Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3204/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-393/2023 nömrəli, 19 aprel 2023-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) artıq 20 ilə yaxı n müddətdir ki, Bakı şəhəri, Suraxanı rayonu və Abşeron rayonunun ərazilərində müvafiq vətəndaşlarla müvafiq podrat müqavilələri bağlayaraq onlara sifariş əsasında fərdi yaşayış evlərinin tikintisini həyata keçirir. Özü fərdi sahibkardır (VÖEN **********) və “Günəşli inşaat” loqosu altında fəaliyyət göstərir.
2. İddiaçı ilə Cavabdeh (bundan sonra cavabdeh) aralarında bağlanmış 10 fevral 2019-cu il tarixli əmək müqaviləsinə əsasən “Günəşli inşaat”da işə götürülmüş və menecer vəzifəsinə təyin edilmişdir. 3. xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində yenidən işəgötürən İddiaçı ilə əmək müqaviləsi bağlamış, iş yeri kimi “Günəşli İnşaat” ofisi göstərilmiş, iş yerinin əsas iş yeri o lduğu qeyd edilmişdir.
4. Podratçı İddiaçı ilə sifarişçi Şahid1 Djanbagıshevna arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli podrat müqaviləsinə əsasən sifarişçi Abşeron rayonu, X5 ərazisində 2 sot torpaq sahəsində ümumi sahəsi 56 kv.metr olan və müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini sifariş edir, podratçı sifarişçinin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il tarixdə sifarişçi 6.500 manat ilkin ödəniş etmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hər dəfə 420 manat olmaqla ödənişlər edilmişdir. 5. xx.xx.2022-ci il tarixində sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinə əsasən işəgötü rən İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia tələbi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanmaya görə 14.100 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, cavabdeh 07 yanvar 2022-ci il tarixində qəflətən şəxsi ərizə ilə müraciət edərək, işdən könüllü olaraq çıxmaq istədiyini bildirmiş və iddiaçı işəgötürən olaraq onun ərizəsi əsasın da Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. İddiaçı səhhəti ilə əlaqədar bir neçə gün iş yerində olmadığı müddətdə, dəqiq olaraq xx.xx.2021-ci il tarixdə iddiaçının rəhbərlik etdiyi ofisə (iş yerinə) Özbəkistan Respublikasının vətəndaşı Şahid1 adlı şəxs sifarişçi qismində fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsi üçün müraciət etmişdir. Həmin şəxs hazırda Azərbaycan Respublikası, Yevlax rayonu, Aşağı Bucaq kəndində qeydiyyatda olmaqla, müvəqqəti yaşamaq üçün icazəyə malikdir. Şahid1 iş yerində qəbul edən cavabdeh ondan nağd şəkildə heç bir hüquqi əsası olmadan və iddiaçının bu haqda məlumatı olmadığı halda öz vəzifə səlahiyyətlərini aşaraq, 6500 manat pul vəsaitini alıb özü üçün mənimsəyərək, sifarişçi ilə iddiaçının adından tərtib etdiyi xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin bağlanmasına (əslində podratçı kimi müqaviləyə imza atan cavabdehin özüdür) nail olmuşdur. Bu faktın üstü Şahid1 28 yanvar 2022-ci il tarixində ofisə gəlib aylıq 420 manat ödənişi həyata keçirən zaman açılmış və Şahid1 öz xətti ilə yazdığı izahatında bu faktı təsdiq etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixində iddiaçının adından istifadə edərək, onun adından eyni tarixli podrat müqaviləsini özbaşına olaraq tərtib edib Şahid1 adlı şəxsdən ilkin ödəniş kimi 6500 manat pul vəsaitini almış, lakin həmin pulun alınması barədə iddiaçıya məlumat verməmiş və həmin vəsaiti özbaşına mənimsəyərək ofisin xəzinəsinə mədaxil etməmişdir. Məhz bu əməli nəticəsində cavabdeh haz ırda əsassız varlanmış şəxs sayılır. Bu faktlar onu sübut edir ki, cavabdehin tələsik 07 yanvar 2022-ci il tarixində işdən çıxmaq barədə ərizə verməsi və həmin vaxtdan iş yerinə gəlməməsi məhz onun iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətlərə görədir. İddiaçı tərəfindən cavabdehə bu məsələnin məhkəmədənkənar qaydada həll edilməsi dəfələrlə təklif edilsə də, bu təkliflər cavabsız qalmışdır.
8. Sonradan iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra, 16 fevral 2022-ci il tarixdə Şahid3 adlı şəxs də iddiaçının iş yerinə gələrək sifarişçi qismində fərdi yaşayış evinin tikintisi üçün iddiaçı ilə bağlanmış podrat müqaviləsinin olduğunu və həmin müqaviləyə istinad edərək buna əsasən tərtib edilmiş cədvəl üzr ə növbəti aylıq ödənişinin həyata keçirilməsini bildirmişdir. Həmin vaxt iddiaçı tərəfindən Şahid3 ilə birgə iş yerində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə cavabdeh iddiaçının iştirakı və məlumatı olmadan öz vəzifə səlahiyyətlərini aşaraq iddiaçının adından ikinci şəxslə, yəni Şahid3 ilə də podrat müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, Şahid3 üçün 2 sot torpaq üzərində ümumi sahəsi 50 kv.metr olan fərdi yaşayış evinin tikintisi həyata keçirilməlidir. Müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2020- ci il tarixdə sifarişçi tərəfindən ilkin olaraq 2000 manat, daha sonra isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aybaay olmaqla 5600 manat, yəni cəmi bu vaxta kimi ilkin ödənişlə birlikdə 7600 mana t pulun cavabdehə ödənilməsi faktı aşkar edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixində iddiaçının adından istifadə edərək, onun adından eyni tarixli podrat müqaviləsini özbaşına olaraq tərtib edib Şahid3 ümumilikdə 7600 manat pul vəsaitini almış, lakin həmin pulun alınması barədə iddiaçıya məlumat verməmiş və həmin vəsaiti özbaşına mənimsəyərək ofisin xəzinəsinə mədaxil etməmişdir. Məhz bu əməli nəticəsində cavabdeh hazırda əsassız varlanmış şəxs sayılır.
9. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçının yaxın köməkçisi olmuşdur. Lakin, zamanla bir torpağın üç nəfərə, bir evin üç nəfərə satılması, müştərilərin ev tikdirilməsi üçün ödədikləri pul müqabilində heç bir işin görülməməsinə görə həddindən çox sayda şikayətçi müştərilə ri olmuşdur. İddiaçı şikayətə gələn müştərilərin qarşısına onu çıxartdığı üçün ona qarşı çoxlu hədə-qorxular, ofisdə telefon zəngləri saat 2yə qədər onu narahat etmiş və işdən çıxmağı qərara almışdır. İşdən çıxmaq üçün xəstəliyini bəhanə gətirərək ərizə yazmışdır. Çünki ona işdən çıxacağı halda başına oyun açacağı barədə hədə-qorxu gəlmişdir. Ona tez-tez zəng vuraraq işə qayıtmasını tələb etsə də, işə qayıtmamış, onun başına oyun açacağını deyərək onu hədələmişdir. İddiaçı, iddia ərizəsində yazmışdır ki, 21 dekabr 2021-ci il tarixdə işdə olmamış, xəstə olub, amma həmin vaxt şahidlər və Sədaqət iş vaxtı onun yanında olmuşdur. Podrat müqaviləsi bağlanan vaxt o, iddiaçıya zəng vuraraq bildirmişdir ki, uşaqlıdır tələsir, o da bildirmişdir ki, müqaviləni imzalayanda çek yaz və yola sal. O da id diaçının tapşırığını yerinə yetirmiş və axşam saatlarında iddiaçı gəlmiş və Sədaqətin şahidliyi ilə pulu ona təhvil vermişdir. Onun yanında olan Sədaqət, Rəşad və digər işçilər ərizələrini məhkəməyə sübut kimi təqdim etmişlər. 24 dekabr 2021-ci il tarixdə podrat müqaviləsində qeyd olunan Sevilə 6500 manat məbləğdən ona çatacaq 790 manat pulu ofisin qeydiyyat dəftərində öz əli ilə qeyd etmiş və həmin yazının bir nüsxəsini məhkəməyə dəlil qismində təqdim etmişdir. İddiaçı ona heç bir sənədə imza atmağa səlahiyyət verməmiş, onun imzası olan müqavilənin bir nüsxəsini məhkəməyə təqdim etmişdir. Podrat müqavilələrinə baxmış, lakin həmin müqavilələrdəki imzalar ona məxsus deyil və sənəd surət olduğu üçün onu tam xatırlamır.
10. Mülki iş materiallarına əsasən xx.xx.2021-ci il tarixli podrat müqa viləsindən və həmin müqaviləyə əsasən görülən işlərin siyahısına görə, podratçı- iddiaçı ilə şifarişçi Şahid1 arasında bağlanmış müqaviləyə əsasən “sifarişçi” Abşeron rayonu, X5 ərazisində 2 sot torpaq sahəsində ümumi sahəsi 56 kv.metr olan müqaviləyə əlavə olunan lahiyəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini sifariş edir. “Podratçı” “sifarişçinin” sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür. Yuxarıda göstərilən podrat müqaviləsinə əlavə olunan sənədlərin icrası podratçı və şifarişçi tərəfindən icra edilir. Layihə üzrə görüləcək işlərin haqqının manatla ödənilməsi “sifarişçi” və “podratçı” arasında razılaşdıqdan sonra müqaviləyə əlavə olunan ödəniş cədvəlində göstərilir. 11. “Sifarişçi” Sevil Djanbagıshevna və “podratçı” iddiaçı arasında 21 dekabr 2021ci i ldə bağlanmış “podrat müqaviləsi”-nə əsasən 27 noyabr 2021-ci il tarixli ödəniş cədvəlinə görə ümumi sahəsi 56 kv.metr olan təmirli evin tikintisi üçün ümumi qiymət 38.000 manat müəyyən edilmiş, ilkin ödəniş 6500 manat, ümumi məbləğ 400 manatdan aşağı olmayarq 48 ay müddətinə bağlanmsı razılaşdırılmış və aylıq olaraq xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə hər ay üçün 420 manat ödənişlər icra olunmuşdur. 12. xx.xx.2020-ci il tarixli Podrat müqaviləsindən və həmin müqaviləyə əsasən görülən işlərin siyahısına əsasən podratçı İddiaçı ilə şifarişçi Şahid3 arasında bağlanmış müqaviləyə görə “sifarişçi” Abşeron rayonu, X5 ərazisində 2 sot torpaq sahəsində ümumi sahəsi 50 kv.metr müqaviləyə əlavə olunan lahiyəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini sifariş edir. “Podratçı” “sifarişçinin” sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür. Podrat müqaviləsinə əlavə olunan sənədlərin icrası podratçı və şifarişçi tərəfindən icra edilir. Layihə üzrə görüləcək işlərin haqqının ödənilməsi “sifarişçi” və “podratçı” arasında razılaşdıqdan sonra müqaviləyə əlavə olunan ödəniş cədvəlində göstərilir. 13. “Sifarişçi” Şahid3 və “Podratçı” İddiaçı arasında 29 dekabr 2020-ci il tarixdə bağlanmış “Podrat müqaviləsi”-nə əsasən 29 dekabr 2020-ci il tarixli ödəniş cədvəlinə görə ümumi sahəsi 50 kv.metr olan tam təmirli evin tikintisi üçün ümumi qiymət 40.000 manat müəyyən edilmiş, ilkin ödəniş 2.000 manat, aylıq ödəniş məbləği 600 manatdan aşağı olmayaraq 36 ay müddətinə bağlanması razılaşdırılmış və aylıq olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hər ay üçün 600 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hər üçün 600 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hər ay üşün 600 manat və xx.xx.2021-ci il tarixdə isə 400 manat ödənişlər icra olunmuşdur.
14. Şahid3 tərəfindən imzalanmış yazılı qeydin məzmununa əsasən xx.xx.2020-ci il tarixdə İddiaçı ilə aralarında podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə 2 sot torpaq sahəsində sahəsi 50 kv.metr olan ev tikilməlidir, həmin müqaviləni Cavabdeh imzalamış, 8050 manat pulun bir hissəsini Cəvahir Əliyevanın təqdim etdiyi Rüfət Əliyevin adına olan karta, qalan hissəsi isə X4 nağd şəkildə ödənilmişdir.
15. Şahid1 tərəfind ən imzalanmış yazılı qeydin məzmununa əsasən Şahid1 xx.xx.2021-ci il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqaviləni o və Cavabdeh imzalamışlar və o, 6500 manatı Cavabdeh ödəmişdir. 15. 04 fevral 2022-ci il tarixli kassa mədaxil orderinin 000912 nömrəli qəbzinin surətinə əsasən Məmmədov X3 Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün "xxxx" MMC-nin hesabına 2000 manat pul ödəmişdir. 16. 04 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı ilə Şahid1 arasında olan 21 dekabr 2021-ci il tarixli podrat müqaviləsinin hər səhifəsinin sonundakı “podratçı” qrafasındakı imzalar; 21 dekabr 2021-ci il tarixli podrat müqaviləsinə əsasən görülən işlər siyahısının hər səhifəsinin sonunda “podratçı” qrafasındakı imzalar; 27 noyabr 2021-ci il tarixli ödəniş cədvəlinin 1-ci vərəqəsinin üz t ərəfinin yuxarı və aşağı sağ hissəsində “podratçı, imza” qrafalarındakı imzalar; 2-ci vərəqəsində “imza; “Podratçı Məmmədov F” qrafasındakı imza; İddiaçı ilə Şahid3 arasında bağlanan 29 dekabr 2020-ci il tarixli podrat müqaviləsinin hər səhifəsinin sonundakı “podratçı” qrafalarındakı imzalar; 29 dekabr 2020- ci il tarixli ödəniş cədvəlinin 1-ci vərəqəsinin üz tərəfində yuxarı sağ hissəsində “podratçı, imza” qrafasındakı imza; orta hissəsində “podratçı, imza” qrafasındakı yuxarıdan aşağı istiqamətdə 1-5-ci, 9-11-ci imzalar; aşağı sağ küncündəki imza, 2-ci vərəqədə “podratçı” qrafasındakı imza; 29 dekabr 2020-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən görülən işlər siyahısının hər səhifəsinin sonundakı “podratçı” qrafalarındakı imzalarCavabdeh tərəfindən icra olunmuşdur. 27 noyabr 2021-ci il tarixli ödəniş cədvəlinin 1-ci vərəqəsinin üz tərəfinin orta hissəsində “podratçı, imza” qrafasındakı imzalar; 29 dekabr 2020-ci il tarixli ödəniş cədvəlinin 1-ci vərəqəsinin üz tərəfində orta hissəsində “podratçı imza” qrafasındakı yuxarıdan aşağı istiqamətdə 6-8-ci imzalar Cavabdehtərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
17. Nefçala Rayon Məhkəməsinin (hakim Əli Tağıyev ) 18 noyabr 2022-ci il tarixli, 2(053)-236/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 11.840 manat, habelə vəkilə (nümayəndəyə) ödənilmiş xərclərə görə 2.000 manat, cəmi 13.840 manat pulun, 105 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh, 21 dekabr 2021-ci il tarixdə iddiaçının adından is tifadə edərək, eyni tarixli Podrat müqaviləsini özbaşına tərtib edərək Şahid1 adlı şəxsdən ilkin ödəniş kimi 5240 manat pul vəsaiti almış, lakin, həmin pulun alınması barədə iddiaçıya məlumat verməmiş və həmin vəsaiti özbaşına mənimsəyərək ofisin xəzinəsinə mədaxil etməmişdir.
19. Eyni zamanda, cavabdeh 29 dekabr 2020-ci il tarixində, iddiaçının adından istifadə edərək, onun adından “Podrat müqaviləsi”ni özbaşına tərtib edərək, Şahid3 adlı şəxsdən cəmi 6600 manat pul vəsaitini almış, lakin, həmin pulun alınması barədə iddiaçıya məlumat verməmiş və həmin vəsaiti özbaşına mənimsəyərək ofisin xəzinəsinə mədaxil etməmişdir. Məhz bu əməlləri nəticəsində cavabdeh əsassız varlanmış şəxs sayılır.
20. Cavabdehin əməlində cinayət tərkibi olmadığı üçün iddia tələbi həmin hissədə təmin edilməmişdir. 2
1. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.2, 23, 35.1, 157.5, 1091.1, 1092.1, 1092.1.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 101.3, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instanqsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun və 1500 manat vəkil xərcinin iddiaçıdan tutularaq ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmişdir ki, birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan, iddiaçı və şahidləri n ziddiyyətli ifadələrinə heç bir münasibət bildirmədən, işin həqiqi hallarını araşdırmadan, iddia ərizəsində qeyd olunanları olduğu kimi qətnaməyə köçürərək iddianı təmin etmişdir. Mübahisəli podrat müqavilələri iddiaçının adından cavabdeh tərəfindən imzalanmasına baxmayaraq, etibarlı müqavilələrdir. Birincisi, ofisə müraciət edən şəxslərlə onun adından müqavilə bağlanması üçün iddiaçı şifahi olaraq cavabdehə və digər işçilərinə səlahiyyət vermişdir. Həmçinin, ofisdə olmadığı müddətdə müqavilə bağlamaq və ödənişləri vətəndaşlardan qəbul etmək üçün fərdi sahibkar kimi ona məxsus olan möhürdən istifadə etməyə icazə vermişdir. Bundan əlavə, həmin müqavilələri etibarlı edən daha önəmli fakt isə iddiaçı onun adından bağlanmış müqavilələrdən xəbərdar olduqdan sonra, həmin müqavilələri bəyənərək münasibətləri davam etdirmiş, hətta bir neçə dəfə həmin müqavilələr üzrə yüksək məbləğlərdə ödənişlər qəbul etmişdir. İşin hallarından göründüyü kimi, iş üzrə şahid qismində dindirilmiş şəxslərin izahatları ilə iddiaçının izahatı bir-biri ilə ziddiyyət təşkil edir. İddiaçı xx.xx.2021-ci il tarixdə həmin gün ümumiyyətlə işdə olmamasını və pul vəsaitinin ona verilməməsini qeyd etsə də, bu hal iş üzrə şahidlərin verdiyi izahatlarla ziddiyyət təşkil edir. İş üzrə şahid qismində izahat vermiş Şahid2 və Şahin Əliyev iddiaçının həmin gün işə gəldiyini təsdiq etmişlər. Belə ki, Şahin Əliyev izahatında qeyd etmişdir ki, İddiaçı yanında usta kimi işləyir. xx.xx.2021-ci il tarixində iddiaçı ilə əlaqə saxlamış, iddiaçı həmin gün müqavilə bağlandığı üçün axşam pul olacağını bildirmişdir. Həmin gün o nlar ofisə gedərək maaşlarını almışlar. Eyni zamanda, Şahid2 izahatında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə müqavilə bağlandığı üçün cavabdeh ilə işdən sonra ofisdə qalaraq iddiaçının ofisə gəlməsini gözləmiş, iddiaçı ofisə gəldikdən sonra cavabdeh pulu ona vermiş və birlikdə işdən getmişlər. Lakin məhkəmə pul hissəsində Şahid2 izahatını təhrif edərək, pulun verildiyini görmədiyini qeyd etmişdir. İddia ərizəsində iddiaçıqeyd edir ki, xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmasından xəbərsiz olmuş, yalnız Şahid1 xx.xx.2022-ci il tarixində aylıq ödəniş etmək üçün ofisə yaxınlaşdığı zaman bundan məlumatlı olmuşdur. İddiaçının bu əsası iş üzrə şahidlər Şahid1 və Şahid2 izahatları ilə ziddiyyət təşkil edir. Belə ki, hər iki şahid izahatında qeyd etmişdir ki, müqavilə bağlanan zaman ca vabdeh iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlayaraq (telefon səsi diktafonda olaraq) Şahid1 müqavilə bağlamaq üçün müraciət etdiyini, yanında uşağı olduğu üçün çox gözləyə bilmədiyini qeyd etmişdir. İddiaçı da öz növbəsində cavabdehə müqavilə bağlamasını və ödənişi ondan qəbul etməsini bildirmişdir. Şahid1 daha sonra izahatında qeyd edir ki, iddiaçının sürücüsü Fərman adlı şəxs həmin gün onu aparıb ev tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsini göstərmişdir. Məhkəmə şahid izahatları ilə iddiaçının izahatları arasındakı ziddiyyətlərə heç bir münasibət bildirməmişdir. Bütün bu hallar bir daha onu təsdiq edir ki, iddiaçının xx.xx.2021-ci il tarixində bağlanmış müqavilədən xəbəri olmuş, müqavilə onun razılığı ilə bağlanmış və pul vəsaiti ona həmin gün təhvil verilmişdir. Bununla yanaşı, iddiaçının həmin müqavilə üzrə münasibətləri davam etdirməsi, müxtəlif vaxtlarda Şahid1 həmin müqavilə üzrə dəfələrlə ödəniş qəbul etməsi, həmin müqaviləni bəyənməklə yanaşı, müqavilə üzrə ödənmiş bütün vəsaitləri qəbul etdiyini təsdiq edir. Əksi olduğu halda, iddiaçı sonrakı ödənişləri Şahid1 qəbul etməməli, əqdin etibarlılığını mübahisələndirməli idi. İddia tələbinin digər hissəsi ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə Şahid3 ilə də müqavilə bağlayaraq ondan ilkin olaraq 2000 manat, daha sonra isə 6050 manat pulun alındığını iddia edərək, həmin pul vəsaitlərini cavabdehdən tələb etmişdir. İddia tələbinin həcmi artırıldıqdan sonra cavabdehə işlə tanış olmaq üçün yetəri qədər şərait yaradılmamış və öz müdafiəsini lazımınca həyata keçirə bilməmişdir. xx.xx.2020-ci il tarixdə Şahid3 i lə bağlanmış müqavilə üzrə ilkin ödəniş 2000 manat məbləğ cavabdeh tərəfindən qəbul edilsə də, sonrakı ödənişlər onun vasitəsilə həyata keçirilməmişdir. Sonrakı ödənişləri Şahid3 ofisin digər işçisi X1 ödəmiş və iddiaçı tərəfindən çıxarılmışdır (həmin kart ümumiyyətlə ofisdə müqavilə üzrə pulların sifarişçilər tərəfindən ödənilməsi təyinatı ilə istifadə edilirdi). Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş kimi aldığı 2000 manat pulu iddiaçının sürücüsü vasitəsilə ona təhvil vermiş və sonrakı münasibətləri isə onlar özləri davam etdirmişlər. İddia tələbinin bu hissəsi ilə bağlı Şahid3 məhkəməyə şahid qismində cəlb edilməmiş, məhkəmə qanunsuz olaraq kim tərəfindən tərtib olunduğu bəlli olmayan əlyazmanı Şahid3 izahatı kimi mötəbər sübut olaraq qəbul etmişdir. Müqavilə üzrə tərəflərin sonrakı münasibətlərini müəyyən etmək, həmçinin iddiaçının iddia etdiyi kimi Şahid3 tanıyıb-tanımadığını müəyyən etmək üçün sonuncunun məhkəməyə şahid kimi cəlb olunması zəruridir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödəniş cədvəlində cavabdehin imzası olsa da, həmin pullar nağd şəkildə ödənilməmiş, X1 (ofis kartına) göndərilmişdir. Cədvəldəki imzalar sadəcə dövri ödənişləri qeydə almaq üçün edilmişdir. Cavabdeh hər iki müqaviləni iddiaçının razılığı və icazəsi ilə bağlamış, həmin müqavilə üzrə aldığı 6500 manat (Şahid1) və 2000 manat (Şahid3) pul vəsaitini müqavilə bağlanan gün ona təhvil vermişdir. Başqa sözlə, cavabdeh hər hansı pul vəsaiti əldə etmədiyi üçün (əsassız varlanmadığı üçün) ona qarşı hazırkı iddia əsaslı ola bilməz. İşə baxan birinci instansiya məhkəməsi xx.xx.2020-ci il və xx. xx.2021-ci il tarixli müqavilələrin etibarlı olub-olmamasına heç bir münasibət bildirməmişdir. Məhkəmə, Mülki Məcəllənin 360-cı maddəsini hazırkı mübahisəyə tətbiq edərək, əqdləri etibarlı hesab etməli idi. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ilk növbədə cavabdehin müqaviləni bağlaması və pul vəsaitiniqəbul etməsi üçün razılıq vermiş (telefonda, şahid ifadələri bu halı təsdiq edir), daha sonra həmin müqavilələr üzrə münasibəti davam etdirərək müqavilə üzrə özü şəxsən pul qəbul etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 420 manat, xx.xx.2022ci il tarixdə 420 manat, xx.xx.2022-ci il tarixdə 420 manat, xx.xx.2022-ci il tarixdə 300 manat pul vəsaitlərini iddiaçı şəxsən Şahid1 qəbul edərək münasibətlərini davam etdirmişdir. Eyni zamanda, x x.xx.2020-ci il tarixli müqavilə üzrə sonrakı ödənişlər də ofisin digər işçisi X1 ödənilmiş və iddiaçı tərəfindən çıxarılmışdır. İddiaçı həmin müqavilə üzrə də münasibətləri davam etdirmişdir. Məhkəmə Mülki Məcəllənin 1091.1-ci maddəsinə istinad edərək cavabdehin müqavilələr üzrə aldığı ilkin ödənişi mənimsəyərək əsassız varlandığı nəticəsinə gəlmişdir. Məhkəmənin bu mövqeyi tamamilə yanlışdır. Həm iddiaçının müqavilələri sonradan bəyənərək davam etdirməsi, həm də şahid ifadələri birmənalı olaraq təsdiq edir ki, həmin pul vəsaiti müqavilə bağlanan gün iddiaçıya verilmişdir. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, vəkilə (nümayəndəyə) çəkilmiş xərc adı altında cavabdehdən iddiaçının xeyrinə 2000 manat əlavə pul tutmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin mədaxil qəbzinə əsasən iddiaçı 2000 manat xidmət haqqı ödəmişdir. Həmin ödənişə dair müqavilə iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə, "xxxx" MMC-nin iddiaçıya hansı xidməti göstərdiyi də məlum deyil. Belə ki, qeyd olunan hüquq norması yalnız vəkilə və nümayəndəyə çəkilən xərcin əvəzinin ödənilməsini nəzərdə tutur. MPM-in 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Qanunun tələbinə görə, "xxxx" MMC iddiaçının nümayəndəsi və vəkili ola bilməzdi. Buna görə də ona hər hansı məqsədlə ödənilmiş pulun cavabdehdən tələb edilməsi və bu tələbin təmin edilməsi ciddi prosessual pozuntudur. Məhkəmə prosesində iddiaçının nümayəndəsi və vəkili qismində X6 çıxış etmişdir. İş materiallarında olan vəkil orderindən göründüyü kimi, X6 “Fides” Vəkil Bürosunun üzvüdür. Yəni iddiaçı tərəfindən nümayəndəyəvə vəkilə çəkilmiş xərc yalnız “Fides” Vəkil Bürosuna ödənilmiş həcmdə tələb edilə bilərdi.
24. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və T.Heydərov) 19 aprel 2023-cü il tarixli, 2(106)393/23 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Nefçala Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia rədd olunmuşdur.
25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, ödəniş cədvəlində ödənişlərin edildiyi tarixə olan qrafanın cavabdeh tərəfindən imzalanması özlüyündə həmin pulun cavabdehə verilməsi faktını təsdiq edən hal kimi çıxış edə bilməz.
26. Belə ki, apellyasiya məhkəməsinin iclas ında şahid qismində dindirilmiş Şahid3 da öz izahatında müqavilə üzrə sonrakı ödənişləri iddiaçının özünün tapşırığı ilə X2 adına olan kart hesabına köçürdüyünü, ödənişləri iddiaçıya etdikdən sonra ofisə gedərək, ödənişin edilməsini ödəniş cədvəlində qeyd etdirməsi üçün cavabdehə müraciət etməsi barədə iddiaçı ilə razılaşdıqlarını, özünün sonrakı ödənişləri etdikdən sonra iddiaçının tapşırığına uyğun olaraq hər dəfə ofisə getdiyini, cavabdehin isə onun yanında iddiaçıya zəng edərək ödənişin edilib-edilməməsini dəqiqləşdirdikdən sonra ödəniş cədvəlindəki müvafiq qrafanı imzaladığını bildirmişdir.
27. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Əsmər Rəhimli də izahatında Şahid3 sonrakı ödənişləri bir çox digər müştərilər kimi iddiaçının özündə saxladığı kart hesabı na etdiyini, ödənişləri etdikdən sonra isə hər dəfə ofisə gəldiyini, iddiaçının tapşırığına əsasən cavabdeh tərəfindən ödəniş cədvəlində imza edildiyini, əslində həmin sonrakı ödənişlərin cavabdehə deyil, iddiaçının özünə ödədiyini bildirmişdir.
28. Sadalananlarla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə 29 dekabr 2020-ci il tarixində cavabdehin iddiaçının adından istifadə edərək Şahid3 ilə bağladığı eyni tarixli podrat müqaviləsi əsasında sonuncudan ümumilikdə 6600 manat pul vəsaiti aldığını müəyyən etsə də, həmin məbləğdə pulun alınmasını hansı sübuta əsasən müəyyən etdiyini əsaslandırmamışdır.
29. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini Şahid3 ilə bağlanmış müqavilə üzrə 7600 m anat pul tələbinə dair hissədə əsaslı hesab etmiş və belə nəticəyə gəlmişdir ki, bu hissədə iddia rədd edilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbləri ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də iddia tələbləri rədd edilməlidir.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kass asiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu iddiaya baxan zaman işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edən halları müəyyən etməli idi. Belə ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıdıqlarına görə onlar arasında olan münasibətlər də Əmək Məcəlləsinin tələblərinə uyğun həll edilməli idi. Kasat or, onu da qeyd etmişdir ki, cavabdehin əmək funksiyasının- əmək müqaviləsində nəzərdə tutulan vəzifə üzrə yerinə yetirməli olduğu işin dairəsini dəqiq və birmənalı müəyyən etmiş, işçinin əmək funksiyaları onun əmək müqaviləsində öz əksini tapmışdır. Belə ki, cavabdehin işəgötürənin adından müqavilə bağlamaq, onun adından xidmət haqqı almaq kimi səlahiyyətləri və funksiyası olmamış, buna baxmayaraq, məhkəmə ümumiyyətlə cavabdehin əmək funksiyasının nədən ibarət olmasını araşdırmamış, yalnız şahid ifadələrinə əsasən iddianın əsassız olması qənaətinə gəlmişdir. Halbuki, müqavilə bağlamaq səlahiyyəti yalnız işəgötürənin (iddiaçının) özünə və xidmət haqqını alaraq xəzinəyə mədaxil etmək səlahiyyəti isə işəgötürənə və mühasibə aid olan funksiyalar olmuşdur. Məhkəməyə müraciət etməmişdən əvvəl “ Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə işin bu halına da qiymət verməmiş, iş üzrə “Mediasiya haqqında” Qanunun tətbiq edilməli olub-olmamasına diqqət yetirməli idi. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şə xs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Madd ə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövq eyi
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Belə ki, işin apellyasiya instansiyası məhk əməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, Bakı şəhəri Suraxanı rayonu ərazisində fərdi sahibkar kimi evlərin tikintisi ilə məşğuldur. O xx.xx.2019-cu ildə bağlanmış əmək müqaviləsinə əsasən cavabdehi “ofis meneceri” vəzifəsinə işə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixədək iddiaçının işçisi olaraq çalışmış və həmin tarixdə öz ərizəsi ilə işdən çıxmışdır.
48. Hazırda iddiaçı iddia edir ki, işdə olmadığı 21,12.2021-ci il tarixdə Özbəkistan Respublikasının vətəndaşı Şahid1 onun ofisinə fərdi evin tikintisi üçün müraciət edib. Cavabdeh onun xəbəri olmadan adından Şahid1 ilə podrat müqaviləsi bağlayaraq müqavilə üzrə ilkin ödənilmiş 6500 manat vəsaiti kassaya mədaxil etməyib və onun ümumiyyətlə bu müqavilənin bağlanmasından xəbəri olmayıb. Yalnız, xx.xx.2022-ci il tarixd ə Şahid1 aylıq ödəniş etmək üçün ofisə yaxınlaşdıqda bu barədə ona məlum olub.
49. Həmçinin iddiaçı, iddia etmişdir ki, sonradan ona məlum olmuşdur ki, cavabdeh onun adından xx.xx.2020-ci il tarixdə Şahid3la da müqavilə bağlayaraq ondan ilkin olaraq 2000 manat, daha sonra isə 6050 manat pul alıb, (iddiaçının ilkin iddia ərizəsində belə tələbi olmamış, bu hissədə iddia tələbi sonradan artırılmışdır).
50. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini araşdırıb ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, sözügedən müqavilələr iddiaçının adından cavabdeh tərəfindən imzalanmasına baxmayaraq etibarlı müqavilələr olub.
51. Belə ki, əvvəla, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ofisə müraciət edən şəxslərlə iddiaçının a dından müqavilə bağlanması üçün sonuncu şifahi olaraq cavabdehə və digər işçilərinə müəyyən səlahiyyətlər vermişdir. Yəni, iddiaçı ofisdə olmadığı müddətdə müqavilə bağlamaq və ödənişləri ayrı-ayrı şəxslərdən qəbul etmək üçün fərdi sahibkar kimi ona məxsus olan möhürdən istifadəyə icazə vermişdir.
52. Digər tərəfdən, sözügedən müqavilələri etibarlı edən daha önəmli faktlardan biri də, iddiaçının onun adından bağlanmış müqavilələrdən xəbər tutduqdan və həmin müqavilələri bəyənərək münasibətləri davam etdirməsi və hətta bir neçə dəfə həmin müqavilələr üzrə yüksək məbləğlərdə ödənişləri qəbul etməsindən ibarət olmuşdur.
53. Daha sonra, işin hallarından görünür ki, iş üzrə şahid qismində məhkəməyə cəlb olunmuş müqavilə bağlayan şəxslərin (sifarişçilərin) və iddiaçının öz işçisi olmuş şəxslərin hər iki instansiya məhkəməsində verdikləri izahatlarından iddiçının müqavilələrin bağlanmasından məlumatlı olduğu və müqavilə üzrə ödənişlərin həmin gün cavabeh tərəfindən iddiaçıya təhvil verildiyi öz təsdiqini tapmışdır.
54. Mülki Məcəllənin 360-cı maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradı r, dəyişdirir və onlara xitam verir.
55. Göründüyü kimi, iddiaçı ilk növbədə cavabdehin müqaviləni bağlaması və pul vəsaitini qəbul etməsi üçün razılıq vermiş (telefonla, şahid ifadələri ilə də bu hal təsdiq olunur), daha sonra həmin müqavilələr üzrə münasibəti davam etdirərək müqavilə üzrə özü şəxsən pulu qəbul etmişdir.
56. Belə ki, iddiaçı həqiqətən xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci ildə 420 manat, xx.xx.2022-ci ildə 420 manat, xx.xx.2022-ci ildə 420 manat, xx.xx.2022-ci ildə 3000 manat pul vəsaitlərini şəxsən Şahid1 qəbul edərək müqavilə münasibətlərini davam etdirmişdir.
57. İddiaçının həmin pul vəsaitlərini qəbul etməsi həm müqaviləni bəyənməsi, həmdə müqavilə üzrə ödənilmiş bütün vəsaitləri qəbul etdiyini təsdiq edir. Əks halda iddiaçı sonrakı ödənişləri qəbul etm əməli və əqdin etibarlılığını mübahisələndirməli idi. İşdə isə bu barədə heç bir sübut yoxdur.
58. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbləri ilə razılaşmayıb qeyd etmişdir ki, xx.xx.2020ci il tarixli müavilə üzrə sonrakı ödənişlər də ofisin digər işçisi X1 ödənilmiş və sonradan iddiaçı tərəfindən çıxarılmışdır. İddiaçı həmin müqavilə üzrə də münasibətlərini davam etdirmişdir.
59. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan normanın tələbləri baxımından iddiaçı sonrakı hərəkətləri ilə bəyəndiyi üçün hər iki əqd etibarlı olmuşdur. Yəni, iddiaçının hər iki müqaviləni bəyənib, münasibətləri davam etdirməsi, onun müqavilənin nəticələrini də bəyənib qəbul etməsi anlamına gəlməyə əsas verir. Başqa sözlə, iddiaçı müqaviləni bəyənib davam etdirməklə müqavilələr üzrə ödənilmiş ilkin vəsaitləri də qəbul etmişdir (İşin bu halları şahid ifadələri də təsdiq olunmuşdur).
60. İddiaçının kassasiya şikayətinin digər dəlili apellyasiya icraatı mərhələsində iş üzrə yeni şahidlərin cəlb olunaraq dindirilmələri və nəticədə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlıdır.
61. İşdən görünür ki, apellyasiya icraatı mərhələsində iki nəfər şəxs şahid qismində dindirilmiş və onlardan biri birinci instansiya məhkəməsində dindirilmiş şahid olmuşdur.
62. Əvvəla, apellyasiya instansiya məhkəməsi həmin şahidləri hansı səbəbdən dindirdiyini qətnamədə lazımı şəkildə əsaslandırmışdır.
63. Digər tərəfdən, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 iş materiall arında olan əl yazması ilə qətnamədə olan izahatı biri-biri ilə ziddiyət təşkil etdiyindən, məhkəmə bu ziddiyəti aradan qaldırmaq üçün Sədaqət Abdullayevəm yenidən dindirmişdir. Digər şahidə gəldikdə isə xx.xx.2020-ci il tarixdə Şahid3 ilə bağlanmış müqavilə üzrə halları müəyyənləşdirmək üçün o, məhkəməyə cəlb edilmişdir.
64. Apellyasiya instansiya məhkəməsinin öz qətnaməsində qeyd etdiyi kimi sözügedən müqavilə üzrə birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamış, həmçinin bu müqavilə üzrə tələb sonrdan baxış iclasında artılımış, eyni zamanda cavabdehə öz müdafiəsini həyata keçirmək üçün lazimi şərait yaradılmamışdır.
65. Bu baxımdan apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi öz üzərinə düşən vəzifəni yerinə yetirmiş, prosessual qanunvericiliyin ona ve rmiş olduğu səlahiyyətlər daxilində iş üzrə həqiqəti müəyyən etmək üçün şahidləri dindirmişdir.
66. Kassasiya şikayətinin dəlillərdən digəri isə ondan ibarətdir ki, tərəflər əmək münasibətlərində olduğu üçün, hazırkı mülki mübahisəyə Əmək Məcəlləsinin normaları tətbiq edilməli və belə olan halda tərəflər məcburi mediasiya prosessindən keçilməli idilər.
67. Kassasiya instansiyası məhkəməsi, iddiaçının bu dəlili ilə də razılaşmır. Belə ki, hazırda kassasiya şikayətini verən iddiaçıdır və o, hazırkı iddia tələbləri ilə birinci instansiya məhkəməsinə müracit edərkən vəkilə müraicət etmiş və peşəkar hüquqi yardım almışdır və iddia ərizəsində iddiaçı tələbinin qanıni əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı olan hüquq normalarına istinad etmişdir.
68. Cavabdeh isə iddiaçının ofisin də menecer vəzifəsində işləmişdir. Satışın edilməsi, iddiaçının tapşırığı ilə pul vasitinin alınması cavabdehin əmək fuksiyasının tərkibinə daxil olmamışdır.
69. Göründüyü kimi, cavabdeh müqavilənin bağlanmasını və pul vəsaitinin qəbul edilməsini iddiaçı ilə olan əmək münasibətlərindən kənar onun şəxsi xahişi əsasında həyata keçirmişdir.
70. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki mübahisəyə Əmək Məcəlləsinin normaları tətbiq oluna və tərəflərdən məcburi mediasiya prosessindən keçilməsi tələb oluna bilməz. Yəni, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələblərinin təmin edilməsi üçün əsaslar olmamışdır və apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tə tbiq edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri formal mülahizlərdən ibarətdir və apellyasiya instansiyası məhkəməsi iddia tələblərini rədd etməklə düzgün hüquqi nəticəyə gəlmiş və qətnamənin ləğv edilməsi üçün heç bir maddi və prosessual əsas mövcüd deyil. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-393/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.