Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3207/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X4 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3207/21 (Açar sözlər: pul tələbi, müqavilə öhdəliklərinin pozulması) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı X4 vəkili Vəkil1 cavabdeh X1 vəkili Vəkil2, tərcüməçi X3 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7062 /2020 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X1 kassasiya şikayəti üzrə işə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X7 iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, 2500 ABŞ dolları və 4975 manat pulun cavabdeh X2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, 31 mart 2017-ci il tarixdə və 11 may 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında müqavilələr bağlanıb.
3. Müqavilələrə əsasən cavabdehin dırnaq dizaynı üzrə Rusiya Federasiyasında fəaliyyət göstərən xxx adına məktəbdə treninqlərdə iştirakını təmin etmək üçün iddiaçı cavabdehə 31 m art 2017-ci il tarixli müqaviləyə əsasən 2500 ABŞ dolları, 11 may 2017-ci il tarixli müqaviləyə əsasən isə 4975 manat pul verilmişdir.
4. Cavabdeh müqavilənin şərtlərini pozaraq pul məbləğlərini aidiyyəti üzrə xərclədiyinə dair hesabatı və ya kassa çeklərini iddiaçıya təqdim edə bilməmişdir. Müqavilənin tələblərinə riayət etmədiyinə görə cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmalıdır.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 60.1-ci, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 389.1, 390.1, 430.1, 442, 448.1 və, 449.1-ci maddəsinə istinad etmişdir.
6. Sonradan iddiaçı iddianın əsasını dəyişdirərək, göstərmişdir ki, müqavilənin 3.2.2-ci bəndinə əsasən qeyd edilən məbləğlər cavabdehə o şərtlə verilmişdir ki, cavabdeh treninq və məşğələlərdə əldə e tdiyi bilgi və bacarıqlarını iddiaçının təsis edəcəyi dırnaq dizayn mərkəzində ən az 3 il tətbiq etsin və ya həmin mərkəzin yaranmasına qoyulmuş sərmayə və yatırımlar çıxana qədər işləsin.
7. Cavabdeh 29 iyul 2017-ci il tarixdə təsis edilmiş mərkəzdə direktor vəzifəsində işə başlamış, 25 fevral 2019-cu il tarixdə heç bir səbəb bildirmədən ərizəsi ilə vəzifəsindən ayrılmışdır. Bundan sonra cavabdeh başqa bir salonda dırnaq dizayneri kimi işə başlamışdır. Cavabdeh özü etiraf edir ki, təsis olunan dırnaq dizaynı mərkəzində 1 il 7 ay işlədikdən sonra özü öz ərizəsi ilə işdən ayrılmışdır.
8. Cavabdeh X5 iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdeh dırnaq dizaynı məktəbi tərəfindən treninqi uğurla bitirməyi barədə ona verilmiş rəsmi sertifikatı, ətraflı hesabat və ödənişlər barədə qəbzi i ddiaçıya təqdim etmişdir; - cavabdeh 2017-ci ildən 01.03.2019-cu il tarixədək həmin şirkətdə direktor olaraq əmək müqaviləsi əsasında işləmişdir: - 01.03.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesab aparılarkən də cavabdehə qarşı hər hansı pul tələbi olmamışdır; - cavabdeh həmin treninqlərdə 2017-ci ilin yaz aylarında iştirak etməsinə baxmayaraq, iddiaçı tərəfindən ona qarşı pul tələbi barədə iddia 2019-cu ilin oktyabr ayında qaldırılmışdır. İddiaçının ona qarşı bu tələbi irəli sürməsinin əsas səbəbi ondan qisas almaq və işgüzar nüfuzuna zərər vurmaq istəyidir; - iddiaçı cavabdehi son dövrlədə iş yerinə buraxmamış və ona işdən çıxması ilə bağlı təzyiqlər etmişdir; Belə tərəflər "xxxx" şirkətinin təsəsçiləridir. - "xxxx" şirkətinin təsisçilərindən bir i olsa da, iddiaçı cavabdehə bildirmişdir ki, firmanı təkbaşına özü idarə etmək istəyir və bu səbəbdən ondan direktor vəzifəsindən azad olunması üçün ərizə verməsini xahiş etmişdir; - bundan sonra iddiaçı ilə cavabdeh öz aralarında sülh yolu ilə razılaşaraq əməkdaşlığa son qoymuşlar.
9. Səbail Rayon Məhkəməsinin 2(009)-412/2020 nömrəli, 04 mart 2010-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İlkin Rüstəmli)
10. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən edib ki, tərəflər arasında 31 mart və 11 may 2017-ci il tarixlərində iki müqavilə bağlanmışdır. İddiaçı cavabdehə Y.Miroşniçenko adına məktəbdə dırnaq dizaynı üzrə treniqlərdə iştirak etmək üçün fərqli tarixlərdə 2500 ABŞ dolları və 4975 manat pul vermişdir. Cavabdeh isə əvəzində treninqlərdə iştirak etməyi və treninqlərdə öyrəndiklərini "xxxx" MMC-də tətbiq etməyi öhdəsinə götürmüşdür.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən müqavilədə şərtləşdirilmiş kimi xərclərlə bağlı müvafiq hesabatların ona verilməməsini bildirsə də, bu halı sübut edə bilməmişdir. Əvəzində cavabdeh izahatında həmin hesabatları iddiaçıya təqdim etdiyini bildirmiş və məhkəməyə Y.Miroşniçenko adına məktəbdə dırnaq dizaynı üzrə treniqlərdə iştirak etdiyini təsdiq edən sübutlar təqdim etmişdir.
12. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi lazımı qaydada yerinə yetirmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmişdir.
13. Bundan başqa məhkəmə qeyd etmişdir tərəflər müqavilənin şərtlərinin icrası z amanı aralarında yarana biləcək bütün mübahisələri sülh yolu ilə həll etməyi razılaşdırmışlar. Cavabdeh iddiaçı ilə işdən azad olunması ilə bağlı şifahi razılığa gəldikdən sonra iddiaçının əmri ilə işdən azad olunmuş və bu barədə iddiaçı əmr imzalamaqla qarşı tərəflə razılığa gəldiyini və cavabdehin işdən azad olunmasına hər hansı etirazının olmadığını göstərmişdir ki, bu hal da tərəflər arasında imzalan müqavilə ilə tənzimlənmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ödənilməyən öhdəliyi qalmamışdır. Bu səbəbdən iddiaçının hazırki halda ödəmiş olduğu 2500 ABŞ dolları və 4975 manat məbləğində pul vəsaitini geri tələb etməsi əsassızdır.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 389.1, 390.1, 442.1, 443. 1-cı, Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı Mələk Demirtaş apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7062/2020 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-412/2020 nömrəli, 04 mart 2020ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsi, Cavabdeh 2500 (iki min beş yüz) ABŞ dolları (ödəniş gününə manat məzənnəsi ilə) və 4975 (dörd min doqquz yüz yetmiş beş) manat pul, həmçinin iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş manat) manatın alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov )
19. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddiaçının iddiasının əsasını dəyişməsinə baxmayaraq iddiaya ilkin əsasla qiymət verməklə iddia tələbini rədd etmişdir; halbuki, Mülki Prosessual Məcəllənin 218.3cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
20. Apellyasiya instansiyası hesab edib ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
21. Apellyasiya instansiyası işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxaraq müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış hər iki müqavilənin 3.2.2-ci bəndinə əsasən sponsorun iştirakçıdan əldə etdiyi vərdişləri Azərbaycanda dırnaq dizaynı üzrə biznesin inkişafına yatırmağı, o cümlədən sponsorun təsis etdiyi biznesdə həmin biznesin Azərbaycanda hüquqi təsis anından 3 ildən az olmayaraq dırnaq dizaynı üzrə təlimatçı (müəllim) qismində işləməyi və ya ən azından sponsorun həmin biznesin qurulmasına xərclədiyi pulla rı, o cümlədən ofisin icarəsinə və təmirinə xərcləri ödəməyi tələb etmək hüququ vardır. Bununla belə, cavabdeh X5 29.06.2017-ci il tarixdə "xxxx" MMC-də direktor vəzifəsinə təyin olunmuş, 07.03.2019-cu il tarixdə isə həmin vəzifədən öz xahişi ilə azad olunmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıya aid şirkətdə 3 il işləmək öhdəliyini üzərinə götürsə də, 1 il 8 aydan sonra işdən çıxmış, bununla da üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı cavabdehə xxx adına məktəbdə dırnaq dizaynı üzrə treniqlərdə iştirak etmək üçün fərqli tarixlərdə 2500 ABŞ dolları və 4975 manat pul vermişdir.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbini rədd edərkən cavabdehin iddiaçı ilə işd ən azad olunması ilə bağlı şifahi razılığa gəldikdən sonra iddiaçının əmri ilə işdən azad olunması və bu barədə iddiaçının əmr imzalamaqla qarşı tərəflə razılığa gəlməsi, cavabdehin işdən azad olunmasına iddiaçının hər hansı etirazının olmaması ilə barədə mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir.
23. Apellyasiya məhkəməsinin mövqeyinə görə qeyd edilən qanunvericilik normaları bu halda işəgötürənin işçinin tələblərini yerinə yetirməyə borclu olmasını müəyyə n edib.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 385.1, 386.1, 442, 448.1-cı, Əmək Məcəlləsinin 69.1 və 69.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh xxx (Vəkil2 oğlu) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kasassiya şikayətinin dəlilləri: - cavabdeh K.Kukuova "xxxx" MMC-nin nizamnamə kapitalında 30 faiz payı olan təsisçilərindən biridir. Cavabdeh iddiaçıya MMC-nin maliyyə hesabatlarının təqdim edilməsi barədə müraciət etsə də, iddiaçı bundan imtinba edib; - cavabdehə MMC-nin mənfəətindən pay ve rilməməklə onun hüquqları pozulub; - 11 may 2017-ci il tarixli müqavilə notariatda təsdiq lənmədiyi üçün onun hüuqui qüvvəsi yoxdur; - iddiaçı cavabdehlə əmək müqaviləsinə xitam verməklə sonuncu ilə razılığıa gəldiyini nümayiş etdirmişdir. - apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
27. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında X5 və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 Yusif oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbi q edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əmək Məcəlləsi, Maddə 69
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirm əyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara q iymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında 31 mart və 11 may 2017-ci il tarixlərində iki müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı (sponsor) cavabdehə (iştirakçıya) xxx adına məktəbdə dırnaq dizaynı üzrə treniqlərdə iştirak etmək üçün fərqli tarixlərdə 2500 ABŞ dolları və 4975 manat pul vermişdir. Tərəflər arasında bağlanmış hər iki müqavilənin 3.2.2-ci bəndinə əsasən sponsorun iştirakçıdan əldə etdiyi vərdişləri Azərbaycanda dırnaq dizaynı üzrə biznesin inkişafına yatırmağı, o cümlədən sponsorun təsis etdiyi biznesdə həmin biznesin Azərbaycanda hüquqi təsis anından 3 ildən az olmayaraq dırnaq dizaynı üzrə təlimatçı (müəllim) qismində işləməyi və ya ən azından sponsorun həmin biznesin qurulmasına xərclədiyi pulları, o cümlədən ofisin icarəsinə və təmirinə xərcləri ödəməyi tələb etmək hüququ vardır. Cavabdeh X5 29.06.2017-ci il tarixdə "xxxx" MMC-də direktor vəzifəsinə təyin olunmuş, 07.03.2019-cu il tarixdə isə həmin vəzifədən öz xahişi ilə azad olunmuşdur. Bununla da tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıya aid şirkətdə 3 il işləmək öhdəliyini üzərinə götürsə də, 1 il 8 aydan sonra işdən çıxmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
34. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri və tərəflər arşında bağlanmış müqavilənin şərtləri baxımından iddianın təmin edilməsi üçün əsas olduğundan, iddianın təmin edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.
35. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbi üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 19-22-ci bəndlərində qeyd edilən dəyərləndirməsini əsaslı və qanuni hesab edir və əlavə şərhə zərurət görmür.
36. Apellyasiya məhkəməsi sübutları da MPM-in 88-ci maddəsinin tələblərinə uğyun olaraq düzgün qiymətləndirmişdir.
37. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.
38. Məhkəmə kollegiyası cavabdehin "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı iddiaçı ilə arasında olan münasibətlərə dair kassasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər hazırki iddia tələbi çərçivəsində irəli sürülməli olan və işin nəticəsinə hər hansı əhəmiyyəti olan dəlillər deyil.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: Cavabdeh X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7062/2020 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.