Məhkəmə qərarları › İş №2(102)-3210/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3210/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3210/2023 28.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2(106)561/2023 nömrəli qətnaməsindən tərəfindən Cavabdeh1 verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə 23529,67 manat məbləğində əsas borcun, 3498,85 manat məbləğində faiz borcunun, 633,03 manat məbləğində cərimə borcunun, cəmi 27661,55 manat borcun və 174 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Beyləqan Rayon Məhkəməsinin (hakim: Ramiz Nurullayev) 2022-ci il 28 noyabr tarixli, 2(020)-1267/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müq aviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23529,67 manat əsas, 3498,85 manat faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27088,52 manat məbləğində kredit borcunun və 160 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 14 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin (hakim: Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) 2023-cü il 12 aprel tarixli, 2(106)-561/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

6. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

7. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəm əsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

8. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

9. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfind ən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

10. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir.

12. Belə ki, fiziki qaydada poçt vasitəsilə məhkəməyə göndərilmiş kassasiya şikayəti kassator tərəfindən imzalansa da, vəkilin özü tərəfindən imzalanmamışdır.

13. Halbuki, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qeyd edilənlərə əsasən, şikayət icraata qəbul oluna bilməz.

14. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır.

15. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

16. Odur ki, kassa siya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığı üçün MPM-in 408.1.1-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2(106)-561/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar