Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3218/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı LPO “X4” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3218/21 (Açar sözlər: borc tələbi, iddia müddəti) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı LPO “X4” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Sığortalanması Fondunun vəkili Həsənli Murad Vahid oğlunun, Cavabdeh vəkili Vəkil Zakir oğlunun iştirakı ilə, Əmanətlərin İddiaçı LPO “X4” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-940/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Zaminbank” X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X4” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 28.10.2010-cu il tarixli, 23-260-10 saylı kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətində illik 112 faizlə 76179 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh ban k qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, 26.10.2017-ci il tarixinə Cavabdeh 76179 manat məbləğində əsas borcun, 28.10.2011-ci il tarixə hesablanan 5.206,13 manat məbləğində faiz borcunun, müqavilə bitdiyi tarixdən hazıra kimi 5%-lik borc olan 23172 məbləğin, ümumilikdə 104.557,13 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş yazılı və şifahi xəbərdarlıql ara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
5. Maliyyə arayışına əsasən borc məbləği 26 oktyabr 2017-ci ilə hesablanmışdır.
6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 385.1, 442 və 448.1-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh nümayəndəsi (vəkili) ərizə verərək tələb iddia müddətinin tətbiq edilməsin xahiş etmişdir.
8. Binəqədi rayon Məhkəməsinin 2(001)-294/2019 saylı, 23.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Nigar Nəbizadə)
9. Birinci instansiya məhkəməsi məhkəməsi toplanmış sübutlara qiymət verərək müəyyən etmişdir ki, “X4” ASC ilə borclu Cavabdeh arasında bağlanmış 28.10.2010-cu il tarixli “Kredit müqaviləsi”nin müddəti 28.10.2011-ci il tarixdə bitmişdir. Kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəll ənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı 28.11.2011-ci il tarixdən başlamış və 28.10.2014-cü il tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı 06.02.2018-ci il tarixdə, yəni iddia müddəti başa çatdıqdan 3 il 4 ay sonra qaldırmışdır.
11. Birinci instansiya belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 368, 375.1, 375.2, 373.2, 377.1, 377.2-ci maddələri və “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-940/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-294/2019 saylı iş üzrə 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov)
16. Apellyasiya instansiyası tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilb ki, tərəflər arasında bağlanmış 28.10.2010-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank borcalana 12 ay müddətinə illik 12 faizlə 76179 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən, borcalanın 26.10.2017-ci il tarixinə Banka 76179 manat əsas borc, 5206,13 manat faiz, illik 5% dərəcəsi ilə hesablanmış 23172 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 28.10.2011-ci il tarixdə bitmişdir. İşə baxılması zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
17. Kredit müqaviləsi üzrə iddia müddəti 28 oktyabr 2014-cü il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı 06 fevral 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
18. Apellyasiya instansiyası müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı “X4” ASC-nin lə ğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlilləri: iddia müddətinin axımının müqavilənin müddətinin bitdiyi tarixdən hesablanması düz olmayıb; maddi hüquq normaları düzgün tətbiq edilməyib. b) Kassasiya şikayətilərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə tərəflərin yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı “LPO “X4” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Həsənli Murad Vahid oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh vəkili Vəkil Zakir oğlu şikayətin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiçş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Baxılan iş üzrə apellyaisya məhkəməsi düzgün nəticəyə gəlib.
28. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
29. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi 28.10.2010-cu il tarixdə 12 ay müddətinə bağlanıb, kredit müqaviləsinin müddəti 28.10.2011-ci il tarixdə, həmin müqavilə üzrə iddia müddəti isə 28 oktyabr 2014-cü il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı 06 fevral 2018-ci il tarixində məhkəməyə müraciət etməklə qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
30. Məhk əmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun gəlir.
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə b ilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyə nləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətlərindən yaranan mübahi sələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
32. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını t əmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).
34. Qeyd edilənlərlə əsasən məhkəmə kollegiyası iddia müddətinin axımının müqavilənin müddətinin bitdiyi tarixdən hesablanmasının düz olmaması barədə kassasiya şikayətinin dəlilini Konsitusiya Məhkəməsinin qeyd edilən Qərarlardakı hüquqi mövqeyi baxımından qəbul etmir.
35. Məhk əmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X4” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-940/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.