Məhkəmə qərarları › İş №2(102)-3210/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3210/2019

06.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3210/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3210/2019 06 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, cavabdeh "Cavabdeh" MMC-nin vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli, 2(103)7306/2018 nömrəli qərardadından cavabdeh "Cavabdeh" MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) 11.12.2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh MMC-dən 2980 (iki min doqquz yüz səksən) manat məbləğində vurulmuş ziyan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) 13.08.2018-ci il tarixli, 2(103)-7306/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) 21.02.2019-cu il tarixli, 2(103)-7306/2018 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 13.08.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC və onun vəkili Bağırov Yadigar Ağasəf oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh MMC və onun vəkili Bağırov Yadigar Ağasəf oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə poçt qəbzində olan imzanın kimə məxsus olmasını araşdırmamışdır. “İsmayılov” soyadlı şəxs Cavabdeh MMC-nin direktorudur və o, məktubları qəbul etmir. Cavabdeh MMC-yə daxil olan b ütün məktubları katibə vəzifəsində işləyən X1 qəbul edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh" MMC-nin vəkili Bağırov Yadigar Ağasəf oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Üçüncü şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmi şdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.02.2019-cu il tarixli qərardadı ilə Cavabdeh MMC-nin kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan poçt qəbzinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsinin surəti Cavabdeh MMC-yə 08 sentyabr 2018-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmış və “İsmayılov” soyadlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. Kassasiya şikayəti 14 fevral 2019-cu il tarixdə məhkəmənin dəftərxanasına təqdim edilmiş və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. AR MPM-nin 408.1.4.-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, prosessualhüquqnormalarınıdüzgüntətbiqetmiş. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassator kassasiya şikayətində qəbzi imzalamış şəxsin kimliyini bilmədiyini qeyd etsə də, kollegiya hesab edir ki qətnamə düzgün olaraq hüquqi şəxsin ünvanına göndərildiyindən, həmin ünvana poçtla gələn sənədlərin müvafiq surətdə qəbul edilərək rəsmiləşdirilməsinə görə hüquqi şəxsin özü məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "Cavabdeh" MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli, 2(103)-7306/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar