Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-320/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1812/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı cavabdehin təqsirindən onun sağlamlığına vurulmuş xəsarət nəticəsində onun çəkdiyi xərclərin əvəzi 5000 manat pulun Cavabdeh tutularaq ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artırmış, sağlamlığına vurulmuş xəsarət nəticəsində onun çəkdiyi xərclərin əvəzi olan 5000 manat və mənəvi zərərə görə 7000 manat, cəmi, 12000 manatın Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə Cavabdeh onu vuraraq, burun sümüyünü sındırmışdır. Bundan sonra Gədəbəy Rayon Polis Şöbəsində Cavabdeh Azərbaycan Respublikası CM-nİn 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Burnunun sınmasına görə Bakı şəhərində əməliyyat olunub müalicə almışdır. Təqsirləndirilən şəxs müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. Odur ki, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev, iş № 2(042)-5/2020) iddia ərizəsi qismən təmin edilmiş, Cavab deh sağlamlığa vurulmuş zərərə görə 3250 manat, dərman xərcləri üçün 150 manat və yol xərcləri üçün 100 manat, cəmi, 3500 manat pulun alınaraq, İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, MedEra Hospital tərəfindən verilmiş arayışlara görə, İddiaçı cəmi, 3250 manat müalicə və müayinə xərcləri çıxmışdır. İşdə olan hökm və qərarlara görə, Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. 447/KEŞ saylı tibbi ekspert rəyinə görə, İddiaçı almış olduğu travma ilə əlaqədar ona burun-əng sümükləri nahiyəsində aparılmış “Septorinoplastika” cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti nin olduğu müəyyən edilmişdir. “Septoplastika” cərrahiyyə əməliyyatının icrası İddiaçı almış olduğu burun travmasmdan sonrakı açıq üsulla burun sümüklərinin repozisiya, “Rinoplastika” cərrahiyyə əməliyyatı isə travmanın nəticəsinin aradan qaldırılması üçün burun sümüklərinin tam repozisiya edilə bilmədiyindən icra edilmişdir. Beləliklə hər iki halda aparılmış əməliyyatlar travmanın xüsusiyyəti ilə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqaviləd ə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozu lması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cina yət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı sağlamlığına vurulmuş zərər iş materiallarında olan hökm və qərarlarla Cavabdeh təqsirli, hüquqazidd əməli nəticəsində yetirilməsi sübut edilmiş və məhkəmə iclasında bu hal mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı sağlamlığına vurulmuş zərərin miqdarını müəyyənləşdirərkən qeyd etmişdir ki, MedEra Hospital tərəfindən verilmiş arayışlara əsasən İddiaçı cəmi, 3250 manat müalicə və müayinə xərcləri olmuşdur. Məhkəmə, onun Gədəbəy Rayonundan müayinə və müalicə üçün Gəncə və Bakı şəhərlərinə getməsini nəzərə alaraq, yol xərci üçün 100 manat, müəyyən müalicə dərmanların alınmasına isə 150 manat xərcinin çıxmasını ağlabatan olması qənaətinə gəlmişdir. İddiaçı sübutetmə vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq, ona mənəvi zərər vurulmasa halını məhkəmə iclasında sübut edə bilməmişdir Ona görə də iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh sağlamlığa vurulmuş zərərə görə 3250 manat, dərman xərcləri üçün 150 manat və yol xərcləri üçün 100 manat, cəmi, 3500 manat pul alınaraq, İddiaçı verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov, iş № 2(104)-1812/ 2020) İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(042)-5/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində onun çəkdiyi xərclərin əvəzi olan 5000 manat və mənəvi zərərə görə 7000 manat, cəmi, 12000 manatın Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi). Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı sağlamlığına vurulmuş zərər iş materiallarında olan hökm və qərarlarla Cavabdeh təqsirli, hüquqazidd əməli nəticəsində yetirilməsi sübut edilmiş və məhkəmə iclasında bu hal mübahisələndirilməmişdir. Məhkəmə İddiaçı sağlamlığına vurulmuş zərərin miqdarını müəyyənləşdirərkən qeyd etmişdir ki, MedEra Hospital tərəfindən verilmiş arayışlara əsasən İddiaçı cəmi, 325 0 manat müalicə və müayinə xərcləri olmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, İddiaçı xəsarət aldıqdan sonra Gədəbəy Rayonundan müayinə və müalicə üçün Gəncə və Bakı şəhərlərinə getməsini nəzərə alaraq, yol xərci üçün 100 manat, müəyyən müalicə dərmanların alınmasına isə 150 manat xərcinin çıxmasını ağlabatan olması qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçının tələbini tam təsdiq edən sübutlar nə birinci nədəki, apelyasiya instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə (İddiaçı burnunun anadangəlmə çəpər əyriliyi olması) münasibətbə apellyasi ya instansiya məhkəməsi qeyd etmişdir ki, bu dəillər özünü müdafiə xarakteri daşıyır işdə olan ekspertiza rəyi və digər sübutlarla həmin hal öz təsdiqini tapmamışdır. Bundan başqa qeyd edilmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri hər hansı sübutla dəstəklənmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)1812/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində yanlış olaraq sağlamlığının bərpa olunması üçün çəkilən xərclərin yalnız üç elementi üzrə çəkilən xərclər nəzərə alınmış, digər xərclər isə nəzərə alınmamışdır. Elə xərclər var ki, onu sübut etmək üçün ayrıca təsdiqləyici qəbz təqdim etmək mümkün deyil. Məhkəmə tərəfindən qərar qəbul edilərkən mənəvi zərərə görə dəymiş ziyan nəzərə alınmamışdır. Cavabdeh (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)1812/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, mülki işin araşdırılmış hall arına əsasən iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi, mümkün olmadığı halda mülki işin yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikaqətində göstərilmişdir ki, hər iki istansiya məhkəməsi tərəfindən verilmiş şifahi vəsatətlərdə zərərçəkmişin burun əməliyyatının hansı səbəbdən edilməsi barədə əməliyyatı etmiş həkimə sorğu ilə müraciət edilməsini tələb etsə də, vəsatəti təmin edilmiş, yalnız cinayət işində olan məhkəmə tibbi ekspertizasının rəyi əsas götürülmüşdür ki, həmin rəy də guya zərərçəkmişin burnundakı travma ilə bağlı əməliyyat nəticəsində istənilən nəticə əldə edilməmişdir. Əgər iddiaçının burnunu əməliyyat etmiş həkimdən sorğu ilə cavab alınardısa həmin həkim iddiaçının burnunun este tik səbəbdən əməliyyat etməsini açıq bildirərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh oğlunun izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dö vlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1812/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalı, cavabdehdən 500 manat mənəvi zərər iddiaçının xeyrinə tutulmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddanın təmin edilmiş hissəsi ilə razılaşaraq təmin olunmayan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin hissələrdə möhtəbər sübutlara malik olmamışdır. Apelya siya məhkəməsi iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, «… iddiaçının tələbini tam təsdiq edən sübutlar nə birinci nədəki, apelyasiya instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar zamanı öz təsdiqini tapmamışdır. » Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinn iddianın maddi zərərin tutulması ilə bağlı gəlmiş olduğu nəticəsi ilə razılaşır, lakin mənəvi zərərin tutulması ilə bağlı iddianın təmin olunmaması ilə bağlı mövqeyi ilə razılaşmır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qe yri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hazırkı işin halları baxımından məhkəmələr müəyyən etmişdir ki, İddiaçı sağlamlığına vurulmuş zərər iş materiallarında olan hökm və qərarlarla Cavabdeh təqsirli, hüquqazidd əməli nəticəsində yetirilməsi sübut edilmiş və məhkəmə iclasında bu hal mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə mənəvi zərərlə bağlı idda tələbini tam təmin olunmaması nəticəsinə gələrəkən baş vermiş hadisə zamanı iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması ilə bağlı sübutlara malik olmamasına istinad etmiş dir. Lakin işin halları ilə aşkar olaraq müəyyən olunur ki, hadisə ilə bağlı iddiaçının burun nahiyyəsinə vurulmuş zərbə nəticəsində uzun müddət müalicə olunmuş, cərrahi əməliyyata məruz qalmış və bu fəsadların aradan qaldırılması üçün digər tibbi xidmətlərdən istifadə etmişdir. Bu hallar işdə olan qanuni qüvvədə olan hökmlə və həmin cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə görə verilmiş rəylə təsdiq olunur. Bunların nəticəsi olaraq isə iddiaçının mənəvi sarsıntıya və istiraba məruz qalmaması nəticəsinə gəlmək əsassız olmaqla işin göstərilən müəyyən edilmiş halları ilə uyğunluq təşkil etmir. Bu baxımdan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı isə qeyd edilməlidir ki, bu məbləğin 500 manat həddində müəyyən ed ilməsi ağlabata hesab edilməlidir. Bu zaman maddi zərərin məbləği və cavabdeh şəxsin cinayət təqibinə məruz qalması və ona cəza təyin olunmasına dair işin halları nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyə n edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 10-cu maddəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztir ab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin kassasiya şikayətinin dəlillərin münasibətdə qeyd edir ki, iddiaçının burun nahiyyəsində aparılmış əməliyyat anadan gəlmə qüsur olmamaqla, iddiaçının qanunazidd hərəkətləri nəticəsində baş verməsi ekspertiza tədqiqatının nəticəsində verilmiş rəy və qanuni qüvvədə olan hökmlə müəyyən olunur. Apellyasiya instansiya məhkəməsi isə haqlı olaraq cavabdehin dəlillərin in hər hansı sübutlarla dəstəklənmədiyini qeyd edərək cavabdehin kassasiya şikayətinin təmin olunması üçün əsasların mövcud olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinə əsaslanmaqla belə nəticəyə gəlir ki, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1812/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək, cavabdehdən 500 manat mənəvi zərər iddiaçının xeyrinə tutulmalı, ləğv olunmuş qalan hissədə iddia təmin olunmamalı, cavabdehin kassasiya şikayəti təmin olunmamaqla, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1812/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərər tutulsun. Ləğv olunmuş qalan hissədə iddia təmin olunmasın. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.