Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3200/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(006)1547/2017 saylı qətnaməsi ilə idd ia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 24.966,47 (iyirmi dörd min doqquz yüz altmış altı ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 6607,91 (altı min altı yüz yeddi ABŞ dolları, doxsan bir sent) ABŞ dolları, dəbbə borcu üzrə 800 (səkkiz yüz) ABŞ dolları olmaqla, cəmi 32.374,38 (otuz iki min üç yüz yetmiş dörd ABŞ dolları, otuz səkkiz sent) ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilməsi, Cavabdeh tutulmalı olan məbləğ ona məxsus “BMW 750” markalı, ** KB *** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobil açıq hərra cda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1885/2018 saylı, 30 may 2018ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış 02.03.2015-ci il tarixli, *********saylı kredit müqaviləsinin və 02.03.2015-ci il tarixli, *********saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia sı təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2(103)-242/2018 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov sədrlik edən, məruzəçi T.Səmədov və İ.Şirinov) cavabdeh(iddiaçı) Cavabdeh apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(006)1547/2017 saylı qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2018- ci il tarixli 2(004)-1885/2018 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətlərinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 02 mart 2015-ci il tarixli *********saylı kredit müqaviləsi üzrə 24966,77 ABŞ dolları əsas, 6607,91 ABŞ dolları faiz, 8581,63 ABŞ dolları cərimə olmaqla, cəmi 40156,31 ABŞ dolları məbləğində pulun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəflərindən ödənilmiş 30 manat rüsumun tutulması, həmin borcun 02 mart 2015-ci il tarixli *********saylı sonrakı ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş, Cavabdeh məxsus olan “BMW 750” markalı, ağ rəngli, Ban *********, Mühərrik №-si *********, buraxılış ili 2009-cu il olan avtomobilə yönəldərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onu n vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işin halları nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil1 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şik ayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələb inə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh arasında bağlanmış 02.03.2015-ci il tarixli, *********saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh avtomobil alınması məqsədilə 36 ay müddətinə illik 23 faiz olmaqla, 27.700 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh arasında bağlanmış 02.03.2015-ci il tarixli, ********* saylı sonrakı ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh ona məxsus olan “BMW 750” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı minik avtomobil ini ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. AA № *****avqust 2013-cü il tarixli «İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarış»ın surətindən görünür ki, Cavabdeh məxsus “BMW 750” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh 01 fevral 2017-ci il tarixə banka 24966,77 ABŞ dolları əsas, 6607,91 ABŞ dolları faiz borcu, 8581,63 ABŞ dolları cərimə olmaqla, cəmi 40156,31 ABŞ dolları borcu vardır. 23288 saylı, 09 yanvar 2017-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 02.03.2015-ci il tarixli, *********saylıkredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh 12 iyul 2016-cı i l tarixə İddiaçı ASC-yə olan əsas borcu 24.966,47 ABŞ dolları, faiz borcu 5494,24 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Birincisi ona görə ki, Cavabdeh İddiaçı ASC ilə qeyd olunan kredit müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən Cavabdeh həmin valyutanın məzənnəsi nin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da İddiaçı ASC-nin mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də Cavabdeh qaytarmaq hüququ vardır. İkincisi, Cavabdeh kreditin xeyli hissəsini ödədiyini, bankın elə ilk gündən faizləri artırmağa, əsassız faizlər yazmağa başladığını, bu halın məhkəmə araşdırması zamanı da öz təsdiqini tapdığını, həmin iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də İddiaçı ASC-nin ona əsassız borc hesabladığının təsdiq olunduğunu bildirsə də, bu dəlillər də əsaslı hesab edilə bilməz. Çünki, Cavabdeh bankın ona qarşı iddiasına etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə sübut təqdim etməli və bu halları sübuta yetirməlidir. Lakin, o, bu halları sübuta yetirə bilməmişdir. Məhkəmə mühasibatlıq ekspertizası rəyi ilə Cavabdeh 12 iyul 2016-cı il tarixə İddiaçı ASC-yə olan faiz borcunun 5494,24 ABŞ dolları təşkil etdiyi göstərilmiş, bank isə 01 fevral 2017-ci il tarixdə iddia tələbinin həcmini artırmış, o cümlədən 6607.91 ABŞ dolları faiz borcu tələb etmişdir. Göründüyü kimi, 12 iyul 2016-cı il tarixdən 01 fevral 2017-ci il tarixədək 6 aydan artıq müddət keçmiş və bu dövrdə də faiz borcunun 5494,24 ABŞ dollarından 6607.91 ABŞ dollarınadək artması müqavilənin şərtlərinə zidd ola bilməzdi. Çünki, müqavilə 36 ay müddətinə bağlanmış və 02 mart 2018-ci ilədək davam etməli idi. Ona görə də, Cavabdeh ödəməni dayandırması müqavilə şərtlərinə uyğun ola bilməzdi. Üçüncüsü, Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış kredit və ipo teka müqaviləsinin etibarsızlığını tələb etsə, etibarsızlığa əsas ola biləcək hallar barədə nə iddia ərizəsində, nədəki apellyasiya şikayətində hər hansı bir dəlil göstərməmişdir. Məhkəmə tədqiqi zamanı da, qeyd olunan müqavilələrin etibarsızlığına səbəb ola biləcək əsaslar müəyyən edilməmişdir. Belə olan vəziyyətdə, bu tələb üzrə də məhkəmənin gəldiyi qənaətin düzgün olmasına hər hansı bir şübhə yaranmır. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafi q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kolleg iya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respubl ikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3200/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3200/2019
06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver