Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3211/2019 02.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçıkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-3458/2018, hakim R.Y.Həsənov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 7.000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manata məzənnəsi ilə və 1.963 maat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12079/2018, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi qismən, cavabdehdən iddiaçının xeyrinə 7.000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manata məzənnəsi ilə alınması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində həmin qətnamənin ləğv edilib iddianın tam təmin e dilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz E 240” markal avtomobilin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə Cavabdeh payları müəyyən edilmiş, həmçinin 3.926 manat kredit borcunun İddiaçı ilə Cavabdeh borcu olaraq ödənilməsi qət edilmişdir. 17 aprel 2018-ci il tarixdəİddiaçı həmin avtomobilin Cavabdeh tərəfindən 14.000 ABŞ dolları müqabilində satılmasına, o cümlədən banka olan 3.926 manat birgə kredit borcunu ödədiyinə istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 7.000 ABŞ dolları və 1.963 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsinixahiş etmişdi r. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, o birgə nikah dövründə əldə edilmiş avtomobilin paylı mülkiyyətçisidir. Həmin avtomobil 14.000 ABŞ dollarına satılmış və ona heç bir kompensasiya verilməmişdir. Belə olan halda həmin avtomobilə görə cavabdeh tərəfindən əldə edilmiş vəsaitin 50 faizi, yəni 7.000 ABŞ dolları onun mülkiyyəti hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təm in edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. 3.926 manat kredit borcuna görə 1.963 manat pul tələbinin təmin edilməsi hissəsində qətnamə mübahisələndirilmir. Cavabdehin adına olan avtomobil 06 fevral 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin avtomobil iddiaçı və cavabdehin birgə əmlakı hesab edilməklə ½ hissəsinə payları müəyyən edilmişdir. İddiaçı həmin avtomobilin cavabdeh tərəfindən satılmaqla alınmış pul məbləğinin ½ hissəsinin tələbini irəli sürmüşdür. Həmin hissədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə birgə nikah dövründə həqiqətən avtomobil əldə etmişlər. Lakin həmin avtomoil onun adına rəsmiləşdirilsə də, etibarnamə ilə iddiaçının istifadəsində olmuşdur. İddiaçı ona pul lazım olduğu üçün avtomobilin satılmasını və satışdan əldə edilən pulun yarısını ona verməyi təklif etmiş və o, bu təklifə razılaşmışdır. O, alqı-satqı müqaviləsini imzalamış, iddiaçı isə razılıq ər izəsi vemişdir. Bütün rəsmiləşdirmələri iddiaçı həyata keçirmiş, o isə lazım olan yerlərə imza etmiş və yekunda ona 3.000 manat pul verilmişdir. Həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş cavabdehdən 7.000 ABŞ dolları məbləğində pulun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mübahisəli avtomobil 2013-cü ilin may ayında satılmış, hazırki iddia isə 2018-ci ilin aprel ayında irəli sürülmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 1095-ci maddəsində göstə rilən müddət ötürüldüyünə görə qeyd edilən hissədə iddia təmin edilə bilməz. Apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi iddiaçının tələbi məhkəmə qətnaməsi ilə ½ hissədə mülkiyyət payı müəyyən edilmiş avtomobilin satışından əldə edilmiş pul vəsaitinin onun payına düşən hissəsinin cavabdehdən tutulması təşkil edir. İş materiallarından görünür ki, tərəflərin birgə əmlakı müəyyən edilmiş avtomobil 06 fevral 2013-cü il tarixdə əvəzli şəkildə özgəninkiləşdirilmişdir. 22 oktyabr 2013-cü il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin avtomobilə dair iddiaçı və cavabdehin hər birinin ½ hissəsinə olmaqla payı tanınmışdır. İddiaçı mübahisəli avtomobilin cavabdeh tərəfindən satılmasına istinad edərək satışdan əldə edilən vəsait in həmin əmlakdakı payına mütənasib hissəsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya məhkəməsi mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməməklə, iddia tələbinə mülkiyyətin müdafiəsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymət verməmiş, əsassız varlanma barədə maddi hüquq normalarına istinad etməklə tətbiq edilməli olan normaları tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci madd əsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş, tətbiq edilməli olan qanun tətbiq edilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın rədd edilməsi hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası avtomobilin birgə satılması, əldə edilən pulun tərəflər arasında bölünməsinə dair işin faktiki halları barədə cavabdehin irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, tətbiq edilməli olan qanun tətbiq edilməklə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilsin, iş həmin hissə də yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3211/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3211/2019
02.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver