Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-322/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6972/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Əziz-Aga oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 26350 manat məbləğində borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əziz-Aga oglu ilə aralarında Bakı şəhəri 27 saylı notariat kontoru tərəfindən 30.03.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə görə cavabdeh ondan 30000 manat borca pul götürmüş və həmin məbləği 18 ay müddətinə qaytarmaq öhdəliyi götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliyini yerinə yetirməmiş və yalnız 30.05.2017-ci il tarixdə 3000 manat, 30.06.2017-ci il tarixdə 500 manat və 17.09.2018-ci ildə isə 150 manat, ümumlikdə 3650 manatı ona qaytarmış və bu gunə qədər 26350 manat pulu qaytarmamışdir. Cavabdehdən dəfələrlə 26350 manat məbləğində borcu geri qaytarmasını tələb etsə də, müracətlərinə məhəl qoymamışdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 12 iyun 2020-ci il tarixli 2(011)-2234/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təm in edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 26000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisə yə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Elektron məhkəmə informasiya sistemində iş üzrə tərtəflərin elektron kabinetinə barışıq sazişi əlavə edilmişdir. İddiaçı və cavabdeh məhkəməyə tərəflər arasında mediator vasitəsi ilə təsdiq edilmiş barışıq sazişi təqdim etmiş, barışıq sazişinin təsdiq edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini, barışıq sazişinin təsdiq edilməsinin və icraat xitam verilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək sazişin təsdiq edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5. kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış barışıq sazişini nəzərdən keçirib, həmin sazişl ə bağlı onların vəsatətəlrini müzakirə edərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış 08.01.2022-ci il tarixli barışıq sazişinə əsasən; Tərəflər: X2 (bundan sonra “Birinci tərəf”) və İddiaçı (bundan sonra “İkinci tərəf”) (bundan sonra “Birinci tərəf” və “İkinci tərəf” birlikdə ismin müvafiq hallarında “Tərəflər” adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M-000166 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 (bundan sonra “Mediator”) iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra “Saziş”) imzaladılar: Maddə
1. Mübahisənin qısa təsviri: Tərəf lər arasında bağlanmış 30.03.2014-cü il tarixli Kredit müqaviləsi və həmin müqavilə üzrə çıxarılmış Bakı Apellyasiya məhkəməsinin 2(103)-6972/2021 saylı, 16.08.2021-ci il tarixli qətnaməsi. Maddə
2. Barışığın şərtləri: 2.1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan mübahisəni barışıq sazişinin şərtlərinə uyğun həll edilməsi barədə razılığa gəlirlər. Hə iki tərəf mübahisənin gələcək həlli ilə bağlı ancaq bu sazişə istinad edə bilərlər. Bu saziş imzalanadək yaranan bütün münasibətlərə (kredit müqavilsi və s.) xitam verilir. 2.1.1. “İkinci tərəf” Bakı Apellyasiya məhkəməsinin 2(103)-6972/2021 saylı, 16.08.2021-ci il tarixli qətnaməsinə əsasən ödənilməli olan 26000 manat məbləğində vəsaitin 7880 manatından imtina etməklə qalıq 18120 manatı tələb edir. 2.1.2. “Birinci tərəf” 18120 mana t vəsaitin 3000 manatını bu Saziş imzalanmaqla eyni anda ödəməyi öhdəsinə götürür. 2.1.3. “Tərəflər” bu sazişin 2.1.2-ci bəndinə əsasən 3000 manat ödənildikdən sonra qalan 15120 manat vəsaitin "Birinci tərəf" tərəfindən aylıq 360 manat olmaqla 42 aya ödənilməsi barədə razılığa gəlirlər. 2.1.4. “Tərəflər” ödənişin saziş bağlandıqdan sonrakı növbəti aydan başlayaraq hər ayın 10-na dək nəğd şəkildə ödənilməsi barədə razılığa gəlirlər. 2.1.5. "Birinci tərəf" Saziş təsdiq olunduqdan sonra ehtiyac olacağı halda verdiyi kassasiya şikayətindən imtina edəcək. 2.1.6. "İkinci tərəf" Saziş təsdiq olunduqdan sonra ehtiyac olacağı halda icra şöbələrinə məhkəmə qərarı üzrə veriləcək icra vərəqələrinə xitam verilməsi barədə müraciət edəcək. 2.1.7. "Tərəflər" razılığa gəlirlər ki, 2.1.3-cü bəndinin tələb lərini pozulacağı halda 2.1.1-ci bəndə əsasən imtina edilmiş 7880 manat vəsait bərpa edilərək "İkinci tərəf" tərəfindən yenidən tələb edilə bilər. 2.2. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.3. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə müraciət edərsə, həm in tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.4. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.6. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır: Maddə
3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edi ldiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4. 5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Hər iki tərəf barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişində qanunvericiliyin tələblərinə zidd və 3-cü şəxslərin maraqlarına toxunan müddəalar yoxdur. Barışıq sazişinin təsdiqindən imtina üçün əsaslar mövcud deyildir. Tərəflər barışıq sazişi bağlamaqla iş üzrə icraata xitam verilməsinin nəticələrinin onlara aydın olduğunu göstərdilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 52.3, 191, 261.0.5, 262.4 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh mediasiya reyestrində M-000166 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə bağladıqları 08 yanvar 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasın ın 2(103)-6972/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.