Məhkəmə qərarları › İş №2(102)-3215/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3215/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3215/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh5 və vəkili Salahov Hümbət Rza oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-198/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qət naməsindən Cavabdeh5 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(039)-206/2019 nömrəli qətnaməsi ilə (hakim T.M.Əliyev) iddia qismən təmin edilərək, Cavabdeh4 08 avqust 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsi və 3 nömrəli əlavə üzrə 18.377.87 manat əsas, 369.89 manat faiz borcu, 200 manat cərimə, 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 31 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 19,009 (on doqquz min doqquz) manat 16 (on altı) qəpiyin İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ilk olaraq Cavabdeh4 məxsus Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, 71 saylı evin 6 saylı mənzilinə yönəldilməklə həmin yaşayış evi açıq hərracdan satılmaqla satış h esabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ASCyə ödənilməsi, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, 71 saylı evin 6 saylı mənzilinin ilkin satış qiymətinin 57.000 (əlli yeddi min) manat müəyyən edilməsi, bu mənzil satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılmaları və onlar tərəfindən mənzilin boşaldılması, bu, borcun ödənilməsinə yetmədikdə tələbin Cavabdeh3 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzilinə yönəldilməklə həmin mənzil açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ASC-yə ödənilməsi, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzilinin ilkin satış qi ymətinin 67.000 (altmış yeddi min) manat müəyyən edilməsi, həmin mənzil satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh3 həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməklə çıxarılması və onun tərəfindən mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın Cavabdeh4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(039)-206/2019 saylı qərardadı ilə (hakim T.M.Əliyev) qətnamədə yol verilmiş yanlışlıq düzəldilərək “Mingəçevir şəhəri, H.Əliyev prospekti, 21 saylı ev in 23 saylı mənzilinin ilkin satış qiymətinin 67.000 (altmış yeddi min) manat müəyyən edilmiş” sözlərinin 68.000 (altmış səkkiz min) manat müəyyən edilməsi kimi oxunması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-198/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və Ə.T.Məcidov), cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin 24 sentyabr 2019cu il tarixli, 2(039)-206/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərzəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh4 İddiaçı ASC-nin xeyr inə 08 avqust 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 sayl kredit müqaviləsi və əlavə razılıq 3 № üzrə Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə 20.016,28 manat əsas, 5.701,05 manat faiz, 4.020,57 manat cərimə olmaqla, cəmi 29.737,90 manat məbləğində borcun tutulmasını, tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanına yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun qeyd olunan mənzilin açıq hərracda satışdan əldə olunan vəsaitin hesabına ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 21, mənzil 23-ə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılmasi və borcun qeyd olunan mənzilin açıq hərracda satışdan əldə olunan vəsait hesabına ödənilməsi, tutma Cavabdeh4 məxsus ünvan 1-ya yönəldikdə və onun satışından 1 ay sonra Mingəçevir şəhəri, M.Maqomayev pro spekti, ev 71, mənzil 6-ya orada yaşayan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması, tutma Cavabdeh3 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 21, mənzil 23-ə yönəldikdə və onun satışından 1 ay sonra Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 21, mənzil 23-ə orada yaşayan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və boşaldılması, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və 62 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınması dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh5 həmin qətna mədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib mülki işin yenidən qanunun tələblərinə uyğun və obyektiv baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh5 və vəkili Salahov Hümbət Rza oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası kredit borcu üzrə tərəflərindən ödənilmiş məbləği nəzərə almadan, mənzillərin ardıcıl satılması barədə qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasi ya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.Həmçinin nəzərə alınmamışdır ki, iddia tələbinin ipoteka ilə yüklü edilən Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzilinin kredit müqaviləsi bağlanarkən və həmin ev girov qoyularkən Cavabdeh3 ailə üzvlərinin razılığı alınmamış, həmçinin Cavabdeh5 da xəbəri olmamış və həmin müqavilədə onun imzaları yoxdur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh5 və vəkili Salahov Hümbət Rza oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh5 və vəkili Salahov Hümbət Rza oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh5 kassasiya şikayəti qismən təmin olunmalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi ipoteka predmetinə tutmanın ardıcıllıqla yönəldilməsinə dair hissədə dəyişdirilməli, kredit borcu ipoteka predmetləri olan mənzillərə yön əldilməli, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin f aktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh4 arasında bağlanmış 08 avqust 2014cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinin surətindən müəyyən olunur ki, bu müqavilə əsasında Cavabdeh4 illik 26 faizlə 36 ay müddətinə 35.000 manat məbləğində kredit verilmişdir. -08 avqust 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh4 (ipoteka qoyan) arasında 08 avqust 2014-cü il tarixdə 115.CL.080814.00005/c saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə Mingəçevir şəhəri, M.Maqomayev küç əsi, 71 saylı evin 6 saylı mənzili bankın xeyrinə yüklü edilmişdir. -Cavabdeh4 həmin zaman yetkinlik yaşına çatmış ailə üzvləri Cavabdeh5 və Cavabdeh4 buna razılıq verərək iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və ünvanda qeydiyyatdan çıxmağı üzərilərinə götürmüşlər. -08 avqust 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan) arasında 08 avqust 2014-cü il tarixdə 115.CL.080814.00005/a saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə Mingəçevir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzili bankın xeyrinə yüklü edilmişdir. -30 mart 2016-cı il tarixdə 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinə əlavə razılıq 3 №-li bağlanmış, razılığın şərtlərinə görə illik 20 % müəyyən edilmiş və kreditin müddəti 08 avqust 2017-ci il tarixədək uzadılmışdır. Qeyd edilən ipoteka müqavilələri barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmış və həmin qeyddən çıxarışlar verilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən təqdim edilmiş 11 aprel 2019-cu il tarixli mütəxəssis rəylərində qeyd olunur ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, 71 saylı evin 6 saylı mənzilinin orta bazar qiyməti 57.000 manat, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzilin orta bazar qiyməti isə 68.000 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2019-cu il tarixli ekspert rəyində qeyd olunur ki, 08 avqust 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredi t müqaviləsi üzrə Cavabdeh4 08 avqust 2017-ci il tarixə 24.085,63 manat əsas, 369.89 manat faiz borcu, 11 sentyabr 2018-ci il tarixə isə 21.464,00 manat əsas, 462.07 manat faiz borcu müəyyən olunur. İşdə olan maliyyə arayışlarına əsasən İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh4 arasında bağlanmış 08 avqust 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 22.267.41 manat əsas, 2.808.97 manat faiz, 424.62 manat artırılmış faiz borcu, 23 sentyabr 2019-cu il tarixə 20.001,28 manat əsas, əsas borc üzrə kompensasiya ödənildikdən sonra 18.377,87 manat əsas, 6.029,55 manat faiz, 5.055,13 manat artırılmış faiz borcu mövcuddur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319,1, 385.1, 442, 467, 739.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 41, 39, 59 maddələrinə istinad edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın geci kdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. -295-ci maddəsinə müvafiq olaraq girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçir ilir. -307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. -317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutu lmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməs inə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimi yyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımın ca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Apelyasiya instans iyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 08 avqust 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə də göründüyü ki mi iddiaçının Cavabdeh4 münasibətdə tələbi qanuni və əsaslıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin əsasən qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit borcunun müəyyən edilməsi və ipoteka predmetləri olan mənzillərə tutmanın yönəldilməsi barədə düzgün baxılmış, həmin hissədə mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinə tutmanın hansı ardıcıllıqla yönəldilməsi hissəsind ə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, tutmanın ipoteka predmetləri olan mənzillərə yönəldilməsi icra icraatı qaydasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq icra edilməli olduğundan, iddia tələbi üzrə tutma ümumilikdə ipoteka predmetləri olan mənzillərə yönəldilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Ali Məhkəmənin Mülki Kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın ardıcıllıqla yönəldilməsinə dair hissədə dəyişdirilməklə, kredit borcu ipoteka predmetləri olan mənzillərə yönəldilməlidir. Göstərilənlərə və AR MPM-nin 417.1.2-ci və 419-cu maddələrinin tələbinə əsasən Ali Məhkəmənin Müki Kollegiyası Qərara aldı: Cavabdeh5 kassasiya şikayəti qismən təmin olunsun. Şə ki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-198/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmetlərinə tutmanın ardıcıllıqla yönəldilməsinə dair hissədə dəyişdirilsin. Kredit borcu ipoteka predmetləri olan mənzillərə yönəldilsin. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar