Məhkəmə qərarları › İş №2(102)-3205/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3205/2019

06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3205/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.09.2018-ci il tarixli, 2(103)8477/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Ş.Məhərrəmova) 27.02.2018-ci il tarixli, 2(001)-245/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin olunaraq, Cavabdeh 44606.46 manat əsas borc, 2897.76 manat faiz borcu olmaqla, cəmi 47504.22 manatın, ödənilməsi, 0.40 manat xidmət haqqının, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun alınaraq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri, yəni 300 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxx” MMC-nin xeyrinə verilməsi, Cavabdeh məxsus Bakı şəhəri, ******************** saylı mənzilinə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75 000 manat məbləğində müəyyən edilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh “xxxx” ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh Bakı şəhəri, ************** saylı mənzilindən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, V.Həsənov) 21.09.2018-ci il tarixli, 2(103)-8477/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(001)-245/2018 nömrəli qətnam əsinin dəyişdirilməsi, Cavabdeh alınmalı olan yekun məbləğin cəmi 43207.52 manat müəyyən edilməsi, hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(001)-245/2018 nömrəli qətnaməsinin Cavabdeh münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 03.10.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh arasında baölanmış 09.06.2010-cu il tarixli, 181/İK/10 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 15.09.2017-ci il tarixinə olan 44606.46 manat əsas borcun, 2897.76 manat faiz borcunun, 30 mnat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun, ümumilikdə 47504.22 manatın və 60.40 manat məbləğin Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 09.06.2010-cu tarixli, İ181 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50 kv.m olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması, cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh bankdan götürdüyü 25 illik ipoteka krediti üzrə banka 8 il olmaqla, cəmi 36000 manat pul ödəmiş, dəfələrlə iddiaçı banka müraciət edib hesabdan çıxarış tələb etsə də, bank tərəfindən hüquqları pozularaq ona hesabdan çıxarış təqdim edilməmiş, daha sonra o, İpoteka və Kredit Zəmanəti Fonduna müraciət etmiş, oradan da ona iddiaçı banka müraciət etməsini tövsiyyə etmişlər. Cavabdeh ödəniş qəbzlərini itirdiyindən və hesabdan çıxarış ona təqdim edilmədiyindən o, məhkəmədə borcunun artıq hesablanmasını, ödənilmiş məbləğlərin ilkin olaraq əsas borcdan və daha sonra faiz borcundan silinmədiyini və ümumiyyətlə yaranmış borcun düzgün hesablanmadığını sübut edə bilməmişdir. Lakin məhkəmə ekspertiza təyin edə bildiyi halda, bunu etməmiş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin ekspert tərəfindən ipoteka predmetinə bazar qiymətindən aşağı qiymət qoyulmuşdur. Qoyulmuş qiymətlə bu gün əmlak bazarında əmlak almaq mümkün deyildir. Buradan da görünür ki, əmlakın dəyəri real bazar qiymətindən çox azaldılmışdır. Məhkəmə tərəfindən isə təkrar qiymət ləndirmə və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmiş və daha dəqiq mütəxəssis rəyi alınmadan qətnamə qəbul edilmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.09.2018-ci il tarixli, 2(103)-8477/2018 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-c ü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini qismən təmin edərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(001)-245/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh alınmalı olan yekun məbləğin cəmi 43207.52 manat müəyyən edilməsi, hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(001)-245/2018 nömrəli qətnaməsini n Cavabdeh münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və işdə olan“xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2010-cu il tarixli ************ saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 50.000 manat kredit vermişdir. İşdə olan Bank “xxxx” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh 15.09.2017-ci il tarixə 44606.46 manat əsas, 2897.76 manat faiz, cəmi 47504.22 manat təşkil edir. İşdə olan xxxxnun müvafiq orqanlara ünvanlanmış məktubundan gö rünür ki, “xxxx” ASC, “xxxx” ASC, “X1” ASC, “xxxx” ASC və “xxxx” ASC tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (“xxxx” ASC) vəsaiti hesabına verilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüquqları müvafiq ipoteka kağızlarına edilmiş indossament qeydinə əsasən “xxxx” ASC-yə ötürülmüşdür. Yuxarıda adları çəkilən lisenziyası ləğv olunmuş bankların “xxxx” ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinə xidmət olunması Bank “xxxx" ASC-yə həvalə edilmişdir. “xxxx” ASC yenidən maliyyələşdirilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüquqlarını Bank “xxxx” ASC vasitəsilə həyata keçirir. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş, 23 oktyabr 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, həmin tarixdə cavabdeh tərəfind ən iddiaçı banka 4296.70 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. İşdən həmçinin görünmüşdür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin 15.09.2017-ci il tarixə olan 44606.46 manat əsas, 2897.76 manat faiz, cəmi 47504.22 manat təşkil etdiyini əsas götürmüşdür. Apellyasiya baxışı zamanı cavabdehin 23 oktyabr 2017-ci il tarixdə iddiaçı banka 4296.70 manat əlavə ödəniş etdiyi, lakin iddianın təmin edərkən birinci instansiya məhkəməsi tərəfindən bunun nəzərə alınmadığı müəyyən edildi. Ona görə də, qeyd olunan məbləğ cavabdehin hazırki kredit müqaviləsi üzrə banka olan kredit borcunun cəmindən (47504.22-4296.70=43207,52) çıxılmalıdır. Çünki, qeyd olunan ödəniş məhkəmə qətnaməsi çıxarılmazdan əvvəl edilmişdir. Bununla yanaşı, cavabdeh iş üzrə ekspertiza təyin edilməli olduğunu bildirsə də, bunun zəruriliyini əsaslandırmamış, yəni kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməsinə, eləcə də tələb edilən kredit borcunun düzgün hesablanmadığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də, hər hansı bir əsas olmadan iş üzrə ekspertiza keçirilməsinə də zərurət yaranmamışdır. Kassasiya kollegiyası kassasiya şikayətinin d əlili olan “ödəniş qəbzlərini itirdiyindən və hesabdan çıxarış ona təqdim edilmədiyindən o, məhkəmədə borcunun artıq hesablanmasını, ödənilmiş məbləğlərin ilkin olaraq əsas borcdan və daha sonra faiz borcundan silinmədiyini və ümumiyyətlə yaranmış borcun düzgün hesablanmadığını sübut edə bilməmişdir. Lakin məhkəmə ekspertiza təyin edə bildiyi halda, bunu etməmiş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.” dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən dəlil apelyasiya şikayətinin də dəlili olmuş və apelyasiya kollegiyası həmin dəlilə münasibət bildirərək göstərmişdir ki, cavabdeh iş üzrə ekspertiza təyin edilməli olduğunu bildirsə də, bunun zəruriliyini əsaslandırmamış, yəni kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməsinə, eləcə də tələb edilən kredit borcunun düzgün hesablanmad ığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də, hər hansı bir əsas olmadan iş üzrə ekspertiza keçirilməsinə də zərurət yaranmamışdır. Kassasiya kollegiyası, qeyd edilnə dəlillə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, bu hal mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya kollegiyası kassasiya şikayətinin digər dəlili olan “ipoteka predmeti olanəmlakın dəyəri real bazar qiymətindən çox azaldılmışdır. Məhkəmə tərəfindən isə təkrar qiymətləndirmə və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmiş və daha dəqiq mütəxəssis rəyi alınmadan qətnamə qəbul edilmişdir.” dəlili ilə bağlı qeyd edir ki, cavabdeh göstərilən dəlili üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni həmin hissədə mübahi sələndirməmiş və apelyasiya instansiyası məhkəməsi də qətnamənin həmin hissəsi üzrə araşdırma aparmamışdır. Kassasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinin tələbinə uyğun olaraq, mübahisəyə mahiyyəti üzrə baxmaq səlahiyyətinə deyil, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlamaq səlahiyyətinə malik olduğundan kassasiya şikayətinin bu dəlili də əsaslı hesab edilə bilməz və bu hal da mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırk ı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.09.2018-ci il tarixli, 2(103)-8477/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar