Məhkəmə qərarları › İş №2(102)-322/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-322/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-322/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 23 yanvar 2019-cu il İş 2(102)-322/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili X1, Cavabdeh vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun iştirakları ilə, Cavabdeh və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin02 mart 2018-ci il tarixl i qətnaməsiilə (İ.A.Məmmədov, iş2(060)-3273/2018) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 953 (doqquz yüz əlli üç) manat 28 qəpik əsas borc, 214 (iki yüz on dörd) manat 47 qəpik məbləğində faiz borcu, cəmi 1.167 (bir min yüz altmış yeddi) manat 75 qəpik məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh ödənilməmiş qalan 10 (on) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qətedilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli qətnaməsi ilə (L.M.Məmmədova (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və S.A.Qafari, iş2(105)-2293/2018) Sumqayıt şəhər məhkəməsinin 2(060)-3273/2018 saylı, 02 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin vəkili X3 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, Cavabdeh üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiyindənkassasiyakollegiyasıişəonuniştirakıolmadanbaxıl mas ınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “xxxx” ASC-nin xeyrinə 953 (doqquz yüz əlli üç) manat 28 qəpik əsas borcun və 968 (doqquz yüz altmış səkkiz) manat 38 qəpik məbləğində faiz borcunun, cəmi 1921 (min doqquz yüz iyirmi bir) manat 66 qəpik və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək Cavabdeh “xxxx” ASC-nin xeyrinə 953 (doqquz yüz əlli üç) manat 28 qəpik əsas borcun və 214 (iki yüz on dörd) manat 47 qəpik məbləğində faiz borcunun, cəmi 1167 (min yüz altmış yeddi) manat 75 qəpik məbləğində pulun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledi lmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman işin halları düzgün araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili X2, cavabdehin vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanun un tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarına əlavə edilmiş 11.08.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsindən məlum olur ki, Cavabdeh ilə “xxxx” ASC a rasında bağlanmış 11.08.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank cavabdehə 1000 manat məbləğində kredit vermişdir. Hazırda Cavabdeh banka 953 (doqquz yüz əlli üç) manat 28 qəpik əsas borcu və 214 (iki yüz on dörd) manat 47 qəpik məbləğində faiz borcu, cəmi 1167 (bir min yüz altmış yeddi) manat 75 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya laz ımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Sumqayıt ApellyasiyaMəhkəməsiningəldiyi nəticə d üzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 23 iyul 2018-ci il tarixli, 2(105)-2293/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar