Məhkəmə qərarları › İş №2(102)-3215/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3215/2019

13.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3215/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Vəkil və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cuiltarixli 2(103)50/2019 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim E.Ağayev) 03.08.2018-ci il tarixli 2(010)-4997/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri, ****************** saylı evdən istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev, X.Sarıyev) 14.01.2019-cuiltarixli 2(103)-50/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli 2(010)-4997/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 14.01.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə 12.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, *************** saylı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının əmisi X4 04.02.1950-ci ildə keçmiş *******, indiki Bakı şəhəri, ************* küçəsi, ev 1A-da anadan olmuş və 25.04.2017-ci il tarixdə rəhmətə g etmişdir. O, göstərilən əmlaka yetmiş ilə yaxın vicdanla sahiblik etmişdir. İddiaçı əmisi X3 hüquqi varisi sayılır və hesab edir ki, onunla birgə yaşayıb ona qulluq etdiyi, birgə təsərrüfat apardığı üçün evə dair sahiblik müddəti onun sahiblik müddətinə birləşdirilməlidir. Hazırda daşınmaz əmlaka mülkiyyət hüququ əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Cavabdehlər 1986-cı il tarixdən Rusiya Federasiyasına köçmüş və vətəndaşlıq almışlar. Cavabdeh adınadan 05.11.2018-ci il tarixdə məhkəmə qəbzinə naməlum şəxs imza edərək birinci instansiya məhkəməsinin qətnaməsini almış və apelyasiya şikayəti ilə müraciət etmişdir. Qəbzdə və apelyasiya şikayətində imzalar bir-birindən fərqlidir. Bundan əlavə, Cavabdeh1 tərəfindən nümayə ndəsi Vəkil göndərilmiş etibarnamədəki imza da qəbzdə və apelyasiya şikayətində olan imzadan fərqlənir. Apellyasiay məhkəməsində mübahisə araşdırılan zaman bu hal məhkəmənin nəzərinə çatdırılıb yoxlanması tələb edilsə də, məhkəmə iddiaçının nümayəndəsini daşınmağa qoymamış və onun dediklərinin məhkəmə protokoluna salınmaması ilə hədələmişlər. İmzaların saxta olması və bunu etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün iddiaçı hesab edir ki, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməli, saxtakarlığa yol vermiş şəxslər barəsində toplanmış material prokurorluğa gönədilməlidir. Həmçinin apelyasiya şikayətinin verilmə müddəti ötürülmüş, müddətin bərpası barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.201 9-cuiltarixli 2(103)-50/2019 saylı qətnaməsinin ləğv edilərək xəttşünaslıq ekspertizasının keçirilməsi və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə i clasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.01.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətini təmin edərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli 2(010)-4997/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düz gün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və işdə olan Suraxanı rayon icra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyindən verilmiş 14 iyun 2018-ci il tarixli 761 nömrəli arayışdan görünür ki, mərhum X4 doğulduğu vaxtdan vəfat etdiyi 25.04.2017-ci il tarixə kimi Bakı şəhəri, *************** küçəsi 1 «***» saylı evdə yaşamış və qeydiyyatda olmuş, X4 25 aprel 2017- ci ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 may 2017-ci ildə 1084 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri, *************** küçəsi 1 «****» saylı evə dair Ev Dəftərindən görünür ki, 1950-ci il təvəllüdlü X4 həmin evdə yaşamaqla yaşayış yeri üzrə qe ydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş 06 iyul 2018-ci il tarixli arayışlardan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barəsində Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsində məlumat yoxdur. İşdən müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsi olan tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi, alqı-satqı, bağışlama və s.) təqdim edilməmişdir. İşdə olan sözgedən yaşayış sahəsinə dair Ev Dəftəri isə hüquqmüəyyənedici sənəd hesab olunmur və yalnız mərhum X3 həmin evdə faktiki yaşadığını təsdiqi barədə sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sa həsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (m addə 180.3.). Kollegiya qeyd etmişdir ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı hüquqları tənzimləyir. İşin faktiki hallarından aşkar görünmüşdür ki, mübahisəli tikili yaşayış sahəsi kimi istiafdə olunmuş, lakin daşınmaz əmlaka olan hüquqlar dövlət qeydiyyatına alınmamış, bu əmlakdan sahiblik, istifadə və sərəncam hüququ ümumiyyətlə əmələ gəlməmişdir. Belə olduqda isə evə hər hansı əşya hüququ yaranmır və nəinki hazırki iddiaçının, həm də mərhumX3 mübahisəli evə istifadə hüququ yaranmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququ mövcud olmadığından o yaşayış sahəsindən istifadə hüququnun tanınmasını tələb edə bilməz. Mövcud olmayan h üququn müdafiəsi və realizəsi isə məhkəmə qaydasında mümkün deyil. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayəti əsasında hər hansı maddi və prosessual hüquq pozuntusu müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cu il tarixli 2(103)-50/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar