Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3221/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 2(103)10100/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə, iş 2(004)-136/2018) iddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və “X3” MMC-y ə qarşı kreditin qaytarılması və tələbin girov predmetlərinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, 164.388,88 manat əsas borc, müqavilə müddəti üçün 14.585,34 manat faiz borcu və 100 manat cərimə borcu, cəmi 179.074,22 manat və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar məhkəmə xərcinə görə 30 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və “X3” MMCdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma Cavabdeh2 məxsus N saylı evin 44 saylı mənzilinə və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində olan 0.13 ha torpaq sahəsində yerləşən bağ evinə, habelə “X3” MMC-yə məxsus, 1 ədəd “KONKASAR DİK MİLLİ KİRİCİ” 1 ədəd “G09 BESLEYİCİ” 1 ədəd “K12 JAW CRUSHER” 1 ədəd “KONKASAR DARBELİ KİRİCİ” və 1 ədəd “K12 JAW CRUSHER” maşınlarına yönəldilərək, ipoteka və girov predmetlərinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 105.000 manat, bağ evinin ilkin satış qiymətinin isə 410.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışinski) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: “İddiaçı” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətinə 450.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqa viləsi üzrə öhdəliklərin təminatı kimi 23 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus N saylı mənzili və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində olan 0.13 ha torpaq sahəsində yerləşən bağ eviipoteka ilə yüklü edilmiş, həmin tarixli girov müqaviləsinə əsasən isə “X3” MMC-yə məxsus, 1 ədəd “KONKASAR DİK MİLLİ KİRİCİ” 1 ədəd “G09 BESLEYİCİ” 1 ədəd “K12 JAW CRUSHER” 1 ədəd “KONKASAR DARBELİ KİRİCİ” və 1 ədəd “K12 JAW CRUSHER” girov qoyulmuşdur. Həmçinin 23 iyun 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və “X3” MMC Cavabdeh2 banka olan kredit borcunu qaytarmasında birgə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. 2016-cı ilin dekabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini laz ımınca icra etməməsi səbəbindən cavabdehlərdən bankın xeyrinə 173.947,80 manat məbləğində əsas, 40.737,86 manat məbləğində faiz və 24.923,10 manat məbləğində cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın girov və ipoteka müqavilələri ilə yüklü edilmiş daşınar və daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “İddiaçı” ASC ilə Cavabdeh2 23 iyun 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh2 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh2 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh2 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil və bağ evi, həmçinin digər cavabdeh “X4” MMC-yə məxsus daşınar əşyalar ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci ma ddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmçinin Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır(472.2.). Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olun anlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3221/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3221/2019
01.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver