Məhkəmə qərarları › İş №2(102)-3211/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3211/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3211/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ xx xxxxxx 2020-ci il İş № 2(102)-3211/2020 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-262/2020 nömrəli qətnaməsindən İddia çı və vəkili Nümayəndə, Cavabdeh və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2005-ci il tarixdə anadan olmuş XXX oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-48/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 180 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilkin iddiası qismən təmin edilərək, xx.xx.2005-ci il təvəllüdlü XXX oğlunun saxlanması üçün hər a y 100 manat müəyyən edilməsi və alimentin miqdarının artırılması tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov - sədrlik edən və məruzəçi, Ə.Məcidov, M.Əsədli) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1946/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məh kəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh kassasiya şikayətləri MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdirlər. Belə ki, Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki işdə tərəflər İddiaçı alimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişlər. İddiaçı üçün hər ay 60 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin 180 manata artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 120 manat (180-60=120) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti ali ment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın qiyməti 1440 manat təşkil edir (12x120=1440 manat). Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-3211/2020 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417,1.7-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-262/2020 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətlərinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışınd an çıxarılsın. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar