Məhkəmə qərarları › İş №2(102)-3210/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3210/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3210/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı“ pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli 2(107)-184/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi i lə Göyçay Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 20000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20030 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan iş görmək məqsədi ilə 13 fevral 2018-ci il tarixdə 20000 (iyirmi min) manat pul almış, öz xətti ilə sadə yazılı formada qəbz yazaraq ona təqdim etmişdir. Cavabdeh öz xətti ilə qəbz yazmış və imzalamış, qəbzi ona təqdim etmişdir. Lakin heç bir iş görməmişdir. Bu səbəbdən də ondan pulunu tələb etmişdir. Cavabdeh maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bəhanə gətirməklə ondan aldığı pulu qaytarmaq fikrində deyil. Bununla da pulun qaytarılması təhlükəyə məruz qalmışdır. Bununla əlaqədar o, məhkəməyə müraciət e tmək məcburiyyətində qalmışdır. İş üzrə Göyçay Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev iş № 2(046)-1639/2018) İddiaçı Cavabdeht Məmmədrəhim oğluna qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən 20.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)1550/2019, hakimlər M.A.Əsədli, Ə.T.Məcidov, İ.F.Quliyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarı ilə (2(102)-1357/2019, hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev, Ə.Ə.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, qət namə ləğv edilərək iş yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (2(107)1550/2019, hakimlər E.S.Hüseynov, A.A.Mahmudov, V.İ.Məlikov) nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Göyçay Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(046)-1639/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı ilə (2(102)-6127/2019, hakimlər G.A.Quliyev, Ə.M.Rüstəmov, T.A.Qoldman) kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiya sının 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (2(107)-184/2020, hakimlər G.Q.Abbasov, R.R.Rəfiyev, M.R.Hüsyenov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş və Göyçay Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(046)-1639/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli 2(107)-184/2020 qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və düzgün tətbiq edilməmişdir. Cavabdeh aldadıldığına isinad etsə də bu halları təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf etibarsızlıq şərtini formal mülahizələrlə əsaslandırmış, konkter dəlillərlə sübuta yetirə bilməmişdir. İddiaçı tərəfindən isə istinad etdiyi halları sübut etmək borcu olduğuna görə kifayət qədər sübutlar təqdim edilmişdir və əlavə olaraq x10 da izahatının alınması da sübutetmə məqsədi daşıyır. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası M PM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əl yazısı ilə icra edilərək tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 20000 (iyirmi min) manat məbləğini 13.02.2018-ci il tarixdə təhvil aldığını bildirmişdir. 14.02.2018-ci il tarixdə notariat qaydada bağlanan kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan x8 20000 (iyirmi min) manat məbləğində borc vermişdir. Göyçay Rayon Notariat Kontorunun xüsusi notariusu tərəfindən x8 verilmiş bildirişdə onun 14.02.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun 30 gün ərzində ödənilməsini təmin etmədiyi halda kreditin məcburi ödənilməsi üçün İcra Qeydinin çıxarılacağı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin əsasını cavabdehdən 20.000 manat məbləğində pulun onun xeyrinə tutulması təş kil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçının cavabdehə tələb etdiyi pulu verməsini sübut etmək vəzifəsi iddiaçının, cavabdehin aldığı pulu qaytardığını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçı tələbinin əsası kimi “Mən x1 Sadiq Çingiz oğlundan 20.000 manat məbləğində 13 fevral 2018-ci ildə təhvil aldım” məzmunlu sadə yazılı qəbzə istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, o, 13 fevral 2018-ci ilədək iddiaçını tanımamışdır. Qohumu x7 təsərrüfatında fəhləlik edir. x11 özü də iddiaçının atası Çingiz Mayılovla uzun müddətdir ki, birgə inkubator işində əməkdaşlıq edirlər. x18 Mayılova 13 fevral 2018-ci il tarixdə cücə mövsümünün başlanması ilə əlaqədar pul lazım olduğunu bildirmiş, sonuncu yazılı müqavilə əsasında ona həmin pul məbləğini borc verməyi təklif etmişdir. Həmin tarixdə iddiaçının hazırda istinad etdiyi sadə yazılı qəbz tərtib edilmiş, Çingiz Mayılov isə həmin qəbz əsasında 20.000 manat məbləğində borc verə bilməyəcəyini bildirərək notarial qaydada müqavilə bağlanılmasını tələb etmişdir. 14 fevral 2018-ci il tarixdə İdris x2 Mayılov arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanılmışdır. Sübutların anlayışını və əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələblərinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin sübutların qiymətləndirilməsinin əsaslarını müəyyən edən 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən normaların məzmunundan göründüyü kimi tərəflərin, o cümlədən cavabdehin izahatı da sübut növü kimi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Apelyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçının cavabdehə 20.000 manat məbləğində pul verməsinin və həmin pulun qaytarılmasına dair iddiasının əsasını istinad etdiyi kimi 13 fevral 2018-ci il tarixindən bir gün sonra, 14.02.2018-ci il tarixdə notarial qaydada təsdiqlənməklə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı x8 20.000 manat borc vermişdir. Buna baxmayaraq, 13 fevral 2018-ci il tarixdə cavabdeh tərəfindən imzalanmaqla tərtib edilmiş qəbzdə yalnız pulun təhvil alınması göstərilmiş, ondan sonrakı gün notarial qaydada təsdiqlənməklə bağlanmış 14 fevral 2018-ci il tarixli müqavilədə borcverən və borcalanın öhdəliklərini müəyyən edən müddəalar əksini tapmışdır. İddiaçının istinad etdiyi qəbzdə Cavabdeh İddiaçı 20000 manat məbləğində pulu təhvil aldığı qeyd edilsə də, həmin məbləğin borc olaraq və ya başqa məqsədlə alınması, pulun geri qaytarılması vaxtı, eləcə də şərtləri barədə hər hansı bir digər öhdəlik xarakterli ifadələr qeyd edilməmişdir. Apelyasiya məhkəməsində Ali Məhkəmənin göstərişinə uyğun olaraq iddiaçının atası x13 məhkəmə kolegiyasının iclasında şahid kimi dindirilərkən verdiyi ifadəsində Cavabdeh İddiaçı 20000 manat məbləğində pulu iş görmək üçün (inkubatorda cücələrin çıxarılması, saxlanılması, satılması və s. ilə bağlı) aldığını, həmin pulun sayılıb verilməsin də iştirak etməsə də kənardan müşahidə etdiyini, həmin məbləğin hansı əskinazlarla verildiyini görmədiyini, latın əlifbasını oxuyub yaza bilmədiyi üçün qəbzdə yazılanları oxumadığını bildirmişdir. Kollegiyanın iclasında iddiaçının nümayəndəsinə və şahid qismində dindirilən atası Çingiz Mayılova iddiaçının həm Cavabdeh, həm də onun qohumu olan İdris Yaqubova ayrı-ayrılıqda 20000 manat məbləğində borc verdiyini, lakin uzun illər işgüzar münasibətləri olmaqla tanıdıqları və etibar etdikləri şəxs olan İdris Yaqubova borcun notariat qaydada təsdiq edilmiş rəsmi müqavilə əsasında verildiyi halda, o qədər də yaxşı tanımadıqları cavabdehə notariat qaydada deyil, sadə formada tərtib edilmiş qəbzlə eyni məbləğdə borc verilməsinin səbəbi barədə sual verilsə də, nümayəndə Gülzadə Mayılova həmin suala cavabını əsaslandıra bilməmiş, Çingiz Mayılov isə mücərrəd cavab verərək bildirmişdir ki, pulun Eldosa notariat qaydada verilməsini təklif etsə də, İdris Yaqubov ona demişdir ki, Eldosa görə narahat olma, ona mən cavabdehəm. İdrislə uzun illər işgüzar münasibətləri olduğuna görə, ona güvəndiyindən Eldos ilə notariat qaydada müqavilə bağlanılmasını zəruri bilməmişdir. Məhkəmə kollegiyası haqlı olaraq şahidin ifadəsini inandırıcı hesab etməmiş və qeyd etmişdir ki, əgər iddia tərəfi İdris Yaqubovla aralarında uzun müddətli və davamlı işgüzar əlaqələrə görə yaranan güvənli münasibətlərə görə İdrisin faktiki olaraq işçisi sayılan Cavabdeh 20000 manat məbləğində borcun notariat qaydada təsdiq edilmiş müqavilə olmadan, primitiv tərtib edilən sadə qəbz əsasında verilməsini mümkün hesab edirdisə, o nda ilk növbədə həmin şəxsin özünə verilən borc həmin qaydada (yəni notariusa getmədən) verilməli idi. Qeyd edildiyi kimi, İdris Yaqubova borc 14.02.2018-ci il tarixdə notariat qaydada təsdiq edilmiş rəsmi müqavilə əsasında verilmişdir. Kollegiya iddiaçının atasının ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni iddiaçı ilə qohumluq (ata-oğul) münasibətlərinə əsaslanan, iddianın təmin edilməsinə yönəlmiş və məhkəmə kollegiyasını çaşdırmaq məqsədli hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəflə Cavabdeh arasında deyil, İdris Yaqubovun arasında uzun illər ərzində davamlı işgüzar münasibətlər yaranmış, məhz həmin işgüzar münasibətlərin davam etdirilməsi üçün zəruri olduğundan, bu məqsədlə İdris Yaqubova borc pulun verilməsi halı meydana çıxmışdır. Belə olan təqdirdə həmin borc məbləği də İdris Yaqubova verilməli olduğu halda, faktiki olaraq İdris Yaqubovun işçisi funksiyalarını yerinə yetirən və iddia tərəfi ilə İdris Yaqubovun aralarında olan işgüzar münasibətlərə görə müstəqil cavabdehlik daşımayan Cavabdeh həmin işgüzar münasibətlərin davam etdirilməsi üçün kifayət qədər böyük məbləğ sayılan 20000 manat məbləğində borcun verilməsi (həmdə primitiv qaydada tərtib edilmiş qəbz əsasında) ağlabatan deyildir. İddiaçının cavabdehə 20000 manat məbləğində pul verməsinin və həmin pulun qaytarılmasına dair iddiasının əsası olaraq istinad etdiyi 13 fevral 2018-ci il tarixli qəbzin tərtib edilməsindən bir gün sonra, 14.02.2018-ci il tarixdə notarial qaydada təsdiqlənməklə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı x8 20000 manat məbləğində borc vermişdir. Göründüyü kimi, hər iki əqdin predmetini 20000 manat məbləğində pul vəsaiti təşkil etmişdir. Buna baxmayaraq, 13 fevral 2018-ci il tarixdə cavabdeh tərəfindən imzalanmaqla tərtib edilmiş qəbzdə yalnız pulun təhvil alınması göstərilmiş, həmin qəbzdə pulun hansı əsasla alındığı, təhvil alan barəsində hansı öhdəlik yaratdığı, verilən pulun qaytarılmalı olub-olmadığı, əgər qaytarılmalıdırsa hansı müddətdə qaytarılması barədə şərtlər göstərilməmişdir. Lakin bundan sonrakı gün notariat qaydada təsdiqlənməklə bağlanmış 14 fevral 2018-ci il tarixli müqavilədə borcverənin və borcalan İdris Yaqubovun öhdəliklərini müəyyən edən müddəalar əksini tapmışdır. Apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, məbləğin ən azından hansı əsasla (borcun alınması və ya borcun qaytarılması, bağışlama, digər müqavilələr üzrə ödəniş və s.) alınması barədə şərtləri özündə əks etdirməyən qəbzin ikitərəfli müqavilə kimi qiymətləndirilməsi müqavilənin anlayışını və əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfindən təqdim edilmiş 20000 manat məbləğində pulun alınması əsaslarının qeyri-müəyyən olduğu qəbzi müqavilə kimi qiymətləndirilə bilməz. Cavabdeh İddiaçı 20000 manat məbləğində pulun alınması əsaslarının qeyri-müəyyən olduğu, primitiv qaydada tərtib edilmiş qəbzi mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə hesab etmək mümkün deyildir. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada ba ğlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin əsaslarını müəyyən edən 337-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı bar ədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının tələb etdiyi borca münasibətdə öz iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndir ilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. İddiaçı kassasiya şikayətində apelyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının pozulduğunu qeyd etsə də, bu pozuntunun nədən ibarət olmasını əsaslandırmamış, yalnız işin faktiki hallarını və müvafiq maddi hüquq normalarının məzmununu qeyd etməklə kifayətlənmişdir. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin d əlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli 2(107)184/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar