, mülkiyyətində olan 2000-ci il buraxılış lı “Mercedec E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılmasını tələb etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5990/2016 nömrəli 27 aprel 2016-cı il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri qismində ona məxsus “Mercedes E 220” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinə həvalə edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 19.07.2016-cı il tarixli qətnaməsi ilə onun iddia ərizəsi qismən təmin edilərək, “Mercedec E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin X2 alınaraq, ona geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8457/2016 nömrəli 27 oktyabr 2 016cı il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, məhkəmədə əmlak tələbi ilə bağlı iddia qaldırılanadək onun adından verilmiş bütün etibarnamələr 06.04.2016-cı il tarixdə ləğv edilmiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinə məlumat verilmişdir. Bütün bunlara baxmayaraq, mülkiyyətində olan avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinin Şəki Rayon Qeydiyyat İdarəsi və TBŞ tərəfindən alqı-satqı müqaviləsi əsasında 08.10.2016-cı il tarixdə Cavabdeh1 adına sənədləşdirilməklə, ** BK *** dövlət qeydiyyat nişanı ilə təhciz olunmuşdur. Həmin alqı-satqı müqaviləsi onun razılığı olmadan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla aparıldığına görə etibarsız hesab edilməli, Cavabdeh1 adına sənədləşdirilməklə 62 BK 980 dövlət qeydiyyat nişanlı “Mercedec” minik markalı avtomobil alınaraq, ona qaytarılmalıdır. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili Z.C.Ələsgərov kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1346/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərarqəbulolunmasınıxahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallara düzgün qiymətverilməmiş, işin halları obyektiv araşdırılmamış dır. Kassasiya şikayətində göstərilir ki, sözügedən avtomobilə dair etibarnamələrə xitam verilən 06.04.2016-cı il tarixdən 6 ay sonra iddiaçıya məlum olmayan və hansı qaydada verildiyi araşdırılmayan X8 adına Zaqatala rayon 2 saylı notariat kontorunda 7E-14278 reyestr nömrə ilə etibarnamə verilmişdir. Sadəcə bu halın araşdırılması kifayət edirdi ki, cavabdehin vicdanlı alıcı olmadığı faktı təsdiqlənsin. Digər tərəfdən, məhkəmələr nəzərə almamışlar ki, X8 Cavabdeh1 həyat yoldaşıdır. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən İddiaçı və onun vəkili Z.C.Ələsgərov kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, kassasiya şikayətinin təmin olunması, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1346/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyinə görə işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatoru, kassatorun vəkilini dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. İşin birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 2000-ci il buraxılışlı, ağ rəngli “Mercedec E 220 CDİ” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında 09.10.2015-ci il tarixdə X7 verilmiş, əvəzində isə Mehbarə Abbasovaya məxsus Abşeron rayonu Pirşağı kəndi “Bağlar massivi” adlanan ərazidə yerləşən 10 sot torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilmişdir. X15 aralarındakı razılaşmanın şərtlərini pozaraq, torpaq sahəsini iddiaçının adına keçirməkdən imtina etdiyinə görə iddiaçı ona qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qeyd edilən avtomobilin geri qaytarılması tələbinə dair iddia qaldırmışdır. Həmin işə məhkəmədə baxılanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli 2(008)5990/2016 nömrəli qərardadı ilə iddianın təmin etmə tədbiri qismində İddiaçı məxsus “Mercedes E 220” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və qərardadının icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Lakin həmin məhkəmə qərardadı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinə daxil olmamış və bununla bağlı iddiaçıya məxsus qeyd edilən nəqliyyat vasitəsinin üzərində hə r hansı məhdudiyyət qoyulmamışdır. İddiaçı tərəfindən ona məxsus “Mercedes Benz E220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam verilməsi səlahiyyətini nəzərdə tutan X9 Bakı şəhəri 39 saylı notariat kontorunda 09.10.2015-ci il tarixdə verilmiş 09.10.2016-cı il tarixədək qüvvədə olan etibarnaməyə 06.04.2016-cı il tarixdə xitam verilmişdir. Lakin həmin etibarnamə ləğv olunanadək etibar edilmişi etibaretmə qaydasında X4 adına 09.10.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək, X10 adına 09.10.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək və X5 adına 27.11.2015-ci il tarixdən 09.10.2016-cı il tarixədək qüvvədə olan etibarnamələr verilmişdir. Barəsində mübahisə gedən avtomobilə dair Zaqatala rayonu 2 saylı notariat kontorunda 04.10.2016cı il tarixdə 7 E-14278 reyestr nömrəsi ilə qeydiyyata alınmış etbarnamə əsasında X16 iddiaçıya məxsus “Mercedes E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında 7500 (yeddi min beş yüz) manata Cavabdeh1 satmış, bundan sonra sonuncunun adına 08.10.2016-cı il tarixdə AC seriyalı 734705 nömrəli qeydiyyat şəhadətnaməsi və avtomobilə ** BK *** dövlət qeydiyat nişanı verilmişdir. Qeyd olunan avtomobilin alqı-satqısı zamanı onun üzərində heç bir məhdudiyyət olmamışdır. Məhkəmələrin araşdırılmasında həm də müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli 2(008)-5990/2016 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı avtomobilin qaytarılması və pul tələbinə dair iddiası qismən təmin edilərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus “Mercedes E220” markalı ** UJ *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin və həmin avtomaşına dair texniki pasportun X3 və X11 alınaraq, onun istifadəsinə qaytarılması qət edilmiş, həmin məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2016-cı il tarixli 2(103)-8457/2016 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr həmçinin müəyyən etmişlər ki, etibar edən İddiaçı xüsusi mülkiyyətində olan “Mercedec E220 CDİ” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam verilməsi səlahiyyətini nəzərdə tutan X9 Bakı şəhəri 39 saylı notariat kontorunda 09.10.2015-ci il tarixdə verdiyi 09.10.2016-cı il tarixədək qüvvədə olan etibarnaməni 06.04.2016-cı il tarixdə ləğv etsə də, bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməmişdir. Bundan başqa, barəsində mübahisə gedən avtomobil 08.10.2016-cı il tarixdə Cavabdeh1 satılanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli 2(008)-5990/2016 saylı qətnaməsi ondan apellyasiya şikayəti verildiyinə görə hələ qanuni qüvvəsini almamışdır. İddiaçının mülkiyyətində olan “Mercedes E 220” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5990/2016 nömrəli 27 aprel 2016-cı il tarixli qərardadı da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsində qeydə alınmamışdır. Eyni zamanda məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, barəsində mübahisə gedən İddia çı məxsus minik avtomobilini Cavabdeh1 08.10.2016-cı il tarixdə alanda X14 etibarnamənin verilməsinə əsas olmuş X6 adına verilmiş etibarnamənin ləğv edilməsindən məlumatsız olmuş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsində də məlumat olmamışdır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, Cavabdeh1 vicdanlı alıcı qismində qəbul olunmalıdır və belə vəziyyətdə iddiaçının tələbləri qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılma lıdır. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi də göstərilən konstitusiya müddəalarına uyğun olmaqla, həmin maddələrdəki müddəalar hamının qanun və məhkəmə qarşısında bərabərliyinə, hər kəsin onun mülki hüquq və vəzifələrinə dair mübahisənin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən həll edilməsi hüququna təminat verir. Həmin ümumi prinsip və normalar Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn yuxarıda göstərilən normalarının məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu isə o deməkdir ki, həm iddiaçı, həm də cavabdeh bərabərhüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanı ilə təmin edilməlidir. İddia tələbinin təmin edilməsindən imtina etmiş apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün vicdanlı əldə edənin (vicdanlı alıcının) hüquqi statusu haqqında bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinin müddəalarına istinad etmişdir. Məhkəmə, cavabdehin vicdanlı əldə edən olması qənaətinə gələrək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan törəyən digər tələblər barədə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mübahisənin qanuns uz həllinə gətirib çıxarmışdır, halbuki mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 sözügedən avtomobilin alqı-satqı anında elə onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişdir. Belə ki, barəsində mübahisə gedən avtomobilə dair Zaqatala rayonu 2 saylı notariat kontorunda 04.10.2016-cı il tarixdə 7E-14278 reyestr nömrəsi ilə qeydiyyata alınmış etbarnamə əsasında X16 iddiaçıya məxsus “Mercedes E 220 CDİ” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının adından alqı-satqı müqaviləsi əsasında 7500 (yeddi min beş yüz) manata Cavabdeh1 satmış, bundan sonra sonuncunun adına 08.10.2016-cı il tarixdə AC seriyalı 734705 nömrəli qeydiyyat şəhadətnaməsi və avtomobilə ** BK *** dövlət qeydiyat nişanı verilmişdir. Digər tərəfdən, iddiaçı tərəf X1 Cavabdeh1 həyat yoldaşı olduğunu qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan mə hkəmə bu halı aydınlaşdırmalıdır. Belə ki, belə olduğu təsdiq olunarsa onda bu, iddiaçını etibarnamə əsasında təmsil edən X1 təmsil etdiyi şəxsin əmlakını əri ilə ümumi mülkiyyətinə əldə etdiyini təsdiq etmiş olur. Bu isə, öz növbəsində alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas deməkdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məcəllənin 359.3-cü maddəsinin tələbinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Bundan başqa, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, digər etibarnamələrlə yanaşı, iddiaçının ləğv etdiyi etibarnamə əsasında hərəkət edən X8 etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə, yəni X14 verdiyini M ülki Məcəllənin 364.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya bildirməli olduğu təqdirdə, onun tərəfindən bu normanın tələblərinə riayət edilib-edilməməsi də məhkəmədə araşdırma predmeti olmamışdır. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılarkən məhkəmə yalnız cavabdeh tərəfin təqdim etdiyi dəlillərdən çıxış etmiş və onları araşdırmış, bununla da Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsi ilə müəyyən edilmiş tərəflərin hüquq bərabərliyi prinsipini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələblərinə zidd olaraq, apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, hazırkı iş üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən sübutlar arasında olan ziddiyyətləri aradan qaldırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqın da» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «X23rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə mövcud deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1346/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar