Məhkəmə qərarları › İş №2(102)-3206/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3206/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3206/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)1170/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialına 19 may 2015-ci il tarixli ərizə ilə müraciət edərək, şəxsi məqsədləri üçün 48 ay müddətinə qaytarmaq şərti ilə ona 11.400 ABŞ dolları məbləğində kredit vəsaitinin verilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin Neftçilər filialı ilə İddiaçı arasında bağlanmış 19 may 2015-ci il tarixli, *******74 nömrəli kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 11.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ASC-nin Neftçilər filialı ilə İddiaçı arasında bağlanmış 19 may 2015-ci il tarixli, *******74 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə əsasında 48 ay ərzində İddiaçı tərəfindən Cavabdeh ASC- nin Neftçilər filialının xeyrinə hər ay 4 03,86 ABŞ dolları (bəzi aylar 403,87 (dörd yüz üç dollar səksən yeddi sent) ABŞ dolları) ödəniş etməyi öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilə öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 19 may 2015-ci il tarixli, *******74 nömrəli kredit müqaviləsinin əhəmiyyətsiz hesab edilib, ödədiyi 18.970 manat məbləğində borcun ödənilməsi üçün yetərli olduğunu nəzərə alaraq, müqavilə öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin yanvar ayına qədər cədvəl üzrə borcunu 18.970 manat ödəmişdir. Təəssüf ki, bank onun hələ də 10.000 ABŞ dollarınd an artıq bocu olduğunu deyir. Bu sadəcə baş qatma və aldatmadır. ******14 nömrəli, 25 iyun 2014-cü il tarixli müqavilə forma və məzmunca qanuna ziddir. Müqavilədə aşkar şəkildə tərəflərdən biri, yəni İddiaçı ağır şərtlər altında qoymuşdur. Kredit götürən zaman müxtəlif adlarla ondan tutulmuş pul vəsaiti (komission yığım, sığorta və sairə) barədə bir kəlmə də yoxdur. Halbuki, bütün bu pullar göstərilməli, verilən məbləğin faizində də əksini tapmalı, real faiz dərəcəsi onlara bildirilməli idi. Nəticədə, müqavilədə illik 29 faiz göstərilsə də, əslində bu xeyli yüksəkdir və sadəcə onu aldatmadır ki, buda müqaviləni bağlandığı andan əhəmiyyətsiz edir. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra müəyyən güzəştlər edilməli idi, lakin edilməyib. Onun ban kdan aldığı kreditin real faiz dərəcəsi (əlavə pul yığımını nəzərə almaqla) hər ay faizləri hesabladığı üçün 59 faizi keçir ki, bu da qəbul edilə bilməz. Müqaviləyə əsasən o, pulu ödədikcə ödəniş simmetrik olaraq həm əsas məbləğdən, həm də faizdən çıxılmalı idi. Lakin bank yalnız faizləri tutmaqla məşğuldur. Göründüyü kimi, müqavilə hüquq normalarının pozuntusu ilə bağlanmış eyni zamanda qanunlar pozulmuşdur. Cavabdeh ASC tərəfindən müqavilə öhdəliklərinə əməl edilmir və müqavilə etibarsızdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2020 saylı, 18.05.2020ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.Əsədova) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçının cavabdehlə bağladığı 19 may 2015-ci il tarixli il kred it müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı isə şüurlu səviyyədə öz iradə ifadəsini bildirməklə qeyd edilən kredit müqaviləsini imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskarı olmuşdur. İddiaçının iddia ərizəsində bank tərəfindən ondan qanunsuz və əsassız olaraq 18.970 manat məbləğində vəsait tələb etdiyini bildirmiş, bununla bağlı isə məhkəmə qeyd etmişdir ki, həmin məbləğ Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış müvafiq kredit müqaviləsinə və onun tərkib hissəsi olan ödəniş qrafikinə əsasən müəyyənləşdirilmiş müddət ərzində ödəniləcək ümumi məbləğdir

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 339, 340, 354, 389, 390, 442-ci maddələ rinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)-1170/2021 saylı qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının əqdin etibarsız hesab olunmasına səbəb olan halların nədən ibarət olmasını iddia ərizəsində və ya apellyasiya şikayətində göstərmədiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair mövqeyini əsaslı hesab edərək bildirmişdir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri də tərəflərin iradə ifadəsidir. Əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan hər hansı birinin hazırki mübahisədə mövcudluğu müəyy ən edilməmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət verən tərəf kimi iddiaçı apellyasiya məhkəməsində iştirak etməmişdir. Koronovarirus pandemiyası səbəbindən 2021-ci ilin yanvar ayının orta larına kimi məhkəmə iclasları təxirə salınmış, yanvar ayının 29-da olan məhkəmədən gec xəbər tutmuş və üzürlü səbəbdən iştirak etməmişdir. Halbuki, məhkəmə kollegiyası ən azı şikayətçi tərəfi məhkəməyə çağırıb dinləmək üçün məhkəmə iclasını bir dəfə təxirə sala bilərdi. Bankla bağlanan 19 may 2015-ci il tarixli, *******74 saylı kredit müqaviləsinin bəzi şərtlərin (hansı ki, bunlar müqavilənin standart şərtləridir) kifayət qədər ağır şərt olması məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin müdəalarına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2020-ci il tarixli, 9/587 nömrəli müvafiq ekspert rəyini əsassız hesab edərək razılaşmır. Be lə ki, iş materiallarında olan bank çıxarışından da göründüyü kimi ona verilməli kreditdən dərhal 684 ABŞ dolları komissyon haqqı və 597 manat sığorta ödənişi tutulmuşdur. Belə olduğu halda 11.400 ABŞ dolları əsas borca deyil, bu məbləğlər çıxıldıqdan sonra qalıq əsas borca faiz hesablanmalı idi. Ekspert rəyindən isə bu hal görünmür. Ekspert rəyindən kreditə hansı faizlərlə gecikmə faizinin tətbiq edilməsi aydın deyil. Ekspert rəyində faizlərin hansı qaydada və hansı gecikdirilmiş müddət üçün hesablanması öz əksini tapmamış, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsində bütün bunlara aydınlıq gətirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi, göstərilən hallar nəzərə alınmaqla, obyektiv və ədalətli qətnamənin qəbul edilməsi üçün işlə bağlı təkrar məhkəmə ek spertizası təyin edə bilərdi. İddiaçıyla bank arasında bağlanan müqavilənin vaxtı 2019-cu ilin mayında başa çatmış və iddiaçı 01.01.2019-cu il tarixədək banka aybaay 18.970 manat borc qaytarmışdır. Sonradan bilmişdir ki, bank ödədiyi pulların demək olar ki, hamısını illik 59 faiz gecikmə faizi tətbiq etməklə öz gəlirinə, yəni gecikmiş faizlərə silib. Bank ona verdiyi pula, yəni komissyon və sığorta haqqına da faiz hesablayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barəd ə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 14.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ay rı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətl ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 15.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qəd ər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Kassasiya baxışının hədləri

16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır ( maddə 416).

17. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Ha zırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kassasiya kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci m addəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarında olan bildirişlərdən görünür ki, məhkəmə iclasının 29 yanvar 2021-ci il tarixə, saat 11:40-a təxirə alınması barədə tərəflərə rəsmi məlumat verilmişdir (i/v 158159).

22. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçi rilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından məlum olur ki, əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. 23.İddiaçının dəlillərində qeyd olunan bank tərəfindən ondan qanunsuz və əsassız olaraq 18.970 manat məbləğində vəsaitin tələb edilməsi ilə bağlı hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

24. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. 25.Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, i ddiaçının etibarnamə üzrə nümayəndəsi X1 adından daxil olmuş məktubda cavabdehlə razılıq əldə edildiyinə görə kassasiya şikayətindən imtina edildiyi bildirilir və bu əsasla kassasiya şikayəti üzrə icraata xitam verilməsi xahiş olunur. Lakin məhkəmə kollegiyası, cavabdehlə razılaşma barədə sənədin təqdim edilməməsi, habelə ərizənin notariat qaydada təsdiq edilmədiyi və tərəf məhkəməyə gəlmədiyi üçün iradə ifadəsini dəqiqləşdirmək mümkün olmadığına görə vəsatəti təmin etməmişdir.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara a ldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)1170/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar