Məhkəmə qərarları › İş №2(102)-3207/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3207/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3207/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati Kollegiyasının hakimi Hüseyn Aida Əli qızından ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin Cavabdeh "xxxx" MMC-yə (direktor Cavabdeh) qarşı “müqavilənin ləğv və pul tələbi” nə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 22 may tarixli, 2-2(117)-482/2024 nömrəli qərardadına əsasən, Şəki Ko mmersiya Məhkəməsi ilə Mingəçevir Şəhər Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Şəki Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (direktor Cavabdeh) (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, 30000 manat pulun və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili məhkəmə hazırlıq iclasında bildirmişdir ki, özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edən Ca vabdehla müqavilə bağlanmışdır. Lakin müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC hüquqi şəxs kimi mövcud olmamışdır. Müqaviləyə əsasən iddiaçıya məxsus restoranda təmir işlərinin aparılması ilə bağlı tərəflər razılığa gəlmiş, razılığın ümumi məbləği 70000 manat təşkil etmiş, cavabdehə əvvəlcədən 30000 manat ödəniş olunmuşdur, lakin cavabdeh bunun əvəzində restoranda təmir-quraşdırma işləri görməmişdir. İddiaçı şirkətin rəhbəri bundan şübhələnmiş, məsələni araşdırmış və müəyyən etmişdir ki, cavabdehin quraşdırdığı qapı və pəncərələr istifadəyə yararsızdır. Müqavilənin məzmunundan görünür ki, müqavilə iki hüquqi şəxs arasında bağlanmışdır. Cavabdeh əvvəlcə restoranda təmir-quraşdırma işləri görmüş, sonra isə şirkət rəhbərinin evində işləmişdir. Məhkəməyə təqdim edilmiş fotoşə killərdən və rəydən də grümür ki, quraşdırılan qapı və pəncərələr istifadəyə yararlı deyil.

3. Cavabdeh məhkəmə hazırlıq iclasında bildirmişdir ki, iddiaçıdan 30000 manat məbləğində pulu aralarında bağlanmış müqavilənin icrası ilə bağlı qəbul etmiş, lakin sonradan iddiaçı təşkilatın təsisçisinin öz şəxsi evində işləməyi tərəflər razılaşmışlar, müqavilə də iddiaçı təşkilatın rəhbərinin öz fərdi evində görülmüş işlərlə bağlı icra edilmişdir. Həmçinin İddiaçı MMC-nin hazırki iş üzrə iddia irəli sürmək hüququ yoxdur, müqavilə imzalanarkən müəssisənin rəhbəri başqa şəxs olmuş, icra olunarkən isə başqa şəxs olmuşdur.

4. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 22 may tarixli, 2-2(117)-482/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. (hak im Mübariz Hüseynov)

5. Həmin məhkəmənin mövqeyinə görə məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli müstəqil ekspertin verdiyi rəyə, həmçinin xx.xx.2016-cı il tarixli ******* nömrəli mülkiyyəti hüququnun dövlət qeydiyyatı barədə Çıxarışa və tərəflərin izahatlarına əsasən mübahisə müqavilədə müəyyən edilən restoranda şüşə qapı-pəncərənin quraşdırılması ilə bağlı deyil, iddiaçı X1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış şüşə-balkon sistemi ilə bağlı yaranmışdır. Bu səbəbdən də hazırki iş üzrə hansısa sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış mübahisədən söhbət gedə bilməz.

6. Belə ki, iş üzrə tərəflər müqaviləni hüquqi şəxs olaraq bağlasalar da, sonradan müqavilənin predmeti, hətta tərəfləri dəyişdirilmiş, tərəflər arasında şifahi olaraq müqavilənin icra ye ri iddiaçı hüquqi şəxsin təsisçisinin fərdi yaşayış evi müəyyənləşdirilmiş və tərəflərin iradəsi, arzusu ilə fiziki şəxslər arasında qeyri-sahibkarlıq münasibətlərinə çevrilmişdir. Qanunvericiliyin tələblərinə əsasən fiziki şəxslər arasında yaranmış qeyrikommersiya mübahisələrinə kommersiya məhkəmələrində deyil, ümumi məhkəmələrdə baxılmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 32-ci maddəsi ilə əsaslandırmışdır. b) Mingəçevir Şəhər Məhkəməsindəki icraat

8. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1473/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır. (hakim Elza Cəbrayılzadə)

9. Rayon məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin komme rsiya və yaxud da ümumi məhkəmələrə aidiyyəti olması məsələsi həll edilərkən tərəflərin sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq mübahisələrin predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına və hüquq münasibətlərinin xarakterinə qiymət verilməlidir.

10. Cavabdeh qismində Cavabdeh iştirak edir və o, plastik qapı və pəncərə fəaliyyəti ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

11. Eyni zamanda qeyd edilmədir ki, bağlanmış “Xidmət müqaviləsinə” əsasən sifarişçi İddiaçı MMC, icraçı "xxxx" MMC olduğundan, iddia ərizəsində İddiaçı MMC, cavabdeh qismində "xxxx" MMC göstərilsə də, elektron qaydada verilmiş iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərilmişdir.

12. İş materiallarında olan İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsindən də görünür ki, sifarişçi və icraçı arasında görüləcək işlərin ümumi dəyəri 70000 manat müəyyənləşdirilir. Görülmüş işlərin, istifadə olunmuş mal-materialların, ehtiyat hissələrinin dəyəri təhvil təslim sənədlərində öz əksini tapacaq və ilkin olaraq 30000 manat ödənilir və iş tam formada təhvil verildikdən sonra qalan ödəniş verilir.

13. Xidməti müqavilənin tərəfləri olan İddiaçı MMC və "xxxx" MMC-nin məqsədinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq mənfəət götürməkdən ibarət olmasını onların vergi ödəyicisi kimi qeydiyyata alınması təsdiq edir. Belə ki, "xxxx" MMC vergi ödəyicisi kimi qeydiyyata alınmış, ona xx.xx.2021-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “ MPM”): “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

15. Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) müəyyən edilmişdir ki: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, h əm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq f əaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersi ya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.....

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzə rdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.” Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir....” Ali Məhkəmənin mövqeyi

16. Məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.

17. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlili ndən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

18. Subyektiv tərkiblə əlaqədar iş materiallarından, eyni zamanda internet vergi idarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən əldə olunmuş çıxarışlardan müəyyən edilmişdir ki, hazırkı iş üzrə həm iddiaçı, həm də cavabdeh hüquqi şəxs kimi vergi uçotuna alınmışlar.

19. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də mübahisənin kommersiya xarakterli olmasına dəlalət edir. Belə ki, mübahisənin predmeti iki hüquqi şəxs arasında bağlanmış müqa vilə öhdəliklərinin yerinə yetirilməsidir. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, hər iki hüquqi şəxsin müqavilə münasibətlərinə daxill olması onların iqtisadi fəaliyyət sferasına aid olmaqla fəaliyyətlərini daha da genişləndirmək və gəlir əldə etmək niyyətindən irəli gəlmişdir.

20. Məhkəmə tərkibi qeyd edir ki, hazırki işdə tərəflərin məhkəmə baxışında verdikləri izahatların məzmunundan asılı olmayaraq, hər iki hüquqi şəxs arasında müqavilə münasibətləri vardır və həmin müqavilədən doğan ixtilaflara da aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdılr. Onların izahatları isə mübahisənin bu və ya digər formada həlli zamanı işin halları ilə bağlı nəzərə alına bilinən xüsusatlar kimi qiymətləndirilə bilər.

21. Beləliklə, tərəflər arasında olan mübahisənin subyektiv tərkibi, pred meti və hüquq münasibətlərinin xarakteri baxımından məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu görünür. Buna görə də iş məhkəmə aidiyyətinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.

22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə (direktor Cavabdeh) qarşı “müqavilənin ləğv və pul tələbi”nə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar