Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3208/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, öhdəliyin lazımi qaydada icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)2188/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. "xxxx" ASC və Cavabdeh2 MTK arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilə ilə ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə bağlı tərəflərin qarşılıqlı öhdəlikləri yaranmışdır. Müqavilənin 5.7-ci maddəsinə əsasən, müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə göt ürmüşdür. 2. "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, borcluya avtodayanacaq sahəsinin alınması üçün illik 12 % dərəcəsi ilə 120 ay müddətinə 50.400 manat məbləğində kredit verilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qərardadı ilə, Ləğv prosesində olan "xxxx" ASC-nin (yəni "xxxx" ASC) Cavabdeh2 layihəsinə aid 30.836.570 manat məbləğində kredit portfelinin 5.194.019 manat güzəştli şərtlə Əmanətlərin Sığortalanması Fondunun banka qarşı olan kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi, kredit portfelinə aid istənilən növ təminat hüquqlarının Fonda ötürülməsi və kredit portfelinin təminatı olan 5.194.019 manat məbləğində depozit üzrə bankın öhdəliyinin Fond a köçürülməsi ilə əlaqədar qeyd olunan depozit üzrə yüklülüyə xitam verildiyi halda həmin öhdəliyin depozit sahibinə ödənilməsinin Fonda həvalə edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 46524,41 manat əsas, 40146,93 manat faiz, 30328,09 manat cərimə və 407 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.
6. Birinci inst ansiya məhkəməsi tərəfindən təyin edilərək, Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 22 noyabr 2023-cü il tarixli rəyinə əsasən, 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla əsas borc 46499,26 manat, faiz borcu 39896,37 manat məbləğində müəyyən edilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e-2(009)66/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 46.499,26 manat əsas, 39.896,37 manat faiz, 3.000 manat cərimə borcu olmaqla, ümumilikdə 89.395,63 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 200 manat məbləğində hissəsinin Cavabdeh1 və Cavabdeh2 MTK-dan müştərək qaydada tutulub Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri iddiaçı Banka qaytarmamışlar.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış dəbbə pulunu azaldaraq 3000 manat müəyyən edilməsi daha məqsədəuyğundur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 421.2, 428.4, 442, 445.1, 445.2.1, 449.4, 462.3, 467, 470.1, 472-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 və Cavabdeh2 MTK apellyasiya şikayətləri verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e-2(009)-66/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Cavabdeh2 MTK apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən, sözügedən avtodayanacaq sahəsinin 24 may 2016-cı il tarixində banka geri qaytarılmasını və eyni zamanda bank ilə MTK arasında bağlanmış 1 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsini nəzərə almamışdır. Müqavilənin həmin maddəsinin tələbinə Bank tərəfindən düzgün əməl olunsa idi, MTK-nın və Cavabdeh1 borc öhdəliyi bu dərəcədə artmazdı. Bank ona qaytarılan avtodayanacağı qəbul edərkən müqavilə üzrə borc öhdəliyinə xitam verməli idi. Bank MTK və vətəndaşdan əsassız hesablanmış faiz borcu və dəbbə pulu ilə birlikdə 89395,63 manat məbləğində pul vəsaiti tələb etmişdir. Həmçinin, borc məbləğinin bu dərəcədə artmasında bankın da səhlənkarlığı olmuşdur.
13. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla bank arasında bağlanmış kredit müqaviləsi üzrə qeyri-yaşayış sahəsi girov qismində qoyulmuşdur. Bir müddət sonra maliyyə vəziyyətində yaranan problemlərlə əlaqədar bu kredit müqaviləsi üzrə ödənişlərdə çətinlik yaranmışdır. Ona görə də, o, MTK-nın rəhbərliyinə müraciət etmiş və maddi vəziyyətinin çətinliyi ilə əlaqədar aralarında bağlanmış müqavilələrə xitam verilməsi və bu avtodayanacaq sahəsinin borcun müqabilində banka qaytarılmasına razı lıq vermələrini xahiş etmişdir. MTK-nın rəhbərliyi ilə bank razılaşaraq, onun müraciətinə müsbət cavab vermiş və bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə həmin avtodayanacaq sahəsi ondan alınmışdır. Bundan sonra, MTK-nın sədri tərəfindən bu qeyri-yaşayış sahəsi ilə əlaqədar ƏSF-nin icraçı direktoru Azad Cavadova 24 may 2016-cı il tarixli, PA-M-160524-55 saylı məktub ilə müraciət olunmuş və borcun X1 Bankın “Yeni həyat” filialında mövcud olan depozit hesabındakı vəsaitdən tutulması barədə göstəriş verilməsini xahiş etmişdir. Həmin vaxtdan artıq 7 ilə yaxın müddət keçsə də, bu günə kimi həmin qeyri-yaşayış sahəsi ilə əlaqədar müqaviləyə görə heç kim onu narahat etməmiş və heç bir məbləğ də tələb olunmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü i l tarixli, 2(103)-2188/2024 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və G.T.Axundovadan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e-2(009)-66/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və ilk olaraq hesab etmişdir ki, Cavabdeh2 layihəsinə aid olan kreditləşmələrə dair bütün təminat hüquqları artıq "xxxx" ASC-yə deyil, birbaşa onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna, yəni iş üzrə iddiaçıya keçmişdir. Bütün bunlar da onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçı olan Əmanətlərin Sığortalan ması Fondu cavabdehlərdən müqavilə üzrə götürdükləri öhdəlikləri icra etmələrini tələb etməkdə subyektiv hüquqa malikdir.
16. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qismən əsaslı olmasına dair mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh1 tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməsi və bununla da müqavilənin şərtlərini pozmuş olması faktı işin mübahisəsiz halını təşkil edir.
17. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi digər Cavabdeh2 MTK Bankla bağladığı müqavilə ilə müştərinin, yəni indiki halda digər Cavabdeh1 öz müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi halında onunla birlikdə məsuliyyət daşı dığını qəbul etmiş və bu da işin təkzib olunmayan faktıdır.
18. Buna görə də, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdehlər onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya, yəni cavabdehlərlə arasında müqavilə münasibətlərinin yarandığı Bankın ləğvedicisinə ödəməlidir.
19. Apellyasiya kollegiyası Cavabdeh2 MTK-nın iddiaçı tərəfindən mövcud borcun daha öncə tələb edilməməsi və bu barədə xəbərdar etməməsi səbəbindən artması, buna görə də həmin məbləğin cavabdehlərdən tələb edilə bilməyəcəyi ilə bağlı apellyasiya şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanun la müqavilə münasibətləri çərçivəsində borcun qaytarılmasını həyata keçirmək borclunun öhdəliyi, həmin borcun qaytarılmasını tələb etmək isə kreditorun hüququdur. Kreditorun bu hüququndan istifadə etməməsi və ya daha gec istifadə etməsi borclunu həmin öhdəliyin icra edilməsindən azad etmir və borclunun kreditor tərəfindən daha öncə borcun ödənilməsini tələb etməməsinə əsaslanaraq öhdəliyin icrasından imtina edə bilməsi kimi bir imkanı yoxdur.
20. Hazırkı iş üzrə də Cavabdeh2 MTK iddiaçının ona və digər cavabdehə qarşı vaxtında tələbin irəli sürülməməsinə görə borcun tələb edilə bilməyəcəyi ilə bağlı dəlillərini əsassız sayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kreditorun iddia tələbi ilə nə zaman müraciət etməsindən asılı olmayaraq cavabdehlər bağladıqları müqavilələrə uyğ un olaraq müəyyən öhdəlik daşıdıqlarını və həmin öhdəliyin müqavilə ilə müəyyən olunmuş zaman çərçivəsində icra edilməli olduğunu bilmiş, bunun kreditorun tələb etmə anından asılı olmadığının fərqində olmuşlar. Həmçinin, kreditorların öz məsuliyyətini vaxtında anlamaları ilə bağlı mülki qanunvericilikdə müəyyən olunmuş iddia müddəti institutu da buna xidmət etsə də, hazırkı iş üzrə cavabdehlərdən hansısa biri tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunmamışdır. O cümlədən, işin hallarına və tərəflər arasında bağlanılan müqavilələrin müddətinə baxdıqda həmin ərizənin təqdim edilə bilməsi üçün də hər hansı əsasın mövcud olmadığını qeyd etməyi də kollegiya zəruri hesab etmişdir.
21. Digər Cavabdeh1 öz apellyasiya şikayətində göstərmişdir ki, onunla "xxxx" ASC arasında bağlanm ış kredit müqaviləsi üzrə qeyri-yaşayış sahəsi girov qismində qoyulmuş, bir müddət sonra maliyyə vəziyyətində yaranan problemlərlə əlaqədar Cavabdeh2 MTKnın rəhbərliyinə müraciət etmiş və aralarında bağlanmış müqavilələrə xitam verilməsi və bu avtodayanacaq sahəsinin borcun müqabilində banka qaytarılmasına dair aralarında razılıq əldə olunmuşdur. Bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə həmin avtodayanacaq sahəsi ondan alınmış, bundan sonra Cavabdeh2 MTK-nin sədri Əlibala Quliyev tərəfindən bu qeyri-yaşayış sahəsi ilə əlaqədar ƏSF-yə 24 may 2016-cı il tarixli məktub ilə müraciət olunmuş və borcun X1 "xxxx" ASC-nin “Yeni həyat” filialında mövcud olan depozit hesabındakı vəsaitdən tutulması barədə göstəriş verilməsini xahiş etmişdir.
22. Qeyd edilənlərə münasibətdə apellyasiya ko llegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslandıracaq hər hansı mötəbər sübut iş materiallarında aşkar edilməmişdir. Belə ki, cavabdeh onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ona məxsus qeyri-yaşayış sahəsini yüklü etdiyini, daha sonra isə borcu ödəyə bilmədiyindən həmin sahəni təhvil verdiyini bildirsə də, həmin yüklülüyə dair tərəflər arasında bağlanılan ipoteka müqaviləsi iş materiallarında aşkarlanmamış, cavabdeh özü də bu mülahizəsini təsdiq edən müqaviləni təqdim etməmişdir. İddiaçı da apellyasiya şikayətinə etirazında həmin qeyri-yaşayış sahəsinin çıxarışı olmadığından ona dair ipoteka müqaviləsinin bağlanmadığını qeyd etmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, qeyd edilənləri təkzib etmək və həmin qeyri-yaşayış s ahəsinə dair ipoteka müqaviləsinin bağlanmasını sübut etmək cavabdehin üzərinə düşmüşdür. Cavabdehin həmçinin ilk öncə Cavabdeh2 MTK-nın rəhbərliyinə, daha sonra isə sonuncunun iddiaçı Fonda qeyd edilən məzmunda müraciət etməsini də təsdiq edən sözügedən məktub cavabdehlərin heç biri tərəfindən məhkəməyə təqdim edilməmişdir.
23. Bundan əlavə apellyasiya kollegiyası qeyd etmişdir ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qərardadından görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin (yəni "xxxx" ASC) Cavabdeh2 layihəsinə aid 30.836.570 manat məbləğində kredit portfelinin 5.194.019 manat güzəştli şərtlə Əmanətlərin Sığortalanması Fondunun banka qarşı olan kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi, kredit portfelinə aid istən ilən növ təminat hüquqlarının Fonda ötürülməsi və kredit portfelinin təminatı olan 5.194.019 manat məbləğində depozit üzrə bankın öhdəliyinin Fonda köçürülməsi ilə əlaqədar qeyd olunan depozit üzrə yüklülüyə xitam verildiyi halda həmin öhdəliyin depozit sahibinə ödənilməsinin Fonda həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan da göründüyü kimi həmin 5.194.019 depozit məbləği müvafiq olaraq depozit sahibinə qaytarılmış və cavabdeh, həqiqətən də, iddiaçıya borcun X1 "xxxx" ASC-nin “Yeni həyat” filialında mövcud olan depozit hesabındakı həmin vəsaitdən tutulması barədə məktub ünvanlamış olsa idi belə, yenə də həmin məktubun icrası qeyri-mümkün olacaqdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
24. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)-2188/2024 qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edərək, borcun Cavabdeh2 MTKdan tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 423, 425, 508, 522, 526-ci, Mülki Prosessual Məcəllənin 14, 152, 156, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
26. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin ləğvi barədə təklifin ona çatdırılmasına dair poçtun qəbzindəki imza cavabdehə məxsus olmamışdır. Bununla əlaqədar müvafiq ekspertiza təyin etməklə, dəqiq qiymət vermək olardı. Onun tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsin də bu mübahisədən ümumiyyətlə məlumatı olmadığını, yalnız ona məxsus olan avtomobili satmaq istəyərkən həmin avtomobilin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulduğunu və yalnız bundan sonra belə bir məhkəmə mübahisəsinin olduğundan məlumatı olmuşdur. Lakin, məhkəmə göstərilən halları araşdırmamış və bu iddianın qanunvericiliyin tələblərinin pozulması ilə məhkəməyə təqdim edilməsinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmədiyi halda, apellyasiya instansiya məhkəməsi də həmin səhvi təkrarlayaraq qarşılıqlı iddiaya heç bir hüquqi qiymət verməmişdir. Həm Əmanətlərin Sığortalanması Fondu, həm də Cavabdeh2 MTK qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsindən çıxdığını və 7 ildən artıq müddətdə başqa bir şəxsə verdiklərini bildikləri halda, “Əmanətlərin Sığortalanması Fondu ” öhdəliklərin icrası ilə əlaqədar vicdanlılıq prinsipini pozaraq belə bir iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən Mülki Məcəllənin 425-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşin hallarından görünür ki, bu borc, yəni kredit mübahisəsinin predmeti olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən hələ 2016-cı ildə Cavabdeh2 MTK-ya təhvil verilmiş və öhdəliyinə həmin zaman faktiki olaraq xitam verilmişdir. İddiaçı tərəfindən verilmiş kreditin təyinatı da həmin qeyri-yaşayış sahəsinin alınması üçün olduğuna görə, iddiaçı qarşısında öhdəliyi ya Cavabdeh2 MTK, ya da kassatordan sonra həmin qeyri-yaşayış sahəsinin satıldığı şəxs olmalıdır. Apellyasiya instansiyası məhkəməsi "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci m addəsini, yəni Cavabdeh2 MTK bu müqavilə ilə öhdəliklərin icrasını tam şəkildə üzərinə götürməsini nəzərə almamışdır.
27. Cavabdeh2 MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6.1.5, 458-ci, Mülki Prosessual Məcəllənin 77, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 MTK və "xxxx" ASC arasında 01 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsinin 2.1-ci bəndini, kreditorun müqavilənin şərtlərinə düzgün əməl etmədən və bilərəkdən öhdəliyin vaxtında icra edi lməsinə şərait yaratmaması nəticəsinə borclunun məsuliyyətinin ölçüsünü artırmasını nəzərə almamışdır.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
31. İddiaçı Əmanətlərin Sığortalanması Fonda kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:
33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
34. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorların şikayətinin dəlillərinə uy ğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsin də o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərər in əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə ə sasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətlərinin dəlilləri üzrə araşdırma a parılmış və iddianın mahiyyət etibarı ilə əsaslı olması nəticəsinə gəlinmişdir.
39. Hər iki kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz.
40. Belə ki, Cavabdeh1 kassasiya şikayətinin ilk dəlili iddiaçı tərəfindən ona ünvanlanmış müqavilənin ləğvi ilə bağlı bildirişin ona təqdim edilməməsi ilə bağlıdır. Lakin, hazırkı halda həmin dəlil qətnamənin ləğvi və iddianın həmin cavabdehə aid hissədə rədd üçün əsas ola bilməz. Belə ki, iddiaçı məhkəməyə iddia verməklə müqavilənin ləğv etmək niyyətində olmadığını bəyan etmiş, cavabdehlər isə müqavilə münasibətlərinin davam etdirilməli olmasına dair dəlil irəli sürməmişlər. Əksinə hər iki kassasiya şikayətinin digər dəlilləri tərəflər arasında müqavilə münasibətlərinə alınan kredit vəsaiti hesabına c avabdeh MTK-dan əldə olunmuş qaraj sahəsinin qaytarılması ilə xitam verilməsinə yönəldilmişdir. Yəni kassator da "xxxx" ASC ilə bağlanmış kredit münasibətlərinə 2016-cı ildən xitam verilməsini qəbul edir.
41. Cavabdeh1 kassasiya şikayətinin digər dəlili onun qeyd olunan qaraj sahəsindən imtina etməklə, öhdəlikdən azad olunmasına yönəldilmişdir. Lakin həmin dəlil də əsaslı ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi, kassator bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin alınan qeyri-yaşayış sahəsi hesabına yüklü edilməsi və borcun həmin qarajın dəyəri ilə ödənilməsini təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
42. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yar adan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
43. Cavabdeh1 prosessual hüquq normaların pozuntusu kimi MPM-in 152, 156-cı maddələrinə istinad etməsi həmçinin açıq-aydın əsassızdır. Belə ki, cavabdehin qarşılıqlı iddiası birinci instansiya məhkəməsində icraata qəbul edilməmiş və mahiyyəti üzrə baxılmamışdır.
44. Digər Cavabdeh2 MTK-nın kassasiya dəlili iddiaçı tərəfindən iddianın gec verilməsi ilə öhdəli yinin əsassız artmasına yönəldilmişdir. Lakin, apellyasiya məhkəməsi tərəfindən oxşar apellyasiya dəlilinə hüquqi qiymət verilmişdir ki, qanunla müqavilə münasibətləri çərçivəsində borcun qaytarılmasını həyata keçirmək borclunun öhdəliyi, həmin borcun qaytarılmasını tələb etmək isə kreditorun hüququdur. Kreditorun bu hüququndan istifadə etməməsi və ya daha gec istifadə etməsi borclunu həmin öhdəliyin icra edilməsindən azad etmir və borclunun kreditor tərəfindən daha öncə borcun ödənilməsini tələb etməməsinə əsaslanaraq öhdəliyin icrasından imtina edə bilməsi kimi bir imkanı yoxdur. Digər tərəfdən qeyd olunmalıdır ki, kredit müqaviləsi 30 sentyabr 2014cü il tarixdə 120 ay müddətində bağlanmış və iddia verilən tarixdə müqavilənin müddəti bitməmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası, ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 m ay 2024-cü il tarixli, 2(103)-2188/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.