Məhkəmə qərarları › İş №2(102)-3202/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3202/2021

09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3202/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıın Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3202/21 Açar sözlər: suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi 09 avqust 2021-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər VYa Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1642/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayəti üzrə işə 09 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Tərəflər qonşu olmaqla Bakı şəhəri, X rayonu,, Y.Y küçəsi, saylı məhəllə, bina 1, blok 1-də yaşayırlar. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə iddiaçı arasında bağlanmış 05.04.2017-ci il tarixli müqaviləyə əsasən ”X rayon, Y.Y küçəsi -ci məhəllə Y/K yerləşən Bina-1 mənzil 139 iddiaçının qanuni sahibliyində və istifadəsindədir. 06 mart 2019-cu il tarixli 09-01/178 saylı vəkil sorğusunun cavabından məlum olur ki, Bakı şəhəri, X rayonu,, Y.Y küçəsi, saylı məhəllə, bina 1, blok 1, 12-ci mərtəbə, 119 saylı mənzilin üzərində 129 saylı (yeni nömrə 151) mənzil yerləşir. Həmin mənzilin sahibi xx xxxxx 1976-cı il təvəllüdlü Ca vabdehdur. Y/K-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21 avqust 2018-ci il tarixli aktdan məlum olur ki, həqiqətən də X rayon, Y.Y küçəsi -ci məhəllə Y/K yerləşən Bina-1 mənzil 139 üstündə yerləşən mənzil 151-dən mənzil 139-a 21 avqust 2018-ci il tarixdə şaxtada yerləşən kranın xarab olması nəticəsində mənzil 139-a ziyan vurulub. Su basması halı Y/K-nin heç bir su və kanalizasiya xəttinə aidiyyəti yoxdur, sırf mənzil 151 təqsiri ucbatından baş vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 2000 manat və 30 manat dövlət rüsumunun cəmi 7030 manat pulun tutularaq ona ödənilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasları barədə məlumatlı olsa da, məhkəmə iclaslarında iştirak etməmi, lakin məhkəməyə yazılı vəsatət verərək, iddiaçının mənzili ilə onun mənzili arasında bir mərtəbə olduğunu, mənzillərin alt-üst yerləşmədiyini, onun mənzilindən su axıdıldığı halda, iddiaçının mənzilinə ziyan dəyməyəcəyini, iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(039)-1515/2019 saylı qərardadına əsasən iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli 1 8792 saylı ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, X rayonu,, Y.Y küçəsi, -ci məhəllə, Y/K-də yerləşən bina 1, 151 saylı mənzilin sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğu üçün, 139 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin mülki iş materiallarında olan Y/K-nin əməkdaşları tərəfindən 21 avqust 2018-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarına əsasən 151 saylı mənzilin şaxtada yerləşən kranın xarab olması nəticəsində 139 saylı mənzilə ziyan vurulmuşdur. Tədqiq olunan 139 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2807 manat məbləğində müəyyən olu nur. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 21 may 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2807 manat ziyan və 30 manat dövlət rüsumunun alınıb İddiaçıa verilməsi, iddianın qalan hissədə rədd edilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh aid edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər qonşu olmaqla Bakı şəhəri, X rayonu,, Y.Y küçəsi, saylı məhəllə, bina 1, blok 1-də yaşayırlar. Cavabdehin mənzili iddiaçının mənzilindən bir mərtəbə yuxarıda yerləşir. Cavabdehin ümumi yaşayış qaydalarına zidd hərəkətləri nəticəsində iddiaçının mənzilinə maddi ziyan dəymişdir. Cavabdehin təqsiri ucbatından ziyanın dəyməsi barədə müvafiq akt tərtib edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişd ir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2807 manat ziyan və 30 manat dövlət rüsumu alınıb İddiaçıa verilməlidir. İddianın mənəvi ziyan hissəsi mənəvi ziyanın dəyməsinə və dəymişsə də cavabdehin hərəkətləri nəticəsində dəyməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 164.1, 165.1, 1096.1, 1096.2, 1097.1, 1111.2, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin evi çoxdan satmı şdır və iddiaçıya heç bir ziyan vurmamış, mənzildə suyu açıq qoymamışdır. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər R.Y - sədrlik edən və məruzəçi, A.Eyvazov və İ.Şükürov) 13 oktyabr 2020-ci il tarixli 2(107)-1642/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallar və tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasi ya şikayətinin əsas dəlili Bakı şəhəri X rayonu,, Y.Y küçəsi, saylı məhəllə, bina 1, blok 1, 12-ci mənzilin sahibinin cavabdehin olmaması, evi çoxdan satması və tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmasından ibarətdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh ümumiyyətlə mübahisəli mənzilin sahibi olmamasını bildirsə də, işdə olan 21 avqust 2018-ci il tarixli aktdan, 06 mart 2019-cu il tarixli 09-01/178 nömrəli vəkil sorğusuna cavabdan, habelə 19 mart 2020-ci il tarixli ekspert rəyindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan X rayonu,, Y.Y küçəsi, -ci məhəllə, Y/K yerləşən Bina-1, mənzil 139-un üstündə yerləşən cavabdehə məxsus 151 nömrəli mənzildə su krantının xarab olması və iddiaçıya məxsus mənzilə su sızması nəticəsində yaranmış qüsurl arın aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2807 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, X rayonu,, Y.Y küçəsi, saylı məhəllə, bina 1, blok 1, 12-ci mərtəbə, 119 nömrəli mənzilin üzərində 129 saylı (yeni nömrə 151) mənzilin sahibi isə Cavabdehdur. Cavabdehin məhkəmə kollegiyasının iclasındakı izahatından və işdə olan sübutlardan cavabdehin mübahisəli mənzili kimə satması, hazırda həmin mənzilin kimin faktiki sahibliyində olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, iddiaçının hüquqları qorunmaya bilməz. İddia tələbinin maddi ziyanla bağlı hissəsinin qismən təmin olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası iddianın mənəvi ziyan bağlı hissəsinə də münasibət bildirməyi zəruri hesab etmiş və qeyd etmişdir ki, iddianın bu hissəsi mübahisələndirilməsə də, apelyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi tələb edildiyi üçün MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanla bağlı hissəsini təmin etməyərkən də düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi və bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi iddia etsə də, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti nəticəsində baş verməsi, maddi deyil, mənəvi a ləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2(107)-1642/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli Bakı şəhəri. X rayonu, Y.Y küçəsi, saylı məhəllə, bina 1, 1-ci blok, 12 saylı mənzilin sahibi Cav abdeh deyil. O, evi çoxdan satıb, iş üzrə cavabdeh deyil. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2020-ci il tarixli, 18792 saylı ekspert rəyinə əsasən Bakı şəhəri. X rayonu,, Y.Y küçəsi, -ci məhəllə, Y/K-da yerləşən bina 1, 151 saylı mənzilin sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğu üçün, 139 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə işdə maraqlı olan öz xətlərini qorumaq üçün çalışan Y/K-nın əməkdaşların aktına istinad etmiş, həmin aktı tərtib edilərkən idarə əməkdaşları, aktı tərtib edərkən nə cavabdehin, nə evin yeni sahibinin iştirakını təmin etməmişlər. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçıların ın izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət v ə ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni nö vlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verdiyindən və iddianın təmin edilmiş hissəsini mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsi üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Cavabdeh mənzilin ona məxsus olmaması, mənzili satması barədə apellyasiya və kassasiya şikayətində göstərsə də, bu barədə apelyasiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəl illər apellyasiya şikayətində göstərilməmiş və apellyasiya baxışının predmeti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini əsassızdır, buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1642/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar