Məhkəmə qərarları › İş №2(102)-3215/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3215/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3215/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Aqil Əzizağa oğlu Abbasov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2495/2021 nömrəli, 03.02.2021-ci il tarixli qərardadından cavabdeh xxx kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1404/2019 saylı, 22 oktyabr 2020-ci il tarixli qərardadına əsasən iddiaçı xxx cavabdeh xxx qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçının şikayəti Xətai Rayon Məhkəməsinin 2(011)-1404/2019 saylı, 17 dekabr 2020-ci il tar ixli qərardadı ilə şikayət baxılması üçün apellyasiya məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2495/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1404/2021 saylı, 22 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, Anar Tanrıverdiyev İddiaçı xxx (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bil ər. Mülki Prosessual Məcəllənin 395.1.1 və 395.1.2 maddələrinə görə bu Məcəllədə göstərilən hallarda, eləcə də məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda işdə iştirak edən şəxslər həmin qərardadlardan şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik barəsində kassasiya şikayəti, eləcə də, ümumiyyətlə, şikayət verilməli olan məhkəmə aktlarının dairəsini dəqiq müəyyən etmiş və bundan hər hansı istisnanı nəzərdə tutmamış dır. Qanunvericiliyin tələbinə görə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan şikayət veriə bilər. Hazırda barəsində kassasiya şikayəti verilən qərardad isə iş üzrə icraata xitam verilməsi barədə yox, bunun tam əksi olaraq işə xitam verilməməsi barədədir. Qeyd edildiyi kimi belə qərardadlardan şikayət verilməsi qanunda nəzərdə tutulmayıb, eləcə də bu qərardad işin sonrakı hərəkətinə də mane olmur. Bu baxımdan, MPM-in istinad edilən maddələrinin tələbinə görə iddiaçı xxx Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2495/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası göstərilən bu halları nəzərə almadan, barəsində kassas iya şikayəti verilən qərardadın sonunda həmin qərardaddan şikayət verilməsinin mümkünlüyünü göstərməklə qanunvericiliyin tələblərini pozmuş, eləcə də Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməyərək kassasiya şikayətini kassasiya instansiyasına göndərməklə təkrar səhvə yol vermişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki kassasiya şikayəti, barəsində kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardaddan olduğu üçün qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 402 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı xxx Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.02.2021-ci il tarixli, 2(103)-2495/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar