Məhkəmə qərarları › İş №2(102)-3209/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3209/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3209/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən magistral qaz kəmərinin keçməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı3, İddiaçı7 və İddiaçı6, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin nümayəndəsi və vəkili Məmmədov Hafiz Səttar oğlunun, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)867/2021 saylı qətnaməsindən Cavabdeh 2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Aqrar islahatı aparılan zaman iddiaçılara və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1 997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq sahələri verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə mülkiyyətlərinə verilm iş torpaq sahəsinə Qaz İxrac İdarəsi tərəfindən vurulmuş zərərin əvəzi kimi, cavabdehlərdən 3990 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı1, 4799 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı2, 7694 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı3, 4733 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı4, 5542 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı5, 5936 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı6, 2989 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı7, 2802 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı8, 2762 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı9, 6807 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı10, 4065 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı11, 4730 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı12 xeyrinə tu tulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, İddiaçı1 2,61 hektar, İddiaçı2 3,26 hektar, İddiaçı3 4,96 hektar, İddiaçı4 3,35 hektar, İddiaçı5 3,86 hektar, İddiaçı6 4,03 hektar, İddiaçı7 2,03 hektar, İddiaçı8 1,99 hektar, İddiaçı9 1,90 hektar, İddiaçı10 4,59 hektar, İddiaçı11 2,72 hektar, İddiaçı12 4,56 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin onlara verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Lakin 2004-cü il tarixdən etibarən mülkiyyətlərində olan torpaq sahələrinin üzərində SOCAR-ın “Qaz İxrac” İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. Hazırda İddiaçı1 mülkiyyətinə verilmiş 2,61 hektar torpaq sahəsinin 6334 kv.m. hissəsi, İddiaçı9 mülkiyyətinə verilmiş 1,90 hektar torpaq sahəsinin 438 5 kv.m. hissəsi, İddiaçı8 mülkiyyətinə verilmiş 1,99 hektar torpaq sahəsinin 4449 kv.m. sahəsi, İddiaçı7 mülkiyyətinə verilmiş 2,03 hektar torpaq sahəsinin 4746 sahəsi, İddiaçı6 mülkiyyətinə verilmiş 4,03 hektar torpaq sahəsinin 9423 kv.m. sahəsi, İddiaçı5 mülkiyyətinə verilmiş 3,86 hektar torpaq sahəsinin 8798 kv.m. sahəsi, İddiaçı4 mülkiyyətinə verilmiş 3,35 hektar torpaq sahəsinin 7514 kv.m. sahəsi, İddiaçı3 mülkiyyətinə verilmiş 4,96 hektar torpaq sahəsinin 12213 kv.m. hissəsi, İddiaçı12 mülkiyyətinə verilmiş 4,56 hektar torpaq sahəsinin 7508 kv.m. hissəsi, İddiaçı10 mülkiyyətinə verilmiş 4,59 hektar torpaq sahəsinin 10805 hissəsi, İddiaçı11 mülkiyyətinə verilmiş 2,72 hektar torpaq sahəsinin 6453 kv.m. hissəsi, İddiaçı2 mülkiyyətinə verilmiş 3,26 hektar torpaq sahəsinin 7618 kv.m. hiss əsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Ekspert rəyində göstərilir ki, nəzəri hesablama yolu ilə 1 hektar sahənin əkilib becərilməsindən 1 il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilir. Buna görə də, İddiaçı1 zəbt olunmuş torpaq sahəsi 6334 kv.m. 630 manata vurmaqla maddi ziyanın cəmi 3990 manat edir. Müvafiq olaraq İddiaçı11 4065 manat, İddiaçı2 4799 manat, İddiaçı9 2762 manat, İddiaçı8 2802 manat, İddiaçı7 2989 manat, İddiaçı6 5936 manat, İddiaçı5 5542 manat, İddiaçı4 4733 manat, İddiaçı3 7694 manat, İddiaçı12 4730 manat, İddiaçı10 6807 manat maddi ziyan dəymişdir. Digər bir halda isə magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüş torpaq sa hələrinin zəbt olunmuş hissəsinə görə kompensasiya kimi, qaz kəmərlərinin istismar müddəti 40 il olduğu üçün, qarşıdakı 40 il olduğundan, hər il 630 manat olmaqla, 25.200 manat pul ödənilməsini istəyirlər.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07.09.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Abbasov) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən zərərin əvəzi olaraq 3.990 manat İddiaçı1, 4.799 manat İddiaçı2, 7.694 manat İddiaçı3, 4.733 manat İddiaçı4, 5.542 manat İddiaçı5, 5.936 manat İddiaçı6, 2.989 manat İddiaçı7, 2.802 manat İddiaçı8, 2.762 zərərin İddiaçı9, 6.807 manat İddiaçı10, 4.065 manat İddiaçı11, 4.730 manat pulun İddiaçı12 xeyrinə tutulması, iddia tələblərinin “hər iddiaçı üçün 25.200 manat kompensasiya nın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aqrar islahatlar aparılan zaman iddiaçılara və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq sahələri verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin torpaqlar iddiaçılara verilərkən qanunvericilik normalarının tələblərinə əməl edilməmiş, magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə dax il edilmiş, iddiaçılara verilmiş torpaq sahələrinə dair məhdud istifadəyə dair müqavilə bağlanılmamış, həmin torpaq sahələrinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 152,157, 21, 1096, 1097, 1100-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh 2 həmin qətnamədən apelyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)-867/2021 saylı qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımadığından, iddia tələbləri “vurulmuş zərərin tutulması” hissəsində əsaslı olduğu üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3.990 manat İddiaçı1, 4.799 manat İddiaçı2, 7.694 manat İddiaçı3, 4.733 manat İddiaçı4, 5.542 manat İddiaçı5, 5.936 manat İddiaçı6, 2.989 manat İddiaçı7, 2.802 manat İddiaçı8, 2.762 manat İddiaçı9, 6.807 manat İddiaçı10, 4.065 manat İddiaçı11, 4.730 manat İddiaçı12 xeyrinə tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh 2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə istinad etsə də, yekunda kompensasiya ödəmək öhdəliyini Maliyyə Nazirliyinin üzərinə qoymuşdur. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddənin tələbindən də göründüyü kimi dövlət orqanının qanunsuz hərəkətlərinə görə məsuliyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, Azərbaycan Respublikası daşıyır. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə dövlət orqanı kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Bakı Apellyasiya Məhkəməsinin Xətai Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən heç bir mötəbər sübuta istinad etmədiyi və qəbul etdiyi qərarının əsassız və qanuna uyğun olmayan olması aşkardır. Məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Bu baxımdan məhkəmənin qətnaməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı3, İddiaçı7, İddiaçı6, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyin in nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. 14.Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin nümayəndəsi və vəkili Məmmədov Hafiz Səttar oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər İddiaçı2 və İddiaçı10 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüqu q

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallar da üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş ha llarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəki li Məmmədov Hafiz Səttar oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

23. Belə ki, məhkəmələr işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan faktiki halları kimi müəyyən etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə aid olan magistral qaz boru kəməri keçir.

24. Məhkəmələr iddianı təmin etmək barədə qənaətlərini onunla əsaslandırmışdır ki, «həmin torpaqlar iddiaçılara verilərkən qanunvericilik normalarının tələblərinə əməl edilməmiş, magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçılara verilmiş torpaq sahələrinə dair məhdud istifadəyə dair müqavilə bağlanılmamış, həmin torpaq sahələrinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır».

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara torpaq sahəsi inzibati orqanın qərarı əsasında verilmişdir. Məhkəmələrin yuxarıda qeyd olunan qənaəti, torpaq sahələrinin mülkiyyətə verilməsi barədə AİK-nin qərarının qanunsuz olmasını ehtiva edir. Lakin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin göstərişinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini s axlayır və hüquqi cəhətdən etibarlı sayılır.

26. Həmin Qanunun 67.2-ci maddəsi belə bir qayda müəyyən edir ki, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

27. İddiaçılara torpaq sahəsinin verilməsi barədə qərarın qüvvədən düşməsini (ləğv edilməsi, etibarsız sayılması və s.) təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.

28. Bu halda torpaq sahəsinin iddiaçılara qanunsuz verilməsi barədə gəlinən nəticə ziddiyyətlidir. Məhkəmənin bu əsaslandırması özlüyündə iddiaçıların torpağa hüquqlarının legitimliyini, ümumiyyətlə hazırki iddia üzrə subyektiv hüququnu şübhə altına alır.

29. Bundan başqa, əgər məhkəmə iddiaçılara inzibati orqanın qanunsuz qərar qə bul etməsi nəticəsində ziyan vurulmasını müəyyən edərsə, bu halda iddianın İPM-nin 2.2.7-ci maddəsinə əsasən (inzibati orqanın qanunsuz qərar çıxarması səbəbindən vurulmuş zərərin tutulması) inzibati məhkəmə icraatına aidiyyəti məsələsinə qiymət verməli idi.

30. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımadığından, iddia tələbləri “vurulmuş zərərin tutulması” hissəsində əsaslı olduğu üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin edilməlidir.

31. Məhkəmələr bu qənaətə gələrkən Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə istinad etmişlər. Həmin bənddə göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

32. Bu normada Nazirliyin bütün fəaliyyəti ümumi şəkildə ifadə olunmuşdur və məhkəmələr məhz hansı vəzifəsinə və fəaliyyət istiqamətinə əsasən Nazirliyi cav abdeh qismində tanımasını əsaslandırmamışdır. İddia tələbinin hüquqi əsası kimi istinad olunmuş Mülki Məcəllənin 1100-cü maddəsində dövlət orqanının vurduğu zərərin Azərbaycan Respublikası tərəfindən ödənilməsi müəyyən olunur. Bu halda məhkəmə, hazırki işdə Azərbaycan Respublikası adından məhz Maliyyə Nazirliyinin çıxış etməsini (dövləti təmsil etməsini) əsaslandırmalı idi. Qeyd olunan Əsasnamənin yalnız 8.7, 8.51 və 9.15-ci bəndlərində Maliyyə Nazirliyinin dövlətin adından çıxış etmək səlahiyyətləri müəyyən olunmuşdur. Hazırki vəziyyət, bu normalarda nəzərdə tutulan hallara aid deyildir.

33. MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmala r və s. sənəd və materiallardır. Bu mənada qeyd olunmalıdır ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, iddiaçıların torpaq sahəsi ilə boru kəmərinin mühafizə zolağının üst-üstə düşməsi barədə sənədin təsdiqlənməmiş surəti işə əlavə edilmişdir. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir.

34. Bundan başqa qeyd olunmalıdır ki, sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsinin göstərişinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Məhkəmələr boru kəmərinin və mühafizə zolağının iddiaçıların torpaq sahəsinə düşməsi barədə nəticəyə gələrkən yerquruluşu mütəxəssisinin və ya ekspertin rəyinə deyil işə əlavə olunmuş Dövlət Neft şirkətinin X1 və qeyrilərinə ünvanlanmış 12 fevral 2018-ci il tarixli məktubuna istinad etmişdir.

36. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçıların adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktlarından görünür ki, torpaq sahələri təkcə onların mülkiyyəti olmayıb, ailə üzvlərinin ümumi mülkiyyətindədir. Bu halda ziyanın ödənilməsi hüququ təkcə bir mülkiyyətçiyə deyil, bütün mülkiyyətçilərə məxsusdur. Lakin məhkəmələr bu hala diqqət yetirməmiş, hər bir iddiaçının digər mülkiyyətçilərin adından çıxış etmək səlahiyyətinin olub- olmadığını araşdırmamış, digər şəxslərin işə cəlb olunması məsələsini müzakirə etməmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmalıdır.

38. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)-867/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar