Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3218/2020 01.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)131/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə müraciət edərək uşağı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 200 manat müəyyən edilməsi və uşağın xəstəliyi ilə əlaqədar 80 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax rayon məhkəməsinin (hakim Günay Cavadova) xx xxxx 2019-cu il tаrixli, 2(039)1244/2019 saylı qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Yevlax rayon məhkəməsinin xx xxx 2014-cü il tarixli 2(039)-568/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiy i tarixdən hesablanması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1244/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin kassasiya şikayəti MPMnin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə müraciət edərək, uşağı X1 yetkinlik yaşına çatana kimi saxla nılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 200 manat müəyyən edilməsi və uşağın xəstəliyi ilə əlaqədar 80 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının artırılmasını xahiş etdiyi aliment Yevlax rayon məhkəməsin xx xxx 2014-cü il tarixli qətnaməsinə əsasən 80 manat müəyyən edilmişdir. İddiaçının hazırki tələbi isə həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinin tələblərinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçının tələb etdiyi aliment məbləğinin bir illik qiyməti iki min manatdan azdır. Azərbaycan Respublikası MPM -in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3218/2020 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək mülki iş məhkəmə baxışından çıxarılaraq, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417,1.7-ci maddələrini rəhbər tutaraq, Qərara alır: Hazırki mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-131/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-3218/2020 saylı mülki iş kasasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3218/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3218/2020
01.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver