Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3217/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3217/21 (Açar sözlər: pul) Bakı şəhəri, 18 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Rnun, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2723/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 may 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc kimi 12000 ABŞ dolları məbləğində və əldən çıxmış fayda kimi 1920 ABŞ dolları məbləğində, cəmi 13920 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmisi X3 Cavabdeh ilə səmimi münasibətləri olmuşdur. Buna görə də Cavabdeh əmisindən 12000 ABŞ dolları borc pul istəmişdir. Əmisi də Bakı şəhəri 5 saylı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 22 fevral 2 017-ci il tarixdə bağlanmış «Kredit müqaviləsi»nə əsasən Cavabdeh 12000 ABŞ dolları borc pul vermişdir. O, isə həmin məbləği 22 fevral 2018-ci il tarixə qədər əmisi Vətən Zamanova qaytarmağı öhdəsinə götürmüşdür. Əmisi V.Zamanov 12000 ABŞ dollarını Cavabdeh qaytarmağı tələb etmiş, o, isə həmin borcu qaytaracağına söz verərək müqavilədə göstərilən şərtlərlə və öz öhdəliyini yerinə yetirməmişdir. Bundan sonra əmisi X6 06 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Buna baxmayaraq əmisi vəfat etməmişdən əvvəl yəni, 10 aprel 2017-ci il tarixdə ona Ağstafa Notariat kontorunda vəsiyyətnamə verərək onun ölən günədək ona məxsus olan, onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Hal-hazırda Ağstafa rayon notariat kontorunda onun müraciə ti əsasında vərəsəlik işi açılmışdır. Hesab edir ki, Cavabdeh 2018-ci ilin fevral ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və ondan faydalanmışdır. Ona görə də cavabdehdən 12000 ABŞ dolları borcdan başqa, qanunsuz olaraq həmin puldan faydalandığına görə də 2018-ci ilin fevral ayından başlayaraq 08 ay üçün əldən çıxmış fayda (qazanc) kimi faiz də tələb edir. Yəni hər ay həmin məbləğin 2 % hesabı ilə 8 ay üçün (12.000: 100 x 2% x 08) cəmi 1.920 ABŞ dolları məbləğində faizə görə pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Dəfələrlə mərhum əmisi özü Cavabdeh pulları tələb etmiş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – bi rinci instansiya məhkəməsi) 12 fevral 2019-cu il tarixli, 2(003)-309/2019 saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia qismən təmin edilərək, İddiaçı xeyrinə 12000 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olundu ki, Cavabdeh 22 fevral 2017-ci il tarixdə bağlanmış «Kredit müqavilə»sinə əsasən X2 12.000 ABŞ dolları məbləğində borc pul almışdır. Bu faktı cavabdeh özü də məhkəmə iclasında təsdiq etmiş və həmin pullu tam olaraq qaytardığını bildirmişdir. Lakin Cavabdeh qeyd olunan pulu aldığını təsdiq etsə d ə, həmin pulun qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə iddiaçı 1920 ABŞ dolları faizə görə pul tələb etmişdir. Lakin məhkəmə kredit müqaviləsinin nəzərdən keçirərkən müəyyən etdi ki, tərəflər arasında bağlanmış borc pula görə gecikdirilmiş günlər üçün faiz hesablanması müqavilədə nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 12.000 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Lakin iddia tələbinin əldən çıxmış fayda (qazanc) kimi hər ay həmin məbləğin 2 % hesabı ilə 8 ay üçün cəmi 1920 ABŞ dolları məbləğində faizə görə pulun cavabdehdən tutulması əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 442, 439.1-ci və Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 108.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(003)-309/2019 saylı qərardadı ilə (hakim Əkrəm Qəhrəmanov) Cavabdeh tərəfindən məhkəmə iclas protokoluna dair qeydlərinin rədd edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov- sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 2(103)-6702/2019 saylı, 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, B akı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)309/2091 saylı mülki iş üzrə 12.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh öz öhdəliklərini, yəni borcu qaytarmaq öhdəliyini yerinə yetirdiyinə görə iddia təmin edilə bilməz. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirdi ki, Cavabdeh onunla birlikdə Ağstafa rayonuna getməyi xahiş etmiş, o da razılaşmışdır. Onlar 20 fevral 2018-ci ildə səhər saatlarında yola çıxmış və günorta saatlarında Ağstafa rayonunun Göyçəli kəndinə çatmışlar. X8 kafedə görüşdükdən sonra Cavabdeh onun yanında Vətən Zamanova 12000 ABŞ dolları məbləğində pul vermişdir. O isə pulu saymadan cibinə qoymuş və saymağa ehtiyac olmadığını bildirmişdir. Daha sonra onlar həmin kafedə yemək yeyib və söhbət etmişlər. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzlərinə əsasən müəyyən olunur ki, Cavabdeh “xxxx”xxxx” ASC-nin Sahil filialı vasitəsilə X4 26 aprel 2017-ci il tarixdə 503 manat, 21 iyun 2017-ci il tarixdə isə 600 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Bundan başqa iddiaçı telefon danışığını əks etdirən səs yazısını təqdim etmiş və həmin danışığın onunla cavabdeh arasında aparıldığını bildirmişdir. Həmin səs yazısı ilə bağlı tərəflərə Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsinin tələbləri (qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz) izah olunmuş, lakin cavabdeh həmin səs yazısının dinlənilməsinə və sübut kimi istifadə olunmasına etiraz etmədiyini bildirmişdir. Həmin səs yazısı dinlənildikdən sonra cavabdeh bildirdi ki, səsyazmadakı səs ona məxsus deyil, ona görə də iş üzrə məhkəmə-fonoskopik ekspertizasının təyin edilməsini xahiş etdi. İddiaçı isə məhkəmə ekspertizasının təyin edilməsinə etiraz etdi. İşin hallarını, yəni borc müqaviləsi üzrə icra müddətinin 22 fevral 2018-ci il tarixdə başa çatdığını, borc verən Vətən Zamanovun isə 22 iyul 2018-ci il tarixə vəfat etdiyini, lakin həmin müddət ərzində, yəni 5 ay müddətində borc verən tərəfindən iddia irəli sürülmədiyini və yaxud hər hansı orqana şikayət etmədiyini və iddiaçının təqdim etdiyi səs yazısı üzrə məhkəmə-fonoskopik ekspertizasının təyin edilməsinə etiraz etdiyini nəzərə al araq və cavabdeh tərəfindən təqdim olunmuş sübutları (pul köçürmə sənədləri və şahid ifadəsini) qiymətləndirərək kollegiya hesab edir ki, cavabdehin işin halları ilə bağlı izahatı inandırıcıdır və onun tərəfindən borcun tam qaytarılması sübut olunur. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov- sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 2(103)-6702/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən məhkəmə iclas protokollarına verilmiş yazılı qeydlərim rədd edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Əhməd Əhmədov) 03 dekabr 2019-cu il tarixli, 2(102)7623/2019 saylı qərarı ilə kasasiya şikayəti təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6702/2019 saylı, 19.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən araşdırılan faktiki hallarına Mülki Məcəllənin “Öhdəliyin icrasının qəbulu” adlanan 529-cu maddəsi nin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Həmin Məcəllənin 529.3cü maddəsinə əsasən “Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.” Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi telefon danışığını əks etdirən səs yazısına dair məhkəmə-fonoskopik ekspertizasının təyin olunmasına iddiaçı tərəfindən edilmiş etirazın səbəbləri aydınlaşdırılmamışd ır. Bununla əlaqədar Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, pulun alınmasına dair işdə kifayət sübutlar olduğundan, işin uzadılmaması məqsədi ilə həmin ekspertizanın keçirilməsinə etiraz etmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası apelyasiya kollegiyasının ləğv edilib işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qənaətinə gəlmişdir. mübahisə birtərəfli qiymətləndirilmiş sübutlar əsasında, bilavasitə uşaqların mənafeyi baxımından əsaslandırılmadan həll edildiyindən qətnamə qanuni sayıla bilməz. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Ziya Şirinov) 2(103)-2723/2020 saylı, 02 iyun 2020- ci il tarixli qərardadı ilə məhkəmə fonoskopik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 4/557 nömrəli, 21.09.2020-ci il tarxli rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissəsində verilmiş yazı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı məxsusdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Ziya Şirinov) 2(103)-2723/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.02. 2019-cu il tarixli, 2(003)-309/2019 saylı qətnaməsinin yoxlanılan hissədə qismən ləğv olunması, iddianın həmin hissədə qismən təmin olunması, Cavabdeh 11105 ABŞ dolları borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı xeyrinə verilməsi, məhkəmə xərcinin Cavabdeh aid edilməsi, cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 250 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Cavabdeh isə borcun tam olaraq qaytarılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəmə yə təqdim edə bilməmişdir. Qanunvericiliyin qeyd edilən tələbləri nəzərə alınmaqla, əvvəlki apelyasiya baxışı zamanı təqdim edilmiş şahid ifadəsi də borcun tam olaraq qaytarılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçının təqdim etdiyi səs yazısı həqiqətən iddiaçı ilə cavabdeh arasında aparılmışdır ki, bu hal da bir daha cavabdehin etirazlarının əsassız olmasına dəlalət edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 12000 ABŞ dolları hissədə tam təmin etməkdə haqlı olmamışdır. Belə ki, işdə olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh «xxxx» ASC-nin Gənclik filialı və Bank «xxxx» ASC-nin Sahil filialı vasitəsi ilə X4 26 aprel 2017-ci il tarixdə 500 manat, 21 iyun 2017-ci il tarixdə 600 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Cavabdeh etirazında həmin pul vəsaitlərini borcundan ödəniş kimi etməsini bildirmişdir. İddiaçı tərəf isə həmin pul vəsaitlərinin mərhum X1 həyata keçirilməsini, bundan məlumatlı olmamasını, lakin həmin pul vəsaitlərinin ümumi borcdan çıxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əksi sübuta yetirilməyində göstərilən pul vəsaitləri borcun bir hissəsinin qaytarılması kimi qəbul edilməli, bu səbəbdən də ümumi borc məbləğindən çıxılmalıdır Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, X6 22 iyul 2018-ci il tarixdə rəhmətə getməmişdən əvvəl o, götürdüyü pulları tam ödəmişdir. Hətta hər ay ödəməsi ilə əlaqədar qəbzləri də məhkəməyə təqdim etmişdir. Bundan əlavə iş üzrə dindirilmiş şahid X5 göstərmişdir ki, Cavabdeh onunla birlikdə Ağstafa rayonuna getmiyi xahiş etmiş, o da razılaşmışdır. Onlar 20 fevral 2018-ci il tarixdə səhər saatlarında yola çıxmış və günorta saatlarında Ağstafa rayonunun Göyçəli kəndinə çatmışlar. X8 kafedə görüşdükdən sonra Cavabdeh onun yanında Vətən Zamanova 12000 ABŞ dolları məbləğində pul vermişdir. O isə pulu saymadan götürmüşdür. Daha sonra onlar həmin kafedə yemək y eyib və söhbət etmişlər, daha sonra şəhərə qayıtmışlar. Məhkəmə hesab etmişdir ki, “cavabdeh isə borcun tam olaraq qaytarılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdinp edə bilməmişdir. Qanunvericiliyin qeyd edilən tələbləri nəzərə alınmaqla, əvvəlki apellyasiya baxışı zamanı təqdim edilmiş şahid ifadəsi də borcun tam olaraq qaytarılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.” Məhkəmə bu nəticəyə gəlmək üçün sadəcə şübhəli olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2020-ci il tarixli, 4/557 nömrəli ekspertiza rəyinə istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi səs yazısı həqiq ətən iddiaçı ilə cavabdeh arasında aparılmışdır ki, bu hal da bir daha cavabdehin etirazlarının əsassız olmasına dəlalət edir. Bununla əlaqədar olaraq tərəfimizdən əlavə məhkəmə-fonoskopik ekspertizasının təyin olunması barədə vəsatət verilmişdir. Vəsatət əsaslandırılmışdır ki, ekspertlər qarşısında audio səs yazısının əsl (original) olub-olmaması, səs yazısının montaj olunub-olunmaması barədə suallar aydınlaşdırılmamışdır. Faktiki olaraq müqavilənin başa çatdığı vaxtdan, yəni 22 fevral 2018-ci il tarixdən, V.Zamanovun rəhmətə getdiyi vaxta, yəni 22 iyul 2018-ci il tarixədək heç bir tələb olmamış, bu barədə rəsmi olaraq hər hansı orqana pulun tələb olunması ilə bağlı müraciət olmamışdır. Bunun özü də onu bir daha təsdiq edir ki. müqavilə öhdəliyi vaxtında icra olunmuşdur. b) Kasasiya şikay ətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikaəytin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkət dən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində borcunu tam ödədiyini, bu barədə qəbzlərin təqdim edildiyini göstərsə də, onun tərəfindən məhkəməyə iki ədəd qəbz təqdim edilmiş, apelyasiya baxışı zamanı həmin ödənişlər nəzərə alınaraq tələb edilən borc məbləğindən çıxılmışdır. Cavabdehin borcun tam ödənilməsini təsdiq edən şahid ifadəsinə istinad etməsinə g əldikdə isə bununla bağlı qeyd edilməlidir ki, hazırki iş üzrə apelyasiya kollegiyasının vurğuladığı kimi şahid ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Cavabdeh isə borcun tam olaraq qaytarılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının əlavə məhkəmə-fonoskopik ekspertizanın təyin edilməməsi barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində əlavə məhkəmə-fonoskopik ekspertizanın təyin edilməsini zəruri edən hal müəyyən edilməmişdir ki, bu da apelyasiya kollegiyasının əlavə məhkəmə-fonoskopik ekspertiza təyin etməməklə pros essual pozuntuya yol vermədiyini göstərir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2723/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.