Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3207/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən x3nun verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh x2 3043 ABŞ dolları əsas borcun, 03.02.2017-ci il tarixə olan 1232 ABŞ dolları faiz borcunun 03.02.2017-ci il tarixdən 05.03.2018-ci il tari xə olan illik 5 faiz dərəcəsi ilə hesablanmış 165 ABŞ dolları faiz borcunun, ümumilikdə 4440 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) kredit borcu və ödənilmiş 12 manat dövlət rüsumunun tutularaq x1-nin xeyrinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin cavabdeh x2 tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12984/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Qurbanov, E.Nəbiyev və A.Hüseyn ) Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(001)-2306/2018 sаylı qətnaməsi qismən, yəni cavabdeh x3 aid hissəsində iddianın rədd edilməsi, ləğ v edilmiş həmin hissədə iddianın təmin edilməsi, borc məbləğinin cavabdehlər x2 və x3 müştərək qaydada tutulması qət edilmişdir. Cavabdeh x3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(102)-12984/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsinin borc məbləğinin tutulması hissəsində ləğv edilməsini və habelə zaminlik müqaviləsinə xitam verərək, zamin kimi ona aid hissədə iddanın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər x2 və x3 3043 ABŞ dolları məbləğində əsas borcun, 2047 ABŞ dolları məbləğində faiz borcun, ümumilikdə 5090 ABŞ dolları kredit borcun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi və mübahisən in məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəfindən ödənilmiş 12 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı x1-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(102)-12984/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün borc məbləğinin tutulması hissəsində ləğv edilməsini və habelə zaminlik müqaviləsinə xitam verərək, zamin kimi ona aid hissədə iddanın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Azərbaycan RespublikasıMPM-nin 415.2-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər arasında aşağ ıdakı kredit, ipoteka və zaminlik müqavilələri bağlanmışdır. İşdə olan 03.02.2015-ci il tarixli 0357 YMA saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 26 (iyirmi altı) faiz ödəmək şərti ilə 3824 (üç min səkkiz yüz iyirmi dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 03.02.2015-ci il tarixli 0357 YMA saylı zaminlik müqaviləsindən görünür ki, borclu x2 kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi halda x3, borclu x2nun bank qarşısında üzərinə götürdüyü öhdəliklər görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bankın təqdim etdiyi arayışa görə, x2nun 17.01.2018-ci il tarixə 3043 ABŞ dolları məbləğində əsas borc, 2047 manat ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 5090 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. İşdə ol an x1-nin bildirişlərdən görünür ki, cavabdehlər bank qarşısında götürdükləri öhdəlikləri tez bir vaxtda yerinə yetirmələri barədə xəbərdar edilmişlər. İşin hallarından görünür ki, kredit borcunun ödənilməsində pozuntular olduğu üçün iddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdehlər tərəfindən müqavilə şərtlərinin pozulması halları olduğu halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdehlər borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mü lkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Cavabdehlərin müqavilə şərtlərini pozması, borcun ödənilməsinin təmin edilməsi barədə cavabdehlərə xəbərdarlıq edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də borc, o cümlədən, tam borc cavabdehlərdən haqlı olaraq tələb edilmişdir. Şərh oluna nları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x3nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3207/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3207/2019
14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver