Məhkəmə qərarları › İş №2(102)-3206/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3206/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3206/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2(105)-582/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixdə yazılmış qəbzdə Hüseynov X4 Asif Ərzad oğlundan MMM-ə qoyduğu 50.000 ABŞ dolları və 22.000 manat pulu aldığını göstərmiş və İddiaçı olmadığı təqdirdə oğlu Rauf Səfərəliyevə çatdırmağı öhdəsinə götürmüşdür. 2. xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə İddiaçı tanışı Cavabdeh barəsində etdiyi şikayət əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 ABŞ dolları və 22.000 manat pulun, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ildə Sumqayıt şəhərində yerləşən «Odnoklasnik» kafesində Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh özünü iş adamı kimi təqdim edərək, kriptovalyuta bazarında çalışdığını və kriptovalyuta alveri ilə məşğul olduğunu bildirmişdir. Beləliklə, onların tanışlıq münasibəti yaranmışdır. 2017-ci ilin may ayında Amin iddiaçıya zəng edərək «Opera» çay evində görüşməyi təklif etmişdir. Görüş zamanı Amin iddiaçıya «MMM» adlı şirkətdə çalışdığını söyləmiş və ordan yüksək məbləğdə qazanc götürdüyünü bildirmiş və kompyuterini açaraq ona şirkət haqqında izahat verməyə başlamışdır. Sonra bu şirkətdə böyük qazanc olacağına inandırıb onu bu şirkətə işə düzəltməyi təklif etmişdir. İddiaçı kompyuterdən və kriptovalyutadan anlayışının olmadığını bildirdikdə cavabdeh iddiaçıya təkidlə narahat olmadığını bildirmiş, bütün işləri və texniki məsələlərlə özü məşğul olacaqdır. İddiaçıdan ancaq pul vəsaiti tapıb ona vermək lazım olduğunu bildirmişdir. Amin iddiaçını bu işin perspektivinə inandırıb, 2017-ci ilin may ayında ilkin olaraq 35000 ABŞ dolları məbləğində pul almış və iddiaçıya bu şirkətə üzv qəbul etdirəcəyinə dair söz vermiş və əmin etmişdir ki, bir ay tamamında əlavə gəlir əldə olunacaqdır. Danışdıqları vaxt tamam olduqda iddiaçı Aminlə görüşmüş ki, işin nəticəsi ilə tanış olsun. Bu haqda soruşduqda Amin iddiaçıya şirkəlin bağlandığını və orada yoxlamalar getdiyini bildirmiş və yaxın 3-5 gün ərzində işlərin qaydasına düşəcəyini bildirmişdir. Həmin vaxtdan 1 ay vaxt keçməsinə baxmayaraq hər dəfə görüşdüklə rində Amin iddiaçıya narahat olmamağı bildirirdi və hər şeyin nəzarət altında olduğunu bildirmişdir. Amin özünü mömin bir insan kimi iddiaçıya təqdim etdiyindən iddiaçı ondan şübhə etməmiş, sentyabr ayında Amin iddiaçıya Türkiyədən onların Şirkətinin məsul şəxslərindən olan Məsud bəy adlı bir nəfər gəldiyini, onlarla görüşüb şirkət haqqında son məlumatlar verəcəyini bildirmişdir. Cavabdeh dediyi şəxs gəlmiş və o, Amin vasitəsi ilə «Zəfəran» kafesində görüşmüşlər. Məsud bəy kimi özünü təqdim edən şəxs şirkətdə işlərin yolunda olduğunu və tezliklə yoxlamaların bitəcəyini bildirmişdir. Sonra Amin iddiaçıya Məsud bəyin maraqlı bir təklif verdiyini bildirmişdir. Təklif ondan ibarət olmuşdur ki, yenidən bu şirkətə yatırım etməklə köhnə yatırdıqları pullar tez bir zamanda qazancla bərabər geri al a bilərlər. İddiaçını buna Amin inandırmış və başqa yollarının olmadığını bildirmişdir. Hesablama apardıqdan sonra iddiaçı yenidən 15.000 ABŞ dolları yatırım etməyi təklif etmişdir. İddiaçı çarəsiz qalıb Aminin dediyi ilə razılaşmışdır. Sentyabr ayında Aminə 15.000 ABŞ dolları vermişdir. Amin iddiaçını tam əmin edərək ondan aldığı 50.000 ABŞ dolları miqdarında Bitkoin aldığını və tam əminliklə bildirdi ki, 2017-ci il dekabr ayına qədər bütün vəsait və qazancla bərabər qayıdacağına söz vermişdir. 2017-ci il oktyabr ayında Amin iddiaçıya zəng edərək şirkətin yenidən bağlandığını və sonradan yatırım etdikləri pullarda təhlükə olduğunu bildirmişdir. İddiaçı ona etiraz edərək, pul almamışdan öncə hər şey qaydasında olduğunu dediyini, pulu alandan 15 gün sonra şirkətin bağlandığını bildirir. C avabdeh iddiaçını sakitləşdirərək, hər şeyin düzələcəyinə söz vermiş və onun pullarına başı ilə cavab verdiyini və qarant olduğunu bildirmişdir. Sadəcə iddiaçıya səbirli olub gözləməyi təklif etmiş, iddiaçı da çarəsiz qalıb cavabdehin dedikləri ilə razılaşmışdır. Artıq 2018-ci ilin fevral ayında iddiaçının vəziyyəti maddi cəhətdən pisləşmiş və iddiaçı yaşadığı 9-cu mk/rn, ev 84, 51 saylı mənzildə yerləşən beş otaqlı mənzili borclarını ödəmək üçün satmışdır. Borclarını ödədikdən sonra əlində 20000 ABŞ dolları civarında pul qalmışdır. İddiaçı hər hansı bir kommersiya işi ilə məşğul olmaq istəyirdi ki, iqtisadi vəziyyətini düzəltsin. Mütəmadi olaraq Aminlə görüşüb vəziyyəti müzakirə etmiş, söhbət əsasında Amin iddiaçıdan evin satışından sonra nə qədər pul qaldığını öyrənmiş və iddiaçıya kömək lik edəcəyini bildirmişdir. 2018-ci ilin aprel ayında Amin iddiaçıya zəng edərək görüşməyi təklif etmişdir. Görüşəndə iddiaçıya yaxın bir dostunun olduğunu, Ramin adında o adam Foreks bazarında çalışdığını demişdir. Cavabdeh iddiaçıya təklif etmişdir ki, 20.000 ABŞ dollarını Raminə versinlər, o da onlara əvəzində yaxşı qazanc versin. İddiaçı Aminə həmin adamı tanımadığını və ona pul həvalə edə biləməcəyini bildirmişdir. Amin də ona bildirmişdir ki, pulu özü götürəcək və məsuliyyəti də özü daşıyacaqdır. Beləliklə, iddiaçıdan 20.000 ABŞ dolları almış və yaxın zamanda yaxşı qazancla birlikdə qaytaracağına söz vermişdir. Lakin üstündən aylar keçməsinə baxmayaraq Amin iddiaçıya nə əvvəl ki, 50.000 ABŞ dolları, nə də sonrakı 20.000 ABŞ dollarını qaytarmamışdır. İddiaçı artıq Amin tərəfindən alda ndığını hiss etmiş və cavabdehdən verdiyi pullarını qaytarmağı tələb etmişdir. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan yayınmışdır. Belə olduqda iddiaçı Aminə hüquq mühafızə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bu sözündən sonra cavabdeh təlaş keçirtmiş və hissə-hissə iddiaçıya 12.000 manat qaytarmış və geridə qalan 50.000 ABŞ dolları və 22.000 manat pulu qaytaracağı barədə qəbz yazıb imzalamışdır. Lakin bu günə qədər borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir.Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh Nurədin oğlu özünü iş adamı kimi təqdim edərək bir çox adamları aldatmış, onların etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onların külli miqdarda vəsaitlərini mənimsəmişdir. Bu əməlinə görə Cavabdeh 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsin in hökmü ilə 7 il azadlıqdan məhrum edilmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, Səfərəliyev - Asif Ərşad oğlunu 2016-cı ilin təxminən aprel ayının əvvəllərindən tanımaqla, onunla Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «Odnoklasniki» kafesində olarkən tanış olmuşdur. Onunla bir neçə dəfə həmin kafedə görüşmüşlər. Söhbət əsnasında Asif bilmişdir ki, «MMM» saytına bitkoyn (rəqəmsal valyuta) qoymuş və bitkoyn qoyduğu valyuta ayda 30 faiz artır. Asif ondan sayt barədə soruşmuş, o da ona «MMM» saytını vermişdir. Onlar bir- birlərinin mobil telefon nömrələrini də götürmüşlər. Daha sonra Asif özü gedib həmin saytla maraqlanmış və ona zəng edib oğlu Raufa birlikdə onunla görüşmək istədiyini bildirmişdir. 2017-c i ilin may ayının ortalarında onlar Sumqayıt şəhəri, 9- cu mikrorayon ərazisində yerləşən «Opera» kafesində birlikdə görüşmüşlər. Asif ona oğlu Raufun yanında bildirmişdir ki, sayta baxıbdır, bəyənibdir, özləri həmin saytda öz notbukları vasitəsi ilə qeydiyyatdan keçib, bitkoyn qoymaq istəyirlər. Onlar özləri həmin saytdan qeydiyyatdan keçsələrdə, o onlara mili ön aparatından 10.000 ABŞ dolları miqdarında bitkoyn almaqda köməklik etmişdir. Sonrakı mərhələdə onlar özləri özlərinə aid ƏDV cash-dən yəni elektron kaşlokdan əlavə bitkoyn alıb, sayta qoymuşlar. Daha sonra sistem yeniləndiyi üçün sayta qoyulmuş pul, ehtiyyata düşmüş, onları çıxartmaq üçün sayta təkrar qoymaq lazım olmuşdur. Həmin vaxt onlar artıq sistemin riskli olduğunu bilib, sistemə 100 ABŞ dollarından artıq olmayan məbləğ qoy mağı qərara gəlmişlər. İddiaçı daha çox pul qazanmaq üçün bu riskləri bilə-bilə sayta təkrar 10.000 ABŞ dolları pul qoymuşdur. Təxminən 2 ay sonra sistem yenidən dayanmış və saytın sahibinin öldüyü haqda internetdə məlumatlar yayılmışdır. X11 Ongün adlı şəxslə bu barədə telefon vasitəsi ilə danışmışlar, o pulların qayıdacağanı və pulların qaytarılmasında köməklik göstərəcəyini onlara demişdir. Bir müddət sonra» Məsut Ongün onların telefonlarına cavab verməmiş və bu minvalla bir neçə ay keçmişdir. 2018-ci ilin mart ayının axırlarında Asif təkrar ona müraciət edərək itirilmiş pulları bərpa etmək üçün «Foreks» birjasına pul qoymaq istədiyini bildirmişdir. Ona bankda problemli kreditinin olmadığını demiş və onun vasitəsi ilə tanış olduğu Ramin Mirzəli soyadlı şəxslə Bakı şəhəri, «Gənclik Mol l»da görüşərək «Foreks» haqqında danışmışlar. Söhbət əsnasında Ramin Asifə «Foreks»ə qoyduğu pula görə ona ayda 20-25 faiz qazanc verə biləcəyini demişdir. O isə ona pulunun olmadığını demişdir. Təxminən 1 ay sonra o, Sumqayıt şəhərində yerləşən «TBC» kredit təşkilatından 5000 manat pul götürərək öz hesabına qoymuşdur. Asif isə ona onun bankda problemli kreditinin olduğunu, pulu onun hesabına qoyacağını demişdir. Bu səbəbdən də Asif oğlu Raufun adına "xxxx" ASC-nin Sumqayıt şəhər filialındakı hesabına «Foreks»ə 2000 ABŞ dolları, onun hesabına isə 18.000 ABŞ dolları pul qoymuşdur. Təxminən 1 ay sonra onlar «Uniforekslə» öz hesabları ilə bağlı məlumat öyrənmişlər və onlara bəlli olmuşdur ki, Ramin hesabında olan məbləği riskli əməliyyatlara görə itirmiş və balansı sıfır etmişdir. Bundan sonr a Asif pullarını ondan tələb etməyə başlamışdır. O, da ona risklərlə bağlı hamının məlumatı olduğunu və pulun itirildiyini bildirmişdir. Asifə ona onun kimi onun da pulunun batdığını demişdir. O ki, qaldı Foreksə qoyduğu pullun batması ilə bağlı isə o, Asiflə görüşüb dəfələrlə Raminin evinə getmişdir. Ramin hər dəfə bir vaxt alaraq onların pulunu qaytaracağını söyləmişdir. Buna baxmayaraq Asif «Foreks»ə qoyduğu pulu da ondan tələb etmişdir. Daha sonra o, məcbur olub 18.000 ABŞ dollarından müəyyən vaxtlarda Asifə ümumilikdə 12.500 manat pul qaytarıb vermişdir. 2018-ci ilin noyabr ayının axırlarında o, Asiflə görüşərkən ona demişdir ki, borclu olduğu şəxs ondan şikayət edibdir, onu tutacaqlar, «MMM» saytından və Ramindən ala biləcəyi pulları oğlu Raufa versin və ondan xahiş etmişdir ki, kağı z parçasında yazıb göstərsin ki, ondan 2017-ci ilin may ayında «MMM-yə qoyduğu 50.000 ABŞ dolları və 22.000 manatı almışdır. O, olmadığı təqdirdə oğlu Raufa çatdırmağı öhdəsinə götürür. O da Asifin dediyi kimi o cür yazıb imza etmişdir. Lakin «MMM» sayta qoyduğu məbləğ 50.000 ABŞ dolları deyil, 20.000 ABŞ dolları təşkil etmişdir. Kağızda pulu o cür çox göstərməsinin səbəbi isə Asifin həmin yazdığı kağızı borclu olduğu şəxsə göstərəcəyi ilə izah etmişdir. Raminin hazırda harada olduğunu bilməmişdir. İddiaçı izahatında göstərdiyi xüsusatları təkzib edərək, bildirmişdir ki, Asif ilkin olaraq bitkoyn almaq üçün 7000 ABŞ dolları deyil, ona 10.000 ABŞ dolları məbləğində pul vermişdir. Daha sonra onlar özləri öz ailə üzvlərinin adlarına hesab açaraq, öz elektron kaşloklarından bitkoyn almışlar. A sif ona bitkoyn almaq üçün 18.000 ABŞ dolları «Opera» kafesində, 10.000 ABŞ dollarını isə yaşadığı evdə verməmişdir. Bunu sübut etmək üçün həmin dövrdə bitkoinin qiymətlərini onun toplamda sistemə 1+900 bitkoyn qoyduğunu sübut edə bilər və bu məbləğ ümumilikdə 23.000 ABŞ dollardan artıq məbləğ etməmiş və bu məbləğin sadəcə 10.000 ABŞ dollarını ona vermişdir, qalanı isə özləri elektron kaşlyonklarından almışlar. Asif ona «MMM» saytından bitkoyn almaq üçün ümumilikdə 20.000 ABŞ dolları məbləğində, «Foreks»ə yatırım etmək üçün isə 18.000 ABŞ dolları olmaqla, cəmi 38.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin puldan da 12.500 manat pulu ona qaytarmışdır.

6. AZ-İİ N-052797 saylı, xx.xx.2019-cu il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

7. X8, X9 və X2 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, İddiaçı ölümü ilə əlaqədar olaraq X1 prosessual varis kimi (hüquqi varis) tanınmasına etiraz etməmişdirlər.

8. AZ-İİ № 174452 saylı, xx.xx.2021-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

9. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində mərhum M.Səfərəliyevanın ölümündən sonra miras qalmış əmlaka dair Ramil və Rauf Səfərəliyevlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

10. Məhkəməni n xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 İddiaçı hüquqi varisi kimi tanınmışdır.

11. Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(060)-14/2022 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 38000 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq İddiaçı hüquqi varisi X1 hüquqi varisi X6 ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı hüquqi varisi X1 hüquqi varisi X6 ödənilməsi qət edilmişdir.

12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı hüquqi varisi X1 hüquqi varisi X9 isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçının hüquqi varisi R.Səfərəliyev ə qaytarmalıdır.

13. Məhkəmə bildirmişdir ki, məhkəmə iddia tələbini cavabdehin etiraf etdiyi hissədə, yəni 38000 ABŞ dolları hissəsində təmin edir. Cavabdeh göstərilən məbləğdən 12500 manat qaytardığını qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 135.1, 135.2, 385.1, 1091, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı hüquqi varisi X9 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəyə qiymət verərkən maddi hüquq normalarını düzgün tət biq etməmişdir. Belə ki, Cavabdeh Nürəddin oğlunun xx.xx.2018-ci il tarixdə yazdığı iltizamdan görünür ki, o, İddiaçı 2017-ci ilin may ayında “MMM”-ə qoyduğu 50000 ABŞ dolları və və 22000 manatı almışdır. Həmin pulu İddiaçı olmadığı təqdirdə oğlu Səfərəliyev Raufa çatdırmağı öhdəsinə götürdüyünü öz imzası ilə təsdiq etmişdir. Mülki Məcəllənin tələblərinə riayət edilməsə də bu münasibətlər borc münasibətləri olmuş və müqavilə əsasında yaranan münasibətlər olmuşdur. Məhkəmə isə qətnamə çıxararkən Mülki Məcəllənin 135, 385, 1091, 1092-ci maddələrinə istinad etməklə borc münasibətlərinə əsassız varlanma kimi qiymət vermişdir. Tərəflər bu münasibətləri sadəcə notarial qaydada təsdiqlənməsinə riayət etməmişlər. Beləliklə tərəflər arasında əqd bağlanarkən onlar öz rəftarı ilə iradə ifadələrini gö stərmişlər. Məhkəmə bu iltizam mövcud olduğu və mübahisələndirilmədiyi halda iş üzrə preyudisiallığı olmayan xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına və cavabdehin izahatına istinad etməklə iddianı qismən təmin etmişdir. Cavabdeh Nürəddin oğlunun həmin qərarda qeyd olunan formada etirafedici ifadə verməsini məhkəmə hazırki iş üzrə sübut kimi qiymətləndirməsi əsassız və qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi sözügedən iddianın qismən təmin edilməsi qənaətinə gəlsə də, prosessual hüquq normalarına düzgün tətbiq etmədiyi üçün iddianın təmin edilməyən hissəsinin məhkəmə araşdırması zamanı sübuta yetməməsi barədə gəldiyi nəticə səhv olmuşdur. Çünki, iddiaçı illtizamı təqdim edib və pulu cavabdehə verdiyini barədə ifadə bəyanı edib. Cavabde h isə ifadəsində 38000 ABŞ dolları aldığını bildirib. Beləliklə, mübahisədə sübutetmə yükü cavabdehin üzərinə keçib. Birinci instansiya məhkəməsinin qətnamədə mübahisəyə düzgün qiymət vermədiyi və qərarında əsaslandırmadığı üçün təmin edilməyən hissədə iddianın nə üçün əsassız olması müəmmalı qalmışdır. Bu əsas göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə əsas vermişdir.Belə ki, cavabdeh ona iltizam üzrə pulu qismən ödədiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız cavabdehin polis orqanında verdiyi izahatı (iş materiallarında olan sübut əhəmiyyəti olmayan) mövcuddur. Cavabdehin izahatı və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, cavabdeh tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə cavabdeh təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, qismən borclu olduğunu qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə cavabdeh tərəfindən təqdim edilməmişdir.

17. Cavabdeh apelyasiya məhkəməsinə xx.xx.2019-cu il tarixli İddiaçı tərəfindən yazıldığı iddia olunan Asifin ondan heç bir pul tələbi olmamasının göstərildiyi sənəd təqdim etmiş, həmin sənəddəki imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsi məsələsinin araşdırılması məqsədilə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-582/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/936 nömrəli, 23 iyun 2023- cü il tarixli ekspert rəyi ilə ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 161-ci vərəqində İddiaçı adından olan xx.xx.2019-cu il tarixli Qəbzin sonunda “İddiaçı” yazılarının qarşısındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması göstərilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) 06 sentyabr 2023-cü il tarixli, 2(105)-582/2023 saylı qətnaməsi ilə İddiaçı hüquqi varisi X5 apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsinin iddia tələb inin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh 22.000 manat və 12.000 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) alınaraq İddiaçı hüquqi varisi X6 verilməsi qət edilmişdir.

19. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı 2017-ci ilin may ayında “MMM”-ə qoyduğu 50.000 ABŞ dolları və 22.000 manat alması, həmin məbləğin oğlu Rauf Səfərəliyevə qaytaracağını öhdəsinə götürməsi barədə xx.xx.2018-ci il tarixdə öz imzası ilə yazılı qəbz verməsi, həmin məbləğdən 12.000 manatını qaytarması işin mübahisəsiz halıdır.

20. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələri təşkil edir və apellyasiya instansiyası məhkəməsi iddiaçının maddi hüquq normasının səhv tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasındakı münasibətlər borc münasibətlərindən yaranan mübahisəyə aid deyil, bu mənada şikayətin bu dəlili ilə razılaşmaq olmaz.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mülki işin 1-ci cildinin 6-cı səhifəsində olan yazılı qəbzlə cavabdehə tələb olunan məbləğdə pul verdiyini sübut etdiyi halda, cavabdehin bunun əksini təsdiq edən hər hansı tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddia tələbinin təmin edilməyən hissəsindəki dəlili ilə razılaşaraq, həmin hissədə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun N. Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 384.0.2ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin yenidən təkrar baxış üçün apellyasiya instansiyasına geri göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da birinci instansiya məhkəməsinin təmin etmədiyi hissədə apellyasiya şikayətini təmin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia çının tələbini qismən təmin edərkən sadəcə xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara istinad etsə də, apellyasiya instansiyası uydurma məqsədlə verilmiş, reallıqla heç bir əlaqəsi olmayana əqdi, yəni cavabdehin imzaladığı məlum qəbzi əsas götürərək, iddiaçının iddiasını tam təmin etmişdir. Halbuki iddiaçının həmin pul vəsaitini hansı şəraitdə və nə vaxt aldığını dəqiq araşdırıb müəyyən etməmiş və bununla da gəldiyi hüquqi nəticə işin faktiki halları ilə birbaşa ziddiyyət təşkil etmişdir. Yəni cavabdehin varlanmasının konkret hansı hərəkətlər ilə ifadə olunduğu məhkəmə tərəfindən obyektiv həqiqət olaraq müəyyən edilmədən məhkəmə sadəcə “adi kağız” parçası əsasında iddiaçının iddiasını tam təmin etmişdir. b)

25. Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

28. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varla nmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Cavabdeh birinc i insatnsiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, iddianın 38.000 ABŞ dolları hissədə təmin edilmiş hissəsi apellyasiya baxışının predmeti olmamış, həmin hissə qanuni qüvvəyə minmişdir. Apellyasiya baxışının predmetini iddianın 12.000 ABŞ dolları və 22.000 manat pulun cavabdehdən tutulması hissəsi təşkil etdiyindən cavabdehin kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 44. - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərb əstdirlər. 45. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 46. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqa vilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun.

48. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.

49. Hazırkı iş üzrə cavabdehin İddiaçı 50.000 ABŞ dolları və 22.000 manat aldığını təsdiq edən və İddiaçı olmadığı təqdirdə oğlu Rauf Səfərəliyevə çatdırmağı öhdəsinə götürdüyü barədə xx.xx.2018-ci il tarixli sadə yazılı əqd mövcudur və həmin sənəd cavabdehin imzası ilə təsdiq edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında tərtib edilmiş xx.xx.2018ci il tarixli sadə yazılı əqd əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur.

51. Apellyasiya məhkəməsi xx.xx.2018-ci il tarixli qəbz sübut kimi qəbul etsə də, iddianın qanuni əsası kimi əsassız varlanmaya istinad etmiş, qəbzin məzmununu düzgün təfsir etməmiş, həmin sənədin yazı lı olmasını, məzmunundan cavabdehin iddiaçıdan 50.000 ABŞ dolları və 22.000 manat aldığını etiraf etdiyini və özü olmadıqda oğluna qaytaracağını öhdəsinə götürdüyünü, yəni müqavilənin mühüm şərtlərinin həmin əqddə əks olunduğuna görə bu sənədin borcun etirafı haqqında mücərrəd müqavilə olduğunu nəzərə almamışdır.

52. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 882.1 və 882.2-ci maddələri təşkil edir.

53. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tutulmalı olan borcun məbləği ilə bağlı da düzgün nəticəyə gəlməmişdir. Belə ki, apelyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı 2017-ci ilin may ayında “MMM”-ə qoyduğu 50.000 ABŞ dolları və 22.000 manat alması, həmin məbləğin oğlu Rauf Səfərəliyevə qaytaracağını öhdəsinə götürməsi barədə xx. xx.2018-ci il tarixdə öz imzası ilə yazılı qəbz verməsi, həmin məbləğdən 12.000 manatını qaytarması işin mübahisəsiz halıdır.

54. Belə olan halda, apelyasiya məhkəməsi qaytarılan 12.000 manat məbləği ümumi borcun məbləğindən çıxmalı olduğu halda, bunu etməmiş və 22.000 manat və 12.000 ABŞ dolları hissəsində iddianı təmin etməklə, birinci inatsniya məhkəməsinin qətnaməsi ilə tutulmuş 38.000 ABŞ dolları ilə birlikdə, cavabdehdən 50.000 ABŞ dolları və 22.000 manat məbləğ tutulmuşdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli qəbzdə göstərilən məbləğlərdən artıq pul vəsaitinin verilməsi məhkəmələr tərəfindən müəyyən edilmədiyindən, iddiaçının özü tərəfindən iddia ərizəsində hissə-hissə qaytarıldığı bəyan edilən 12.000 manat məbləğ tələb edilən 22.000 (iyirmi iki min) manat məbləğində puldan çıxılmalı, qətnamə dəyişdirilərək, iddia 10.000 manat və 12.000 ABŞ dolları məbləğində pul (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) hissəsində təmin edilməlidir.

56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli 2(105)-582/2023 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh 10.000 manat və 12.000 ABŞ dolları məbləğində pul (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) alınaraq İddiaçı hüquqi varisi X6 verilməli və iddia 12.000 manat pulun tutulması hissəsində rədd edilməli, ekspertiza xərci cavabdehdən tutlmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli 2(105)-582/2023 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 10.000 manat və 12.000 ABŞ dolları məbləğində pul (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) alınaraq İddiaçı hüquqi varisi X6 verilsin. İddia 12.000 manat pulun tutulması hissəsində rədd edilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 110 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar