Məhkəmə qərarları › İş №2(102)-3206/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3206/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3206/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank VTB” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(103)260/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 25 aprel 2013-cü il tarixli, 112258-1-6229 nömrəli avtomobil krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borclana illik 16 faizlə 36 ay müddətinə 33.501 ABŞ dolları məbləğində kredit vermişdir.

2. Qeyd olunan kredit bircunun ödənilməsini təmin etmək üçün tərəflər arasında bağlanmış 25 aprel 2013-cü il tarixli, 1122xx-xx-8159 №-li ipoteka müqaviləsi ilə Cavabdeh2 məxsus “Kia Sorento” minik markalı avtomobili ipoteka ilə yüklü edilmişdir.

3. Həmçinin qeyd olunan kredi t borcunun ödənilməsini təmin etmək üçün Cavabdeh1 kreditorla 25 aprel 2013-cü il tarixli, 112259-7-3849 saylı zaminlik müqaviləsi bağlayaraq, borcalan Cavabdeh2 öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə öhdəliyin tam icra olunması barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh2 (bundan sonra – birinci cavabdeh və ya əsas borcalan) və Cavabdeh1 (bundan sonra - ikinci cavabdeh və ya zamin) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 02 iyul 2014-cü il tarixə 26536,57 ABŞ dolları əsas borcun, 1914,09 ABŞ dolları faiz və 219,80 ABŞ dolları cərimə məbləğinin, cəmi 28670,46 ABŞ dolları məbləğdə pulun alınaraq Banka ödənilməsi, tələbin Cavabdeh2 məxsus olan və ipoteka qoyulmuş “Kia Sorento” minik markalı, **-VL*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən borc məbləğinin Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcalan kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmişdir.

6. İddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 5187 saylı arayışda Cavabdeh2 banka olan əsas borcu 26536,57 ABŞ dolları, faiz borcu 1914,09 ABŞ dolları və cərimə borcu 219,80 ABŞ dolları olmaqla - cəmi 28670,46 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur.

7. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də bildirməmişlər.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 oktyabr 2014-cü il tarixli, 2(003)-2760/2014 saylı qətnaməsi ilə (hakim Samir Mayılov) iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 26536,57 ABŞ dolları məbləğində əsas, 1914,80 ABŞ dolları faiz, 219,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28670,46 ABŞ dolları məbləğində borc pulun ödəniş günü Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin h esabına köçürülməsi; tutmanın ipoteka predmeti olan ** VL *** dövlət nömrə nişanlı “Kia Sorento” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 28670,46 ABŞ dolları məbləğində borc pulun ödəniş günü Azəbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" (Azərbaycan) ASC-nin hesabına köçürülməsi; ipoteka predmetinin satışından əldə edilmiş məbləğdən iddiaçıya borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini icra etmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcə llənin 385, 442, 443.1, 445.2.1, 448.1, 472.1, 472.2, 269.1, 317.1, 319.6-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 36.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdehlər xx.xx.2021-ci il tarixdə birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehlərin apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsi təmin edilmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, mülki işdə cavabdeh olsalar da, məhkəmədə iştirakları təmin edilməmiş, keçirilmiş məhkəmə iclasları haqqında məlumatlandırılmamışlar. Məhkəmə ipoteka predmetinin açıq hərracdan satışa çıxarılması və əldə edilmiş məbləğin borcun ödənilməsinə yönəldilməsi qənaətinə gəlsə də, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məsələsini həll etməmiş, bununla da qanunvericiliyin tələblərini pozmuş, onların hüquqlarını pozan və onlara ağır maddi zərər vurulmasına səbəb olan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti müəyyən edilməyən ipoteka predmeti sonradan onlardan xəbərsiz keçirilən hərraca dəyərindən 3 qat aşağı qiymətlə çıxarılmış və satılmışdır. Bu isə borc məbləğinin tam ödənilməməsinə və qalıq borcun məbləğinə birbaşa təsir etmişdir. 2014-cü ilin yaz aylarına doğru maddi vəziyyətləri pisləşdiyi üçün borcu ödəyə bilməmişlər, nəqliyyat vasitəsini bank işçilərinin tələbi üzrə 2014-cü ilin aprel-may aylarında təhvil vermişlər. Bank işçiləri də borcun bağlandığını bildirmişlər, çünki nəqliyyat vasitəsinin dəyəri kredit məbləğindən çox idi. Həmin vaxta kimi 10 ay krediti ödəmişlər. Əsas borc məbləği və faizlər hesablanarkən ödənişlər nəzərə alınmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4813/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6288 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.x x.2014-cü il tarixə banka ödənilməli olan borc ümumilikdə 28272,80 ABŞ dolları (əsas borc - 26536,83 ABŞ dolları, faiz borcu - 1735,97 ABŞ dolları olmaqla) təşkil edir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-260/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), M.Rüstəmli və A.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2760/2014 saylı, 08 oktyabr 2014-cü il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilmiş və iddiaçının xeyrinə tutulmalı olan faiz borcu məbləğinin 1735,97 ABŞ dolları (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində mü əyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Cavabdehlərin apelyasiya şikayətinin dəlillərindən biri əsas və faiz borc məbləğinin düzgün hesablanmaması ilə bağlı olmuşdur. İddianın əsas borc məbləğinə aid hissəsində ekspert rəyi ilə müəyyən edilir ki, əsas borc məbləği iddia tələbində göstərilən məbləğdə olmuşdur. Faiz borcuna münasibətdə isə iddiaçı 1914,09 ABŞ dolları faiz borcu tələb etmiş, məhkəmə tərəfindən faiz borcu həmin məbləğdə tutulmuşdur. Ekspert rəyi ilə isə faiz borcunun 1735,97 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi faiz borcuna dair hissədə məhkə mə mühasibatlıq ekspertizasının rəyini əsas tutur və hesab edib ki, həmin hissədə ekspertiza rəyi üzrə müəyyən edilmiş məbləğ – 1735,97 ABŞ dolları cavabdehlərdən tutulmalıdır.

17. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər apelyasiya şikayətində göstərmişdir ki, 2014-cü il aprel-may aylarında avtomobili banka təhvil vermişlər, bununla da kredit borcu bağlanmışdır. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bankın nümayəndəsi isə belə bir hal olmadığını bildirmişdir. Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman iddianı təmin etmə tədbiri barədə ərizə də təqdim edərək, avtomobilin üzərinə həbs qoyulmasını, avtomobildən istifadə edilməsi və avtomobilə dair hər hansı hərəkətin edil məsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi və avtomobilin aşkar edildiyi yerdə dayandırılması və saxlanması üçün ASC tərəfindən müəyyən edilmiş dayanacaqda və ya DİN BDYPİ-nin cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2014-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, qərardad icraya yönəldilmişdir. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələri haqqında Y-222 saylı xx.xx.2016-cı il tarixli protokolundan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında hərrac keçirilmiş və avtomobil 15000 manata X1 tərəfindən alınmışdır.

18. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsas ında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Lakin hazırki işin hallarından müəyyən olunub ki, işə baxılarkən avtomobil cavabdehlərdə olmuş, onlar da məhkəmədə iştirak etməmişlər. Avtomobilin banka təhvil verilməsi müəyyən olunmur, buna görə də bank iddia ərizəsi ilə birgə iddianı təmin etmə tədbiri barədə ərizə də vermişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, məhkəmə ipoteka predmetinin aç ıq hərracdan satışa çıxarılması və əldə edilmiş məbləğin borcun ödənilməsinə yönəldilməsi qənaətinə gəlsə də, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məsələsini həll etməmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. İlkin satış qiyməti müəyyən edilməyən ipoteka predmeti sonradan onlardan xəbərsiz keçirilən hərraca dəyərindən 3 qat aşağı qiymətlə çıxarılmış və satılmışdır. Bu isə borc məbləğinin tam ödənilməməsinə və qalıq borcun məbləğinə birbaşa təsir etmişdir. 35000 ABŞ dolları dəyərində olan nəqliyyat vasitəsi 14250 manatın ekvivalenti olan 9313,73 ABŞ dollarına (yəni 15000 manata) hərracdan satılmışdır. İşin hallarından görünür ki, məhkəmənin işə səthi baxması, işin hallarını araşdırmaması və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməməsi yuxarıda qeyd edilən qanunsuzluqlar üçün şərait yaratmışdır. Prosess zamanı qiymətləndirilmə aparılmamış və ilkin satış qiyməti müəyyən edilməmişdir. Bankla aralarında ilkin satış qiyməti ilə bağlı hər hansı razılaşma olmamışdır. Məhkəmə ipotekanın qiymətini müəyyən etməmişdir. Halbuki, ilkin satış qiymətinin müəyyənləşdirilməsi məhkəmənin bilavasitə vəzifəsi idi. Apellyasiya məhkəməsi qiymətləndirilmə keçirilməsinə zərurət olmamasını onunla izah etmişdir ki, guya nəqliyyat vasitəsi cavabdehin ixtiyarında və sahibliyində olmuşdur. Digər tərəfdən isə bildirib ki, guya nəqliyyat vasitəsi iddianı təmin tədbiri barədə ərizə ilə xx.xx.2014-cü il tarixli məhkəmə qərardadı əsasında cavabdehin əlindən alınmışdır. İşə baxılarkən avtomobil cavabdehlərdə olmuş, onlar da məhkəmədə iştirak etməmişlər. Avtomo bilin banka təhvil verilməsi müəyyən olunmur, buna görə də bank iddia ərizəsi ilə birgə iddianı təmin etmə tədbiri barədə ərizə də vermişdir. Bu fikirlərdən heç nə anlamaq olmur. İş materiallarında olan ekspert rəyində bildirilmişdir ki, nadbaseh...˝ çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən xx.xx.2014-cü il tarixindən sonrakı dövrdə ümumilikdə 9.313,73 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2014-cü il tarixə göstərildiyindən həmin tarixdən sonrakı dövrdə ödənilmiş 9.313,73 ABŞ dolları məbləğində ödəniş hazırki hesablamalar zamanı nəzərə alınmadı.˝ Göründüyü kimi, əlavə ödənişlər olub. Lakin qətnamə qəbul edilərkən sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilmədiyindən borc məbləği düzgün hesablanmamı şdır. Belə ki, 9.313,73 ABŞ dolları əsas borcdan çıxılmalı olduğu halda çıxılmamışdır. xx.xx.2014-cü il tarixinə kimi deyil, bundan sonra olan ödənişləri də araşdırmalı və qərarında nəzərə almalı idi, eləcə də, ekspertiza qarşısında sual qoyarkən bunun da hesablanmasını qoymalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edi lmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanun

24. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

25. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

26. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.

27. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

28. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında t əsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə ipoteka predmtinin ilkin satış qiymətinin müəyyən edilməsi və əlavə ödənişlər hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassatorun dəlilləri əsasən apelyasiya instansiyasında irəli sürdüyü dəlillərlə eynidir və həmin dəlillər apelyasiya instansiyası tərəfindən araşdırılıb qiymətləndirilmişdir.

38. Cavabdehin ipotekanın qiymətləndirilməməsi ilə bağlı dəlilinə də apelyasiya instansiyası məhkəməsi qiymət verərək bildirmişdir ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Lakin hazırki işin hallarından müəyyən olunub ki, işə baxılarkən avtomobil cavabdehlərdə olmuş, onlar da məhkəmədə iştirak etməmişlər. Avtomob ilin banka təhvil verilməsi müəyyən olunmur, buna görə də bank iddia ərizəsi ilə birgə iddianı təmin etmə tədbiri barədə ərizə də vermişdir.

39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, ipotekanın qiymətinin müəyyən edilməsi hər bir halda deyil, bununla bağlı tərəflərin arasında mübahisə olduğu halda yol verilir. Apelyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanda ipotekanın qiyməti ilə bağlı mübahisə olmamışdır.

40. Cavabdehin borcun məbləğinin düzgün müəyyən edilməməsi barədə dəlili də əsasszıdır. Çünki, işə baxılarkən xüsusi bilik tələb olunan sualların cavablandırılması ekspertiza yolu ilə həyata keçirilir. Baxılan iş üzrə də cavabdehin kreditora olan borcunun müəyyən edilməsi üçün ekspertiza təyin olunmuş və borc müəyyən olunmuşdur. Borc məbləğinin hesablanma tarixi xx.xx.2014-cü il tarixə göstərildiyindən ekspertin həmin tarixdən sonrakı dövrdə ödənilmiş 9.313,73 ABŞ dolları məbləğində ödənişin hazırki hesablamalar zamanı nəzərə alınmaması da qətnamənin ləğvinə əsas vermir. Cavabdeh əlavə ödəmələrin qətnamənin icrası zamanı nəzərə alınmasını tələb edə bilər.

41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prose ssual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-260/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar