Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3202/2020 01.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-241/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ağdaş rayon məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1305/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 42 50 manat borca görə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4280 manat pulun tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağdaş rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1305/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2150 manat kreditə ödədiyi pulun, 2100 manat ondan aldığı borcun, ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia t ələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qonşusu olmuş və ailəvi olaraq çox yaxın ünsiyyətdə olmuşlar. Cavabdeh 2015-ci ildə onun yanına gəlib təcili pul lazım olduğunu deyərək bankdan kreditə pul götürüb ona verməyi xahiş etmişdir. Həmçinin cavabdeh ona bildirmişdir ki, götürdüyü krediti iki ay ərzində banka ödəməklə qurtaracaqdır. Beləliklə o, cavabdehin vədlərinə aldanaraq xx xxxxx 2015-ci ildə “xxxx” ASC-dən 2300 manat məbləğində kredit götürüb ona vermişdir. Daha sonra cavabdeh 2015-ci ilin may ayında iş qurmaq üçün pula ehtiyacı olduğunu bildirmiş və ondan 1500 manat bir, 600 manat da bir olmaqla, cəmi 2100 manat borc pul almışdır. Cavabdeh 2100 manat borc pulu isə bir iki aya qaytaracağını onabildirmişdir. Lakin cavabdeh nə onun bankdan kreditə götürüb ona verdiyi 2300 mana t pulu,nə də ki, 2100 manat borcu qaytarmamışdır. Belə ki, cavabdeh birinci ay kredit ödənişinin 200 manatdan çox olmasına baxmayaraq ona kredit ödəmək üçün 150 manat pul vermiş, daha sonrakı ay isə kredit borcunu bağlayacağını bildirmişdir, lakin kredit borcunu nə ödəmiş, nə də ki, bağlamışdır. Məcburən krediti o, özü ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh çoxsaylı xəbərdarlqlarına baxmayaraq borcu qaytarmaqdan imtina etmişdir. İddiaçı dediklərini təsdiq edəcək şahidlərinin olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnam əsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxx 2015-ci ildə “xxxx" ASC-nin Ağdaş filialından 2300 manat kredit götürüb cavabdehə vermiş, 2015-ci ilin may ayında da cavabdehə pul lazım olduğundan lotereya oynadığı iki yerdən cəmi 2100 manat pul vermişdir. Cavabdeh onu tam əmin etmişdir ki, borcunu iyun-iyul aylarında tamamilə qaytaracaq və bankın borcunu ödəyəcəkdir. Lakin buna baxmayaraq cavabdeh bir dəfə olmaqla ona cəmi 150 manat banka ödəmək üçün pul vermişdir. Bundan sonra o borcunu qaytarmaqdan bəhanələrlə yayınmışdır. Borcla bağlı cavabdehlə aralarında söz-söhbətlər yarandığından o ümumiyyətlə borc almadığını bildirmişdir. Bundan sonra o, borc adı ilə aldığı pulunu qaytarmadığı barədə şikayət ərizəsi ilə Azərbaycan Respublikasının 1-c i Vitse-Prezidentinə müraciət etmiş, müraciəti Ağdaş rayon Polis Şöbəsində araşdırılması ilə əlaqədar şöbəyə çağırılaraq izahatı alınmış cavabdeh xx.xx.2019-cu ildə verdiyi izahatında həqiqətən də qızı İsmayılovanın vasitəsi ilə ondan borc pul aldığını, maddi imkanı ağır olduğuna görə borcunu qaytara bilməməsini, maddi vəziyyəti yaxşılaşandan sonra borcunu birdəfəlik qaytaracağını göstərmişdir. Xəstəliyi ilə əlaqədar və məhkəmə qətnaməsinin tam qanuni və əsaslı olduğunu zənn etdiyinə görə apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edə bilməmiş və işin həqiqi hallarını təsdiq edən yuxarıda göstərdiyi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də hesab edir ki, yuxarıda göstərdiyi iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmi n edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı hazırki tələbində Cavabdeh 4150 manat pul tələb edir. İddiaçı bildirir ki, “xxxx” ASC-dən götürdüyü 2300 manat pulu Cavabdeh vermiş, cavabdeh isə hər ay kredit borcu üzrə banka ödəniş edəcəyini üzərinə öhdəlik kimi götürsə də, banka ödəniş etmək üçün cəmi bir dəfə ona 150 manat pul vermiş, digər ödənişlər iddiaçı tərəfindən edilmişdir. Daha sonra cavabdeh iddiaçıdan 2100 manat da borc alaraq qaytarmamışdır. İddiaçının pulu qaytarması tələbinə cavabdeh məhəl qoymamışdır. İddiçı tələbinin əsası kimi şahid ifadələrinə istinad etmişdir. Cavabadeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı və onun qızı ilə yaxın qonşuluq münasibətləri vardır. 2015-ci ildə anasına pul lazım olduğunu və bunun üçün “Beynəlxalq Bank”ın Ağdaş filialından anasının adına kredit götürmək istədiyini, ancaq götürüləcək kreditə görə zamin tələb olunduğunu bildirərək ondan kömək istəmişdir. O, da öz növbəsində köməklik etmək məqsədi ilə qonşu X1 İddiaçına zamin durmasını xahiş etmişdir. xx xxxxx 2015-ci ildə İddiaçı X2 zaminliyi ilə “Beynəlxalq Bank” ın Ağdaş filialından 2300 manat krerdit götürmüşdür. bildirir ki, İddiaçı krediti götürdükdən sonra onun iştirakı ilə götürdüyü kredin böyük bir hissəsinə elektrik əşyaları satılan mağazadan plazma televizor və digər elektrik əşyaları almışdır. Ona götürülən kreditdən heç bir pul vəsaiti verilməmişdir. Ayrıca olaraq İddiaçından 2015-ci ilin may ayında əlavə olaraq 600 manat və 1500 manat borc pul alması barədə göstərilənlər də tamamil ə yalan və iftiradır. Birinci instansiya məhkəməsinin iclasında dindirilən şahid İsmayılova bildirmişdir ki, iddiaçının qızıdır. Cavabdeh onların qonşuluğunda yaşayırdı və ailəvi olaraq yaxın münasibətləri vardı. 2015-ci ilin aprel ayında onlara gələrək pula ehtiyacı olduğunu və anası olan İddiaçı bankdan öz adına 2300 manat kredit götürüb ona verməyi xahiş etmiş, iki ay ərzində banka olan borcu ödəyib qurtaracağını bildirmişdir. Anası da bankdan 2300 manat kreditə pul götürüb cavabdehə vermişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh cəmi 150 manat pulu qaytarmış, anası İddiaçı bankdan kreditə götürüb cavabdehə verdiyi pulu özü ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ellada Bəkirova bildirmişdir ki, iddiaçının qonşusudur. Cavabdeh o nların qonşuluğunda yaşayır. Bir gün 2015ci ilin may ayında iddiaçı onun yanına gələrək cavabdeh Aqilin ondan 2100 manat pul istədiyini bildirmiş və ondan lotareya təşkil etməsini xahiş etmişdir. Odur ki, o, a lotareya təşkil etmiş və İddiaçı bir dəfə lotareyadan 600 manat, bir dəfə də 1500 manat alaraq onun gözünün qarşısında aparıb Cavabdeh borc olaraq vermişdir. Lakin bildiyinə görə Cavabdeh aldığı borc məbləğini hələ də qaytarmamışdır. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı bankdan 12 ay müddətinə faizlə 2300 manat kreditə pul götürmüşdür. xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, İddiaçı 12 ay müddətində, yəni xx xxxxx 2015-ci il tarixdən xx xxxxx 2016-cı il tarixədək hər ay 2 18 manat “xxxx” ASC-yə ödəniş etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 739.1, 739.2 və 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh cəmi 4250 manat borc verməsini təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. İş üzrə dindirilmiş şahidlər iddiaçının qızı və qonşusu olmaqla onun mənafeyinə uyğun izahat verməsi istisna edilmir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, İddiaçı Cavabdeh qarşı 2150 manat kreditə ödədiyi pulun, 2100 manat ondan aldığı borcun, ödədiyi 30 manat dövlə t rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ağdaş rayon Polis Şöbəsində araşdırılması ilə əlaqədar cavabdehin şöbəyə çağırılaraq izahatı alındığını və xx.xx.2019-cu ildə verd iyi izahatında həqiqətən də qızı İsmayılovanın vasitəsi ilə ondan borc pul aldığını etiraf etdiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübutlar işə mahiyyəti üzrə baxılarkən birinci instansiya məhkəməsinə və tərəflərdən asılı olmayan hallardan bu mümkün olmazsa apelyasiya instansiyası məhkəməsinə təqdim edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçı kasasiya şikayətinə əlavə etdiyi bu sübutları işə mahiyyəti üzrə baxılarkən məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarınını düzgün tədbiq edilməsini yoxlayı r. Bu baxımdan qeyd edilən sübutların kasasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayəyinə əlavə sənədlərdə də onun tərəfindən Cavabdeh borc pul verməsi görünmür. Borc pulu İsmayılova vermiş, sonuncu tərəfindən bu barədə məhkəmədə iddia da qaldırılmış, lakin onun iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak ed ən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 416-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-241/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3202/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3202/2020
01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver