Məhkəmə qərarları › İş №2(102)-320/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-320/2020

28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-320/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASCtərəfindən v erilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "İddiaçı” ASC-nin xeyrinə 1252 (min iki yüz əlli iki) manat 71 (yetmiş bir) qəpik məbləğində əsas borcun, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 1145 (min yüz qırx beş) manat 24 (iyirmi dörd) qəpik məbləğində faiz borcunun, kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən 65 (altmış beş) manat 42 (qırx iki) qəpik cərimə və 31 (otuz bir) manat 31 (otuz bir) qəpik gecikdirilmiş vaxt üçün illik 5 faiz bank uçot dərəcəsi olmaqla, cəmi 2494 (iki min dörd yüz doxsan dörd) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaitinin, 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin rədd edilməsi, ekpertiza tədqiqatının dəyərinin İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına 150 manat; “xxxx” MMC-nin hesabına isə 300 manat ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxx 2012-ci il tarixli 00/7994/AFS saylı kredit müqaviləsinə əsasən, hesablanmış 1252 (min iki yüz əlli iki) manat 71 (yetmiş bir) qəpik məbləğində əsas borc, müqavilənin 4.2-ci bəndinə əsasən 1145 (min yüz qırx beş) manat 24 (iyirmi dörd) qəpik məbləğində faiz borcu, kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən 65 (altmış beş) manat 42 (qırx iki) qəpik cərimə və 31 (otuz bir) manat 31 (otuz bir) qəpik gecikdirilmiş vaxt üçün illik 5 faiz bank dərəcəsi olmaqla, cəmi 2494 (iki min dörd yüz doxsan dörd) manat 98 (doxsan səkkiz) qəpik, ödənilmiş 30 manat dövlət rüsumu, 40 (qırx) qəpik bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillər ini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 illik 18 faizlə 60 ay müddətinə 17466 manat məbləğində kredit vermişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1ının bank qarşısında olan öhdəliklə rinin icrası məqsədi ilə xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan “Nissan Qashqai” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən, ipoteka predmetinin ümumi dəyəri 21300 manat müəyyən edilmişdir. Bundan başqa iş materiallarınan görünür ki, xx.xx.2013-cü il tarixli akt ilə “Nissan Qashqai” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil banka geri qaytarılmış, Cavabdeh1 tərəfindən bankın əməkdaşına xx.xx.2013-cü il tarixdə baş etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehlərin xx xxx 2012-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə xx.xx.2013-cü il tarixdə olan əsas borcu 16.556,90 manat, faiz borcu isə 1072,83 manat təşkil etmişdir. xx.xx.2013-cü il tarixdən sonra isə Cavabdeh1 tərəfindən banka xx.xx.2013-cü il tarixdə 15278 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 mülkiyyətində olan “Nissan Qashqai” markalı **-CB-*** dövlət qeydiyyat nömrəli avtomobilin real bazar dəyəri 2013-cü ilin aprel ayına 19.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilə lər və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin yaranmasının əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin i crası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İşin apellyasiya instansiaysı məhkəməsi tərəfind ən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, cavabdehlərin xx.xx.2013-cü il tarixdə olan əsas borcu 16.556,90 manat, faiz borcu isə 1072,83 manat, cəmi 17629,73 manat təşkil etmişdir. Cavabdeh1 ipoteka predmeti olan avtomobilinin xx.xx.2013-cü il tarixli akt ilə bank tərəfindən təhvil alınmasını, həmin avtomobilə dair bankın əməkdaşına etibarnamə verilməsini, avtomobilin bank tərəfindən satılmasını və ipoteka predmetinin ümumi dəyərinin həmin tarixə 19.000 manat təşkil etməsini nəzərə alaraq, cavabdehlər tərəfindən öhdəliyin tam icra olunması öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən ipoteka predmeti olan avtomaşının təhvil verildiyi xx.xx.2013-cü ildən sonrakı dövrdə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə cavabdehlərdən hər hansı borcun tələb edilməməsi, işin yuxarıda qeyd edilən hallarını təsbit edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri 150 manat; “xxxx” MMC-nin keçirdiyi ekspertiza tədqiqatının dəyəri isə 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekpertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Eksper tiza Mərkəzinin hesabına 150 manat; “xxxx” MMC-nin hesabına isə 300 manat ödənilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar