Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3210/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı pul tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinıə dair ilkin və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-26/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayətin ə 13 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 1 iyun 2018-ci il tarixli borc müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 8000 manat məbləğində pul verməyi, borc alan isə həmin pulu 1 il 6 ay müddətinə borc verənə qaytamağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, borc müqviləsi üzrə 8000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq ona verilməsini xahiş etmişdir.
3. Bundan başqa, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı, aldatma yolu ilə (sənədləşmə işlərini aparmaq bəhanəsi ilə) alıdğı 9100 ma nat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 01 iyun 2018-ci ildə borc müqaviləsi bağlayaraq Cavabdeh 8000 manat borc vermişdir. Müqavilə bağlayarkən razılaşmışlar ki, həmin pulu Cavabdeh ona 01 dekabr 2019-cu ilə kimi qaytaracaqdır. Lakin cavabdeh ondan aldığı pulu geri qaytarmamışdır. Cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliklərini pozduğundan onunla aralarında bir neçə dəfə danışıqlar olmuş və cavabdeh telefon danışığı zamanı ona borclu olmasını etiraf etmişdir.
5. Cavabdeh tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı bir sıra sənədləşmə işlərində geniş çevrəsi olduğunu eşitdiyindən və qızı xxxnın xəstəliyi ilə əlaqədar müəyyən sənədləşmə işlərini tamamlaya bilmədiyindən İddiaçı müra ciət edərək ona köməklik göstərməsini xahiş etmişdir. İddiaçı müəyyən məbləğdə pul qarşılığında ona köməklik edə biləcəyini bildirmiş və onlar razılaşmışlar. 2019-cu ildə arvadı xx, qayınanası xxxxnın təqaüdə çıxmaları və qızı xxxüçün təkrar tibbi rəy alınması işində ona yardımçı olmasını xahiş etmişdir. Bundan sonra İddiaçı işlərin həll olunması üçün pula ehtiyac olduğunu bildirmiş, lakin o, ödəmələri hissə-hissə ödəyə biləcəyini bildirmişdir və bu barədə razılığa gəlmişlər. 27 aprel 2019-cu ildən başlayaraq, cavabdehə hissəs-hissə pul vermişdir. Bir müddət sonra 08 mart 2020-ci il tarixdə iki nəfər polis işçisi onun evinə gələrək İddiaçı ondan şikayət etdiyini və onu ölümlə hədələdiyini bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O, isə izahatında İddiaçı borcu olmadığını bildirmi ş və daha sonra onun evinə getmişdir. x1işi bağlamaq üçün əvvəlcə ondan 1500 manat, daha sonra isə 500 manat pul tələb etmiş, lakin o, pulunu olmadığını bildirdiyi üçün sonda 100 manat x1pul verərək razılaşmışlar. Beləliklə ümumilikdə o, İddiaçı 9100 manat pul vermişdir. Daha sonra karantin dövrü başlamış və o da hadisələrdən xəbərsiz olmuşdur. Hazırda ona məlum olmuşdur ki, İddiaçı onu şərləyərək qızının işi üçün ona imza etdirdiyi vərəqdəki imza nümunəsindən kompyuter texnologiyasından istifadə edərək saxtlaşdırma yolu ilə onun adından olan borc müqaviləsi bağlamışdır. Halbuki, onun imzaladığı A4 formtalı kağızdakı imza və yazılar vərəqin yuxarı sol hissəsində olmuş, sonradan borc müqaviləsi düzəldilərkən yazılar vərəqin aşağı hissəsinə gətirilmişdir.
6. İddiaçı qarşılıqlı iddianı qəbul etməmiş, etirazında bildirmişdir ki, Cavabdeh ona qarşı təzyiq göstərmək məqsədi ilə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin ona qarşı olan tələbi tamamilə əsassızdır. Belə ki, cavabdehin ona 9100 manat məbləğində pul verməsini təsdiq edən hər hansı sübutu yoxdur.
7. Masallı Rayon Məhkəməsinin (hakim F.Z.Əliyev) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-1230/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında borc münasibəiləri sadə yazılı formada bağlanmış müqaviləyə əsaslanır. Eyni zamanda Cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb tdiyi tərzdə, yəni i şgüzar adətlər üzrə şərtləşdirilmiş vaxtda və lazımi şəkildə icra etməyərək borc aldığı 8000 manat məbləğində pulu hal-hazıradək iddiaçıya qaytarmamışdır.
9. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən borca görə 8000 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğu üçün təmin edilməməlidir.
10. Qarşılıqlı iddianın rədd olunmasında məhkəmə hesab etmişdir ki, cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları, iddiaçının onun hesabına əsassız varlanmasını sübuta yetirə bilməmiş, bu barədə hər hansı sübut təqdim etməmşidir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 425.1, 442, 739.1 və 740.2-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. xx.xx.2019-cu il tarixdə Həsənli kəndindəki evində, qızı azyaşlı olduğuna görə ona aid sənədəşmənin aparılması üçün lazım olduğunu bildirərək, ağ vərəqə orta nahiyyədən bir az yuxarıda, sol tərəfə yaxın bir yerdə imza etdirərək, "Mən Cavabdeh imzanı özüm çəkdim" ifadəsini yazdırmış və bildirmişdir ki, sənədlər onda olduğundan qalan sorğuların cavabını onun əvəzinə özü dolduracaq. Daha sonra karantin dövrü başlamış və o da hadisələrdən xəbərsiz olmuş, nəticədə məlum olmuşd ur ki, İddiaçı onu şərləyərək qızının işi üçün ona imzalatdırdığı vərəqdəki imza nümunəsindən istifadə edərək, çox yəqin ki, kompüter texnologiyasından istifadə etməklə, saxtalaşdırma yolu ilə onun adına onunla "borc müqaviləsi" bağlanması barədə saxta sənədlər hazırlamışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və N.F.Mirzəyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-26/2022 saylı mülki iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırmaq üçün borc müqaviləsini təqdim etmişdir. Cavabdeh id dianı qəbul etməmiş, borc müqaviləsinin saxtalaşdırıldığını qeyd etməklə, əksinə İddiaçı ona borclu olduğunu bildirmişdir. Cavabdeh öz tələbini əsaslandırmaq üçün hər hansı sübut təqdim etməmişdir.
16. Cavabdeh vəsatəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilmişdir.
17. Məhkəmə xəttşünaslıq ekspertizasının 21 aprel 2021-ci il tarixli, 4/353 nömrəli rəyinə görə ekspertizaya təqdim edilmiş, 2(106)-196/2021 nömrəli mülki işin 6-cı vərəqəsində olan xx.xx.2018-ci il tarixli borc müqaviləsinin arxa hissəsində “Borcalan İmza” qrafasındakı imza və “mən Cavabdeh imzanı özüm çəkdim yazıları”- Cavabdeh tərəfindən icra olunmuşdur.
18. Cavabdeh vəsatəti əsasında, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiya sının 29 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası keçirilmişdir.
19. İş üzrə keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasnın 10 sentyabr 2021-ci il tarixli, 5/894 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinin arxa hissəsində Cavabdeh adının qarşısındakı (solundakı) olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir.
20. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 739.1, 385.1 və Mülki Prosessual Məcəllənin 77.1- ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən istinad etdiyi maddi hüquq normaları işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normaların tətbiqi düzgün deyildir. Mülki Məcəllənin 739.1-ci maddəsinin iş üzrə tətbiqi səhvdir. Çünki məhkəmə tərəfindən iddia tələbini əsaslandıran sübut kimi qiymətləndirilmiş borc müqaviləsinə dair sənədin əsli tələbkar tərəfindən iddia ərizəsinə əlavə edilməmiş və sonrakı mərhələlərdə də məhkəməyə təqdim edilməmişdir.
24. Tələbkar tərəfindən sənədin əslinin məhkəməyə təqdim edilməsiylı bağlı tələblər həm birinci instansiya, həm apellyasiya məhkəməsində təmin edilməmişdir. Sözügedən borc müqaviləsinin əslinin məhkəməyə təqdim edilməməsi səbəbindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza da, iddiaçı tərəfindən işə əlavə edilmiş borc müqaviləsinin kserosurəti əsasında aparılmışdır ki, bu halda da ekspert rəyi mötəbər sübut sayıla bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəmə li, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.
36. İddiaçının sübut kimi təqdim etdiyi 1 iyun 2018-ci il tarixli borc müqaviləsinin əsli iş materiallarındadır və həmin sənədin əsli məhkəmə xəttşünaslıq ekspeptizası və məhkəmə sənədlərin texniki ekspertizası zamanı tədqiq edilmişdir.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-26/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.