Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-321/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borca dair xəbərdarlığın ləğv edilməsi” tələbinə dair ilk və iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcun ödənilməsi” qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: zaminin məsuliyyəti, zaminliyə xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıq lı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)6594/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 09 yanvar 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən İddiaçı 60 ay müddətinə, illik 12% dərəcəsi ilə 50000 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada kreditin əsas məbləğini borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Birgə ö hdəlik daşıyan "xxxx" MMC isə müqavilədə göstərilən müddətdə və qaydada kredit üzrə hesablanacaq faizlərin borc verənə ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq həmin tarixdə bank ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin İddiaçı və "xxxx" MMC-yə ünvanladığı 06 oktyabr 2020-ci il tarixli 22-5638/2020 saylı xəbərdarlıq məktubuna əsasən borcalan sonuncuların 09 yanvar 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə əsasən 24 sentyabr 2020-ci il tarixə olan 6602,74 manat faiz borcunun olması barədə məlumat verilmiş və ödənişin hər gecikdirildiyi hər günə görə müqavilə üzrə ödənilməli olan əsas borcdan əlavə faiz və cərimə borcunun ödənilməsi, qanunun tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin ic rasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə məlumat verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin ödənilməməsinin göstərilməsi və hesablanmış 6602,74 manat faiz borcunun olması, 20 gün müddətində həmin faiz borcunun ödənilməsi barədə 06 oktyabr 2020-ci il tarixli, 22-5638/2020 saylı xəbərdarlığın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əlavə edilmiş 09 yanvar 2013-cü il tarixli ödəniş cədvəlinə əsasən kredit məbləğinin son ödən iş günü 01 fevral 2018-ci il müəyyən edilsə də, İddiaçı tərəfindən üzərinə düşən öhdəlik 58 ay ərzində vaxtlı-vaxtında, gecikdirilmə olmadan yerinə yetirilərək ödənişlər həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin Mərkəzi filialında olarkən Bank tərəfindən müqavilə şərtləri, ödəmələr nəzərdən keçirildikdə heç bir irad müəyyən edilməmişdir. Bir müddət sonra bank tərəfindən birgə öhdəlik daşıyan borclu "xxxx" MMC-nin ödəmələri tamamlamadığı, bu halın İddiaçı tərəfindən kredit məbləğinin ödənilməsinin gecikdirilməsi kimi qiymətləndirilməsi bildirilmişdir. İddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 09 yanvar 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat faiz borcunun və məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehlər kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)2448/2021 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən 09 yanvar 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat pulun, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" ASC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunların a uyğunluğunun yoxlanılmasına dair” 30 oktyabr 2007-ci il tarixli qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad edərək göstərmişdir ki, iş materiallarında olan 09 yanvar 2013-cü il tarixdən 24 iyun 2020ci il tarixə olan dövrü əhatə edən hesab çıxarışdan aydın olur ki, İddiaçı tərəfindən sonuncu ödəniş 01 dekabr 2017-ci il tarixdə olmuşdur. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X2 tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə verildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" ASC tərəfindən 09 yanvar 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat faiz borcunun məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat ba nk xidmət haqqının tutulması barədə qarşılıqlı iddia tələbi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə digər cavabdeh “AAAF İnşaat» MMC-yə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan tərəflər arasında bağlanılmış 09 yanvar 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinin 2.5, 12.1 və 13.10-cu bəndlərində göstərilmişdir ki, tərəflər qəbul edirlər ki, borcalan (İddiaçı) və birgə öhdəlik daşıyan ("xxxx" MMC) kredit müqaviləsi üzrə birgə borclulardır və Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən Borcverən ("xxxx" ASC) birdəfəlik icranı tələb etmək hüququna malikdir. Birgə öhdəlik daşıyan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kred itə hesablanan faizləri müqavilədə əks olunan qaydada və müddətdə ödəməlidir. Məhkəmə Mülki Məcəllənin 367, 385.1, 386.1, 442, 443.1, 445, 445.2.1, 448.1, 477.0.4, 500.1, 512, 739.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, müqavilə üzrə birgə öhdəlik daşıyan borclu "xxxx" MMC müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kredit üzrə hesablanacaq faizləri "xxxx" ASC-yə qaytarılması barədə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə 09 yanvar 2013-cü il tarixli 407 saylı zaminlik müqaviləsinə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə olan “kreditorla bağladığı 09 yanvar 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzif ələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək müqavilə qüvvədə qalır” ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin müddəada öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, hazırki iddia üzrə tərəflər arasında bağlanılmış 09 yanvar 2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və bu səbəbdən Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsinə görə xitam edilir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edilməmiş, bu halda qarşılıqlı iddia tələbi MMC-yə münasibətdə təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin normaları baxımından "xxxx" MMC-nin hərəkətləri həm birgə öhdəlik daşıyan borclu kimi həm də birgə borclu kimi müqavilə ilə müəyyən edilmiş müddətdə kreditə hesablanan faizləri müqavilədə əks olunan qaydada və müddətdə ödəməməsi öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbi ilə bağlı bildirmişdir ki, qarşılıqlı iddia tələbi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə təmin edilmədiyindən, ilkin iddia tələbinə hüquqi qiymət verilməsinə zərurət yaranmamışdır. Bu ndan əlavə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 22-ci fəslinə görə öhdəliyin icra edilməməsi hallarında kreditorun mübahisənin məhkəmədən kənar həlli üçün borcluya xəbərdarlıq göndərməyə hüququ çatır, həmçinin bu xəbərdarlıq hər hansı hüquqi nəticə yaratmır, həmçinin kreditor və borclu arasında yaranmış mübahisənin həmin xəbərdarlıq məktubundan sonra məhkəmədə mübahisləndirmək hüququ mövcud olmaqla, hər hansı hüquqların məhdudlaşdırılmasından söz getmir. Beləliklə, ilkin iddiaya münasibətdə işin halları araşdırıldıqdan sonra məhkəmə bu qənaətə gəlir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Qarşılıqlı iddia üzrə digər cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 20 21-ci il tarixli, 2(006)-2448/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin iddiasının cavabdeh "xxxx" MMC-dən faiz borcunun tutulması hissəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)6594/2021 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevın sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Məhərrəmovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)2448/2021 nömrəli qətnaməsi “qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən 09 yanvar 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat pulun, qarşılıqlı iddia əri zəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" ASC-yə ödənilməsi” hissəsində ləğv edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" ASC-nin iddia tələblərinin cavabdeh "xxxx" MMCyə aid hissədə də təmin olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 470, 477.0.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 09 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsinin 13.2-ci bəndinə əsasən, həmin müqavilə lizinq müqaviləsi üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, zaminlik müqaviləsinin 13.2-ci bəndinin şərti Mü lki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, zaminlə bağlanılmış 09 yanvar 2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatmasıdır. Tərəflər arasında bağlanmış 09 yanvar 2013-cü il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 60 ay müddətində, yəni 09 yanvar 2018-ci il tarixə qədər qaytarmalıdır. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı təşkilat zaminlərə qarşı 09 yanvar 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb o lunmur. Həmçinin məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan iddia müddətini də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, qarşılıqlı iddia üzrə cavabdehlər ilə bank arasında 09.01.2013-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 09.01.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Q ərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MMC-yə aid hissədə ləğv edilməli və ona qarşı verilmiş iddia tələbi rədd olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraat ı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)-6594/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə öhdəliyinin icra olunmamasını nəzərə almamış, MM-in 390.1, 399.3, 399.4 və 405.1-ci maddələrini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" MM C kassasiya şikayətinə yazılı etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflərin nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün h esab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia və qarşılıqlı iddia İddiaçı aid hissədə təmin edilməmiş və maraqlı şəxslər qətnaməni həmin hissədə mübahisələndirməmişlər. Apellyasiya şikayətini yalnız cavabdeh "xxxx" MMC vermiş və qətnamənin ona aid hissədə təmin olunan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya baxışının hədlərini yalnız qarşılıqlı iddianın cavabdeh "xxxx" MMCyə münasibətdə təmin olunmuş hissəsi təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etm ək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb et diyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstəri lmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yeri ndə müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul e dilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası MPM-nin 416.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə əsas öhdəlik tam icra olunanadək zaminin məsuliyyəti özü üzərinə götürməsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin müddəada öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Bu isə Mülki Məcəllənin 367-ci maddəsinin dispozisiya şərtlərinə ziddir. Odur ki, iddia üzrə tərəflər arasında bağlanılmış 09 yanvar 2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edərək, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsinə görə xitam verildiyi əsası ilə iddia tələbini cavabdeh "xxxx" MMCyə münasibətdə rədd etməklə, haqlı olmuşlar. Belə ki, kredit öhdəliyinin icrasının son tarixi 09 yanvar 2018-ci il müəyyən edildiyi halda, iddiaçı hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə 01 mart 2021-ci il tarixdə müraciət etmişdir. Digər tərəfdən “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hü ququna və iddialara aiddir.” Göründüyü kimi həmin qərarda Konstitusiya Məhkəməsi MM-in 477.0.4-cü maddəsini tələb hüququ xarakteri daşıyan, lakin iddia müddəti olmayan (istisna təşkil edən) müddətin nümunəsi kimi təqdim olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)6594/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-321/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-321/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver