Məhkəmə qərarları › İş №2(102)-3209/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3209/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3209/2022 11.05.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Kassasiya şikayəti İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilsə də, iş materiallarına vəkilin orderi əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessu al Məcəllənin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə qaytarılmalıdır. Ona görə də cavabdeh kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar