Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3204/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh3 İlyas oğluna, Cavabdeh6, Cavabdeh10, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnamə sindən cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa Mülkiyyət Hüququna Dair JN-0013 KOD 90511018 olan Dövlət Aktına əsasən, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 24.08.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi verilmişdir.
2. Zərdab rayonu Çallı Bələdiyyəsinin 28.02.2014-cü il tarixli, 03 saylı qərarı ilə həmin pay torpağı əkinə yararsız olduğu üçün bələdiyyənin torpaq fondundan 3.91 ha sahə ilə əvəz edilmiş və əvəz edilmiş pay torpağında n təyinatı üzrə istifadə edilməsinə icazə verilmişdir.
3. İddiaçı, həmin torpaq sahəsinə cavabdehlərin zərər vurdğunu iddia edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh3 İlyas oğluna, Cavabdeh6, Cavabdeh10, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, Çallı kəndi ərazisində ona məxsus 3.91 ha torpaq sahəsində əkdiyi taxıl (arpa) və yoncanın cavabdehlər tərəfindən şəxsi təsərrüfatlarında olan iri və xırdabuynuzlu heyvanlara otarılması nəticəsində vurduqları 6100 manat ziyanın, vurulmuş ziyanın ödənilməsi ilə bağlı 2000 manat əlavə olaraq yaranmış xərcin, eləcə də qaldırılmış iddiaya g örə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8130 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün yararsız olduğu üçün 2014-cü ildə Zərdab rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının DT və XK-nin Zərdab rayon şöbəsinə və Çallı kənd bələdiyyəsinə müraciət edərək, ona verilmiş pay torpaq sahəsinin eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilməsini xahiş etmişdir. Adıçəkilən qurumların mütəxəssisləri tərəfindən sözügedən pay torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin yararsız olduğu müəyyən olunduğu üçün bələdiyyə torpağı ilə əvəzləşdirilməsi məqsədəmüvafiq hes ab edilərək, bu barədə 25.02.2014-cü il tarixli Akt tərtib edilmişdir. Bundan sonra Çallı kənd bələdiyyəsinin 28.02.2014-cü il tarixli 03 saylı qərarı ilə onlara məxsus yararsız çöl pay torpağı kəndin “Pir yeri” adalanan ərazisindən olmaqla bələdiyyənin 3.91 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsindən istifadə edir. Cari mövsümdə orada bir hissədə taxıl və yonca əkmiş, bir hissəsini isə boş saxlamışdır. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin əvvəllərindən bir qrup kənd sakinləri, o cümlədən hazırkı cavabdehlərdən Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 ona məxsus əkinləri özbaşına olaraq iri və xırdabuynuzlu heyvanlara otarmaqla əkin sahəsini tamamilə məhv edərək, ona maddi ziyan vurmuşlar və hazırda da ziyan vurmaqda davam edirlər. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh8 və Cavabdeh4 ona məxsus əkin yerinə digərləri ilə birlikdə şəxsən gəlsələr də onların mal-qarası kəndin digər istiqamətinə çıxdığı üçün ona bilavasitə maddi zərər vurmamışlar. Dəfələrlə xəbərdarlıq etməsinə və məhkəmədə iddia qaldırmasına baxmayaraq cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 qanunsuz hərəkətlərindən əl çəkməmişlər. Əksinə adları çəkilən cavabdehlər ona maddi ziyan vurulmasında xüsusi fəallıq göstərmiş və ona qarşı edilən qanunsuz əməllərdə öndə getmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh8 və Cavabdeh4 ona bilavasitə maddi zərər vurmasalar da həmişə digər cavabdehlərin yanında olmuşlar. Ona görə də ona maddi zərərin vurulmasında xüsusi canfəşanlıq etdikləri üçün iddiaya cavab verməli olan şəxs kimi hazırkı cavabdehləri seçmişdir. Zərdab X3 Mərkəzinin mütəxəssisi tərəfindən də sözügedən əkin sahəsinə baxış keçirilmiş və ona maddi ziyan vurulduğu müəyyən olunmuşdur. Hesab edir ki, cavabdehlər bu qanunsuz və özbaşına əməlləri ilə onun istifadə hüquqlarını pozmaqla bərabər, həm ölkədə sahibkarlığın inkişafına, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına qarşı çıxırlar. Hesab edir ki, onun mülkiyyət hüququna dövlət tərəfindən təminat verilməlidir. Heç kəsin özbaşnalığına yol verilə bilməz. Hamı qanun qarşısında məsuliyyət daşımalıdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zaman ı iddia ərizəsinə qarşı etiraz göndərərək, eyni zamanda Cavabdeh7 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, aqrar islahat zamanı hamı kimi hazırkı İddiaçı da yaşadıqları Zərdab rayonu Çallı kəndi ərazisində pay torpaq sahəsi verilmişdir. Onda olan məlumata görə X öz pay torpaq sahəsini X adlı şəxsə satmışdır. Sonradan hansısa qanunsuz yollarla keçmiş bələdiyyə sədri X və Zərdab rayon İcra Hakimiyyətində mütəxəssis işləyən X tərəfindən saxta sənədlər tərtib edilərək, İddiaçı kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsindən başqa torpaq sahəsi verilmişdir ki, bu da onların, yəni kənd sakinlərinin maraqlarına uyğun deyildir. Ona görə də kənd sakinləri, o cümlədən, o, da daxil olmaqla hazırkı iş üzrə digər cavabdehlər 20.02.2020-cı il tarixdə İddiaçı ərazini könüllü boşaltmağı təklif etmişlər. Lakin, İddiaçı onları eşitmədiyi üçün təxminən 200-ə yaxın kənd sakinləri, o cümlədən, o, mal-qaranı İddiaçı yerinə salaraq otarmışlar. Hazırda da sözügedən sahə kəndin mal-qarasına otarılır. Bundan sonra da iddiaçının sözügedən torpaq sahəsindən istifadəsinə imkan verilməyəcəkdir. İddiaçı yerinə təxminən 200-ə yaxın kənd sakinləri getdiyi halda nə üçün məhz onları cavabdeh kimi seçməsinin səbəbi ona aydın deyil.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2 X oğlu və Cavabdeh9 Cavabdeh7 izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişlər.
8. Cavabdeh5 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, atası ilə birlikdə Zərdab rayonu, Çallı kəndidə yaşayır. Atasının 50 baş qoyunu vardır. Atası yaşlı adam olduğu üçün heyvanlara, o, özü baxır. İddiaçı kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsindən başqa torpaq sahəsi verilmişdir ki, bu da onların, yəni kənd sakinlərinin maraqlarına uyğun deyildir. Ona görə də kənd sakinləri, o cümlədən, o, da daxil olmaqla hazırkı iş üzrə digər cavabdehlər 20.02.2020-ci il tarixdə İddiaçı ərazini könüllü boşaltmağı təklif etmişlər. Lakin, İddiaçı onları eşitmədiyi üçün 200-ə yaxın kənd sakinləri, o cümlədən, o, malqaranı onun yerinə salaraq otarmışlar. Hazırda da sözügedən torpaq sahəsi otarılır. Bundan sonra da iddiaçının sözügedən torpaq sahəsindən istifadəsinə imkan verilməyəcəkdir.
9. Cavabdeh8 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Zərdab rayonu Çallı kəndində yaşayır. İddiaçı onu n kəndçisidir. Onun mal-qarası kəndin digər istiqamətinə çıxdığından İddiaçı yerinə heç vaxt heyvan aparmamışdır.
10. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 İlyas oğlu Cavabdeh8 izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişlər.
11. Zərdab rayonu Çallı kənd bələdiyyəsinin sədri X1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, İddiaçı Çallı kənd sakinidir. Çallı kənd bələdiyyəsinin 28.02.2014-cü il tarixli 03 saylı qərarı ilə iddiaçıya məxsus 3.91 ha çöl pay torpağı kəndin “Pir yeri” adalanan ərazisindən olmaqla bələdiyyənin 3.91 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. İddiaçı həmin vaxtdan sözügedən torpaq sahəsindən istifadə edir və cari mövsümdə orada arpa və yonca əkmişdir. Kənd sakinləri cari ilin əvvəllərindən örüş sahə sinin azlığından şikayətlənərək, digər icarəçilərdən, o cümlədən İddiaçı torpaq sahələrinin boşaltmalarını tələb etməyə başlamışlar. Bu məqsədlə çoxlu sayda kənd sakinləri, o cümlədən hazırkı cavabdehlər toplaşarkən bələdiyyə sədri kimi onların qarşısına çıxaraq onlara özbaşına hərəkətlərə yol verməmələrini, icarə müqavilələrinin ləğv edilməsinin, torpaq sahələrinin geri qaytarılmasının və boşaldılmasının qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilməli olmasını diqqətlərinə çatdırmışdır. Lakin, buna baxmayaraq camaat onu eşitməmiş və kənd ərazisində olan bəzi icarə torpaqlarına, o cümlədən İddiaçı məxsus sözügedən torpaq sahəsinə müdaxilələr etmişlər. Camaatın tələbinə əsasən bəzi icarəçilər torpaq sahəndən camaatın xeyrinə imtina etmişlər. İddiaçı sözügedən torpaqdan könüllü im tina etmədiyi üçün bir qrup kənd sakinləri onun əkin sahələrinə heyvan salaraq otarmış və ona maddi ziyan vurmuşlar. Lakin, İddiaçı sözügedən torpaq sahəsində olan əkin sahələrinin konkret kimlər tərəfindən otarılmasını bilmir.
12. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 04 avqust 2020-ci il tarixli, 2(035)-291/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 vurulmuş maddi zərərə görə 4690 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 4720 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə və cavabdehlər Cavabdeh8, Cavabdeh4 və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə Mülki Məcəllənin mövqeyini belə əsaslandırmışdır ki, cavabd ehlərin iddiaçının istifadəsində olmaqla əkin altında olan torpaq sahəsinə birbaşa müdaxilə etmələri qanunla qadağan olunan özbaşınalıqdır. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməsələr də, iddiaçının istifadə və əmlak hüququna etdikləri müdaxilənin qanuni olmasını məhkəmə iclasında əsaslandıra bilməmişlər. Ona görə də məhkəmə, cavabdehlərin yuxarıda qeyd olunan hərəkətlərini iddiaçıya ziyan vurmağa yönəlmiş qanunla qadağan olunan özbaşınalıq kimi qiymətləndirmişdir. Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 iddiaçıya məxsus əkin sahəsini otarmaqla ona maddi zərər vurmaları iddiaçının izahatı ilə yanaşı cavabdehlərin özlərinin məhkəməyə təqdim etdikləri şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 24 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı və cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar iddiaçıya heç bir ziyan vurmamışlar. Məhkəmədə şahidlərin də izahatından görünür ki, onlar örüş sahələrinin geri qaytarılması barədə toplaşmışlar, ancaq orada kimlərin mal qarası olduğundan heç bir məlumatları olmamışdır. İddiaçı da qaldırdığı iddiada heç bır sübut təqdim etməmişdir. İddiaçıya məxsus torpaq sahəsində mal qara otarmaqları barədə heç bir sübut yoxdur. Zərdab Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi heç bir sorğu vermədən, araşdırma aparmadan iddianı qismən təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.
21. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etm ək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 2
5. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
33. Torpağa Mülkiyyət Hüququna Dair JN-0013 KOD 90511018 olan Dövlət Aktından görünür ki, Zərdab ra yonu Aqrar İslahat Komissiyasının 24.08.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün hazırkı İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi verilmişdir. 34. 25.02.2014-cü il tarixli Aktın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Çallı kənd bələdiyyəsinin sədri X DT və XK-nin Zərdab rayon şöbəsinin müdiriXv, Zərdab rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə nümayəndəsi Xun və mülkiyyətçi İddiaçı iştirakı ilə sonuncunun mülkiyyətində olan 3.91 ha pay torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin tamamilə yararsız olduğu müəyyən olunduğu üçün bələdiyyə torpağı ilə əvəzləşdirilməsi məqsədəuyğun hesab edilmişdir.
35. Zərdab rayon Çallı kənd bələdiyyəsinin 28.02.20 14-cü il tarixli 03 saylı qərarının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0013 KOD 90511018 olan Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 3.91 ha torpaq sahəsi əkinə yararsız olduğu üçün həmin torpaq sahəsinin bələdiyyənin torpaq fonduna aid 3.91 ha torpaq sahəsi ilə əvəz edilməsi və onun əvəz edilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə icazə verilməsi qərara alınmışdır.
36. Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh3 İlyas oğlu, Cavabdeh6, Cavabdeh10, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 tərəfindən imzalanmaqla məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onlar iddianı qəbul etmədiklərini və İddiaçı ümumi istifadədə olan örüş sahəsindən torpaq sahəsinin verilməsini qanunsuz hesab etdiklərini bildirmişlər.
37. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X3 Mərkəzinin direktoru V.Bayramov tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan torpaqda əkdiyi arpa 1.4 ha arpa, yonca 2.3 ha təşkil edir. Taxıl sahəsində aqrotexniki qaydalara əməl edilərək əkin aparılmış, suvarma kanalları, qoruyucu kanallar çəkilmiş, sahə hamarlanmışdır. Yonca sahəsi 03 illik yonca olmaqla hazırda ən məhsuldar dövründədir. Sahələrdə kütləvi otarılma səbəbindən hazırda məhsul yoxdur. Arpa sahəsindən 18-20 sentner olmaqla gözlənilən məhsul 2.5-2.8 ton arası və ya 1100 manat qiymətləndirilir. Yonca sahəsindən gözlənilən məhsul il ərzində 2000-2200 ot kipi və ya 4000-5000 manat arası qiymətləndirilir. (Qiymət mövsümdən asılı olaraq dəyişə bilər).
38. Zərdab X 3 Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən xtərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsinə iddiaçı, cavabdehlərin və bələdiyyə sədrinin iştirakı ilə təkrar baxış keçirilərək ölçülmüş arpa sahəsinin 0.92 ha olduğu müəyyən edilmiş, məhsuldarlıq əvvəlki arayışda qeyd edildiyi kimi 18-20 sentner olmaqla ortalama 1750 kq. proqnozlaşdırılmışdır. Dəymiş ziyan 690730 manat dəyərləndirilmişdir. Yonca sahəsi hərtərəfli ölçülərək iki hissədə olmaqla 2.37 və 0.12 ha hissələrdə olmaqla 2.49 ha-dır. Yonca sahəsindən gözlənilən məhsul il ərzində 2000-2200 ot kipi və ya 4000-5000 manat arası qiymətləndirilmişdir. (Qiymət mövsümdən aslı olaraq dəyişə bilər).
39. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, idd iaçıya məxsus sözügedən torpaq sahəsinin 0.92 ha hissəsində arpa, iki hissədə olmaqla (2.37 ha + 0.12 ha) cəmi 2.49 ha hissədə yonca əkini əkilmişdir. Əkin sahələri mal-qaraya otazdırılaraq tamamilə məhv edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrini nəzərdən keçirərək qeyd etmişdir ki, qanunverici mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyri-qanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir.
41. İşin faktiki halından göründüyü kimi aqrar islahat zam anı Zərdab rayonu Aqrar İslahat Komissiyasının 24.08.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün hazırkı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN0013 KOD 90511018 olan Dövlət aktı verilmişdir. Lakin, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün yararsız olduğu üçün iddiaçı 2014-cü ildə Zərdab rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının DT və XK-nin Zərdab rayon şöbəsinə və Çallı kənd bələdiyyəsinə müraciət edərək, ona verilmiş pay torpaq sahəsinin eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilməsini xahiş etmiş, adıçəkilən qurumların mütəxəssisləri tərəfindən sözügedən pay torpaq sahəsinə baxış ke çirilmiş, torpaq sahəsinin yararsız olduğu müəyyən olunduğu üçün bələdiyyə torpağı ilə əvəzləşdirilməsi məqsədə müvafiq hesab edilərək, bu barədə 25.02.2014-cü il tarixli Akt tərtib edilmişdir. Bundan sonra Zərdab rayonu Çallı kənd bələdiyyəsinin 28.02.2014-cü il tarixli 03 saylı qərarı ilə iddiaçıya (və ailə üzvlərinə) məxsus yararsız 3.91 ha çöl pay torpağı bələdiyyənin mülkiyyətində olan 3.91 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir.
42. İddiaçı həmin vaxtdan, yəni ötən 06 il müddətində hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsindən istifadə etmiş, cari mövsümdə orada taxıl (arpa) və yonca əkmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin əvvəllərindən cavabdehlərin müdaxiləsi ilə rastlaşmış və sonda hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişd ir.
43. Mübahisəli ərazi iddiaçıya məxsus olmaqla, onun tərəfindən zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərilməklə, bu illər ərzində münbit və məhsul verən bir vəziyyətə gətirib çıxarmışdır.
44. Cavabdehlər mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığını bildirsələr də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.
45. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Mübahisənin bu hissəsinin sübutetmə yükü cavabdehlərin üzərinə düşsə də, cavabdehlər bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqi qi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirə bilməmişdir.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmışdır. Mübahisəli sahənin iddiaçının istifadəsinə verilməsinə dair yuxarıda qeyd edilən bələdiyyə qərarının mübahisələndirilməsi və ya ləğv olunmasına dair, habelə adları çəkilən cavabdehlər tərəfindən iddiaçıya məxsus sahədəki əkinə zərər vurmaları və həmin zərərin həcminə dair işə mahiyyəti üzrə baxmış məhkəmələrin əldə etdikləri dəlilləri təkzib edən mötəbər sübutların təqdim olunmadığı nəzərə alındıqda Kollegiya hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi