Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3200/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh oğluna qarşı “maddi zərər və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli 2(107)-161/2020 nömrəli qətnaməsindən İddiaçı2 kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İdd iaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi məhkəməyə müraciət edərək,Cavabdeh tərəfindən onlara dəymiş maddi zərərin əvəzi olaraq 1430 manatın və vurduğu ziyanın əvəzinin gec verilməsi ilə bağlı pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdikləri xərclərin, habelə hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirlərin və əldən çıxma faydalarının əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 2(075)-1526/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh oğlundan 1430 (min dörd yüz otuz) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı2 verilməsi, iddianın qal an hissədə və və İddiaçı1nia münasibətdə təmin edilməməsi qət edilmişdir. (hakim Cahid İmanov) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-161/2020 saylı, 09 yanvar 2020-ci iltarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-1526/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilərək, Cavabdeh oğlundan 600 (altı yüz) manat məbləğində pulun və 30 manat dövlət rüsümunun tutularaq İddiaçı2 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi) Ələddin Məcidov, Ayaz Mahmudov) İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən həmin məhkəməyə göndəril məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçılar və cavabdeh hər biri ayrılıqda məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını, İddiaçı2 kassasiya şikayətinin təmin, cavabdeh isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki kassasiya baxışının predmetini avtomobilin zədələnməsi nəticəsində İddiaçı2 dəymiş zərərin məbləği təşkil edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı2 kassasiya şikayətitəmin edilməməli,apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı2 iddiasına görə cavabdehə məxsus mal-qara 2019-cu il tarixdə saat 21 radələrində ona məxsus avtomobilə çırpılmış və nəticədə ona 1430 manat məbləğində maddi zərər dəymiş, lakin cavabdeh dəyən zərəri ödəməyərək, onun hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi 1430 manat zərər məbləği hissəsi ndə iddianı təmin etmişdir. Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya baxışında zərərin 600 manat hissəsinin əsaslı olmasını bildirməklə, iddianı 600 manat hissədə qəbul etmişdir. Barəsində şikayət verilən qətnamədən görünür ki, apelyasiya instansiyası iş materiallarına əsasən 1430 manat maddi zərəri təsdiq edən hər hansı mötəbər sübutun nə birinci, nə də apelyasiya instansiyasına təqdim edilməməsini, qüsur aktının isə sübut kimi qiymətləndirilməməsini, maşın təmir edildiyindən maşına dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinin mümkün olmamasını, eləcə də cavabdehin iddianı 600 manat hissədə qəbul etməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.1, 21.2., 1096.1,1096.2, 1097.1-ci və Mülk i Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının zərərin məhz 1430 manat olması hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər sənədlərlə sübut etməməsinə istinad edərək, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirib, zərərin məbləğini cavabdehin etiraf etdiyi həddə, yəni 600 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı avtomobilin zədələnməsi nəticəsində 1430 manat maddi zərərə uğramasını mötəbər və ziddiyyətsiz sübutlarla təsdiq edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının təqdim etdiyi qüsur aktını isə apelyasiya məhkəməsi qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, həmin akt cavabdehin iştirakı olmadan tərtib edilmiş, avtomobil təmir edilmiş, bu səbədən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi də qeyri-mümkün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə zərərin məbləğini sübut etmək yükü bir qayda olaraq iddiaçının üzərinə düşür. Bu zaman təqdim edilən sübutlar ziddiyyətsiz və mötəbər olmaqla zərərin məbləği ilə bağlı hər hansı şübhədənkənar nəticəyə gəlmək üçün imkan verməlidir. Bir halda ki, iddiaçı zərərin məbləği ilə bağlı ziddiyyətsiz və mötəbər sübut təqdim etməyib, eləcə də, avtomobil təmir edildiyindən dəymiş zərərin ekspertiza vasitəsilə müəyyən edilməsi də istisna edilib, belə olan halda zərərin məbləğinin cavabdehin etiraf etdiyi həddə müəyyən edilməsi ilə bağlı gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edilən qüsur aktının sübut növü kimi mötəbərliyi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hesab edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, zərərin məbləğinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, bu hissədə iddiaçı öz tələblərini tam sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual M əcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı2 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(107)161/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3200/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3200/2020
03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver