Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3215/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ucar rayon Qazyan Bələdiyyəsi və X14) iş üzrə QƏRARİ Açar sözlər: qonşuluq hüququ, maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ucar rayon Qazyan Bələdiyyəsi və X14) “yolun və su bərəsinin açılması və yenidən tutulmasının cavabdehlərə qadağan edi lməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-156/22 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ucar rayonu, Qazyan kəndində 0,97 hektar torpaq sahəsi Ucar rayonu Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə X3, İddiaçı, X4, Nümayəndə, X9, X7 və X2 mülkiyyətlərinə verilmişdir.
2. İddiaçı həmin sahədə kənd təsərrüfatı ilə məşğul olur.
3. Ucar rayonu, Qazyan kəndində 0,82 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,5 kv.m olan fərdi yaşayış evi X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn yolu tam açması, həmin torpaq sahəsinə gələn su bərəsini bərpa etməsi və tam açması, həmçinin həmin yolda olan tikililərin sökülməsi və bir daha həmin yolun və su bərəsinin tutmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, artıq 3 aydır ki, qonşuları olan cavabdehlər onun həyətinə gələn axını torpaqla doldurmuş və dam örtüyü ilə həmin sahəni ha sarlamışlar. Nəticədə isə onun ailəsi və ağacları susuz qalmışdır. Bundan başqa, cavabdehlər həmin torpaq sahəsinə gedən yolun da bir hissəsini zəbt etdiklərindən yol daralmış və nəticədə böyük maşınlar həmin yola girə bilmirlər. Kənd təsərrüfatı ilə məşğul olduğundan həmin yola traktorların girə bilməməsi fəaliyyətinə mane olur.
6. Cavabdehlər iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişlər ki, iddiaçının həyətyanı torpaq sahəsi Cavabdeh1 oğlu Əli Quluzadənin mülkiyyətində olan torpaq sahəsi və öz əmisi oğlu X5 həyətyanı torpaq sahələri ilə həmsərhəddir. İddiaçı öz həyətyanı torpaq sahəsini suvarmaq üçün İlham Quliyevin torpaq sahəsindən keçən suvarma bərəsindən istifadə edib. Lakin, təxminən 4-5 ay əvvəl münasibətləri pozulduğu üçün İlham Quliyev həyətində olan suvarma bərəsində n istifadə etməsi üçün iddiaçıya icazə verməmiş və bundan sonra, iddiaçı onlarla su yolu barədə mübahisəyə başlamışdır. Bundan başqa, iddiaçı tələbi əsl olmayan cavabdehlərə qarşı vermişdir. Belə ki, Cavabdeh2 mərhum atasından miras qalmış və mərhumun ölümündən sonra miras kimi qəbul edərək istifadə etdiyi torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə həmsərhəd deyil və bu səbəbdən də Cavabdeh2 iddiaçının həyətinə gedən su yolunu bağlaması tələbi işin faktiki hallarına uyğun deyil. Həmçinin, iddiaçının su yolunu açılmasını tələb etdiyi Cavabdeh1 mülkiyyətində nəinki iddiaçı ilə qonşuluqda, hətta Qazyan kəndində torpaq sahəsi yoxdur. İddiaçının torpaq sahəsi X10 torpaq sahəsi ilə həmsərhəddir. Cavabdehlər iddianın yolun açılması tələbinə dair hissəsinə etiraz olaraq bildirmişlər ki, iddiaçı tə xminən 10 il əvvəl həyətyanı təsərrüfatında tövlə tikərkən ümumi istifadədə olan yolun təxminən 45 metr hissəsini zəbt edərək tövləni həmin yolda inşa etmiş, bu ilin mart- aprel aylarında tövlənin davamı olaraq yenə ümumi yolun üzərində 30 metr uzunluqda hasar çəkib talvar tikmiş, çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş xəndəyi öz həyətinə salaraq zəbt etmişdir. Cavabdeh1 bu mübahisə ilə bağlı Ucar rayon İcra hakimiyyətinə və digər aidiyyəti orqanlara müraciət etmişdir. Müraciətlərə cavab verən Ucar rayon İcra Hakimiyyətinin başçısı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh2 iddiaçının istifadə etdiyi ümumi yola çıxışı yoxdur və Cavabdeh2 ümumi istifadədə olan yolu zəbt etməmişdir. Göründüyü kimi, onlar nə ümumi istifadədə olan yolu, nə də iddiaçı nın həyətinə gedən su yolunu zəbt etməmişlər. Əksinə, ümumi istifadədə olan yolun təxminən 4-5 metr enində, 35-40 metr uzunluqda hissəsini iddiaçı özü zəbt etmiş, nəticədə yol daralmışdır. Bu hal mütəxəssisin əraziyə baxışından və ölçü işlərini aparmasından sonra müəyyən oluna bilər.
7. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə naturada torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İş materiallarında təqdim edilən iddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonu, Qazyan kəndinə verilmiş JN-977A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsinə elektron baza məlumatlarında şimal-şərq hissədə yol nəzərdə tutulmuş, su bərəsi isə nəzərdə tutulmamışdır. Elektron baza məlumatları ilə faktiki istifadə vəziyyəti arasında sahə və konfiqurasiya fərqi mövcud olduğundan yolun və su bərəsinin cavabdehlər tərəfindən naturada istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və ailə üzvlərinə Ucar rayonu, Qazyan kəndində verilmiş torpaq sahəsi üçün nəzərdə tutulmuş gediş-gəliş yolu X10 mülkiyyətinə verilmiş Ucar rayon Qazyan kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları da xilində deyil, naturada mübahisəli su bərəsinin bir hissəsi RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilindədir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2471 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqat aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, əvvəllər Ucar rayonu, Qazyan kəndində mülkiyyətində ola n torpaq sahəsini 2016-cı ildə Əli Quluzadəyə satmışdır. Həmin torpaq sahəsindən İddiaçı torpaq sahəsinə su bərəsi olmamışdır. İddiaçı qohumları İlham Quliyevin torpaq sahəsindən keçən su bərəsindən istifadə etmişdir. Su bərəsi həmişə orada olmuşdur, 1987-ci ildə o, əmisi İslam Quliyevin təklifi ilə özünə ayrıca su yolu çəkmişdir. İddiaçı isə həmin su bərəsindən istifadə etmişdir. İddiaçı 2006-cı ildə ona məxsus torpaq sahəsini almaq istəmiş, beh də vermiş, 11 ay sonra isə aralarında razılaşma baş tutmamış, həmin müddətdə İddiaçı ona məxsus torpaq sahələrindən istifadə etmiş və ona məxsus torpaq sahəsindən özünə su bərəsi çəkmişdir.
10. Ucar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 sentyabr 2021-ci il tarixli, 2(063)-33/2021 nömrəli qətnaməsi ilə (hakim H.Xəlilov ) iddianın təmin edilməməsi, iddiaçıdan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manatın X1 və mütəxəssis rəyinin dəyərinə görə 527 (beş yüz iyirmi yeddi) manat 50 (əlli) qəpiyin "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə iddia tələbini rədd edərkən Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 158.2, 170.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ekspertiza rəyi natamam olduğu halda, məhkəmə öz qərarında həmin rəyi və mütəxəssis rəyini əsas götürmüşdür. Əsas suallar ekspert tərəfindən cavablandırılmadan qalmışdır. Artıq il yarımdan çoxdur ki, içməli su və təsərrüfat üçün su maşınla gətirilir. Onun bağında əkmiş olduğu bütün ağaclar susuzluqdan qurumuşdur.
14. Apellyasiya baxışı zamanı X14 üçüncü şəxs qismində işə cəlb edilmişdir. 15. 07 yanvar 2022-ci il tarixdə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus torpaq sahəsi ilə 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsi arasında gediş-gəliş yolu vardır, həmin yoldan istifadə edilməsinə heç bir maneə aşkar edilmir. Həmçinin müəyyən olunmuşdur ki, C avabdeh1 həyətində su xətti olmuş, həmin su xəttinin təxminən 15 metrlik hissəsinin üstü örtülmüş və su xətti kəsilmişdir. Bundan əlavə, Cavabdeh1 daha uzaq məsafədə qonşunun həyətində su xəttinin mövcudluğu aşkar edilmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 19 yanvar 2022-ci il tarixli, 2(107)-156/22 nömrəli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), A.Mahmudov və M.Əsədli) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən İddiaçı və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılmasına dair rədd olunmuş hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən İddiaçı və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn Cavabdeh1 istifadəsində olan RX seriyalı ******* nömrəli çıxarışla X10 mülkiyyətinə verilmiş Ucar rayonu Qəzyan kəndində yerləşən 0.82 ha torpaq sahəsindən keçən su bərəsinin bərpa edilməsi və su bərəsinin qarşısının açılması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, 09 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı və ailə üzvlərinə Ucar rayonu, Qazyan kəndində verilmiş torpaq sahəsi üçün nəzərdə tutulmuş gediş-gəliş yolu X10 mülkiyyətinə verilmiş Ucar rayon Qazyan kəndində yerləşən RX seriyalı ******* nömrəl i çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilində deyil, naturada mübahisəli su bərəsinin bir hissəsi RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilindədir. Elektron baza məlumatları ilə faktiki istifadə vəziyyəti arasında sahə və konfiqurasiya fərqi mövcud olduğundan yolun və su bərəsinin cavabdehlər tərəfindən naturada istifadə edilibedilmədiyi ekspertlər tərəfindən müəyyən edilə bilməsə də, Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və baxış nəticəsində ekspert rəyində göstərilən məlumatların doğruluğu təsdiqlənmişdir.
18. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, iddiaçının yolunu açmaq istədiyi su bərəsi Cavabdeh1 oğlu X10 mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, həmin torpaqdan və torpağın üzəri ndə olan evdən mülkiyyətçinin atası Cavabdeh1 istifadə edir və su yolunun açılmasına o maneə törədir. Ona görə, iddia tələbini ona qarşı yönəltməkdə iddiaçı haqlı olmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin gediş-gəliş yolunun açılmasına aid hissəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
20. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 158.2, 170.1, 170.2, 170.3, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1, 217.3, 217.4, 218.1ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki, su bərəsi dedikdə söhbət süni yaradılmış və əkinləri suvarmaq üçün düzəldilən kiçik arxdan gedir. Bu növ su bərələri təbii olaraq mövcud olmur, torpaq istifadəçiləri tərəfindən qazılaraq düzəldilir. İddiaçı uzun illər İlham Quliyevin torpaq sahəsindən keçən su bərəsindən istifadə etmiş, lakin aralarında mübahisə yarandığından, İlham Quliyev həmin su bərəsinin yolunu bağlamışdır. Hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 175 və ya 225-ci maddələri tətbiq edilməli və ekspertiza keçirilərək müəyyən edilməli idi ki, iddiaçı üçün su bərəsinin hansı qonşunun ərazisindən keçməsi daha əlverişlidir. Hazırkı iddia tələbi əsl cavabdehə qarşı verilməmişdir. Belə ki, məhkəmə tərəfindən cavabdeh kimi qəbul edilmiş hər iki şəxs iddia tələbində göstərilənlərə görə cavabdehlik daşıya bilməz. İş materiallarından müəyyən edilir ki, iddiaçının yolunu açmaq istədiyi su bərəsinin keçdiyi torpaq sahəsi X10 mülkiyyətidir. Məhkəmə bununla bağlı sübutlara düzgün qiymət verməmişdir. Ümumiyyətlə, Cavabdeh1 həmin evdə yaşamır. Məhkəmənin də müəyyən etdiyi kimi, o, Bakı şəhərində yaşayır. Cavabdeh1 il ərzində cəmi bir neçə dəfə həmin torpaq sahəsində olur, yəni mütəmadi olaraq təsərrüfat işləri ilə də məşğul olmur. Buna görə də, məhkəmənin qənaəti anlaşılan deyil. Hesab edirlər ki, hazırkı iş üzrə təkrar ekspertiza təyin edilməli idi.
23. İş kassasiya instansiyası məhkəməsinin icraatında olarkən kassatorun vəkili məhkəməyə ərizə göndərərək, iddiaçının öldüyünü bildirmiş və Mül ki Prosessual Məcəllənin 58.1, 254.1.1 və ya 261.0.7-ci maddələrinin tələblərinin nəzərə alınmasını xahiş etmişdir. Lakin kassasiya instansiyası məhkəməsinə iddiaçının həqiqətən ölməsi ilə bağlı hər hansı sübutlar təqdim edilmədiyindən Məhkəmə kollegiyası sadalanan normaların hazırkı işə tətbiqi üçün əsaslar görməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müə yyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıql ı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
30. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əs aslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayəti əsasında məhkəmə aktı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hi ssədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegi yası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-156/22 nömrəli mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.