Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3217/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun qaytarılması tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(106)-676/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin İmişli filialı (bundan sonra – Bank və ya iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 002204 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmış, KM011T07170018 nömrəli 20 iyul 2017-ci il tarixli 5 saylı Əlavə üzrə cavabdehə 24 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 3.000 AZN məbləği kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Bankın xeyrinə kredit müqaviləsi üzrə 2.895,83 manat əsas borc, 3. 732,41 manat faiz borcu, 2.810,50 cərimə borcu olmaqla, cəmi 9.856,87 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi işin faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış cərimə borclarını ödəmək barədə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir.
5. Füzuli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 dekabr 2022-ci il tarixli, 2(064)2177/2022 saylı qətnaməsi ilə (hakim Y.Həşimov) iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının borcluya qarşı kredit borcunun qaytarılması tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olduğunu və cavabdeh tərəfindən kredit borcunun qaytarılmamaqla bu hüququn pozulduğunu araşdıran məhkəmə həm də cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinə söykənərək iddia tələbini rədd etmək qənaətinə gəlmişdir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi 373.2, 375.2, 377.2, 385.1, 442, 445.7, 462.1, 739 və 740.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən cavabdehə q arşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq 15 iyul 2022-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Füzuli Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Füzuli Rayon Məhkəməsi müvafiq işi icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarmışdır. Həmin iş üzrə geri qaytarma qərardadı Bankın ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qərardadda qeyd edilmişdir ki, cavabdehin rəsmi qeydə alındığı ünvan işğaldan azad edilən ərazi olduğundan orada faktiki yaşayış yeri yoxdur. Bu səbəbdən ilkin iddia ərizəsi icraata götürülmədən geri qaytarılmışdır. Cavabdehin faktiki yaşayış yerini müəyyən etmək məqsədilə Bank tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli sorğu məktubu göndərilmiş, sorğuya cavab xx.xx.2 022-ci il tarixdə Banka daxil olmuşdur. Göründüyü kimi, ilkin olaraq Bank məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə etmiş, lakin ondan asılı olmayan səbəblərdən Füzuli Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmışdır. Bundan sonra Füzuli Rayon Məhkəməsinə yenidən müraciət edilməsi üçün tərəflərindən iddia ərizəsinin tərtib edilməsi, ləğvedicinin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməsi və s. bu kimi idarədaxili prosedur qaydalar Bankdan asılı olmayan səbəblərdən iddia ərizəsinin müvafiq vaxt itkisi ilə Füzuli Rayon Məhkəməsinə göndərilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən: iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Belə ki, qeyd olunan normada fiziki şəxs olan iddiaçıdan bəhs edilsə də, normanın analogiyası aparılsa və nəzərə alınsa ki, MPM-nin 50.1-ci maddəsinə əsasən “Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər”, belə nəticəyə gəlmək olar ki, fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq iddiaçı özündən asılı olmayan səbəblərdən iddia müddətini ötürsə, məhkəmənin üzrlü saydığı müstəsna hallarda şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarlarında iddia müddətinin tərifi haqqında: “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyr-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliliyinin yoxlanılması çət in və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət məhkəməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır” qeyd edilmişdir. Məhkəmə iclaslarında Bankın nümayəndəsi üzürlü səbəbdən iştirak edə bilmədiyindən qeyd edilən halları məhkəmənin nəzərinə çatdıra bilməmiş və məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ərizə ilə bağlı Bankın münasibətini öyrənmədən Azərbaycan Respublikası MM-nin 373.2; 375.2-ci maddələrini rəhbər tutaraq maddi hüquq normasını düzgün tətbiq etməməklə əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisələndirilən mövzuya başqa istiqamətdən hüquqi qiymət verilsə belə nəticəyə gəlmək olur ki, cavabdehin sözügedən kredit müqaviləsindən yaranmış öhdəlik üzrə etdiyi hərəkətlər kredit borcunun olması etirafı anlamına gəlir. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı mövcud olmuşdur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr hesablanması nəzərdə tutulub. Hesabdan çıxarış ilə isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər ardıcıllıqla qeyd olunmuşdur. Tələb olunan borc məbləği təcrübəli maliyyəçilər tərəfindən hesablandıqdan və dəfələrlə yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir və sübut kimi məhkəməyə təqdim edilir. Eyni zamanda iş materiallarında əlavə olunan kassa-məxaric orderindən də məlum olur ki, xx.xx.2017-ci il tarixdə Bank tərəfindən cavabdehə 3000 manat məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla həmin məbləği almasını təsdiq etmişdir. Bununla da, qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlanmasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 26 aprel 2023-cü il tarixli, 2(106)-676/2023 nömrəli qətnaməsi ilə (hakimlər – Z.Allahyarov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma və nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinə əlavə edilmiş “İddia ərizəsinin qaytarılması haqqında” Füzuli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(064)-1499/2022 saylı qərardadından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi qanunla nəzərdə tutulmuş qaydada verilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qay tarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. İddiaçı ilə cavabdeh arasında öhdəlik münasibəti yaranarkən həmin münasibətin davam etməyinin son müddəti də onların iradə ifadələri ilə həmin müqavilədə xx.xx.2019-cu il tarix kimi göstərilmişdir. Əgər cavabdeh həmin müddətə kimi öhdəliyini icra etməzsə, iddiaçının tələb etmək hüququ yaranır. İş materiallarından da göründüyü kimi cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini (arayışa əsasən) icra etməmiş, ancaq müqavilə üzrə öhdəliyin hər ay icra edilməli olmasına baxmayaraq, cavabdehin öhdəliyini icra etməməsinə görə iddiaçı susmuş, tələb etmək hüququndan istifadə etməmişdir. Halbuki müqavilədə də aydın şəkildə göstərilmişdir ki, müqavilə üzrə öhdəliyin icrasında gecikmə lər olarsa, iddiaçı kimi bankın tələb etmək hüququ yaranır. Bundan əlavə əgər cavabdeh öhdəliyi icra etmirdirsə, iddiaçının müqavilədə göstərilən kimi son tarixdən, yəni xx.xx.2019-cu il tarixdən tələb etmək hüququ yaranmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2, 385.1, 442, 445.7, 462.1, 739 və 740.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əs aslandırılmışdır ki, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq iddiaçı özündən asılı olmayan səbəblərdən iddia müddətini ötürsə, məhkəmənin üzrlü saydığı müstəsna hallarda şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Həmçinin sonuncu iclasda Bankın nümayəndəsi üzrlü səbəbdən iştirak edə bilmədiyindən qeyd edilən halları məhkəmənin nəzərinə çatdıra bilməmiş və məhkəmə də sonuncu iclasda təqdim edilmiş ərizəyə Bankın münasibətini öyrənmədən Azərbaycan Respublikası MM-in 373.2, 375.2- ci maddələrini rəhbər tutaraq maddi hüquq normasını düzgün tətbiq etməməklə əsassız qətnamə qəbul etmişdir. Bu hal apellyasiya instansiyası məhkəməsinin nəzərə çatdırılsa da, məhkəmə nəzərə almamışdır.
15. Mübahisələndirilən mövzuya başqa istiqamətdən hüquqi qiymət verilsə, belə nəticəyə gəlmək olur ki, cavabdehin sözügedən kredit müqaviləsindən yaranmış öhdəlik üzrə etdiyi hərəkətlər kredit borcunun olması etirafı anlamına gəlir. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı mövcud olmuşdur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr hesablanması nəzərdə tutulub. Hesabdan çıxarış ilə isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər ardıcıllıqla qeyd edilmişdir. Tələb etdilən borc məbləğləri təcrübəli maliyyəçilər tərəfindən hesablandıqdan və dəfələrlə yoxlanıldıqdan sonra maliyyə a rayışı tərtib edilir və sübut kimi məhkəməyə təqdim olunur. Eyni zamanda iş materiallarına əlavə olunan kassa-məxaric orderindən də məlum olur ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 3000 (üç min) manat məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla həmin məbləği almasını təsdiq etmişdir. Bununla da qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlamasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarl a bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
19. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə
442. Öhdəliyi n icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 462.1. Öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə onu başqa təminatla əvəz edə bilər.
23. Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 740.1. Qanunda və ya müqavi lədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001ci il tarixli Qərarı İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həl l etmək imkanı yaradır. 26.«X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla forma l əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası dəlillərə münasibətdə qeyd edir ki, işə baxan məhkəmələr iddiaçının subyektiv hüququnun olmamaması ilə bağlı nəticəyə gəlməmişlər.
38. Məhkəmələrin qətnaətinə görə iddia müddətinin keçməsi, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitə olmaqla, tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bununla yanaşı qeyd edilməlidir ki, iddia ərizəsinin ilkin olaraq geri qaytarılmasından sonra yenidən iddianın verilməsi müddətin axımının kəsilməsinə dair nəticəyə gəlməyə əsas vermir, əvvəl başlanmış müddətin axımı davam edir. İddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi anda isə artıq müddət ötürülümş olur.
39. Bununla yanaşı iddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-676/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.